Qarabağda Diplomatik Varlıq və Erməni Revanşizminin Çarəsizliyi
16.09.2026 [15:20]
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin, səfirlərin və hərbi attaşələrin işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına mütəmadi təşkil olunan səfərləri regionda yaranmış yeni geosiyasi reallıqların beynəlxalq müstəvidə təsbit olunması baxımından müstəsna əhəmiyyət kəsb edir. Xarici diplomatların Şuşa, Ağdam, Laçın, Füzuli, Zəngilan və digər azad olunmuş ərazilərdə törədilmiş kütləvi urbanisid, kultursid və ekosid cinayətlərini öz gözləri ilə görmələri, eyni zamanda Azərbaycan dövlətinin böyük sürətlə həyata keçirdiyi genişmiqyaslı bərpa-quruculuq işləri, strateji infrastruktur layihələri və "Böyük Qayıdış" proqramı ilə yerində tanış olmaları Ermənistanın illər boyu formalaşdırdığı saxta təbliğat şəbəkəsinə vurulan ən ağır zərbədir.
Lakin bu səfərlərin Ermənistanın revanşist dairələri, radikal siyasi qüvvələri və şovenist diaspor təşkilatları tərəfindən kəskin reaksiyalar, təhdidlər və informasiya isterikası ilə qarşılanması həmin qüvvələrin hələ də köhnə xəlyallardan əl çəkmədiyini, sülh prosesinə açıq sabotaj törətdiyini göstərir. Erməni revanşistlərinin azad olunmuş torpaqları ziyarət edən diplomatlara və onların təmsil etdiyi dövlətlərə qarşı hədə-qorxu kampaniyaları təşkil etməsi, onları guya "ədalətsizliyə şərik olmaqda" ittiham etməsi diplomatik etikaya, beynəlxalq hüquq normalarına və sivil qonşuluq prinsiplərinə tamamilə ziddir.
Qarabağ və Şərqi Zəngəzur Azərbaycan Respublikasının ayrılmaz, suveren ərazisidir. BMT Nizamnaməsi və beynəlxalq hüququn təməl prinsiplərinə uyğun olaraq, öz suveren ərazisində xarici diplomatların, beynəlxalq təşkilat nümayəndələrinin və mətbuat mənsublarının hərəkətini təşkil etmək, onları qəbul etmək yalnız və yalnız Azərbaycan dövlətinin müstəsna hüququdur. Ermənistanın siyasi və ictimai institutlarının bu səfərlərə etiraz etməsi, diplomatik korpusun marşrutunu və fəaliyyətini mühakimə etməyə çalışması Azərbaycanın daxili işlərinə birbaşa, kobud və qəbul edilməz müdaxilədir. Müstəqil bir dövlətin öz ərazisində həyata keçirdiyi daxili tədbirlərə qonşu ölkənin hər hansı siyasi qüvvəsinin şərt kəsmək və ya göstəriş vermək haqqı yoxdur.
Ermənistan cəmiyyətindəki radikal elementlərin xarici diplomatları suveren Azərbaycan torpaqlarına getdiklərinə görə informasiya məkanında linç etməyə çalışması dərin psixoloji və siyasi böhranın göstəricisidir. Ermənistan cəmiyyəti hansı mənəvi, siyasi və ya hüquqi haqla başqa bir suveren dövlətdə fəaliyyət göstərən xarici diplomatların hərəkət azadlığına dil uzadır? Bu cür aqressiv reaksiya Ermənistan rəhbərliyinin beynəlxalq platformalarda bəyan etdiyi "Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyırıq" mövqeyi ilə köklü şəkildə ziddiyyət təşkil edir. Bir tərəfdən Azərbaycanın ərazi bütövlüyünü tanıdığını iddia etmək, digər tərəfdən isə beynəlxalq ictimaiyyətin həmin ərazilərə səfərinə qarşı çıxmaq Ermənistan tarafının səmimiyyətsizliyini, siyasi riyakarlığını və regionda davamlı sülhün bərqərar olunmasında maraqlı olmadığını növbəti dəfə ifşa edir.
Diplomatik korpusun azad olunmuş ərazilərə mütəmadi və geniştərkibli səfərlərində dünyanın aparıcı dövlətlərinin, o cümlədən BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin, Avropa İttifaqı, Türk Dövlətləri Təşkilatı və Qoşulmama Hərəkatına üzv ölkələrin nümayəndələrinin iştirakı xüsusi diplomatik mesaj daşıyır. Bu iştirak göstərir ki, təmsil olunan dövlətlər Qarabağ və Şərqi Zəngəzurun Azərbaycanın suveren ərazisi olduğunu birmənalı şəkildə qəbul edir, beynəlxalq ictimaiyyət regionda post-münaqişə dövrünün başladığını və bərpa prosesinin labüdlüyünü anlayır, erməni revanşist qüvvələrinin çağırışları isə beynəlxalq aləmdə heç bir qarşılıq tapmır.
