VIII Qurultay: milli dövlətçilik strategiyasının yeni mərhələsi
06.10.2026 [11:48]
Meydanəli Yolçiyev
YAP Daşkəsən rayon təşkilatının sədri
Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxışı ölkəmizin keçdiyi tarixi yolun mühüm mərhələlərinə nəzər salmaqla yanaşı, Azərbaycanın qarşısında dayanan yeni vəzifələrin müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Qurultayın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsindən sonra keçirilməsi onun siyasi məzmununu daha da əhəmiyyətli edir.
Yeni Azərbaycan Partiyasının 1992-ci ildə yaradılması Azərbaycanın ən mürəkkəb ictimai-siyasi dövrlərindən birinə təsadüf edirdi. Ölkədə siyasi və iqtisadi böhran, idarəçilikdə xaos, ərazilərin işğalı təhlükəsi dövlətçiliyin gələcəyi ilə bağlı ciddi narahatlıqlar yaradırdı. Belə bir şəraitdə Ulu Öndər Heydər Əliyevin ətrafında cəmiyyətin müxtəlif təbəqələrindən olan insanların birləşməsi xalqın güclü siyasi iradəyə, sabitliyə və milli maraqları müdafiə edə biləcək siyasi qüvvəyə ehtiyacının ifadəsi idi. Partiyanın təsis qurultayı məhz bu ictimai tələbin siyasi ifadəsinə çevrildi.
Ümummilli Lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə Azərbaycanın qarşısında yeni dövlətçilik mərhələsi açıldı. 1993–2003-cü illərdə siyasi sabitliyin bərqərar edilməsi, dövlət qurumlarının formalaşdırılması, iqtisadi əsasların yaradılması, Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyinin gücləndirilməsi gələcək uğurlar üçün möhkəm zəmin formalaşdırdı. “Əsrin müqaviləsi”nin imzalanması, xarici investisiyaların ölkəyə cəlb olunması, Azərbaycanın beynəlxalq təcriddən çıxarılması və milli inkişaf strategiyasının müəyyənləşdirilməsi həmin dövrün başlıca nəticələri sırasında yer alır.
2003-cü ildən etibarən Ulu Öndərin müəyyən etdiyi siyasi kurs Prezident İlham Əliyev tərəfindən müasir dövrün çağırışlarına uyğun şəkildə davam etdirildi. İqtisadi imkanların genişləndirilməsi, hərbi potensialın gücləndirilməsi, beynəlxalq mövqelərin möhkəmləndirilməsi və milli maraqların qətiyyətlə müdafiəsi uzunmüddətli strateji siyasətin əsas istiqamətlərini təşkil etdi. Bu siyasətin ən böyük nəticəsi isə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası oldu.
2020-ci ilin 44 günlük Vətən müharibəsi Azərbaycanın tarixində yeni səhifə açdı. Xalq–ordu–iqtidar birliyi, milli həmrəylik və dövlətçilik iradəsi Zəfərin əsas amillərindən birinə çevrildi. 8 Noyabr – Zəfər Günü Azərbaycanın hərbi-siyasi gücünü nümayiş etdirməklə yanaşı, milli birliyin hansı nəticələrə gətirib çıxara biləcəyini bütün dünyaya nümayiş etdirir. Lakin qarşıda daha bir mühüm mərhələ dayanırdı. 2023-cü ilin sentyabrında həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycanın suverenliyi ölkənin bütün ərazilərində tam bərpa edildi. Beləliklə, 30 ildən artıq davam edən işğala və separatizmə son qoyuldu. 20 sentyabr Azərbaycanın dövlətçilik tarixində 8 Noyabrla yanaşı xüsusi yer tutan tarixi günə çevrildi.
Zəfərə aparan yol yalnız hərbi hazırlıqla məhdudlaşmırdı. Ölkəmiz həm siyasi, həm diplomatik, həm informasiya, həm də hərbi müstəvidə uzunmüddətli və ardıcıl mübarizə aparmalı oldu. Azərbaycanın milli maraqlarını qorumaq, beynəlxalq ictimaiyyətə real vəziyyəti çatdırmaq və ölkəyə qarşı formalaşdırılan yanlış təsəvvürləri aradan qaldırmaq istiqamətində görülən işlər də Zəfərə aparan strategiyanın mühüm tərkib hissəsini təşkil etdi. Tarixi təcrübə göstərir ki, dövlətin qarşısında dayanan böyük məqsədlərin reallaşdırılması yalnız siyasi qərarlarla deyil, cəmiyyətin vahid mövqeyi və milli həmrəyliklə mümkün olur.
VIII Qurultay həm də Yeni Azərbaycan Partiyasının keçdiyi yolun nəticələrini göstərən mühüm siyasi mərhələdir. Vaxtilə dövlətçiliyin qorunması zərurətindən yaranan siyasi təşkilat bu gün Azərbaycanın siyasi sistemində aparıcı qüvvə kimi fəaliyyət göstərir. Partiyanın uzunmüddətli fəaliyyəti ölkənin ictimai-siyasi həyatında baş verən mühüm dəyişikliklərlə paralel şəkildə inkişaf edib və yeni tarixi reallıqlara uyğun olaraq qarşısında duran vəzifələri yeniləyib.
Bu gün Azərbaycanın qarşısında artıq fərqli hədəflər dayanır. Ərazi bütövlüyü və suverenlik bərpa edildikdən sonra əsas prioritetlərdən biri əldə olunmuş nəticələrin qorunması, azad edilmiş ərazilərin bərpası, insanların doğma torpaqlarına qayıdışının təmin edilməsi, regionda davamlı sülh və sabitliyin möhkəmləndirilməsidir. Eyni zamanda, iqtisadi dayanıqlığın artırılması, insan kapitalının inkişafı, müasir texnologiyaların tətbiqi və Azərbaycanın beynəlxalq mövqelərinin daha da gücləndirilməsi yeni mərhələnin əsas istiqamətlərini müəyyənləşdirir.
