/ / Azərbaycan–Avropa İttifaqı münasibətlərində yeni mərhələ: strateji tərəfdaşlıq, enerji təhlükəsizliyi və regional əməkdaşlıq
Azərbaycan–Avropa İttifaqı münasibətlərində yeni mərhələ: strateji tərəfdaşlıq, enerji təhlükəsizliyi və regional əməkdaşlıq
06.07.2026 [15:52]
Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Azərbaycana rəsmi səfəri ölkəmizin xarici siyasətində mühüm hadisələrdən biri kimi dəyərləndirilir. Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə keçirilən yüksək səviyyəli görüşlər zamanı ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və inkişaf perspektivləri, enerji təhlükəsizliyi, yaşıl enerji, nəqliyyat dəhlizləri, regional əməkdaşlıq, eləcə də Cənubi Qafqazda davamlı sülhün təmin olunması məsələləri geniş müzakirə olundu. Görüşlərin yekununda Prezident İlham Əliyev və Ursula Fon der Lyayen mətbuata bəyanatlarla çıxış edərək əməkdaşlığın gələcək istiqamətlərini və qarşılıqlı maraq doğuran məsələlərə dair mövqelərini açıqladılar. Dövlət başçısının bəyanatı Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərinin strateji mahiyyətini bir daha nümayiş etdirməklə yanaşı, ölkəmizin regional və qlobal proseslərdə artan rolunu da aydın şəkildə ortaya qoydu.
Son illər Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlər keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Yüksək səviyyəli qarşılıqlı səfərlər, davamlı siyasi dialoq və məsləhətləşmələr tərəflər arasında qarşılıqlı etimadın möhkəmlənməsinə, əməkdaşlığın isə daha geniş və sistemli xarakter almasına mühüm töhfə vermişdir. Bu münasibətlər qarşılıqlı hörmət, bərabərhüquqluluq və ortaq maraqlar prinsipləri əsasında inkişaf etdirilir.
Azərbaycan müstəqil və balanslaşdırılmış xarici siyasət kursunu uğurla davam etdirərək həm Avropa İttifaqı, həm də digər beynəlxalq tərəfdaşlarla qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri qurur. Prezident İlham Əliyevin də vurğuladığı kimi, ölkənin xarici siyasətinin əsas məqsədi milli maraqların etibarlı şəkildə qorunması, regional sabitliyin möhkəmləndirilməsi və beynəlxalq əməkdaşlığın daha da genişləndirilməsidir. Bu prinsipial yanaşma Azərbaycanın beynəlxalq münasibətlər sistemində etibarlı və məsuliyyətli tərəfdaş kimi mövqeyini daha da gücləndirir.
Mətbuata verilən bəyanatda əsas diqqət enerji sahəsində əməkdaşlığın inkişafına və Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı mühüm rola yönəldilmişdir. Prezident İlham Əliyev Azərbaycanın uzun illərdir Avropa üçün etibarlı enerji tərəfdaşı olduğunu xüsusi vurğulayaraq qeyd etmişdir ki, ölkəmiz təbii qazın Avropa bazarına fasiləsiz, təhlükəsiz və etibarlı şəkildə çatdırılmasını təmin edən əsas dövlətlərdən biridir.
Xüsusilə son illərdə Cənub Qaz Dəhlizi vasitəsilə Avropa ölkələrinə ixrac olunan təbii qazın həcminin artması Azərbaycanın enerji təhlükəsizliyinin təmin edilməsindəki strateji əhəmiyyətini daha da artırmışdır. Avropa dövlətlərinin enerji mənbələrinin şaxələndirilməsi siyasətində Azərbaycanın rolu getdikcə güclənir və bu əməkdaşlıq tərəflər arasında etimadın daha da möhkəmlənməsinə xidmət edir.
Prezident İlham Əliyev çıxışında yaşıl enerji sahəsində həyata keçirilən layihələrə də xüsusi diqqət ayırmışdır. Xəzər dənizinin zəngin külək enerjisi potensialı, ölkənin müxtəlif bölgələrində günəş elektrik stansiyalarının inşası, eləcə də yaşıl hidrogen istehsalı istiqamətində həyata keçirilən layihələr Azərbaycanın gələcəkdə bərpa olunan enerji ixrac edən aparıcı dövlətlərdən birinə çevrilməsi üçün geniş perspektivlər yaradır. Dövlət başçısı vurğulamışdır ki, Azərbaycanın enerji strategiyası artıq yalnız karbohidrogen ehtiyatlarının istismarı ilə məhdudlaşmır, alternativ və bərpa olunan enerji mənbələrinin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilmişdir.
Azərbaycanın zəngin külək və günəş enerjisi ehtiyatları həm ölkədaxili enerji tələbatının ödənilməsinə, həm də gələcəkdə Avropa bazarına yaşıl enerji ixracının həyata keçirilməsinə əlverişli imkanlar yaradır. Bu istiqamətdə Avropa İttifaqı ilə əməkdaşlığın genişləndirilməsi hər iki tərəfin strateji maraqlarına cavab verməklə yanaşı, qlobal iqlim dəyişikliklərinə qarşı mübarizəyə də mühüm töhfə verir.
Prezident İlham Əliyev bəyanatında Cənubi Qafqazda davamlı sülhün və sabitliyin təmin olunmasının vacibliyini də xüsusi vurğulamışdır. Bildirilmişdir ki, Azərbaycan regionda uzunmüddətli sülhün bərqərar olması, mehriban qonşuluq münasibətlərinin inkişafı və iqtisadi əməkdaşlığın genişlənməsi istiqamətində ardıcıl siyasət həyata keçirir və sülh gündəliyinə sadiqliyini qoruyur.
