Peru mətbuatı Azərbaycanda keçirilən COP29-dan yazır
19.11.2024 [09:50]
Perunun kütləvi informasiya vasitələri ölkəmizin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) uğurla ev sahibliyi etməsi barədə məqalələr dərc edib.
AZƏRTAC xəbər verir ki, “El Peruano”, “La Razon” qəzetləri, eləcə də “Infobae” və “OjoPúblico” kimi onlayn platformalarda yayımlanan materiallarda COP29-un əhəmiyyəti geniş şəkildə vurğulanır. Məqalələrdə qeyd olunur ki, iqlim dəyişikliyi ilə mübarizə üzrə konkret addımları müzakirə etmək üçün dünyanın müxtəlif ölkələrindən dövlət və hökumət başçıları, alimlər və ekoloji fəallar Bakıda bir araya gəliblər.
Məqalələrdə Prezident İlham Əliyevin və BMT-nin Baş katibi Antonio Quterreşin COP29 Liderlər Sammitinin açılış mərasimindəki çıxışlarından sitatlar yer alıb. Yazılarda Prezident İlham Əliyevin sözlərinə istinad olunaraq qeyd edilib ki, neft və qaz Tanrının bəxş etdiyi təbii sərvətlərdir və ölkələr nə malik olduqları sərvətlərə, nə də onları bazara çıxardıqlarına görə tənqid edilməməlidir.
Həmçinin iqlimşünaslar və ekoloqların karbohidrogenlərin iqlim dəyişikliyinə qarşı mübarizə ilə bir araya sığmadığını israr etdiyi qeyd olunub və dövlətimizin başçısının çıxışından sitat gətirilərək, Avropa İttifaqının özünün bundan iki il əvvəl qaz ixracının ikiqat artırılmasını tələb etdiyi bildirilib.
Eyni zamanda, konfransın qlobal səviyyədə iqlim dəyişikliyi ilə mübarizəyə yönəlmiş siyasətlərin müzakirəsi və həyata keçirilməsi üçün unikal platforma olduğu bildirilir. COP29 iştirakçıları iki həftə ərzində qlobal dekarbonizasiya hədəflərinə nail olmaq üçün yeni maliyyə resurslarının təmin edilməsi məsələlərini müzakirə edəcəklər.
Konfransın əsas məqsədlərindən biri, qlobal istiləşmənin mənfi təsirlərinin azaldılmasına yönəlmiş yeni razılaşmaların imzalanmasıdır. COP29 iqlim dəyişikliyinin səbəb olduğu təbii fəlakətlərin qarşısını almaq və qlobal istiliyin artımına qarşı müvafiq addımlar atmaq üçün əhəmiyyətli tədbir kimi qiymətləndirilir. Həmçinin, iqlim dəyişikliyinin qarşısının alınmasının Peru üçün vacibliyi vurğulanır.
Xəbər lenti
Hamısına baxDünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54
Mədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Gündəm
16 İyun 16:33
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05

