ABŞ-ın Çin çıxan planları
18.11.2023 [11:30]
Dünyada hərbi münaqişələrin gərginləşdiyi bir vaxtda
ABŞ prezidenti Co Baydenlə Çin rəhbəri Si Cinpin Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) növbəti sammiti çərçivəsində San-Fransiskoda görüşüblər. Çinli və amerikalı ekspertlər bu görüşün iki böyük güc arasında münasibətlərin sabitləşməsinə kömək edəcəyini proqnozlaşdırırlar. Hazırda dünyanın siyasi vəziyyəti böhranlı və hərbi münaqişələrlə zəngindir. Ukrayna müharibəsindən tutmuş İsrail-HƏMAS qarşıdurmasına, Çindən ABŞ-a qanunsuz narkotik daşınmasına, ABŞ-ın Tayvana müdaxiləsinə, Ağ Evin Cənubi Qafqaza, konkret olaraq Azərbaycana qarşı qərəzli mövqeyinə qədər bir çox problemlər mövcuddur.
ABŞ taktikanı dəyişir
Bu səbəbdən beynəlxalq ekspertlər hesab edirlər ki, iki lider arasında müzakirəyə çıxarılan məsələlər kifayət qədər geniş və çoxşaxəli olub. Bundan əvvəl Co Baydenlə Si Cinpin ötən il İndoneziyada bir araya gəlsələr də, onların həmin görüşü öz ölkələrinə, eləcə də dünya siyasətinə çox da böyük dəyişikliklər vəd etməmişdi. Beləliklə, ötən il ABŞ-la Çin arasında razılaşdırılmamış məsələlər bu görüşdə bir daha danışıqlar masasına çıxarıldı. Təbii ki, yenə tam və ya qismən razılaşdırılan, eləcə də razılaşdırılmayan mövzular bir daha gündəmə gəldi.
Ağ Evdən verilən məlumata görə, bu sammitin məqsədi ölkələr arasında rəqabətin birbaşa münaqişəyə çevrilməsinin qarşısını almaq üçün qarşılıqlı kommunikasiyaya başlamaqdır. ABŞ rəsmilərinin dediyinə inansaq, Birləşmiş Ştatlar müttəfiqləri və tərəfdaşları qarşısında götürdüyü öhdəliklərə sadiq qalır. O cümlədən Çinlə də əməkdaşlıq məsələlərinin baş tutması üçün iki dövlətin maraqlarına uyğun ortaq məxrəcə gəlinməlidir. Özünü dünyanın jandarmı kimi aparan ABŞ Sakit Okean üzərindən Uzaq Şərqə siyasi, diplomatik, yeri gələrsə hərbi müdaxilələr etməkdə bir problem görmür. Dəfələrlə Çinə sanksiyalar tətbiq edən, son onilliklər ərzində bu ölkə ilə diplomatik əlaqələr belə saxlamayan Vaşinqton nədənsə indi Pekinlə münasibətləri yumşaltmaq qərarına gəlib. Hətta ABŞ prezidenti Çin liderini şəxsən qəbul etməyi “xoşbəxtlik və şərəf” adlandırıb. Verilən məlumata görə, Bayden-Cinpin görüşündə əsas müzakirə mövzularından biri də Tayvan və Filippin məsələsi olub. Görüşdə ABŞ hərbi gəmilərinin Cənubi Çin dənizində reydlərini davam etdirmək planları da müzakirə olunub.
Bunlardan əlavə, iki ölkənin silahlı qüvvələri arasında əlaqələrin yenilənməsi də ABŞ-ın istəyi ilə müzakirə predmeti olub. ABŞ Nümayəndələr Palatasının keçmiş spikeri Nensi Pelosi keçən il Tayvana səfər etdikdən sonra Pekin ABŞ-ı ölkənin daxili işlərinə kobudcasına qarışmaqda qınamışdı. Məlumdur ki, Tayvan məsələsi ABŞ-ın Çinə qarşı istifadə etdiyi əsas kartlardan biridir. Əhalisinin 90 faizi xan çinlisi olan Tayvan adası yarımmüstəqil respublikadır. Çin Tayvanı öz ərazisi hesab edir, lakin ABŞ başda olmaqla bir sıra xarici qüvvə Tayvanı Çindən ayrı dövlət kimi təqdim edib, burada öz siyasətini yeritməyə çalışır.
İrana təsir göstəriləcəkmi?
ABŞ mediasının yazdığına görə, Vaşinqton üçün digər vacib məsələ sintetik opioid narkotik vasitə olan fentanilin gizli ticarətinə qarşı Pekinlə birgə əməkdaşlıq qurmaqdan ibarətdir. Amerika gənclərinin bəlasına çevrilmiş süni narkotikin tranziti ilə bağlı ABŞ-la Çin arasında əməkdaşlıq baş tutarsa, Vaşinqton Çin Polisinin Məhkəmə Prosedurları İnstitutuna qarşı tətbiq etdiyi sanksiyaları ləğv edəcək.
Danışıqlar masasında xüsusi mövzulardan biri də İran olub. Böyük ehtimalla, Bayden Çini Qəzza zolağındakı münaqişəyə qarışmaması üçün Tehrana təsir göstərməyə çağırıb. Məlumdur ki, Pekinin Tehranla münasibətləri yaxşıdır. Hər şeydən öncə, Çin İran neftinin əsas alıcısıdır. Buradan da belə çıxır ki, məntiqlə Çin də ABŞ kimi İsrailin HƏMAS ilə müharibəsinin tezliklə başa çatmasında maraqlı olmalıdır.