Kommunikasiya xətlərinin açılması, beynəlxalq nəqliyyat layihələrinin həyata keçirilməsi və iqtisadi inteqrasiyanın dərinləşdirilməsi region ölkələrinin sosial-iqtisadi inkişafına mühüm töhfə verə bilər. Azərbaycanın əlverişli geostrateji mövqeyi ölkəmizi Avropa ilə Asiya arasında əsas tranzit və logistika mərkəzlərindən birinə çevirmişdir. Bununla yanaşı, Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlıq artıq yalnız enerji sektoru ilə məhdudlaşmır. Rəqəmsal iqtisadiyyat, innovasiya, yaşıl texnologiyalar, nəqliyyat, təhsil, investisiya və iqlim siyasəti kimi istiqamətlər də tərəfdaşlığın əsas sütunları sırasında yer alır.
Qarşılıqlı etimad və strateji maraqlar üzərində qurulan əməkdaşlıq region xalqlarının rifahına, beynəlxalq ticarətin genişlənməsinə və Avropa ilə Asiyanı birləşdirən nəqliyyat marşrutlarının inkişafına mühüm töhfə verir. Bu baxımdan Avropa İttifaqı ilə münasibətlərin daha da möhkəmləndirilməsi təkcə iqtisadi deyil, həm də regional təhlükəsizlik və geosiyasi sabitlik baxımından xüsusi əhəmiyyət kəsb edir.
Beləliklə, Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin 1 iyul 2026-cı il tarixində Azərbaycana rəsmi səfəri və Prezident İlham Əliyevin mətbuata verdiyi bəyanat Azərbaycan–Avropa İttifaqı münasibətlərinin inkişafında yeni və mühüm mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Səfər bir daha nümayiş etdirdi ki, Azərbaycan qarşılıqlı hörmətə, etimada və ortaq maraqlara əsaslanan əməkdaşlığın daha da genişləndirilməsində qətiyyətlidir. Bu siyasət ölkəmizin beynəlxalq nüfuzunun möhkəmlənməsinə, davamlı iqtisadi inkişafın təmin edilməsinə və Cənubi Qafqazda uzunmüddətli sülhün bərqərar olmasına bundan sonra da mühüm töhfələr verəcəkdir.
İlahə Qurbanova
YAP Samux rayon təşkilatının əməkdaşı
Xəbər lenti
Hamısına baxDünya
20 Sentyabr 16:26
Dünya
20 Sentyabr 15:31
Dünya
20 Sentyabr 14:40
Dünya
20 Sentyabr 13:19
Dünya
20 Sentyabr 12:35
Dünya
20 Sentyabr 11:28
Analitik
20 Sentyabr 11:11
Dünya
20 Sentyabr 10:43
Dünya
20 Sentyabr 10:17
Dünya
20 Sentyabr 09:52
İdman
20 Sentyabr 09:20
Gündəm
20 Sentyabr 08:43
Dünya
19 Sentyabr 23:30
Hadisə
19 Sentyabr 22:40
Dünya
19 Sentyabr 22:19
Siyasət
19 Sentyabr 21:35
Mədəniyyət
19 Sentyabr 21:33
Sosial
19 Sentyabr 20:25
Sosial
19 Sentyabr 19:17
Siyasət
19 Sentyabr 18:34
Dünya
19 Sentyabr 18:22
Dünya
19 Sentyabr 17:38
Sosial
19 Sentyabr 16:35
Hadisə
19 Sentyabr 15:30
Gündəm
19 Sentyabr 14:46
Sosial
19 Sentyabr 14:43
Sosial
19 Sentyabr 14:35
Gündəm
19 Sentyabr 13:19
Dünya
19 Sentyabr 12:23
Gündəm
19 Sentyabr 11:05
Siyasət
19 Sentyabr 11:00
İqtisadiyyat
19 Sentyabr 10:59
Gündəm
19 Sentyabr 10:40
Siyasət
19 Sentyabr 10:25
Gündəm
19 Sentyabr 10:23
İqtisadiyyat
19 Sentyabr 09:41
Analitik
19 Sentyabr 09:14
Ədəbiyyat
19 Sentyabr 08:57
Ədəbiyyat
19 Sentyabr 08:31
Gündəm
19 Sentyabr 08:16
Dünya
18 Sentyabr 23:46
Dünya
18 Sentyabr 23:21
Dünya
18 Sentyabr 22:49
Dünya
18 Sentyabr 22:17
Dünya
18 Sentyabr 21:53
Dünya
18 Sentyabr 21:25
Dünya
18 Sentyabr 20:43
Dünya
18 Sentyabr 20:18
Dünya
18 Sentyabr 19:59
Dünya
18 Sentyabr 19:20
YAP xəbərləri
18 Sentyabr 19:07
YAP xəbərləri
18 Sentyabr 19:03
YAP xəbərləri
18 Sentyabr 19:00
Dünya
18 Sentyabr 18:25
Analitik
18 Sentyabr 18:15
Siyasət
18 Sentyabr 18:03
Dünya
18 Sentyabr 17:45
Dünya
18 Sentyabr 17:19
YAP xəbərləri
18 Sentyabr 16:30
YAP xəbərləri
18 Sentyabr 16:23
Dünya
18 Sentyabr 16:23
Elanlar
18 Sentyabr 16:21
Din
18 Sentyabr 16:12
Dünya
18 Sentyabr 16:04
Dünya
18 Sentyabr 15:52
Dünya
18 Sentyabr 15:48
Mədəniyyət
18 Sentyabr 15:47
Elm
18 Sentyabr 15:40
İqtisadiyyat
18 Sentyabr 15:32
Dünya
18 Sentyabr 15:31

