Zəfərin davamı: dörd şəhərin yeni həyatı
17.09.2026 [12:31]
20 Sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü Azərbaycan xalqının müasir tarixində mühüm məna daşıyan əlamətdar tarixlərdən biridir. Bu gün artıq üçüncü dəfə qeyd olunur və hər il xalqımıza böyük Zəfərə aparan yolun hansı iradə, mübarizə və qətiyyət hesabına keçildiyini bir daha xatırladır. Prezident İlham Əliyevin 2024-cü il sentyabrın 18-də imzaladığı Sərəncamla təsis edilən bu əlamətdar gün Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpasının siyasi-hüquqi rəmzinə çevrilib.
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə uzun illər Azərbaycan xalqının ən böyük həsrət ünvanlarından idi. Lakin xalqımız işğal faktı ilə heç vaxt barışmadı. Dövlətimizin ardıcıl siyasəti, iqtisadi qüdrətin möhkəmləndirilməsi, güclü ordunun yaradılması və milli birliyin təmin olunması nəticəsində tarixi məqsədə doğru inamla addımlamaq mümkün oldu. 2020-ci ildə əldə edilən tarixi Zəfər, 2023-cü ildə dövlət suverenliyinin tam bərpası Azərbaycanın yeni tarixi reallığını formalaşdırdı. 2023-cü il oktyabrın 15-də Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə Azərbaycan Dövlət Bayrağını ucaltması həmin reallığın ən parlaq ifadələrindən biri oldu. Üçrəngli bayrağımızın bu şəhərlərdə dalğalanması hər bir azərbaycanlı üçün böyük qürur mənbəyidir. Bu, yalnız ərazilərin azad olunmasının deyil, dövlətimizin Konstitusiya quruluşunun bütün ölkə ərazisində təmin edilməsinin rəmzidir.
Tarixi qələbələrin ən mühüm xüsusiyyəti onların sonrakı mərhələdə necə davam etdirilməsidir. Azərbaycan məhz bu baxımdan dünyaya nümunə göstərir. Azad edilmiş ərazilərdə bu gün genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Dağıdılmış şəhər və kəndlər yenidən qurulur, yollar çəkilir, enerji infrastrukturu yaradılır, məktəblər, xəstəxanalar və digər sosial obyektlər istifadəyə verilir. Ən əsası isə insanlar illər sonra öz doğma yurdlarına qayıdırlar.
Xankəndinin yeni həyatında Qarabağ Universitetinin xüsusi yeri var. Burada ali təhsil müəssisəsinin yaradılması Azərbaycanın gələcəyə baxışının göstəricisidir. Universitet yalnız gənclərə təhsil verən mərkəz deyil, həm də regionun intellektual, elmi və sosial inkişafına xidmət edən strateji layihədir. Xankəndidə keçirilən beynəlxalq tədbirlər, yeni biznes və konqres mərkəzlərinin açılması şəhərin müasir inkişaf perspektivlərinin geniş olduğunu göstərir.
Xocalıda yaşayış binalarının bərpası, sakinlərin şəhərə və kəndlərə qayıdışı, yeni enerji və istehsal müəssisələrinin yaradılması bölgənin dirçəlişinin real nəticələridir. Xocavənddə Hadrutun, Tuğun və digər yaşayış məntəqələrinin bərpası, müasir yol və enerji layihələrinin həyata keçirilməsi insanların qayıdışı üçün mühüm şərait yaradır. Ağdərədə rayonun yenidən yaradılması, Suqovuşanda yeni yaşayış kompleksinin istifadəyə verilməsi və kəndlərdə aparılan bərpa işləri isə dövlət idarəçiliyi ilə quruculuq prosesinin vəhdətini nümayiş etdirir. 20 Sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü məhz buna görə tarixi Zəfərin bayramı, dövlət suverenliyinin təntənəsi və gələcəyə böyük inamın ifadəsidir. Bu dörd şəhərin yeni taleyi artıq azad, qüdrətli və qalib Azərbaycanın taleyindən ayrılmazdır.
Rüstəm Nağıyev,
YAP Gədəbəy rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxSosial
21 Sentyabr 22:56
Dünya
21 Sentyabr 22:20
Dünya
21 Sentyabr 21:43
Dünya
21 Sentyabr 21:15
Dünya
21 Sentyabr 20:58
Dünya
21 Sentyabr 20:26
Dünya
21 Sentyabr 19:41
Sosial
21 Sentyabr 19:34
Dünya
21 Sentyabr 19:14
YAP xəbərləri
21 Sentyabr 19:00
İqtisadiyyat
21 Sentyabr 18:41
Sosial
21 Sentyabr 18:15
YAP xəbərləri
21 Sentyabr 18:10
Sosial
21 Sentyabr 18:10
YAP xəbərləri
21 Sentyabr 18:06
Sosial
21 Sentyabr 18:05
YAP xəbərləri
21 Sentyabr 17:53
Dünya
21 Sentyabr 17:47
İdman
21 Sentyabr 17:31
Dünya
21 Sentyabr 17:25
İdman
21 Sentyabr 16:46
YAP xəbərləri
21 Sentyabr 16:41
Elm
21 Sentyabr 16:19
Elm
21 Sentyabr 15:48
YAP xəbərləri
21 Sentyabr 15:15
YAP xəbərləri
21 Sentyabr 14:53
İdman
21 Sentyabr 14:36
Formula 1
21 Sentyabr 14:35
Elm
21 Sentyabr 14:27
YAP xəbərləri
21 Sentyabr 14:23
Siyasət
21 Sentyabr 13:34
Sosial
21 Sentyabr 13:27
Sosial
21 Sentyabr 13:25
Hadisə
21 Sentyabr 13:24
YAP xəbərləri
21 Sentyabr 13:21
Xəbər lenti
21 Sentyabr 12:45
YAP xəbərləri
21 Sentyabr 12:37
Siyasət
21 Sentyabr 12:27
İqtisadiyyat
21 Sentyabr 11:43
İqtisadiyyat
21 Sentyabr 11:42
Dünya
21 Sentyabr 11:41
Dünya
21 Sentyabr 11:40
Siyasət
21 Sentyabr 11:38
Dünya
21 Sentyabr 11:19
Siyasət
21 Sentyabr 11:12
Hadisə
21 Sentyabr 11:09
Sosial
21 Sentyabr 11:00
Dünya
21 Sentyabr 10:57
Avropa
21 Sentyabr 10:53
İqtisadiyyat
21 Sentyabr 10:47
Daxili siyasət
21 Sentyabr 10:43
Sosial
21 Sentyabr 10:40
Dünya
21 Sentyabr 10:25
Xəbər lenti
21 Sentyabr 10:21
Dünya
21 Sentyabr 09:42
Dünya
21 Sentyabr 09:16
Dünya
21 Sentyabr 08:58
Dünya
20 Sentyabr 23:18
Hadisə
20 Sentyabr 22:31
Sosial
20 Sentyabr 21:13
Dünya
20 Sentyabr 20:35
Dünya
20 Sentyabr 19:21
Dünya
20 Sentyabr 18:13
Dünya
20 Sentyabr 17:39
Dünya
20 Sentyabr 16:26
Dünya
20 Sentyabr 15:31
Dünya
20 Sentyabr 14:40
Dünya
20 Sentyabr 13:19
Dünya
20 Sentyabr 12:35
Dünya
20 Sentyabr 11:28

