Nigersiz qalan Frankofoniya...
26.12.2023 [11:15]
Prezident Emanuel Makronun yarıtmaz siyasəti nəticəsində Fransanın beynəlxalq nüfuzunun aşağı düşməsi fonunda bu ölkənin himayəsi altında olan qurum - Beynəlxalq Frankofoniya Təşkilatı (BFT) da tənəzzülə uğramaqdadır. Belə ki, qurumun sıraları getdikcə seyrəlir. Bugünlərdə daha bir ölkə - Niger təşkilatdan xaric edilib. Bu barədə məlumat təşkilatın saytında dərc olunub.
BFT özündə nəyi ehtiva edir?
BFT - fransızdilli ölkələri və yaxud bu dildə danışan xalqları özündə birləşdirən təşkilatdır. Qurum indiki formatda 1970-ci ildən fəaliyyət göstərir. Hazırda dünyanın 5 fərqli qitəsindən 58 ölkə Beynəlxalq Frankofoniya Təşkilatının üzvüdür. Yer üzündə 321 milyon insan frankofon hesab olunur.
İlk dəfə “frankofoniya” termini 1880-ci ildə fransız səyyah Onezim Reklü tərəfindən işlədilib. O, dünya əhalisinin dil üzrə elmi təsnifatını apararkən bu ifadədən istifadə edib. 1968-ci ildə “frankofoniya” sözü lüğətə salınıb və iki mənada işlədilir: fransız dilində danışanlar və fransızca danışan xalqlardan ibarət cəmiyyət.
Nə qədər qəribə olsa da, Ermənistan bu təşkilata 2008-ci ildə üzv qəbul edilib. 2018-ci ildə təşkilatın bu ölkədə də sayca 17-ci sammiti keçirilib. Prezident E.Makron da Ermənistanda baş tutan frankofoniya tədbirinə qatılıb. Lakin İrəvan sammiti BFT üçün bir sıra uğursuzluqlarla yadda qalıb. Belə ki, burada təşkilat daxilində ziddiyyətlər daha qabarıq şəkildə üzə çıxıb.
Fransa qurumdakı mövqeyindən sui-istifadə etməklə qərarların qəbul olunmasında üzv ölkələrə təzyiq göstərir. Bunun nəticəsidir ki, təşkilat devizində yer alan bərabərlik, həmrəylik kimi dəyərlərdən çox uzaqlaşıb. Bunun təsdiqi olaraq çox uzağa getmək lazım deyil. Fransa və Ermənistan frankofoniya tədbirlərində bir qayda olaraq Azərbaycan əleyhinə təbliğat aparırlar . Ötən ilin sonlarında Tunisin Cəbrə adasında keçirilən Beynəlxalq Frankofoniya Təşkilatının 50 illik yubiley sammitində hər iki dövlətin ölkəmizə qarşı çirkin niyyəti iflasa uğradı. Sammitin sənədi kimi hazırlanmış qətnamədə çoxlu sayda anti-Azərbaycan müddəaları yer almışdı. Azərbaycanın təşkilatdakı dostları qətnamənin bu məzmunda qəbul edilməsinə kəskin etirazlarını bildirdilər və tezislər sənəddən çıxarıldı...
Nigerin təşkilatdan çıxarılmasının gerçək səbəbləri
Nigerin də frankofoniya qurumunun sıralarından çıxarılması sırf Fransanın təzyiqləri və siyasi səbəblərə görə baş verib. Cari ilin ortalarında bu ölkədə Fransanın neokolonializm siyasətinə qarşı kəskin etirazlar baş qaldırıb. Xatırladaq ki, Niger 1960-cı ildən etibarən avqustun 3-nü müstəqillik bayramı kimi qeyd edir. Həmin tarixədək isə bu ölkə Fransanın müstəmləkəsi olub. Niger uzun illər ərzində sərt müstəmləkəçilik dövrü yaşayıb. Burada yerli insanların ən adi hüquqları belə tapdanıb, ölkənin milli sərvətləri amansızcasına istismar edilərək daşınıb.
Niger 1960-cı ildə müstəqilliyini elan etsə də, Fransa burada öz mövcudluğunu cari ilədək müxtəlif sahələrdə davam etdirib. Bu ölkə çətin iqtisadi durumu fürsət kimi dəyərləndirərək Nigeri kredit asılılığında qoyub. Təkcə 2022-ci ildə Fransanın İnkişaf Agentliyi Nigerə 60 milyon avro kredit verib. Niger Seneqaldan sonra Fransanın İnkişaf Agentliyindən ən çox kredit alan ölkədir. Bu kreditlərin şərtləri isə çox ağırdır - Niger məcburiyyət qarşısında qalıb aldığı maliyyə vəsaitlərinə görə yüksək faizlər ödəyir və borclanmanın səviyyəsi yüksəlirdi. Fransanın Niger üçün strateji önəm daşıyan uran sənayesini bütünlüklə inhisara götürdüyü fikrini tam qətiyyətlə ifadə edə bilərik. Bu ölkənin uran yataqlarında dominantlıq məhz Fransanın “Orano” şirkətinə məxsus olub. “Orano” burada 50 ildən çox müddətdə iş başında dayanıb.
