Silahlı ermənilər
01.11.2023 [11:23]
İndi Ermənistanın probleminə çevrilib
Ermənistanın siyasi-hərbi hakimiyyəti bu gün bumeranq effekti ilə üz-üzə qalıb. Vaxtilə Qarabağda məskunlaşdırdığı terrorçular, əli silahlı şəxslər indi Ermənistanın öz hakimiyyəti üçün ciddi təhlükə mənbəyinə çevrilib. Təsadüfi deyil ki, Ermənistan Daxili İşlər Nazirliyi Qarabağdan könüllü olaraq gəlmiş şəxslərə müraciət edib ki, silahları təhvil versinlər. Çünki Ermənistan siyasi rəhbərliyi də anlayır ki, həmin silahlı şəxslər sabah onlar üçün də böyük problemlər yaradacaq. Bu günlərdə isə sadəcə, libaslarını dəyişiblər və öz terrorçu mahiyyətlərini gizlətmək istəyirlər - amma onları vaxtilə Qarabağda məskunlaşdıranlar onların “kimliyini” unutmayıb.
Milli Məclisin üzvü Elman Nəsirov “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, Azərbaycan tərəfi vaxtilə qeyri-qanuni silahlı birləşmələrin Qarabağdan çıxarılması barədə Ermənistana səslənirdi: “Azərbaycanın tələbi 10 Noyabr sənədinin dördüncü bəndinin icra edilməsi və Rusiya sülhməramlılarının gəlişinə paralel şəkildə qeyri-qanuni erməni silahlı dəstələri də Qarabağ bölgəsindən çıxarılmasından ibarət idi. Amma üç il ərzində bu istiqamətdə addım atmadılar və güman edirdilər ki, bu torpaqları yenidən işğal etmək sevdası onların xeyrinə işləyəcək. Ancaq bunlar illüziyalar idi. Azərbaycan Silahlı Qüvvələri 19-20 sentyabr tarixli lokal antiterror tədbirləri zamanı terrorçuları məcbur etdilər ki, silahı təhvil verərək təslim olsunlar. Onların da bir qismi Ermənistana əli silahlı şəkildə keçə bilib. Bu gün Ermənistan hakimiyyəti hesab edir ki, Paşinyan əleyhinə olan müəyyən siyasi qüvvələr, müəyyən siyasi dairələr onlardan istifadə edə bilərlər. Yəni bu gün də rəsmi İrəvan həyəcan içindədir ki, əli silahlı ermənilər silahı Ermənistan hakimiyyətinə qarşı çevirə bilərlər. Bir sözlə, Ermənistanın mövcud reallığı bundan ibarətdir”.
Milli Məclisin deputatı Elşad Mirbəşirin sözlərinə görə isə uzun illər Azərbaycan ərazisində separatizmlə məşğul olan, dövlətimizin konstitusion quruluşunu pozan, ekstremizm yolu ilə cinayətkar bir rejim yaradan qrup birdən-birə düşüncə tərzini dəyişə bilməz: “Hesab edirəm ki, heç buna həvəsləri də olmaz. Bu məsələ Ermənistanın hələ bundan sonra da uzun illər ödəyəcəyi bir bədəldir. Çünki vaxtilə Ermənistan məhz o insanları silahlandırıb. Azərbaycan ərazisində qeyri-qanuni silahlı qruplaşmalar yaradaraq separatçı, cinayətkar bir rejim formalaşdırıb. Bu gün prosesləri tam nəzarətdə saxlamaq isə Ermənistanın gücü xaricindədir. Birincisi, Azərbaycan ərazisində vaxtı ilə terrorçu təfəkkürü ilə formalaşdırılan erməni silahlı qruplaşmaları o silahı əlində saxlayırsa, mütləq şəkildə istifadə etməyə çalışacaq. Təbii ki, Azərbaycan öz təhlükəsizliyini kifayət qədər etibarlı şəkildə təmin etmək gücünə sahibdir. Azərbaycan güclü orduya malikdir. Yeri gəlmişkən, qeyd edim ki, ordusunun gücünə görə Azərbaycan sonuncu reytinq cədvəlində 24-cü yerdə qərar tutub.
