Füzuliyə yeni həyat qayıdıb
19.10.2026 [12:26]
Dünyaya səs salan, 30 illik işğala son qoyaraq kimliyimizi, qürurumuzu özümüzə qaytaran, Azərbaycanın qalib ölkə kimi söz sahibliyini möhkəmləndirən tarixi Zəfərimizin yaratdığı reallıqları yaşayırıq. Artıq xalqımız altı ildir ki, torpaqlarımızın işğaldan azad edildiyi tarixləri qeyd edir. Bu qüruru bizlərə yaşadan dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, rəşadətli Azərbaycan Ordusuna minnətdarlığımızı ifadə edir, qanları, canları ilə tarix yazıb şəhidlik zirvəsinə ucalan Vətən oğullarının ruhu qarşısında baş əyir, qazilərimizə şəfa diləyirik. Bu gün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı Azərbaycan Bayrağının Cəbrayılda, Füzulidə, Zəngilanda, Şuşada, Ağdamda, Kəlbəcərdə, Laçında, Xocalıda, Xankəndidə, Xocavənddə, bütün azad edilmiş torpaqlarımızda dalğalanmasından qürur hissi keçirir. 30 il xalqımız bu amalla yaşadı: Ərazi bütövlüyümüz və suverenliyimiz tam təmin olunsun, Azərbaycan Bayrağı işğaldan azad edilmiş bütün torpaqlarımızda dalğalansın.
Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz bu sevinci yaşatdı. 2020-ci il oktyabrın 17-də rəşadətli Ordumuz Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndlərini və Füzuli şəhərini düşməndən azad etdi.
Tarixə qısa nəzər salaq. Azərbaycanın iri yaşayış məskənlərindən olan Füzulinin əsası 1827-ci ildə qoyulmuşdur. Qarabulaq adlanan yaşayış məskəninin əsasında 1930-cu ildə rayon təşkil olunmuş və Qaryagin adlandırılmışdır. 1959-cu ilin aprelində böyük Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi şərəfinə Qaryagin rayonunun adı dəyişərək Füzuli rayonu adlandırılmışdır. İşğaldan öncə Füzuli rayonu tarixi-dini abidələrlə, xüsusən də türbələrlə zəngin bir ərazi olmuşdur. Rayonda mövcud olan abidələr sırasına Babı kəndində yerləşən səkkizguşəli Şeyx Babi Yaqub (XIII əsr) türbəsini, Aşağı Veysəlli kəndində XIV əsrə aid Mirəli türbəsini, Əhmədalılar kəndində orta əsr qəbiristanlığının ərazisində sənduqə formalı qəbirdaşının üzərindəki türbəni, XIX əsrin Cəlil türbəsini aid etmək olar. Füzuli şəhəri və rayonun böyük hissəsi 23 avqust 1993-cü il tarixində erməni silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. Ermənistanın silahlı qüvvələri ilə mübarizədə rayon sakinlərindən 400 nəfərədək müharibə əlili, 663 nəfər şəhid olmuşdur, 181 nəfər əsir və itkin düşmüşdür.
Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ordu quruculuğunda atılan addımlar tez bir zamanda öz müsbət nəticəsini verdi. 1994-cü il yanvarın 5-də Azərbaycan Silahlı Qüvvələrinin əməliyyatı nəticəsində Füzuli rayonunun 22 yaşayış məntəqəsi işğaldan azad olundu.
Füzuli uğrunda aparılmış döyüşlər 44 günlük İkinci Qarabağ müharibəsi zamanı ən ağır döyüşlərdən oldu. Füzulinin təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması Azərbaycana strateji üstünlüklər verdi. Otuz il ərzində düşmən təmas xəttində möhkəm istehkam qurmuşdu. Hətta ən tanınmış hərbi mütəxəssislər də belə fikirdə idilər ki, Füzulini işğaldan azad etmək üçün bəlkə aylarla vaxt lazım olacaq. Ancaq Füzuli uğrunda döyüşlərdə rəşadətli Ordumuzun şücaəti qarşısında düşmən son mərhələdə öz silahlarını yerə qoyub qaçmışdı. Mənfur düşmən və bütün dünya Azərbaycan Ordusunun gücünü gördü və bunu etiraf edir.
Füzuli uğrunda döyüşlərdə iştirak edən Vətən oğullarının qəhrəmanlığı ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən yüksək qiymətləndirildi. Belə ki, 2020-ci il noyabrın 26-da “Füzulinin azad olunmasına görə” medalı təsis edildi. Dövlət başçısı İlham Əliyevin Sərəncamları əsasında Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 25325 hərbi qulluqçusu “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunub.