Həmçinin bütün etirazlara baxmayaraq, Fransa özünün bir sıra keçmiş müstəmləkələrində olduğu kimi, Nigerdə də hərbi mövcudluğuna da nail olmuşdu. Bu ölkə neokolonializm siyasətinə uyğun olaraq öz ordusunu terrorizmə, təmayülçülüyə qarşı mübarizə adı altında 2014-cü ildə Nigerə yeridib. Bununla belə, Fransa ordusunun Nigerə gəlməsi burada terrorçuluğun miqyasını azaltmayıb. Nigerin yeni hökumətindəki mənbələr bildiriblər ki, Fransanın özü ölkədə müxtəlif yollarla terrorçuluğun artmasına rəvac verib.
Cari ildə Nigerdə baş verən hərbi çevrilişdən sonra gündəmə gələn sərt tələblərdən biri də Fransanın bu ölkədə hərbi mövcudluğuna son qoyulması ilə bağlıdır. Keçid hökumətindən verilən məlumatda bildirilir ki, Fransa qoşunlarının Niger ərazisində qalmasına icazə verən razılaşmaların ləğvi səbəbindən fransız hərbçilərinin burada olması qeyri-qanunidir. Avqustun 3-də Nigerin yüksəkrütbəli hərbçiləri Fransa ilə hərbi müqavilələri ləğv etdiklərini açıqlayıblar.
E.Makron hakimiyyəti başlanğıcda hərbçilərinin Nigerdən çıxarılması tələbinə etiraz etsə də, sonda geri çəkilmək məcburiyyətində qalıb. Xatırladaq ki, Emanuel Makron fransız hərbçilərin bu ilin sonuna qədər Nigerdən çıxarılması barədə qərar imzalayıb.
Baş verənlərin fonunda E.Makron iqtidarı Nigerə qarşı qərəzçiliyini artırıb. Nigerin frankofoniya təşkilatının sıralarından kənarlaşdırılması Fransanın Nigerdən qisas almaq niyyətinin daha bir ifadəsidir...
MÜBARİZ
Xəbər lenti
Hamısına baxSosial
14 Yanvar 21:52
Dünya
14 Yanvar 21:17
YAP xəbərləri
14 Yanvar 21:04
Dünya
14 Yanvar 20:43
Dünya
14 Yanvar 20:33
Dünya
14 Yanvar 20:18
Dünya
14 Yanvar 19:56
Müsahibə
14 Yanvar 19:30
İqtisadiyyat
14 Yanvar 19:21
YAP xəbərləri
14 Yanvar 18:43
YAP xəbərləri
14 Yanvar 18:22
Siyasət
14 Yanvar 18:11
Xəbər lenti
14 Yanvar 18:05
YAP xəbərləri
14 Yanvar 17:56
YAP xəbərləri
14 Yanvar 17:40
Sosial
14 Yanvar 17:10
Gündəm
14 Yanvar 17:08
YAP xəbərləri
14 Yanvar 17:04
Xəbər lenti
14 Yanvar 17:00
Dünya
14 Yanvar 16:39
İqtisadiyyat
14 Yanvar 15:41
Sosial
14 Yanvar 15:24
YAP xəbərləri
14 Yanvar 14:59
Dünya
14 Yanvar 14:38
Sosial
14 Yanvar 14:21
Dünya
14 Yanvar 13:49
Sosial
14 Yanvar 13:27
Sosial
14 Yanvar 13:03
YAP xəbərləri
14 Yanvar 12:46
YAP xəbərləri
14 Yanvar 12:42
Sosial
14 Yanvar 12:37
Siyasət
14 Yanvar 12:15
İqtisadiyyat
14 Yanvar 12:14
İqtisadiyyat
14 Yanvar 12:13
Hadisə
14 Yanvar 12:13
Siyasət
14 Yanvar 11:59
İqtisadiyyat
14 Yanvar 11:33
Müsahibə
14 Yanvar 11:06
İqtisadiyyat
14 Yanvar 10:57
Sosial
14 Yanvar 10:37
Sosial
14 Yanvar 10:35
Hadisə
14 Yanvar 10:28
Analitik
14 Yanvar 10:12
Analitik
14 Yanvar 09:55
İqtisadiyyat
14 Yanvar 09:30
Analitik
14 Yanvar 09:13
Sosial
14 Yanvar 08:52
Sosial
14 Yanvar 08:36
Dünya
13 Yanvar 23:39
Dünya
13 Yanvar 23:17
İdman
13 Yanvar 22:40
Siyasət
13 Yanvar 22:36
Dünya
13 Yanvar 22:14
Dünya
13 Yanvar 21:53
Dünya
13 Yanvar 21:20
Dünya
13 Yanvar 20:45
Sosial
13 Yanvar 20:18
Siyasət
13 Yanvar 20:01
İqtisadiyyat
13 Yanvar 19:52
Dünya
13 Yanvar 19:26
Gündəm
13 Yanvar 19:04
Siyasət
13 Yanvar 19:00
Siyasət
13 Yanvar 18:58
YAP xəbərləri
13 Yanvar 18:49
Siyasət
13 Yanvar 18:47
Gündəm
13 Yanvar 18:38
Siyasət
13 Yanvar 18:37
Gündəm
13 Yanvar 18:34
YAP xəbərləri
13 Yanvar 17:51
YAP xəbərləri
13 Yanvar 17:25

