Avropa Parlamenti rüşvətxorlar yuvasıdır
18.09.2026 [11:46]
Erməni lobbisinin “xidməti”ndən yararlananlar ifşa edilir
1990-cı illərin əvvəlində Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi qlobal dünya tərəfindən susqunluqla qarşılanmışdı. Bu işğal faktına göz yuman, BMT TŞ-nın məlum qətnamələrini yerinə yetirməyən, beynəlxalq aləmin tələblərinə məhəl qoymayan qlobal areal isə hər kəsə məlumdur - söhbət adını “beynəlxalq təşkilat” qoymuş Avropanın bir sıra strukturlarından gedir. Ötən 30 ildə Azərbaycan dövləti işğala məruz qalan tərəf olsa da, sülh prinsipini hər zaman ön sırada tutdu, problemin danışıqlar yolu ilə həllinə üstünlük verdi. Amma adını bəzi “beynəlxalq” təsisatlar, təşkilatlar qoyanlar Azərbaycanın sülhpərvər mövqeyini dəstəkləmək, onu dəyərləndirmək əvəzinə daha çox işğalçının yanında yer aldılar. Təbii ki, bu məsələdə xaricdəki erməni lobbisinin “xidməti” xüsusi dəyərləndirilməlidir. Beynəlxalq təşkilatların üzvlərinin, hətta rəsmilərinin belə rüşvətlə ələ alınması, korrupsiya girdabına düşməsi müasir dünyada tez-tez rast gəlinən presedentlərdən sayılır.
Prezident İlham Əliyev sentyabrın 15-də Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini idarə rəhbərləri Şurasının üzvlərindən və müşahidəçilərindən, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçılarından və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edərkən bildirib ki, biz kimlərlə üzbəüz qalmışdıq, yəni Ermənistan təkbaşına deyildi: “Ermənistan təkbaşına olsaydı, bu məsələ çoxdan həll olunardı. Yaxud da ki, o vaxt bu işğala, bu vəhşiliyə, bu soyqırımına görə Ermənistana beynəlxalq sanksiyalar tətbiq edilsəydi, məsələ çoxdan həll olunardı. Eləmədilər, bilərəkdən, qəsdən. İndi yeri gəldi-gəlmədi, hər yerə sanksiyalar qoyulur. Amma yaxşı, Ermənistan burada başqa dövlətin 20 faiz torpağını zəbt edib, 700 min insanı oradan qovub, 250 min insanı - azərbaycanlıları Ermənistandan qovub, dağıdıb hər şeyi, bütün şəhərləri. Sən niyə ona sanksiya tətbiq etmirsən? Bu, deməli, ikili standartlardır. Haradan gəlir bu ikili standartlar, aydın məsələdir”.
Avropa adına ləkə gətirən “parlament”
Bu fikirləri Avropa Parlamentinə də şamil etmək olar. Avropa İttifaqının üzvü olan ölkələrin enerji təminatında mühüm rol oynayan, ümumilikdə Aİ ilə mühüm enerji dialoqu aparan Azərbaycana qarşı Avropa Parlamentinin əsassız və qeyri-hüquqi “qətnamələrlə” çıxış etməsi anlaşılan deyil. Ayıbına kor olmayan Avroparlament ölkəmizə qarşı qərəzli və ikili standartlara əsaslanan münasibət sərgiləməkdənsə, öz imicini yerlə-bir etmək üçün “səfərbər olur”, növbəti ədalətsiz addımlara əl atır. Əlbəttə ki, bu kimi “korrupsioner havadarlığın” da bir gizli mənbəyi olmalıdır. Bu mənbənin kimliyi isə hər kəsə bəllidir - Qərbin ermənipərəst siyasətçilərinin, qurumlarının üzündən maskalar endikcə əsl sima(sızlıq)ları üzə çıxır, kimlərin kölgəsinə sığındıqları üzə çıxdı. Anti-Azərbaycan mövqeyi ilə “şöhrət qazanan” Bob Menendezin, Eva Kailinin Avropa parlamentindəki şəriklərinin əsl mahiyyəti ortaya qoyuldu. Maraqlıdır ki, irqçi, islamafob, Azərbaycanofob, türkofob mövqeyi və ikili standartları ilə tanınan Avropa Parlamenti üzvlərinin adları intensiv şəkildə çirkin korrupsiya faktlarında hallanır, ifşa edilirlər.
Eva Kailinin milyonları və zinətləri...
