Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Ağcabədidə 10 ilin ən yüksək məhsuldarlıq göstəricisi: 41 min 268 ton pambıq yığılıb

Ağcabədidə 10 ilin ən yüksək məhsuldarlıq göstəricisi: 41 min 268 ton pambıq yığılıb

02.01.2026 [22:28]

Ağcabədi pambıqçıları 2025-ci təsərrüfat ilini uğurla başa vurublar. Tarlalardan 41 min 268 ton məhsul əldə olunub ki, bu da rayon üzrə son 10 ilin ən yüksək göstəricisidir.

Ağcabədi Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) bitkiçilik sektorunun baş mütəxəssisi Ramiz Quluzadə AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, rayonda 2025-ci təsərrüfat ilində “Azərpambıq” MMC-nin Ağcabədi filialı, “Prime cotton” MMC-nin Ağcabədi filialı, “P-Aqro” MMC, “Hüseyn Pambıq İK” MMC, “Prime cotton” MMC-nin Ağdam filialı, “Azərpambıq” MMC-nin Ağdam filialı, “Azərşəkər” MMC və “Cotton Trade” MMC ilə müqavilə əsasında olmaqla, ümumilikdə, 11 min 821,7 hektar sahədə pambıq becərilib. Sahələrə göstərilən düzgün aqrotexniki tədbirlərin vaxtlı-vaxtında həyata keçirilməsi nəticəsində yüksək məhsuldarlığa nail olunub. Fermerlərdən 298 nəfəri 45 sentnerdən yüksək məhsul əldə edib. Rayon üzrə orta məhsuldarlıq isə 34,9 sentner olub.

Paylaş:
Baxılıb: 160 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

İqtisadiyyat

Siyasət

Analitik

Dünya

Analitik

İranda gərginlik

13 Yanvar 09:11  

Sosial

Yeni ilin “köhnəsi”

13 Yanvar 08:38  

YAP xəbərləri

Enerji siyasəti

12 Yanvar 22:32

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31