“Yaşıl tərəfdaşlıq” koalisiyasının etibarlı üzvü
04.10.2024 [08:32]
Azərbaycanın COP29 təşəbbüsləri xarici ölkələrlə əlaqələrində yeni imkanlar açmaqdadır
Azərbaycan hazırda “yaşıl həmrəylik” alyansında fəal ölkə kimi dünya birliyində öz təşəbbüskarlığı və səyləri ilə seçilməkdədir. Ölkəmizin beynəlxalq koalisiya ilə sıx əməkdaşlıq çərçivəsində qitələr arasında “yaşıl körpülər” qurmaq niyyətləri xarici nüfuzlu təşkilatlar tərəfindən də etiraf olunur. Bu günlərdə Braziliyada enerji ilə bağlı təşkil edilən beynəlxalq tədbirə qatılan Azərbaycanın energetika naziri Pərviz Şahbazovun xarici nümayəndə heyətləri ilə keçirdiyi görüşlərdə ölkəmizin “yaşıl enerji” sahəsində fəallığı bir daha yüksək dəyərləndirilib.
Avropa İttifaqının enerji təhlükəsizliyində yeni layihə...
Avropa İttifaqının (Aİ) energetika məsələləri üzrə komissarı Kadri Simsonla görüşdə Azərbaycanın etibarlı tərəfdaş kimi Aİ-nin enerji təchizatında layiqli missiya yürütməsi, eləcə də “yaşıl enerji” tərəfdaşlığı və COP29 çərçivəsində davamlı fəaliyyəti təqdir edilib. Bildirilib ki, ölkəmizin COP29-a Sədrliyi dövründə indiyədək irəli sürdüyü 14 təşəbbüsün 3-ü enerji sahəsini əhatə edir ki, bu da Aİ-nin enerji təhlükəsizliyi məsələlərinə xidmət edən strateji hədəflərlə üst-üstə düşür. Respublikamızın iqtisadi gündəliyində əsas yer tutan bərpa olunan enerji strategiyasına keçid üzrə icra edilən tədbirlər isə Aİ-Azərbaycan iqtisadi əlaqələrinin yeni səhifəsi deməkdir.
Azərbaycan strateji infrastrukturlarını müasirləşdirərək “yaşıl enerji” kabelinin əsas coğrafiyası kimi yenə də Avropa ölkələri arasında xüsusi yer tutur. Son 2 ildə Avropa İttifaqı daxil olmaqla 23 ölkə, 6 beynəlxalq təşkilat və 44 şirkətlə “yaşıl enerji” sahəsində əməkdaşlığa dair sənədlər imzalayıb. Bu strateji kursun əsas prioriteti “yaşıl enerji”nin Avropa regionuna nəqlini nəzərdə tutan “Xəzər-Qara dəniz-Avropa” dəhlizinin yaradılmasıdır ki, ölkəmiz bu platformada da fəal mövqeyi ilə seçilir. Azərbaycanın energetika naziri Braziliyada bu mövzu ilə bağlı Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen, Gürcüstan, Rumıniya, Macarıstan, Bolqarıstanın, eləcə də layihədə iştirak edən şirkətlər və maliyyə institutları ilə fikir mübadiləsi aparıb. Layihənin Mərkəzi Asiya ölkələrinin qoşulmaqla genişləndirilməsi istiqamətində atılan addımlar bütün iştirakçı ölkələr və qurumlar tərəfindən müsbət qiymətləndirilib.
Ortaq Maraqlar Layihəsi
Aİ cari ilin noyabr ayında “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” üzrə keçiriləcək yüksək səviyyəli tədbiri dəstəklədiyini və layihənin texniki-iqtisadi əsaslandırması üzrə əlavə tədbirlərə zəruri köməkliklər edəcəyini bildirib. Həmçinin, Naxçıvan üzərindən Türkiyə vasitəsilə Avropaya “yaşıl enerji” infrastrukturunun qurulması da təqdir olunub və layihənin bu xəttinin Avropada elektrik enerjisinə gözlənilən artım tələbatları fonunda daha rentabelli və dayanıqlı enerji gücləri formalaşdıracağına əminlik ifadə olunub. “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi”nin növbəti fazasına digər tərəflərin də qoşulacağı və iştirakçı ölkələrin öz yeni enerji xətləri və infrastrukturlarını vahid şəbəkədə əlaqələndirməsindən sonra layihənin nəhəng “yaşıl PMI” (Ortaq Maraqlar Layihəsi) statusu alacağı gözlənilir. Beləliklə, Xəzər dənizindən Qara dənizə, oradan da Avropaya doğru gedən “yaşıl kabel” Avropa ilə Asiyada “yaşıl körpü”nün ən rentabelli xətti olacaq.