Digər tərəfdən, ortada Rusiya faktoru var. Analitiklərin fikrincə, ABŞ da, Çin də heç bir halda Rusiya ilə bağlı hər hansı nüansın açıq şəkildə səsləndirilməsini istəmir. Lakin bu da aydındır ki, Vaşinqtonla Pekin arasında mülayimləşmə meyilləri, konkret olaraq bu görüşün özü Moskvanı narahat etməyə bilməz. Sözügedən görüşdə Rusiya ilə bağlı qapalı müzakirənin keçirilib-keçirilmədiyi də məlum deyil. Bütün bu söhbətlər hələlik müzakirə səviyyəsində qalmaqdadır. Amerikalı analitiklərin söylədiyinə görə, bu görüşdə illərlə korlanan münasibətlərin birdən-birə bərpa ediləcəyini və ya möcüzə baş verəcəyini gözləmək sadəlövhlük olardı.
“Hazırda uzun rəqabət və gərginlik dövründəyik”, - deyən Vaşinqtondakı Yeni Amerika Təhlükəsizliyi Mərkəzinin əməkdaşı Riçard Fonteyn Bayden-Cinpin görüşündə hər hansı dramatik sıçrayışın, yaxud real dəyişikliyin olmayacağı qənaətindədir.
Baydenlə Cinpin razılaşdılar
Lakin “Nyu-York Tayms” yazır ki, liderlərin görüşündəki tutqun fonda bir parlaq nöqtə var. Çin və ABŞ iqlim dəyişikliyi məsələsində ümumi razılığa gəlib. Onlar gələcəkdə mədən yanacaqlarının istifadəsindən tədricən uzaqlaşmaq barədə qərar qəbul ediblər. Bu isə dünyanın ekoloji sistemi üçün olduqca vacib məsələdir. Çünki Çin və ABŞ planetin iki ən böyük mədən yanacağı istifadəçisidir. ABŞ Dövlət Departamentindən bildirilib ki, Vaşinqtonla Pekin külək və günəş enerjisini inkişaf etdirməklə qlobal istiləşmə ilə mübarizə aparmaq üçün birgə işləmək barədə razılığa gəlib.
Bu görüşlərin fonunda Çin mediasında ABŞ-a qarşı aparılan təbliğat tonu da yumşalmaqdadır. Bunun bir səbəbi də siyasi yaxınlaşmadan əlavə, ABŞ biznesmenlərinin Çinə olan marağıdır. Birləşmiş Ştatlar mediası qarşılıqlı investisiyaların hər iki ölkəni maraqlandırdığını yazır.
ABŞ və Çin liderlərinin görüşünü şərh edən siyasi təhlilçilərin fikrincə, Çin rəhbəri ABŞ prezidentini qismən də olsa öz xeyrinə müəyyən güzəştlərə razılaşdırmalı idi. Bəlkə də bu, baş verib, lakin media bu barədə konkret faktlar əldə etməyib. Ekspertlər deyirlər ki, bütün hallarda obyektiv olaraq belə bir imkan var idi. Çünki görüşün vaxtı Bayden üçün heç də əlverişli zamana düşməyib. O səbəbdən ki, ABŞ lideri faktiki olaraq iki münaqişəni (Ukrayna və Yaxın Şərq) alovlandırmaqda iştirak edir. Baydendən fərqli olaraq Çin lideri Si Cinpin nə birbaşa, nə də dolayısı ilə heç bir dövlətlə müharibə aparmır. Çinli analitiklərin sosial şəbəkələrdə açıq şəkildə yazdıqları kimi, məhz bu fakt Vaşinqtonun Çini ABŞ-a bərabər böyük bir dövlət kimi tanımasına yol açıb.
Məlum olduğu kimi, ABŞ hazırda dünya gündəmini zəbt edən iki böyük müharibəni qızışdırmaqda ittiham olunur. Lakin bu, hələ hamısı deyil. Təəssüf ki, Vaşinqton Cənubi Qafqazda da sabitliyin bərqərar olunmasında maraqlı görünmür. Azərbaycana qarşı mənfur 907-ci düzəlişi yenidən tətbiq edən Ağ ?v ölkəmizə münasibətdə hələ də qərəzli mövqe sərgiləməkdədir.
Murad Köhnəqala
Xəbər lenti
Hamısına baxDünya
09 Avqust 23:19
Maraqlı
09 Avqust 22:26
Dünya
09 Avqust 21:35
Maraqlı
09 Avqust 20:17
Dünya
09 Avqust 19:24
Dünya
09 Avqust 18:49
Dünya
09 Avqust 18:31
Dünya
09 Avqust 17:43
Dünya
09 Avqust 17:10
Dünya
09 Avqust 16:34
Dünya
09 Avqust 16:18
Siyasət
09 Avqust 16:00
İdman
09 Avqust 15:56
İqtisadiyyat
09 Avqust 15:23
Maraqlı
09 Avqust 14:50
İdman
09 Avqust 14:35
Dünya
09 Avqust 13:42
Maraqlı
09 Avqust 13:16
Yeni texnologiyalar
09 Avqust 12:34
Dünya
09 Avqust 12:19
Hadisə
09 Avqust 11:52
Dünya
09 Avqust 11:30
Hadisə
09 Avqust 10:45
İdman
09 Avqust 10:17
Hadisə
09 Avqust 09:59
Dünya
09 Avqust 09:25
Dünya
09 Avqust 08:50
Siyasət
09 Avqust 08:33
Dünya
09 Avqust 08:03
Siyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06

