Azərbaycan-Kamboca əlaqələri yüksələn xətlə
19.10.2026 [12:05]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizdə rəsmi səfərdə olan Kamboca Krallığının Baş naziri Hun Maneti təntənəli şəkildə qarşılayıb. İki ölkə arasında diplomatik əlaqələrin inkişafı və müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edən bu səfər rəsmi qarşılanma mərasimi ilə başlayıb. Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Kamboca Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyev ilə Kambocanın Baş naziri Hun Manet arasında geniş tərkibdə görüş keçirilib. Görüş zamanı tərəflər ticarət, iqtisadiyyat, investisiya və digər sahələrdə ikitərəfli əməkdaşlıq imkanlarını müzakirə ediblər. Müzakirələrin yekunu olaraq iki ölkə hökumətləri arasında ticarət və iqtisadi əməkdaşlıq haqqında Çərçivə Sazişi imzalanıb. Keçirilən görüşlər Azərbaycan ilə Kamboca arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu və gələcək birgə layihələr üçün geniş imkanların olduğunu bir daha nümayiş etdirib.
Geniş tərkibli görüşdə çıxış edən Prezident İlham Əliyev ali qonağı və onun rəhbərlik etdiyi nümayəndə heyətini salamlayaraq, bu rəsmi səfərin ikitərəfli əlaqələrin tarixində yeni bir səhifə açdığını vurğulayıb. Dövlətimizin başçısı Azərbaycan ilə Kamboca arasında müxtəlif istiqamətlərdə — ticarət dövriyyəsinin artırılması, qarşılıqlı investisiyaların yatırılması, birgə istehsal sahələrinin yaradılması, enerji təhlükəsizliyi və digər vacib sahələrdə əməkdaşlığın dərinləşdirilməsi üçün böyük potensialın olduğunu diqqətə çatdırıb.
Prezident İlham Əliyev, həmçinin Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Zirvə Görüşündə iştirak etmək dəvətini qəbul etdiyinə görə Baş nazir Hun Manetə təşəkkürünü bildirib. Dövlət başçısı Azərbaycanın bu möhtəşəm tədbirə ilk dəfə ev sahibliyi etdiyini və sədrliyimizin üzv ölkələr tərəfindən yekdilliklə dəstəklənməsinin ölkəmizin suverenliyə və müstəqil mövqeyə əsaslanan xarici siyasətinə verilən yüksək qiymətin təzahürü olduğunu bəyan edib.
Kambocanın Baş naziri Hun Manet öz növbəsində sammitə dəvətə və göstərilən samimi qonaqpərvərliyə görə dərin minnətdarlığını ifadə edib. O, Azərbaycanın regionda və beynəlxalq aləmdə artan nüfuzunu yüksək qiymətləndirərək, Kambocanın Cənub-Şərqi Asiya regionu ilə Azərbaycan arasında körpü rolu oynamağa hazır olduğunu və qarşılıqlı maraq kəsb edən bütün sahələrdə tərəfdaşlığın inkişafında maraqlı olduqlarını vurğulayıb.
Görüşdə tərəflər beynəlxalq təşkilatlar, o cümlədən BMT və Qoşulmama Hərəkatı çərçivəsində qarşılıqlı dəstəyin və səmərəli əməkdaşlığın davam etdirilməsinin vacibliyini qeyd ediblər. Müzakirələrin sonunda iki ölkə arasında münasibətlərin hüquqi-müqavilə bazasını möhkəmləndirən ikitərəfli sənədlər imzalanıb.
Kamboca Krallığının Baş naziri Hun Manetin Azərbaycana reallaşan bu rəsmi səfəri Bakı ilə Pnompen arasında diplomatik və iqtisadi münasibətlərin inkişafında keyfiyyətcə yeni bir mərhələnin əsasını qoydu. Yüksək səviyyəli qarşılanma mərasimi, aparılan səmərəli danışıqlar və imzalanan ikitərəfli sazişlər göstərir ki, coğrafi uzaqlığa baxmayaraq, hər iki ölkə qarşılıqlı maraqlara əsaslanan uzunmüddətli tərəfdaşlıqda qərarlıdır.