Sirr deyil ki, 2023-cü iln sentyabrından başlayaraq Azərbaycana qarşı heç bir hüquqi ölçüyə sığmayan qərəz tonunda mövqe sərgiləyən Avroparlament üzvlərinin əksəriyyəti erməni lobbisinin qanadları altına sığınıb. Maddi yardım qarşılığında erməni lobbi üzvlərinin “dəyənəyi”nə çevrilmiş bu “parlamentarilər” həmin lobbi üzvlərinin “dirijor çubuğu” ilə də idarə olunur. Heç bir hüquqi əsası olmayan qondarma tələblər də məhz həmin deputatlara verilən “sifarişlərin” nəticələridir. Çox uzağa getmədən bir neçə il öncə Avropa Parlamentinin Yunanıstandan olan vitse-prezidenti Eva Kailinin milyonlarla dollarlıq korrupsiya skandalları ilə gündəmə gəlməsini xatırlayaq - bu fakt özlüyündə hər şeyi deyir. Azərbaycana qarşı çağırışların daimi “səsləndiricisi” olan deputatlar erməni lobbisinin pulu ilə işləyir - maliyyələşmənin arxasında Avropada yaşayan erməni əsilli milyarderlər dayanır. Maraqlı nüanslardan biri də korrupsiya faktı ilə həbs edilmiş Eva Kailinin həbsinə qədər onun Avropa Parlamentinin Avropa İttifaqı-Ermənistan dostluq qrupunun üzvü olması və bu çərçivədə Ədalət və Demokratiya uğrunda Ümumavropa Erməni Federasiyası (EAFJD) təşkilatı ilə sıx əlaqləri idi. Bu təşkilatın prezidenti ermənilərin “almaz imperatoru” adlandırdıqları milyarder Kaspar Karapetyandır. Karapetyan on illər boyunca Avropa Parlamentinin bir çox deputatlarının yalnız Ermənistana deyil, eləcə də Qarabağa qanunsuz səfərlərini təşkil edib. Onun xüsusilə, avroparlament üzvlərinin “Daşnaksutyun” partiyasının təmsilçiləri ilə mütəmadi görüşlərini təşkil etməsi, habelə maliyə dəstəyi göstərməsi real mənzərəni göz önündə canlandırır. Prezident İlham Əliyev çıxışında qeyd edib ki, Avropa Parlamenti rüşvətxorlar yuvasıdır: “Bunu mən tam məsuliyyətlə deyirəm - rüşvətxorlar yuvasıdır Avropa Parlamenti. Onun vitse-prezidentinin evindən çamadanlarla dolu milyonlarla dollar çıxdı, hamısını ört-basdır etdilər. Elə bil olmayıb bu. Onun adı bəllidir, o, Yunanıstandan olan bir xanım deputatdır. Neçə il keçib onun üstündən? Bir ölçü götürülüb ona qarşı? Yox! Məsuliyyətə cəlb edilib? Yox! Sərbəst buraxılıb. Avropa Parlamenti bax, bu islamofoblardan ibarətdir və bu da daim diqqət mərkəzində olmalıdır”.
AP-nin korrupsiya “traktatı”...
Siyahı tək yunan deputatla da yekunlaşmır - bir neçə il öncə Avropa Parlamentində öz mövqelərini dəstəkləmək müqabilində Qətər və Mərakeşdən rüşvət almaqda şübhəli bilinən Avropa Parlamentinin iki deputatı da təqsirləndirilmişdi. Avroparlamentin deputatları Andrea Kozzolino və Mark Tarabella həbs edilərək Brüssel prokurorluğunda dindirilmişdi. Hər iki siyasətçi Avropa İttifaqında qərarlara təsir etmək üçün “üçüncü ölkələr”dən müavinət almaqda ittiham olunurdu.
Növbəti fakt - Avropada yaşayan erməni milyarderlərdən aldıqları pul və ya başqa “xidmət” qarşılığında erməni maraqlarına işləyənlər arasında Avropa Parlamentinin nüfuzlu deputatlarından olan Eleni Teoxarusu və Frank Enqel də olub.
