Ölkəmizin beynəlxalq münasibətlər sistemində artan rolu
19.10.2026 [14:19]
Elmin Məmmədov
YAP Ağdam rayon təşkilatının əməkdaşı
15 oktyabr 2026-cı il tarixində Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə Görüşü keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zirvə Görüşündə çıxış edərək ölkəmizin beynəlxalq münasibətlər sistemində artan rolunu və regional əməkdaşlığın əhəmiyyətini vurğulayıb. Dövlət başçısı Azərbaycanın müstəqil xarici siyasətindən, milli maraqların qorunmasından və beynəlxalq hüququn prinsiplərinə hörmətin vacibliyindən bəhs edib.
Prezident çıxışında dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət edilməsinin davamlı sülhün əsas şərtlərindən biri olduğunu diqqətə çatdırıb. Azərbaycanın uzun illər ərzində üzləşdiyi işğal və ədalətsizliklərə baxmayaraq, öz gücünə arxalanaraq ərazi bütövlüyünü və suverenliyini bərpa etdiyi vurğulanıb. Dövlət başçısı regionda sülhün və sabitliyin möhkəmləndirilməsinin vacibliyini qeyd edib. O, ölkələr arasında qarşılıqlı etimadın gücləndirilməsinin və dialoqun genişləndirilməsinin beynəlxalq təhlükəsizliyə mühüm töhfə verdiyini bildirib.
Dövlət başçısının çıxışında Azərbaycanın müasir tarixinin mühüm məqamlarının xatırladılması beynəlxalq hüququn qorunmasının nə qədər vacib olduğunu təsdiqləyir. Ölkəmiz uzun illər ərazilərinin işğalı, yüz minlərlə insanın doğma yurdlarından didərgin salınması və beynəlxalq təşkilatların qərarlarının icrasız qalması ilə üzləşib. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnamənin uzun müddət yerinə yetirilməməsi beynəlxalq münasibətlər sistemində qərarların icrası ilə bağlı mövcud problemləri üzə çıxarıb. Beynəlxalq hüququn prinsipləri yalnız siyasi bəyanatlarda deyil, real fəaliyyətdə də təmin edilməlidir. Dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə münasibətdə ikili standartların tətbiqi beynəlxalq ədalətə inamı zəiflədir, münaqişələrin həllini çətinləşdirir. Buna görə də beynəlxalq təşkilatların nüfuzunun qorunması onların qəbul etdikləri qərarların icrasına və bütün dövlətlərə bərabər münasibət göstərilməsinə bağlıdır.
AQEM çərçivəsində əməkdaşlığın inkişafı Asiya məkanında etimadın möhkəmlənməsi və dövlətlər arasında qarşılıqlı anlaşmanın güclənməsi üçün əlavə imkanlar yaradır. Azərbaycanın sədrliyi dövründə bu istiqamətlərdə görülən işlər təşkilatın fəaliyyətinin daha səmərəli olmasına töhfə verir.
Prezident İlham Əliyevin Zirvə Görüşündəki çıxışı Azərbaycanın beynəlxalq münasibətlərdə həm prinsipial mövqe nümayiş etdirdiyini, həm də əməkdaşlıq imkanlarının genişləndirilməsinə çalışdığını nümayiş etdirir. Ölkəmiz beynəlxalq hüququn aliliyini, dövlətlərin suverenliyinə hörməti və sülhün qorunmasını müdafiə etməklə yanaşı, çoxtərəfli platformalarda ortaq təşəbbüslərin həyata keçirilməsinə də töhfə verir.
Bakı Sammiti Azərbaycan xarici siyasətinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirdi. Uzun illər beynəlxalq qətnamələrin icrasına nail olmağa çalışan, lakin nəticə əldə edə bilməyən Azərbaycan sonda ədaləti öz gücü ilə bərpa etdi və bu gün tərəfdaşlarına etimad, bağlantılar və iqtisadi qarşılıqlı asılılıq üzərində qurulan öz təhlükəsizlik baxışını təqdim edir.
Xəbər lenti
Hamısına baxMədəniyyət
19 Oktyabr 17:22
Dünya
19 Oktyabr 17:16
İqtisadiyyat
19 Oktyabr 16:46
Siyasət
19 Oktyabr 16:37
Xəbər lenti
19 Oktyabr 16:36
Hadisə
19 Oktyabr 16:36
Dünya
19 Oktyabr 16:12
Sosial
19 Oktyabr 15:45
İdman
19 Oktyabr 15:45
YAP xəbərləri
19 Oktyabr 15:41
YAP xəbərləri
19 Oktyabr 15:35
Siyasət
19 Oktyabr 15:27
YAP xəbərləri
19 Oktyabr 15:04
Elanlar
19 Oktyabr 15:02
Sosial
19 Oktyabr 14:54
Gündəm
19 Oktyabr 14:33
Sosial
19 Oktyabr 14:13
Sosial
19 Oktyabr 14:12
İqtisadiyyat
19 Oktyabr 14:12
İqtisadiyyat
19 Oktyabr 14:11
Sosial
19 Oktyabr 14:10
Mədəniyyət
19 Oktyabr 14:09
Dünya
19 Oktyabr 14:08
YAP xəbərləri
19 Oktyabr 13:43
YAP xəbərləri
19 Oktyabr 13:39
Siyasət
19 Oktyabr 13:02
YAP xəbərləri
19 Oktyabr 12:50
YAP xəbərləri
19 Oktyabr 12:49
YAP xəbərləri
19 Oktyabr 12:25
YAP xəbərləri
19 Oktyabr 12:10
Sosial
19 Oktyabr 11:41
Sosial
19 Oktyabr 11:39
Sosial
19 Oktyabr 11:39
YAP xəbərləri
19 Oktyabr 11:36
YAP xəbərləri
19 Oktyabr 10:54
Dünya
19 Oktyabr 10:47
Dünya
19 Oktyabr 09:41
Dünya
19 Oktyabr 09:17
Dünya
19 Oktyabr 08:59
Dünya
19 Oktyabr 08:30
Maraqlı
18 Oktyabr 20:31
Dünya
18 Oktyabr 19:17
Dünya
18 Oktyabr 18:40
Dünya
18 Oktyabr 17:25
Analitik
18 Oktyabr 16:30
Analitik
18 Oktyabr 16:22
Dünya
18 Oktyabr 16:18
Analitik
18 Oktyabr 16:13
Analitik
18 Oktyabr 16:10
Dünya
18 Oktyabr 15:31
Dünya
18 Oktyabr 14:22
Dünya
18 Oktyabr 13:17
Dünya
18 Oktyabr 12:35
Dünya
18 Oktyabr 11:19
İqtisadiyyat
18 Oktyabr 10:54
Siyasət
18 Oktyabr 10:27
Dünya
18 Oktyabr 10:23
Siyasət
18 Oktyabr 10:22
Siyasət
18 Oktyabr 10:21
Siyasət
18 Oktyabr 10:10
Dünya
18 Oktyabr 09:17
Dünya
18 Oktyabr 08:32
Mədəniyyət
18 Oktyabr 08:13
Dünya
18 Oktyabr 08:10
Hadisə
18 Oktyabr 07:43
İdman
17 Oktyabr 23:19
Dünya
17 Oktyabr 22:35
Dünya
17 Oktyabr 21:18
Dünya
17 Oktyabr 20:33
Dünya
17 Oktyabr 19:22

