Azərbaycan əsgərinin “Dəmir yumruğu” yenidən öz sözünü dedi
19.10.2026 [12:17]
Vüsal Hüseynov
YAP Xocavənd rayon təşkilatının sədri
Prezident İlham Əliyevin 15 oktyabr 2026-cı il tarixində keçirilən AQEM Zirvə Görüşündəki nitqində yer alan “Azərbaycan əsgərinin 'Dəmir yumruğu' yenidən öz sözünü dedi” bəyanatı dövlətimizin son illərdə qazandığı tarixi hərbi-siyasi zəfərlərin, milli birliyin və regional gücün ən dolğun ifadəsidir.
Bu ifadə təkcə hərbi gücün rəmzi deyil. “Dəmir yumruq” Ali Baş Komandanın ətrafında sıx birləşən xalqımızın sarsılmaz iradəsini, milli həmrəyliyini və Azərbaycan dövlətinin suverenliyini qorumaq əzmini təcəssüm etdirir.
2020-ci ilin 44 günlük Vətən Müharibəsində Azərbaycan Ordusu məhz bu "Dəmir yumruq" altında birləşərək 30 ilə yaxın davam edən işğala son qoydu. BMT Təhlükəsizlik Şurasının kağız üzərində qalmış qətnamələrini Azərbaycan əsgəri öz qanı və canı bahasına icra etdi. Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Hadrut, Sugovuşan və nəhayət, keçilməz qayaları aşaraq azad edilən Şuşa zəfəri ilə Azərbaycanın hərbi qüdrəti bütün dünyaya nümayiş olundu. 44 günlük müharibə təkcə torpaqlarımızın azad edilməsi deyil, həm də Cənubi Qafqazda güclər nisbətinin və geostrateji mənzərənin köklü şəkildə dəyişdirilməsi demək idi.
2023-cü ilin sentyabrında keçirilən cəmi 24 saatlıq lokal xarakterli antiterror əməliyyatı isə "Dəmir yumruq" hərbi doktrinasının növbəti parlaq təzahürü oldu. Yüksək peşəkarlıqla həyata keçirilən bu əməliyyat nəticəsində Qarabağdakı qanunsuz separatçı rejim və qanunsuz erməni silahlı birləşmələri tərksilah edilərək tamamilə ləğv olundu. Bununla da Azərbaycan Respublikası özünün bütün suveren ərazilərində dövlət bayrağını ucaltdı, Xankəndi daxil olmaqla bütün bölgələrdə konstitusiya quruluşunu və tam suverenliyini bərpa etdi.
Prezident İlham Əliyevin AQEM Zirvə Görüşündə bu sözləri xatırlatması beynəlxalq aləmə mühüm mesajlar çatdırır. Birincisi, Azərbaycan hərbi-siyasi gücü ilə beynəlxalq hüququn aliliyini özü təmin edərək regiona ədalət gətirmişdir. İkincisi, "Dəmir yumruq" yalnız müharibə vasitəsi deyil, həm də regionda dayanıqlı sülhün, sabitliyin və təhlükəsizliyin əsas zəmanətçisidir. Üçüncüsü isə bu kəlam Azərbaycan əsgər və zabitinin rəşadətinə, Vətən uğrunda göstərdiyi misilsiz qəhrəmanlığa Ali Baş Komandan tərəfindən verilən ali dəyərdir.
Nəticə etibarilə, Prezidentin bu tarixi ifadəsi göstərir ki, Azərbaycan regionda şərtləri diktə edən, sülhü və təhlükəsizliyi öz qüdrəti ilə təmin edən qüdrətli dövlətdir və bu reallıqla hər bir tərəf hesablaşmağa məcburdur.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
19 Oktyabr 15:41
YAP xəbərləri
19 Oktyabr 15:35
Siyasət
19 Oktyabr 15:27
YAP xəbərləri
19 Oktyabr 15:04
Elanlar
19 Oktyabr 15:02
Sosial
19 Oktyabr 14:54
Gündəm
19 Oktyabr 14:33
Sosial
19 Oktyabr 14:13
Sosial
19 Oktyabr 14:12
İqtisadiyyat
19 Oktyabr 14:12
İqtisadiyyat
19 Oktyabr 14:11
Sosial
19 Oktyabr 14:10
Mədəniyyət
19 Oktyabr 14:09
Dünya
19 Oktyabr 14:08
YAP xəbərləri
19 Oktyabr 13:43
YAP xəbərləri
19 Oktyabr 13:39
Siyasət
19 Oktyabr 13:02
YAP xəbərləri
19 Oktyabr 12:50
YAP xəbərləri
19 Oktyabr 12:49
YAP xəbərləri
19 Oktyabr 12:25
YAP xəbərləri
19 Oktyabr 12:10
Sosial
19 Oktyabr 11:41
Sosial
19 Oktyabr 11:39
Sosial
19 Oktyabr 11:39
YAP xəbərləri
19 Oktyabr 11:36
YAP xəbərləri
19 Oktyabr 10:54
Dünya
19 Oktyabr 10:47
Dünya
19 Oktyabr 09:41
Dünya
19 Oktyabr 09:17
Dünya
19 Oktyabr 08:59
Dünya
19 Oktyabr 08:30
Maraqlı
18 Oktyabr 20:31
Dünya
18 Oktyabr 19:17
Dünya
18 Oktyabr 18:40
Dünya
18 Oktyabr 17:25
Analitik
18 Oktyabr 16:30
Analitik
18 Oktyabr 16:22
Dünya
18 Oktyabr 16:18
Analitik
18 Oktyabr 16:13
Analitik
18 Oktyabr 16:10
Dünya
18 Oktyabr 15:31
Dünya
18 Oktyabr 14:22
Dünya
18 Oktyabr 13:17
Dünya
18 Oktyabr 12:35
Dünya
18 Oktyabr 11:19
İqtisadiyyat
18 Oktyabr 10:54
Siyasət
18 Oktyabr 10:27
Dünya
18 Oktyabr 10:23
Siyasət
18 Oktyabr 10:22
Siyasət
18 Oktyabr 10:21
Siyasət
18 Oktyabr 10:10
Dünya
18 Oktyabr 09:17
Dünya
18 Oktyabr 08:32
Mədəniyyət
18 Oktyabr 08:13
Dünya
18 Oktyabr 08:10
Hadisə
18 Oktyabr 07:43
İdman
17 Oktyabr 23:19
Dünya
17 Oktyabr 22:35
Dünya
17 Oktyabr 21:18
Dünya
17 Oktyabr 20:33
Dünya
17 Oktyabr 19:22
Dünya
17 Oktyabr 18:19
Siyasət
17 Oktyabr 17:25
Hadisə
17 Oktyabr 16:19
Sosial
17 Oktyabr 15:10
İqtisadiyyat
17 Oktyabr 14:30
Siyasət
17 Oktyabr 13:28
Siyasət
17 Oktyabr 12:35
Gündəm
17 Oktyabr 11:59
Siyasət
17 Oktyabr 10:59