Nəticə etibarilə, erməni revanşistlərinin diplomatik korpusun səfərlərinə verdiyi reaksiya sadəcə olaraq məğlubiyyət sindromunun, çarəsizliyin və geosiyasi reallıqdan təcrid olunmanın təzahürüdür. Azərbaycan öz suveren ərazilərində istənilən bərpa, quruculuq və diplomatik fəaliyyəti həyata keçirməkdə tam müstəqildir. Xarici diplomatların bu torpaqlara səfərləri isə bölgədə davamlı sülhün, təhlükəsizliyin və beynəlxalq hüququn zəfər çaldığının ən bariz sübutudur.
YAP Ordubad rayon təşkilatının məsləhətçisi Cəmilə Bağırova
Xəbər lenti
Hamısına baxDünya
19 Sentyabr 18:22
Dünya
19 Sentyabr 17:38
Sosial
19 Sentyabr 16:35
Hadisə
19 Sentyabr 15:30
Gündəm
19 Sentyabr 14:46
Sosial
19 Sentyabr 14:43
Sosial
19 Sentyabr 14:35
Gündəm
19 Sentyabr 13:19
Dünya
19 Sentyabr 12:23
Gündəm
19 Sentyabr 11:05
Siyasət
19 Sentyabr 11:00
İqtisadiyyat
19 Sentyabr 10:59
Gündəm
19 Sentyabr 10:40
Siyasət
19 Sentyabr 10:25
Gündəm
19 Sentyabr 10:23
İqtisadiyyat
19 Sentyabr 09:41
Analitik
19 Sentyabr 09:14
Ədəbiyyat
19 Sentyabr 08:57
Ədəbiyyat
19 Sentyabr 08:31
Gündəm
19 Sentyabr 08:16
Dünya
18 Sentyabr 23:46
Dünya
18 Sentyabr 23:21
Dünya
18 Sentyabr 22:49
Dünya
18 Sentyabr 22:17
Dünya
18 Sentyabr 21:53
Dünya
18 Sentyabr 21:25
Dünya
18 Sentyabr 20:43
Dünya
18 Sentyabr 20:18
Dünya
18 Sentyabr 19:59
Dünya
18 Sentyabr 19:20
YAP xəbərləri
18 Sentyabr 19:07
YAP xəbərləri
18 Sentyabr 19:03
YAP xəbərləri
18 Sentyabr 19:00
Dünya
18 Sentyabr 18:25
Analitik
18 Sentyabr 18:15
Siyasət
18 Sentyabr 18:03
Dünya
18 Sentyabr 17:45
Dünya
18 Sentyabr 17:19
YAP xəbərləri
18 Sentyabr 16:30
YAP xəbərləri
18 Sentyabr 16:23
Dünya
18 Sentyabr 16:23
Elanlar
18 Sentyabr 16:21
Din
18 Sentyabr 16:12
Dünya
18 Sentyabr 16:04
Dünya
18 Sentyabr 15:52
Dünya
18 Sentyabr 15:48
Mədəniyyət
18 Sentyabr 15:47
Elm
18 Sentyabr 15:40
İqtisadiyyat
18 Sentyabr 15:32
Dünya
18 Sentyabr 15:31
YAP xəbərləri
18 Sentyabr 14:56
YAP xəbərləri
18 Sentyabr 14:54
Dünya
18 Sentyabr 14:50
Sosial
18 Sentyabr 14:50
Siyasət
18 Sentyabr 14:28
Dünya
18 Sentyabr 14:27
İqtisadiyyat
18 Sentyabr 13:55
Dünya
18 Sentyabr 13:42
Dünya
18 Sentyabr 13:19
YAP xəbərləri
18 Sentyabr 13:07
Dünya
18 Sentyabr 12:50
Gündəm
18 Sentyabr 12:35
Dünya
18 Sentyabr 12:21
Formula 1
18 Sentyabr 12:12
Hadisə
18 Sentyabr 12:12
Elm
18 Sentyabr 12:11
Mədəniyyət
18 Sentyabr 12:10
İdman
18 Sentyabr 12:10
Sosial
18 Sentyabr 11:55
Sosial
18 Sentyabr 11:49

