Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Nobel mükafatlarının builki qaliblərinin elan olunacağı tarixlər açıqlanıb

Nobel mükafatlarının builki qaliblərinin elan olunacağı tarixlər açıqlanıb

10.09.2026 [10:56]

2026-cı il Nobel mükafatlarının qaliblərinin elan olunacağı tarixlər açıqlanıb.

APA xəbər verir ki, Nobel mükafatları üzrə qaliblərin builki elanları 5–12 oktyabr tarixlərində keçiriləcək.

Bütün elanlar Nobel mükafatının rəsmi rəqəmsal kanalları vasitəsilə canlı yayımlanacaq.

Fiziologiya və ya tibb üzrə Nobel mükafatının qalibi oktyabrın 5-də, fizika üzrə oktyabrın 6-da, kimya üzrə oktyabrın 7-də, ədəbiyyat üzrə oktyabrın 8-də, Nobel Sülh Mükafatının laureatı isə oktyabrın 9-da açıqlanacaq.

İsveç Mərkəzi Bankının Alfred Nobelin xatirəsinə təsis etdiyi İqtisadi Elmlər üzrə mükafatın qalibi oktyabrın 12-də elan ediləcək.

Nobel mükafatlarının təqdimetmə mərasimi dekabrın 10-da Stokholmda keçiriləcək. Laureatlara Nobel medalı, diplom və mükafat məbləğini təsdiqləyən sənəd təqdim olunacaq.

Paylaş:
Baxılıb: 263 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

19 Sentyabr 08:57  

Ədəbiyyat

Sərçənin itməkliyi

19 Sentyabr 08:31

YAP xəbərləri

YAP xəbərləri

Dünya

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30