COP29 dünya mediasının diqqət mərkəzindədir
17.11.2024 [11:46]
Azərbaycanda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) dünya ölkələrinin mediası tərəfindən geniş işıqlandırılır. Rumıniya, Bolqarıstan, Xorvatiya və Yunanıstanın aparıcı mətbu orqanları da COP29-u diqqət mərkəzində saxlamaqda davam edir.
Rumıniya, Bolqarıstan, Xorvatiya və Yunanıstanın KİV-ində nə yazılıb?
Rumıniyanın AGERPRES milli xəbər agentliyi, DİGİ24 televiziyası və xəbər portalı, Bursa qəzeti, Mediafax xəbər agentliyi, Bolqarıstanın BTA milli xəbər agentliyi, “Dariknews” xəbər portalı, BTV televiziya kanalı, Dir.bg xəbər portalı, Yunanıstanın “Capital”, “Eretikos”, “İmidones”, “Sofokleous” xəbər portalı, Xorvatiyanın “Jutarni List”, “Vecerniy”, “Dnevnik” xəbər portalları və digər televiziya kanalları, radio və qəzetlər yaydığı materiallarda COP29 tədbirinin Azərbaycanda yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb. Tədbirin özəlliyi və ölkəmiz barədə geniş məlumatlar verilib, COP29 çərçivəsində mühüm qərarların qəbul olunacağı qeyd edilib. Rumıniyanın energetika naziri Sebastian Burduja, Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis, Bolqarıstanın Prezidenti Rumen Radev və Xorvatiyanın Baş naziri Andrey Plenkoviçin konfrans zamanları çıxışlarına və müsahibələrinə xüsusi yer ayrılıb və diqqətlə araşdırılıb.
Azərbaycan və Bolqarıstan prezidentlərinin iştirakı ilə “SOCAR və “Asarel Energy” arasında Birgə İnkişaf Sazişi” imzalanması barədə bildirilib. Mətbu orqanlarının çoxu Azərbaycan Prezidenti İlham Əliyevin COP29-da çıxışını geniş yayıb. Xüsusilə Prezident İlham Əliyevin Liderlər Sammitinin açılış mərasimindəki çıxışında COP29-a ev sahibliyi edən ölkəmizə ünvanlanan tənqidlərə sərt cavab verdiyi vurğulanır. Dövlətimizin başçısının təbii sərvətlərin Tanrının bəxş etdiyi hədiyyə olduğunu vurğuladığı bildirilir. Prezident İlham Əliyevin 2022-ci il enerji böhranından sonra məhz Avropa İttifaqının Azərbaycandan daha çox təbii qaz tədarük etməsini xahiş etdiyini xatırlatdığı qeyd olunur.
ABŞ mediası: Konqresmenlər iqlim konfransını siyasiləşdirməməlidir
“Mən erməni lobbi təşkilatı ANCA tərəfindən dəstəklənən ABŞ Konqresindəki erməni qrupunun təsisçisi və həmsədri, konqresmen Frank Pallone və senator Ed Markinin rəhbərliyi ilə 60 nəfər Konqres üzvünü Dövlət katibi Antoni Blinkendən Azərbaycanı qınamaq üçün COP29 Konfransından yararlanmağı xahiş etdiklərinə görə qınayıram”. Bu fikirləri isə tanınmış politoloq və jurnalist, Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisçisi və baş direktoru Reyçel Avraham baş qərargahı Nyu-York şəhərində yerləşən Xarici Siyasət Assosiasiyasının xəbər saytında dərc olunmuş “COP29 siyasiləşdirilməməlidir” başlıqlı məqaləsində yazıb. Qeyd olunub ki, dünyanın iqlimlə bağlı ciddi təhlükələrlə üzləşdiyi şəraitdə beynəlxalq ictimaiyyət COP29-da diqqətini məhz bu məsələlərə yönəltməli, başqa məsələlərlə diqqətini yayındırmamalıdır. Konqresmenlər və senatorlar belə etməklə Dövlət katibini 11 sentyabr terrorundan sonra Əfqanıstana hərbi kontingent yeridən ABŞ-ın Cənubi Qafqazdakı ən etibarlı müttəfiqlərindən birini qınamağa çağırırlar.
Diqqətə çatdırılıb ki, Azərbaycanın keçmişdə Ermənistanla hərbi münaqişədə olması indiki vəziyyətə təsir etməməlidir. Vacib olan odur ki, hazırda iki ölkə arasında münaqişənin yekun həlli üçün sülh prosesi gedir. Azərbaycan öz qonşuları ilə sülh şəraitində ümumi rifah naminə yaşıl gələcək qurmağa qərarlıdır. Bildirilib ki, hazırda Azərbaycana təzyiq etmək sözügedən sülh prosesini irəlilətmir və eyni zamanda, ABŞ-ın regiondakı maraqlarına ziddir, çünki iqlim dəyişikliyi kimi kritik əhəmiyyətli məsələlərdə Azərbaycan və ABŞ arasındakı strateji əməkdaşlığa xələl gətirir.
Yazıda, həmçinin qeyd olunub ki, sözügedən davranışla ABŞ konqresmenləri beynəlxalq ictimaiyyətin iqlim dəyişikliyinin həll yollarını axtaracağı mühüm konfransı siyasiləşdirirlər. Azərbaycanın belə bir qlobal əhəmiyyətli tədbirə ev sahibliyi etməsi ona siyasi təzyiq üçün istifadə olunmamalıdır.
Meksika mətbuatında Azərbaycan Prezidentinin çıxışına xüsusi diqqət
Meksikanın geniş oxucu kütləsinə malik olan və ölkənin ən nüfuzlu “El Universal” qəzetində də ölkəmizin ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə bağlı məqalə dərc edilib. Məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin çıxışına xüsusi diqqət yetirilib, orada səslənən fikirlər maraqla qarşılanıb. Prezident İlham Əliyev və BMT-nin Baş katibi Antonio Quterreşin COP29-un Liderlər Sammitinin açılış mərasimində çıxışlarına istinad edilərək yaşıl enerjiyə keçid zamanı karbohidrogen ehtiyatlarına malik inkişaf etməkdə olan ölkələrin üzləşdiyi reallıq vurğulanıb.
Yazıda Prezident İlham Əliyevin sözlərinə istinadla qeyd edilib ki, neft və qaz Tanrının bəxş etdiyi təbii sərvətdir və ölkələr malik olduqları təbii sərvətlərə görə günahlandırılmamalı və onları bazara çıxardıqlarına görə suçlanmamalıdır. Məqalədə, həmçinin iqlimşünaslar və ekoloqların karbohidrogenlərin iqlim dəyişikliyinə qarşı mübarizə ilə bir araya sığmadığını israr etdiyi qeyd olunub və dövlətimizin başçısının çıxışından sitat gətirilərək, Avropa İttifaqının özünün bundan iki il əvvəl qaz ixracının ikiqat artırılmasını xahiş etdiyi bildirilib.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13