Altı ildir işğaldan azad edilən digər torpaqlarımız kimi, Füzuli də həyatının yeni dövrünü yaşayır. Tarixi Zəfərimizdən sonra, 16 noyabr 2020-ci il tarixdə dövlət başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli və Cəbrayıl rayonlarına, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərinə səfər etdilər. Bu səfər tarixi səfər olmaqla yanaşı, genişmiqyaslı yenidənqurma, bərpa-quruculuq işlərinin başlanğıcı oldu. Səkkiz ay ərzində Füzuli Beynəlxalq Hava Limanı tikilib istifadəyə verildi. Füzulidən Şuşaya çəkilən Zəfər yolu qısa zamanda istifadəyə verildi. Kommunikasiya və elektrik xətlərinin bərpası artıq başa çatıb. Hazırda yeni yaşayış komplekslərinin, məktəblərin, səhiyyə müəssisələrinin tkintisi davam edir. Geniş miqyas alan bərpa-quruculuq işləri Türk dünyasının birliyinin təqdimatında da əhəmiyyətli rol oynayır. Belə ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin şəxsi təşəbbüsü ilə işğaldan tam azad olunmuş Füzulidə Mirzə Uluqbəy adına orta məktəb inşa olunub. Məktəbdə 40 sinif otağı, 6 laboratoriya, 2 informatika otağı, 5 funksional tədris otağı, akt zalı, idman zalı, yeməkxana, kitabxana yaradılıb. Məktəbin ərazisində futbol meydançası, istirahət və keçiriləcək tədbirlər üçün yerlər, qaçış zolaqları, nəzarət buraxılış məntəqəsi, qazanxana, su çənləri, transformator yarımstansiyası inşa edilib. 2024-cü il martın 12-də isə Prezident İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Füzuli şəhərində inşa olunan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılış mərasimində iştirak etdilər. İşğaldan azad edilmiş Füzuli şəhərində qazax xalqının böyük oğlu Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin yaradılması iki xalq arasında dostluğun rəmzidir.
Füzuliyə yeni həyat qayıdıb və şəhər hazırda öz tarixinin ən böyük dirçəliş dövrünü yaşayır. 30 illik işğaldan və dağıntılardan sonra Füzuli bu gün sürətlə yenidən qurulur və Böyük Qayıdış Proqramının ən mühüm rəmzlərindən birinə çevrilib.
Anar Nəbiyev
YAP Qazax rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
19 Oktyabr 18:53
YAP xəbərləri
19 Oktyabr 18:26
Müsahibə
19 Oktyabr 18:25
Elm
19 Oktyabr 18:23
Siyasət
19 Oktyabr 18:12
Sosial
19 Oktyabr 18:11
Xəbər lenti
19 Oktyabr 18:07
Elanlar
19 Oktyabr 18:07
YAP xəbərləri
19 Oktyabr 18:04
Sosial
19 Oktyabr 17:47
Mədəniyyət
19 Oktyabr 17:22
Dünya
19 Oktyabr 17:16
İqtisadiyyat
19 Oktyabr 16:46
Siyasət
19 Oktyabr 16:37
Xəbər lenti
19 Oktyabr 16:36
Hadisə
19 Oktyabr 16:36
Dünya
19 Oktyabr 16:12
Sosial
19 Oktyabr 15:45
İdman
19 Oktyabr 15:45
YAP xəbərləri
19 Oktyabr 15:41
YAP xəbərləri
19 Oktyabr 15:35
Siyasət
19 Oktyabr 15:27
YAP xəbərləri
19 Oktyabr 15:04
Elanlar
19 Oktyabr 15:02
Sosial
19 Oktyabr 14:54
Gündəm
19 Oktyabr 14:33
Sosial
19 Oktyabr 14:13
Sosial
19 Oktyabr 14:12
İqtisadiyyat
19 Oktyabr 14:12
İqtisadiyyat
19 Oktyabr 14:11
Sosial
19 Oktyabr 14:10
Mədəniyyət
19 Oktyabr 14:09
Dünya
19 Oktyabr 14:08
YAP xəbərləri
19 Oktyabr 13:43
YAP xəbərləri
19 Oktyabr 13:39
Siyasət
19 Oktyabr 13:02
YAP xəbərləri
19 Oktyabr 12:50
YAP xəbərləri
19 Oktyabr 12:49
YAP xəbərləri
19 Oktyabr 12:25
YAP xəbərləri
19 Oktyabr 12:10
Sosial
19 Oktyabr 11:41
Sosial
19 Oktyabr 11:39
Sosial
19 Oktyabr 11:39
YAP xəbərləri
19 Oktyabr 11:36
YAP xəbərləri
19 Oktyabr 10:54
Dünya
19 Oktyabr 10:47
Dünya
19 Oktyabr 09:41
Dünya
19 Oktyabr 09:17
Dünya
19 Oktyabr 08:59
Dünya
19 Oktyabr 08:30
Maraqlı
18 Oktyabr 20:31
Dünya
18 Oktyabr 19:17
Dünya
18 Oktyabr 18:40
Dünya
18 Oktyabr 17:25
Analitik
18 Oktyabr 16:30
Analitik
18 Oktyabr 16:22
Dünya
18 Oktyabr 16:18
Analitik
18 Oktyabr 16:13
Analitik
18 Oktyabr 16:10
Dünya
18 Oktyabr 15:31
Dünya
18 Oktyabr 14:22
Dünya
18 Oktyabr 13:17
Dünya
18 Oktyabr 12:35
Dünya
18 Oktyabr 11:19
İqtisadiyyat
18 Oktyabr 10:54
Siyasət
18 Oktyabr 10:27
Dünya
18 Oktyabr 10:23
Siyasət
18 Oktyabr 10:22
Siyasət
18 Oktyabr 10:21
Siyasət
18 Oktyabr 10:10