Bu, kifayət qədər müsbət göstəricidir və Ermənistanla Azərbaycan arasında bu mənada heç bir halda müqayisə aparmaq mümkün deyil. Azərbaycana bundan sonra istənilən təxribatın qarşısı qətiyyətlə alınacaq. Bunu erməni separatçılar da çox yaxşı bilirlər. Biz hər zaman demişik və bu gün də artıq müşahidə etməkdəyik ki, Ermənistan Azərbaycana qarşı vaxtilə bu təxribatlara görə, həyata keçirdiyi işğalçılıq siyasətinə görə cavab verdi. Bundan sonra da hələ uzun illər Ermənistanın ölkəmizə, xalqımıza qarşı törətdiyi cinayətlər, cızdığı məkrli planlar bumeranq effekti ilə onun özünə zərbələr vuracaq. Hesab edirəm ki, separatçılar Ermənistanın ərazisində də elə özü üçün bir təhlükə mənbəyi olaraq qalacaq. Ən əsas məqam isə ondan ibarətdir ki, biz bütün ərazilərimiz boyunca ölkə prezidentinin strateji baxışları, vaxtında verdiyi qərarları, iradəsi sayəsində etibarlı və dönməz şəkildə suverenliyimizi tam təmin etmişik. Bundan sonra da Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü pozacaq heç bir güc mövcud deyil. Bu mənada, silahlı separatçılar Ermənistanın öz problemidir. Gələcəkdə bu əməlləri bir daha törətməməsi üçün hazırda yaşadığı problemlər Ermənistan üçün bir dərs olmalıdır”.
Günel ABBASOVA
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
24 Sentyabr 10:19
Analitik
24 Sentyabr 09:43
Analitik
24 Sentyabr 09:17
Analitik
24 Sentyabr 08:52
Sosial
24 Sentyabr 08:39
Formula 1
24 Sentyabr 08:07
Dünya
24 Sentyabr 07:38
İqtisadiyyat
23 Sentyabr 23:39
Dünya
23 Sentyabr 23:17
Dünya
23 Sentyabr 22:50
Dünya
23 Sentyabr 22:21
Dünya
23 Sentyabr 21:45
Hadisə
23 Sentyabr 21:19
İqtisadiyyat
23 Sentyabr 20:58
Dünya
23 Sentyabr 20:25
İqtisadiyyat
23 Sentyabr 19:42
Dünya
23 Sentyabr 19:17
Sosial
23 Sentyabr 18:31
YAP xəbərləri
23 Sentyabr 18:16
Elanlar
23 Sentyabr 17:13
YAP xəbərləri
23 Sentyabr 16:57
Sosial
23 Sentyabr 16:55
Gündəm
23 Sentyabr 16:52
Sosial
23 Sentyabr 16:41
İqtisadiyyat
23 Sentyabr 16:36
Hadisə
23 Sentyabr 16:35
YAP xəbərləri
23 Sentyabr 16:20
İqtisadiyyat
23 Sentyabr 16:19
Formula 1
23 Sentyabr 15:54
İqtisadiyyat
23 Sentyabr 15:43
Sosial
23 Sentyabr 15:32
Hadisə
23 Sentyabr 15:22
Sosial
23 Sentyabr 15:20
İqtisadiyyat
23 Sentyabr 14:58
İdman
23 Sentyabr 14:33
Dünya
23 Sentyabr 14:10
Dünya
23 Sentyabr 13:56
İdman
23 Sentyabr 13:44
İqtisadiyyat
23 Sentyabr 13:18
Sosial
23 Sentyabr 13:11
Gündəm
23 Sentyabr 13:03
Gündəm
23 Sentyabr 12:40
Formula 1
23 Sentyabr 12:25
Gündəm
23 Sentyabr 12:19
Dünya
23 Sentyabr 12:08
Dünya
23 Sentyabr 12:00
Siyasət
23 Sentyabr 11:45
Elm
23 Sentyabr 11:43
Dünya
23 Sentyabr 11:41
İqtisadiyyat
23 Sentyabr 11:39
Hadisə
23 Sentyabr 11:38
İqtisadiyyat
23 Sentyabr 11:33
İqtisadiyyat
23 Sentyabr 11:32
Siyasət
23 Sentyabr 11:31
Gündəm
23 Sentyabr 11:29
YAP xəbərləri
23 Sentyabr 11:28
İqtisadiyyat
23 Sentyabr 11:26
Gündəm
23 Sentyabr 11:25
Sosial
23 Sentyabr 11:22
Elm
23 Sentyabr 11:22
İqtisadiyyat
23 Sentyabr 11:19
Mədəniyyət
23 Sentyabr 10:56
İqtisadiyyat
23 Sentyabr 10:52
İqtisadiyyat
23 Sentyabr 10:47
İqtisadiyyat
23 Sentyabr 10:45
Gündəm
23 Sentyabr 10:37
Dünya
23 Sentyabr 10:34
İqtisadiyyat
23 Sentyabr 10:28
İqtisadiyyat
23 Sentyabr 10:26
Sosial
23 Sentyabr 10:25

