Dövlət Suverenliyi – Azərbaycan xalqının milli sərvəti
17.09.2026 [12:13]
Nigar Abbaszadə,
YAP Nərimanov rayon təşkilatının mühasibi
Dövlət suverenliyi hər bir müstəqil dövlətin əsas dayaqlarından biridir. Öz ərazisi üzərində tam hakimiyyətə malik olmaq, dövlət sərhədlərini qorumaq və milli inkişaf yolunu müstəqil şəkildə müəyyənləşdirmək hər bir xalqın ən böyük arzularındandır. Azərbaycan xalqı da tarix boyu bu dəyərləri qorumaq uğrunda mübarizə aparıb və bu gün müstəqil, suveren dövlətinin nailiyyətləri ilə fəxr edir.
20 Sentyabr – Dövlət Suverenliyi Günü Azərbaycanın dövlətçilik tarixində xüsusi məna daşıyan tarixdir. Bu gün dövlətimizin bütün ərazisində suveren hüquqlarının tam təmin olunmasının rəmzidir.
Azərbaycanın dövlət müstəqilliyi və suverenliyi uzun və mürəkkəb tarixi mübarizənin nəticəsində daha da möhkəmlənib. Ölkəmizin ərazi bütövlüyünün bərpası istiqamətində ən mühüm mərhələlərdən biri 2020-ci ilin Vətən müharibəsi oldu. Azərbaycan Ordusunun qəhrəmanlığı nəticəsində işğal altında olan bir sıra ərazilərimiz azad edildi və xalqımız tarixi Qələbəyə imza atdı.
2023-cü ilin sentyabrında həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri isə bu prosesin mühüm nəticəsi oldu. Sentyabrın 19-20-də keçirilən tədbirlərdən sonra Azərbaycan Respublikasının bütün ərazisində dövlət suverenliyi tam bərpa edildi. 2024-cü il sentyabrın 20-də ilk dəfə Dövlət Suverenliyi Günü qeyd olundu.
Bu tarixin təsis edilməsi yalnız bir tarixi hadisənin xatırlanması deyil, həm də dövlət suverenliyinin xalqımız üçün nə qədər mühüm milli dəyər olduğunu göstərir. Ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası Azərbaycan xalqının milli sərvətidir və bu nailiyyətin qorunması hər bir vətəndaş üçün mühüm məsuliyyətdir.
Suverenliyin bərpasından sonra Qarabağ və Şərqi Zəngəzurda yeni inkişaf mərhələsi başladı. İşğal dövründə dağıdılmış şəhər və kəndlər yenidən qurulur, tarixi-mədəni irsimizin bərpası istiqamətində tədbirlər görülür. Müasir infrastrukturun yaradılması ilə yanaşı, iqtisadi fəaliyyətin genişləndirilməsi və yeni iş imkanlarının formalaşdırılması da diqqət mərkəzində saxlanılır.
Azad edilmiş ərazilərdə aparılan bərpa işlərinin ən mühüm istiqamətlərindən biri insanların doğma yurdlarına qayıdışıdır. Böyük Qayıdış proqramı çərçivəsində artıq bir sıra yaşayış məntəqələrinə keçmiş məcburi köçkünlərin qayıdışı təmin edilib. Bu qayıdış Qarabağ və Şərqi Zəngəzurun sosial həyatının yenidən canlanmasına və həmin ərazilərin gələcək inkişafına mühüm töhfə verir.
Bu tarixi prosesin təməlində şəhidlərimizin müqəddəs xatirəsi və Azərbaycan əsgər-zabitlərinin göstərdiyi qəhrəmanlıq dayanır. Onların Vətən qarşısında fədakarlığı nəticəsində əldə edilmiş suverenlik Azərbaycan xalqının gələcək nəsillərə ötürəcəyi ən qiymətli dövlətçilik miraslarından biridir.
20 Sentyabr – Dövlət Suverenliyi Günü Azərbaycan xalqının öz taleyinə sahib çıxmasının, müstəqillik və dövlətçilik iradəsinin təcəssümüdür. Bu əlamətdar gün tarixi Zəfərimizin, şəhidlərimizin fədakarlığının və xalqımızın həmrəyliyinin nəticəsi olan dövlət suverenliyimizi simvolizə edir.
Bu gün Azərbaycanın qarşısında duran əsas məqsədlərdən biri əldə edilmiş tarixi nailiyyətləri qorumaq, azad edilmiş ərazilərdə davamlı inkişafı təmin etmək və Böyük Qayıdış prosesini uğurla davam etdirməkdir. 20 Sentyabr xalqımızın keçdiyi şərəfli yolu xatırladan və suveren Azərbaycanın gələcəyinə olan inamı daha da möhkəmləndirən mühüm tarixi gündür.
Xəbər lenti
Hamısına baxMaraqlı
26 Sentyabr 20:46
YAP xəbərləri
26 Sentyabr 20:25
Dünya
26 Sentyabr 19:20
Dünya
26 Sentyabr 18:35
Gündəm
26 Sentyabr 18:31
Gündəm
26 Sentyabr 17:44
Dünya
26 Sentyabr 17:24
Gündəm
26 Sentyabr 16:20
Dünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37
Dünya
25 Sentyabr 19:20
Siyasət
25 Sentyabr 18:57
YAP xəbərləri
25 Sentyabr 18:30
YAP xəbərləri
25 Sentyabr 17:26
YAP xəbərləri
25 Sentyabr 16:24
YAP xəbərləri
25 Sentyabr 16:20
Siyasət
25 Sentyabr 15:29
YAP xəbərləri
25 Sentyabr 15:23
YAP xəbərləri
25 Sentyabr 15:13
YAP xəbərləri
25 Sentyabr 15:12
YAP xəbərləri
25 Sentyabr 15:07
YAP xəbərləri
25 Sentyabr 14:58
YAP xəbərləri
25 Sentyabr 14:44
YAP xəbərləri
25 Sentyabr 14:26
YAP xəbərləri
25 Sentyabr 13:24
İqtisadiyyat
25 Sentyabr 13:12
YAP xəbərləri
25 Sentyabr 13:08
Gündəm
25 Sentyabr 12:53
YAP xəbərləri
25 Sentyabr 12:36
Gündəm
25 Sentyabr 12:35
Gündəm
25 Sentyabr 12:18
Siyasət
25 Sentyabr 12:09
Gündəm
25 Sentyabr 12:09
Gündəm
25 Sentyabr 12:07