Prezident İlham Əliyevin çıxışında Ulu Öndər Heydər Əliyevin siyasi kursunun dəyişməz ana xəttinə xüsusi diqqət yetirilməsi də məhz bu ardıcıllığın ifadəsidir. Taktiki və strateji prioritetlər zamanın tələblərinə uyğun dəyişə bilər, lakin müstəqillik, dövlətçilik, iqtisadi müstəqillik, güclü hərbi potensial və milli maraqların qorunması kimi fundamental prinsiplər öz əhəmiyyətini saxlayır.
Azərbaycanın son illərdə əldə etdiyi nəticələr ölkənin beynəlxalq nüfuzunun da yeni səviyyəyə yüksəldiyini nümayiş etdirir. Ərazi bütövlüyünü və suverenliyini bərpa edən, müstəqil siyasət yürüdən, iqtisadi imkanlarını genişləndirən Azərbaycan artıq regionda proseslərin istiqamətinə təsir göstərən dövlətlərdən biridir. Zəfərdən sonra yaranmış yeni geosiyasi reallıqlar ölkəmizin qarşısında daha geniş imkanlar açır.
Beləliklə, VIII Qurultay Azərbaycanın keçdiyi tarixi yolun məntiqi davamı olmaqla yanaşı, yeni mərhələnin siyasi konturlarını da müəyyənləşdirir. Bu mərhələdə qarşıya qoyulan vəzifələrin uğurla həyata keçirilməsi xalq birliyinin, milli həmrəyliyin və dövlətçilik iradəsinin qorunması ilə sıx bağlıdır. Azərbaycanın əldə etdiyi Zəfərlər göstərdi ki, milli məqsəd ətrafında birləşən xalq və qətiyyətli dövlət siyasəti qarşıya qoyulan ən böyük hədəfləri belə gerçəyə çevirə bilər. Bu gün əsas vəzifə həmin siyasi iradəni və həmrəyliyi qorumaq, əldə olunan tarixi nəticələri möhkəmləndirmək və Azərbaycanın gələcək inkişafı üçün yeni uğurların əsasını yaratmaqdır.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
06 Oktyabr 23:53
Dünya
06 Oktyabr 23:23
YAP xəbərləri
06 Oktyabr 23:04
YAP xəbərləri
06 Oktyabr 22:59
Dünya
06 Oktyabr 22:24
Dünya
06 Oktyabr 21:42
Dünya
06 Oktyabr 21:09
Dünya
06 Oktyabr 20:22
İqtisadiyyat
06 Oktyabr 20:07
Dünya
06 Oktyabr 19:59
Dünya
06 Oktyabr 19:41
Dünya
06 Oktyabr 18:14
Dünya
06 Oktyabr 17:30
Gündəm
06 Oktyabr 16:20
Dünya
06 Oktyabr 16:20
Siyasət
06 Oktyabr 16:15
Elanlar
06 Oktyabr 16:15
Siyasət
06 Oktyabr 16:14
Siyasət
06 Oktyabr 16:12
Siyasət
06 Oktyabr 16:12
Gündəm
06 Oktyabr 16:11
YAP xəbərləri
06 Oktyabr 15:53
Siyasət
06 Oktyabr 15:52
YAP xəbərləri
06 Oktyabr 15:49
Sosial
06 Oktyabr 15:41
Dünya
06 Oktyabr 15:39
Siyasət
06 Oktyabr 15:23
Siyasət
06 Oktyabr 15:22
Siyasət
06 Oktyabr 15:10
YAP xəbərləri
06 Oktyabr 14:25
YAP xəbərləri
06 Oktyabr 14:22
Dünya
06 Oktyabr 14:18
YAP xəbərləri
06 Oktyabr 13:35
İdman
06 Oktyabr 13:32
YAP xəbərləri
06 Oktyabr 13:10
Siyasət
06 Oktyabr 13:07
Gündəm
06 Oktyabr 12:51
Siyasət
06 Oktyabr 12:32
Sosial
06 Oktyabr 12:27
İqtisadiyyat
06 Oktyabr 12:12
Hadisə
06 Oktyabr 12:11
Xəbər lenti
06 Oktyabr 12:10
İqtisadiyyat
06 Oktyabr 12:09
Siyasət
06 Oktyabr 11:58
YAP xəbərləri
06 Oktyabr 11:43
Müsahibə
06 Oktyabr 11:23
YAP xəbərləri
06 Oktyabr 11:22
YAP xəbərləri
06 Oktyabr 11:20
İqtisadiyyat
06 Oktyabr 10:47
Siyasət
06 Oktyabr 10:14
Analitik
06 Oktyabr 09:40
Analitik
06 Oktyabr 09:22
Sosial
06 Oktyabr 08:52
Sosial
06 Oktyabr 08:37
Gündəm
06 Oktyabr 08:10
Dünya
06 Oktyabr 00:14
Dünya
05 Oktyabr 23:58
Dünya
05 Oktyabr 23:32
Dünya
05 Oktyabr 22:47
Dünya
05 Oktyabr 22:22
Siyasət
05 Oktyabr 22:14
Dünya
05 Oktyabr 21:57
Dünya
05 Oktyabr 21:24
Xarici siyasət
05 Oktyabr 21:10
Dünya
05 Oktyabr 21:03
Dünya
05 Oktyabr 20:47
Dünya
05 Oktyabr 20:22
Dünya
05 Oktyabr 20:00
Dünya
05 Oktyabr 19:57
Dünya
05 Oktyabr 18:09