Səfər çərçivəsində əldə olunan razılaşmalar təkcə ticarət və iqtisadiyyat sahələrini deyil, həm də Cənubi Qafqaz ilə Cənub-Şərqi Asiya regionları arasında daha sıx əlaqələrin qurulmasını təmin edəcək. Beynəlxalq platformalarda səylərin birləşdirilməsi və BMT, Qoşulmama Hərəkatı kimi təşkilatlarda qarşılıqlı dəstəyin davam etdirilməsi barədə varılan yekdil rəy isə Azərbaycan ilə Kambocanın qlobal müstəvidə də etibarlı tərəfdaşlar olduğunu bir daha təsdiqlədi.
Türkanə Kərimova
YAP Babək rayon təşkilatının əməkdaşı
Xəbər lenti
Hamısına baxİdman
20 Oktyabr 19:10
İqtisadiyyat
20 Oktyabr 18:49
İqtisadiyyat
20 Oktyabr 18:32
İqtisadiyyat
20 Oktyabr 18:11
Sosial
20 Oktyabr 17:59
YAP xəbərləri
20 Oktyabr 17:40
İqtisadiyyat
20 Oktyabr 17:28
Sosial
20 Oktyabr 16:43
Dünya
20 Oktyabr 16:22
Sosial
20 Oktyabr 16:17
Mədəniyyət
20 Oktyabr 16:11
YAP xəbərləri
20 Oktyabr 16:11
Dünya
20 Oktyabr 15:51
Sosial
20 Oktyabr 15:19
İqtisadiyyat
20 Oktyabr 15:16
YAP xəbərləri
20 Oktyabr 15:15
YAP xəbərləri
20 Oktyabr 14:52
Dünya
20 Oktyabr 14:52
YAP xəbərləri
20 Oktyabr 14:30
Dünya
20 Oktyabr 14:28
İdman
20 Oktyabr 14:21
Hadisə
20 Oktyabr 14:14
Elm
20 Oktyabr 14:13
İqtisadiyyat
20 Oktyabr 14:13
YAP xəbərləri
20 Oktyabr 13:50
YAP xəbərləri
20 Oktyabr 13:47
İdman
20 Oktyabr 13:47
Dünya
20 Oktyabr 13:24
Dünya
20 Oktyabr 12:41
İqtisadiyyat
20 Oktyabr 12:39
Elm
20 Oktyabr 12:28
Dünya
20 Oktyabr 11:45
İqtisadiyyat
20 Oktyabr 11:42
İqtisadiyyat
20 Oktyabr 11:15
YAP xəbərləri
20 Oktyabr 11:03
İqtisadiyyat
20 Oktyabr 10:59
YAP xəbərləri
20 Oktyabr 10:29
Analitik
20 Oktyabr 10:23
YAP xəbərləri
20 Oktyabr 10:15
Dünya
20 Oktyabr 10:12
Gündəm
20 Oktyabr 10:05
Dünya
20 Oktyabr 09:50
YAP xəbərləri
20 Oktyabr 09:47
Analitik
20 Oktyabr 09:41
Gündəm
20 Oktyabr 09:30
YAP xəbərləri
20 Oktyabr 09:28
Sosial
20 Oktyabr 09:17
İqtisadiyyat
20 Oktyabr 08:51
Sosial
20 Oktyabr 08:36
Gündəm
20 Oktyabr 08:12
İdman
19 Oktyabr 23:17
Dünya
19 Oktyabr 22:55
Dünya
19 Oktyabr 22:12
Sosial
19 Oktyabr 21:49
Dünya
19 Oktyabr 21:13
Mədəniyyət
19 Oktyabr 21:09
Dünya
19 Oktyabr 20:41
İdman
19 Oktyabr 20:19
Siyasət
19 Oktyabr 20:18
YAP xəbərləri
19 Oktyabr 19:06
İqtisadiyyat
19 Oktyabr 18:53
YAP xəbərləri
19 Oktyabr 18:26
Müsahibə
19 Oktyabr 18:25
Elm
19 Oktyabr 18:23
Siyasət
19 Oktyabr 18:12
Sosial
19 Oktyabr 18:11
Xəbər lenti
19 Oktyabr 18:07
Elanlar
19 Oktyabr 18:07
YAP xəbərləri
19 Oktyabr 18:04
Sosial
19 Oktyabr 17:47