Və ya başqa bir fakt - bir neçə il öncə Almaniya mediası Avropa Parlamentinin spikeri olmuş Roberta Metsola ilə bağlı məlumat yaymışdı. Bildirilirdi ki, o, əri ilə birlikdə Fransanın təmtəraqlı otelində keçirdiyi gecənin xərcinin Şərab İstehsalçıları Assosiasiyası tərəfindən ödənilməsi haqda məlumat verməyib. Bu barədə söz-söhbət çox yayılsa da, spikerə heç bir sanksiya tətbiq edilmədi. Halbuki, Avropa Parlamentinin spikerinin vəzifələrindən biri bu təşkilatın üzvlərinin bahalı otellərdə, dəbdəbəli restoranlarda keçirdikləri vaxt, təyyarələrdə biznes-salonlarda uçuşlar, şou proqramlarına və idman yarışlarına VIP-lojalarda tamaşa etmək xərclərinin kənar şəxslər tərəfindən ödənilməsi barədə təhqiqat aparmaq, bu barədə hesabatlar təqdim etməmiş Avroparlament deputatlarının cəzalandırılması haqda qərar qəbul etməkdən ibarətdir. Avropa Parlamentinin spikerinin özü bu qaydalara riayət etmirsə, kimdən hesab soruşa bilər? Demək ki, Avroparlamentdə rüşvət və korrupsiya ənənəvi hal sayılır.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxDünya
17 Sentyabr 23:39
Dünya
17 Sentyabr 23:17
Sosial
17 Sentyabr 22:43
Dünya
17 Sentyabr 22:25
Dünya
17 Sentyabr 21:50
Dünya
17 Sentyabr 21:18
Dünya
17 Sentyabr 20:45
Dünya
17 Sentyabr 20:17
Dünya
17 Sentyabr 19:59
Xəbər lenti
17 Sentyabr 19:21
Xəbər lenti
17 Sentyabr 18:26
YAP xəbərləri
17 Sentyabr 17:59
Siyasət
17 Sentyabr 17:24
Siyasət
17 Sentyabr 17:23
Siyasət
17 Sentyabr 17:23
Siyasət
17 Sentyabr 17:23
Gündəm
17 Sentyabr 17:16
Gündəm
17 Sentyabr 17:04
Gündəm
17 Sentyabr 17:01
YAP xəbərləri
17 Sentyabr 16:49
YAP xəbərləri
17 Sentyabr 16:47
Analitik
17 Sentyabr 16:45
YAP xəbərləri
17 Sentyabr 16:42
YAP xəbərləri
17 Sentyabr 16:39
Gündəm
17 Sentyabr 16:11
Gündəm
17 Sentyabr 15:52
YAP xəbərləri
17 Sentyabr 15:47
Hadisə
17 Sentyabr 15:27
Xəbər lenti
17 Sentyabr 15:10
Siyasət
17 Sentyabr 15:06
Sosial
17 Sentyabr 15:01
Siyasət
17 Sentyabr 14:57
Siyasət
17 Sentyabr 14:55
Siyasət
17 Sentyabr 14:13
İdman
17 Sentyabr 13:59
Gündəm
17 Sentyabr 12:57
Xəbər lenti
17 Sentyabr 12:55
Xəbər lenti
17 Sentyabr 12:53
Sosial
17 Sentyabr 12:22
Sosial
17 Sentyabr 12:21
İqtisadiyyat
17 Sentyabr 12:20
Sosial
17 Sentyabr 12:19
Siyasət
17 Sentyabr 11:08
Gündəm
17 Sentyabr 11:02
Siyasət
17 Sentyabr 10:15
İqtisadiyyat
17 Sentyabr 09:58
Analitik
17 Sentyabr 09:25
Analitik
17 Sentyabr 08:50
MEDİA
17 Sentyabr 08:36
İqtisadiyyat
16 Sentyabr 23:31
Dünya
16 Sentyabr 23:19
Dünya
16 Sentyabr 22:56
YAP xəbərləri
16 Sentyabr 22:26
İdman
16 Sentyabr 22:20
YAP xəbərləri
16 Sentyabr 22:14
Elanlar
16 Sentyabr 22:10
İqtisadiyyat
16 Sentyabr 21:43
Dünya
16 Sentyabr 21:18
Dünya
16 Sentyabr 20:49
Dünya
16 Sentyabr 20:25
Dünya
16 Sentyabr 19:52
Dünya
16 Sentyabr 19:17
YAP xəbərləri
16 Sentyabr 19:03
YAP xəbərləri
16 Sentyabr 18:48
Dünya
16 Sentyabr 18:29
YAP xəbərləri
16 Sentyabr 18:03
YAP xəbərləri
16 Sentyabr 18:01
YAP xəbərləri
16 Sentyabr 17:57
YAP xəbərləri
16 Sentyabr 17:53
Dünya
16 Sentyabr 17:35

