Ermənistan KTMT-dən əl çəkir, KTMT isə...
12.06.2026 [09:51]
Təşkilat İrəvanı sanksiyalarla hədələyir
Ermənistanın Avropaya inteqrasiya yolunu seçməsi indiyə qədər təmsil olunduğu bir sıra təşkilatlarla münasibətlərinə baxmağı yenidən aktuallaşdırır. Belə ki, Vətəndaş Müqaviləsi Partiyasının son parlament seçkilərində qazandığı qələbənin ardından partiya lideri Nikol Paşinyanın yeni dövrdə Avropaya tərəf üz tutacaqlarını bəyan etməsi, İrəvanın Avrasiya İqtisadi İttifaqı (Aİİ) və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı (KTMT) təmsilçiliyini sual altına alır. Qeyd edək ki, Ermənistan 2024-cü ildə KTMT-dəki iştirakını dayandırdığını elan edib və KTMT-nin proqramlarında, tədbirlərində iştirak etmir. İrəvan iyunun 10-da Kazanda baş tutmuş KTMT xarici işlər nazirlərinin görüşünə də qatılmadı. Bu isə ölkənin təşkilatdakı fəaliyyətinə son verməklə bağlı qərarda qəti olduğunu göstərir.
Mirzoyan Kazana gəlmədi...
Yeri gəlmişkən, Kazanda baş tutan iclasda bir neçə sənəd qəbul edilib. KTMT-nin baş katibi Taalətbek Masadıkovun sözlərinə görə, iclas zamanı nazirlər Kollektiv Təhlükəsizlik Şurasının üç qətnamə layihəsini təsdiqləyiblər: üzv dövlətlərin 2030-cu ilə qədər antiterror strategiyası, təşkilatın daimi işçi orqanlarının məxfi məlumatlarının qorunmasını təmin etmək üçün təlimatlara düzəlişlər və “Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının 25 illiyi” xatirə medalı.
Bundan əlavə, nazirlər dörd bəyanat qəbul ediblər: Böyük Vətən Müharibəsinin 85-ci ildönümü; kosmosda silahlanma yarışının qarşısının alınması; informasiya və kommunikasiya texnologiyalarının təxribat və terror məqsədləri üçün istifadəsi təhdidlərinə qarşı mübarizənin zəruriliyi; və beynəlxalq hüququn rolunun və BMT Nizamnaməsinin prinsiplərinə sadiqliyin gücləndirilməsi.
Sənədlər Rusiya xarici işlər naziri Sergey Lavrov, Belarus xarici işlər naziri Maksim Rıjenkov, Qazaxıstan xarici işlər naziri Yermek Koşerbayev, Qırğızıstan xarici işlər naziri Jeenbek Kulubayev və Tacikistan xarici işlər naziri Sirojiddin Muhriddin tərəfindən imzalanıb. KTMT Xarici İşlər Nazirləri Şurasının iclası Rusiyanın 2026-cı ildə təşkilata sədrliyi çərçivəsində keçirilib.
Lavrov Ermənistanı KTMT üzvü sayır, amma...
Qeyd edək ki, Ermənistan bu tədbirdə də iştirak etmədi. Tədbirdən bir neçə gün öncə Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda bildirmişdi ki, Ermənistan de-fakto Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) fəaliyyətində iştirak etmir. Bununla belə, Ermənistan yenə də Kazan toplantısında müzakirə predmeti olub. Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, İrəvan KTMT-nin tamhüquqlu üzvü olaraq qalır. O qeyd edib ki, Ermənistanın dövlət bayrağı digər dövlətlərin bayraqları ilə birlikdə təşkilatda mövcuddur.
Lavrov jurnalistlərə açıqlamasında Ermənistanın KTMT qarşısında maliyyə öhdəliklərini yerinə yetirməməsi məsələsinin təşkilat daxilində müzakirə olunacağını bildirib. Onun sözlərinə görə, Ermənistanın KTMT büdcəsinə olan borcu artıq iki ildən çoxdur ki, ödənilmir və bu vəziyyət təşkilatın Nizamnaməsində nəzərdə tutulmuş mexanizmlərin tətbiqini gündəmə gətirib. “Bu vəziyyətdə nə etmək lazımdır? Bu məsələni bu gün müzakirə etdik. Ermənistanın KTMT büdcəsinə iki ildən artıqdır borcu var. Bu hal təşkilatın Nizamnaməsində nəzərdə tutulub. Müvafiq maddənin işə salınması imkanını nəzərdən keçirmək barədə razılığa gəldik”, - deyə Lavrov bildirib. KTMT Nizamnaməsinin 20-ci maddəsinə əsasən, üzv dövlət iki il ərzində təşkilata olan maliyyə borcunu ödəməzsə, həmin ölkənin vətəndaşlarının təşkilatdakı kvota vəzifələrinə namizədliyi dayandırıla, eyni zamanda ölkə borc tam ödənilənədək səsvermə hüququndan məhrum edilə bilər.