Ssenariyə əsasən, Azərbaycan “yaşıl kabel” vasitəsilə 2027-ci ilin sonuna qədər 2000 meqavat enerji ixrac edəcək. Ümumilikdə, Azərbaycan 2030-cu ilə qədər hazırda inşa olunan 9 stansiyadan əlavə 10 günəş və külək enerjisi stansiyaları da quracaq ki, onların gücü 5000 meqavat (5 qiqavat) təşkil edəcək. Bütün yaşıl gücləri nəzərə alsaq, Azərbaycan, ən azı 157 qiqavat potensialla bazara daxil olacaq. Bu potensialdan istifadə edərək, ölkəmiz həm daxili qaz istehlakını elektrik enerjisi istehsalı ilə əvəzləyəcək, həm də Avropanın ənənəvi qazdan yaşıl enerjiyə keçidinin əsas təminatçılarından biri olacaq.
Böyük Britaniyanın ölkəmizə dəstəyi..
Aİ ilə yanaşı, Böyük Britaniya da Azərbaycanın “yaşıl tərəfdaşlıq” koalisiyasındakı çevik addımlarını dəstəkləyir. Azərbaycanın 1994-cü ildə əsasını qoyduğu yeni enerji diplomatiyasında yer alan və Şərq-Qərb enerji dəhlizlərinin formalaşmasında aparıcı tərəfdaşlarından biri olan Britaniya BTC, TANAP, TAP kəmərlərini enerji həmrəyliyi dəhlizləri kimi dəyərləndirir. Hazırda Azərbaycanın enerji siyasətində əsas yer tutan “yaşıl hidrogen” və təmiz ekoloji mühit platforması da Londonun məqsəd və məramları ilə üst-üstə düşür. Həmçinin, Azərbaycanın yaşıl enerji üzrə nəql marşrutu da Şərq-Qərb xətti üzərində qurulub ki, bu da Böyük Britaniyanın enerji konsepsiyasına və maraqlarına uyğundur. Bütün bunlar onu göstərir ki, Britaniyanın da “yaşıl enerji” proqramlarında Azərbaycanla birgə əməkdaşlığı üçün yeni fürsət və mühit formalaşıb. Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Parlamentinin “Enerji Təhlükəsizliyi və Xalis Sıfır” departamentində dövlət katibinin müavini Keri Makkarti ilə Azərbaycanın energetika nazirinin Braziliyada keçirilən görüşündə də bu mövzuya toxunulub. London hökuməti ölkələrimiz arasında enerji sahəsində uzunmüddətli strateji tərəfdaşlığın “yaşıl enerji”, dekarbonizasiya istiqamətləri ilə şaxələnən inkişafı alqışlayaraq təmiz enerjiyə keçid sahəsində yeni əlaqələrin perspektivlərinin də ümidverici olduğunu xatırladıb.
Azərbaycanın COP29-a ev sahibliyi edən ölkə kimi “yaşıl enerji zonası və dəhliz”lər, elektrik şəbəkələrinin gücləndirilməsi və enerji saxlama imkanlarının artırılması, hidrogenin inkişafı üzrə təşəbbüslərinə dəstəyini ifadə edən Böyük Britaniya potensial əməkdaşlıq imkanlarını artırmaq niyyətindədir.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
Dünya
29 Aprel 19:18
Maraqlı
29 Aprel 18:30
Siyasət
29 Aprel 18:12
YAP xəbərləri
29 Aprel 17:40
Maraqlı
29 Aprel 17:25
Sosial
29 Aprel 17:06
Dünya
29 Aprel 16:39
Analitik
29 Aprel 16:16
Dünya
29 Aprel 16:03
Dünya
29 Aprel 15:48
İqtisadiyyat
29 Aprel 15:23
YAP xəbərləri
29 Aprel 14:59
Siyasət
29 Aprel 14:41
Dünya
29 Aprel 14:32
Dünya
29 Aprel 14:09
Siyasət
29 Aprel 13:52
Dünya
29 Aprel 13:42
Hadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54
Dünya
29 Aprel 12:20
İdman
29 Aprel 12:13
Siyasət
29 Aprel 11:55
Gündəm
29 Aprel 11:48
Gündəm
29 Aprel 11:25
Elm
29 Aprel 11:03
Gündəm
29 Aprel 10:59
Gündəm
29 Aprel 10:34
YAP xəbərləri
29 Aprel 10:22
Sosial
29 Aprel 10:12
Hadisə
29 Aprel 10:06
Gündəm
29 Aprel 09:55
İdman
29 Aprel 09:41
Analitik
29 Aprel 09:30
Analitik
29 Aprel 09:17
Sosial
29 Aprel 08:50
Mədəniyyət
29 Aprel 08:34
Elanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12