Sənəddə həmçinin qeyd olunur ki, üzv dövlət Nizamnamənin və təşkilatın ali orqanlarının qərarlarını yerinə yetirmədiyi halda, onun təşkilatın fəaliyyətində iştirakı müvəqqəti dayandırıla və ya hətta üzvlüyünə xitam verilə bilər.
İrəvan ödəmək fikrində deyil...
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan isə hələ tədbirdən öncə Ermənistanın 2025-ci ildə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzvlük haqqını ödəmədiyini bildirmişdi və bunun səbəbini göstərmişdi: “2025-ci ildə KTMT-də iştirakımız üçün üzvlük haqqını sadə bir səbəbdən ödəmədik: bu tədbirlərdə iştirak etmədik”, - Mirzoyan parlamentin daimi komitələrinin birgə iclasında demişdi.
Vurğulandığı kimi, Ermənistan sonuncu dəfə 2023-cü ildə KTMT-yə üzvlük haqqı ödəyib. Rusiya mətbuatının yaydığına görə, bu məbləğ Aİİ üzvlüyü ilə birgə o vaxtkı məzənnə ilə təxminən 352 milyon rubl təşkil edib. KTMT-də maliyyələşdirmə xüsusi kvota sistemi əsasında həyata keçirilir. Rusiya ümumi büdcənin 50 faizini, Ermənistan 10, Belarus 10, Qazaxıstan 10, Qırğızıstan 10 və Tacikistan 10 faizini ödəyir.
Baş nazir Nikol Paşinyan isə dünən keçirdiyi brifiinqdə Ermənistanın KTMT üzv dövlətlərin ölkənin assosiasiyadan çıxarılması ilə bağlı mümkün qərarını nəzərə alacaqlarını deyib. “Əgər üzv dövlətlər Ermənistanı xaric etmək qərarına gəlsələr, biz bu qərarı nəzərə almalı olacağıq, başqa işimiz yoxdur”, - deyə baş nazir bildirib. Paşinyan üzv dövlətlərin KTMT-dən çıxarılması mexanizmindən xəbərdar olduğunu da vurğulayıb.
KTMT - Ermənistan davası...
Qeyd edək ki, 2020-ci Vətən müharibəsindən sonra İrəvan ilə KTMT arasında soyuqluq başlamışdı. 2022-cü ildən isə bu soyuqluq açıq narazılıq müstəvisinə keçdi. KTMT çərçivəsindəki bu “davanın” kökündə isə təşkilatın rəsmi İrəvana həm müharibə, sonradan isə antiterror tədbirləri zamanı “yardım etməməsi” məsələsi dayanır. Ermənistan həmin dövrdə davamlı olaraq KTMT-dən əraziyə hərbi qüvvə, olmayan “sərhədi” qorumaq üçün kontingent göndərməyi, missiya yollamağı tələb edirdi. Amma bunların heç biri baş vermədi. KTMT-də təmsil olunan ölkələr regiona hər hansı bir hərbi müdaxilənin əleyhinə oldular. Ermənistan isə onların bu mövqeyini Azərbaycanla dostluqları ilə əlaqələndirdi. Hətta İrəvanda baş tutan toplantının yekun sənədi belə Paşinyan tərəfindən imzalanmadı. Beləliklə, Ermənistan KTMT-yə qarşı bütün mümkün addımları atır ki, qurumdan xaric edilməsi gündəmə gəlsin.
SADİQ
Xəbər lenti
Hamısına baxDünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11
Dünya
12 İyun 12:10
Gündəm
12 İyun 11:59
Siyasət
12 İyun 11:57
YAP xəbərləri
12 İyun 11:54
İqtisadiyyat
12 İyun 11:49
İqtisadiyyat
12 İyun 11:48
İqtisadiyyat
12 İyun 11:47
İqtisadiyyat
12 İyun 11:47
Dünya
12 İyun 11:39
Dünya
12 İyun 11:33
Gündəm
12 İyun 11:25
Siyasət
12 İyun 11:22
Siyasət
12 İyun 11:16
Sosial
12 İyun 11:01
İqtisadiyyat
12 İyun 10:50
İqtisadiyyat
12 İyun 10:38
YAP xəbərləri
12 İyun 10:20
Analitik
12 İyun 10:16
Analitik
12 İyun 09:51
Yeni texnologiyalar
12 İyun 09:30
Analitik
12 İyun 09:17
Sosial
12 İyun 08:52
Sosial
12 İyun 08:36
Dünya
12 İyun 07:24
Dünya
12 İyun 00:19

