Fransa Ermənistandan öz maraqları üçün istifadə edir
07.10.2023 [11:10]
Azərbaycan dövləti Cənubi Qafqaz regionunda yeni siyasi reallıqlar formalaşdırmaqla bölgənin sabit və təhlükəsiz inkişafını təlqin etməkdədir. Bu istiqamətdə ümumi və ortaq nəticəyə gəlinməsi, bölgənin təhlükəsiz gələcəyinin formalaşdırılması üçün isə sülh və anlaşma mütləq şərt kimi çıxış edir. Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində davam edən proses isə bəzi hallarda manipulyasiyaya məruz qoyulur. Cənubi Qafqazda sülhə mane olmaq üçün səy göstərən bəzi ermənipərəst dairələr və dövlətlər, xüsusilə Fransa bu kimi cəhdləri ilə özünün əsl məqsədlərini dünyaya nümayiş etdirir - Paris neokolonist arzularını, siyasi nüfuz dairəsini genişləndirmə cəhdlərini Ermənistanın əli ilə Cənubi Qafqaza daşımağa çalışır. Buna isə müstəqil və milli maraqlara əsaslanan siyasət yürüdən Azərbaycan birmənalı şəkildə “yox” deyir...
Türkiyə yoxdursa, biz də yoxuq...
Oktyabrın 5-də Qranadada planlaşdırılan görüşün baş tutmama səbəbi də məhz bu kimi destruktiv yanaşmalardır - Fransa özbaşına və şəxsi korporativ maraqları müstəvisində müəyyənləşdirdiyi bəzi məsələləri “şərt kimi” irəli sürmək istəyir. Məsələn, danışıqlarda Türkiyənin iştirakı Azərbaycan tərəfindən qəti şəkildə qoyulur. Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” hesabındakı paylaşımda belə qeyd edib. “Fransanın Cənubi Qafqazda regional sülh və sabitliyi ciddi şəkildə pozan, Avropa İttifaqının regionla bağlı ümumi siyasətini riskə atan qərəzli hərəkətləri və hərbiləşdirmə siyasəti, həmçinin rəsmi Bakının təkidinə baxmayaraq, Türkiyənin region ölkəsi kimi iştirakına razılıq vermədiyinə görə Azərbaycan Qranada görüşündə iştirak etməmək qərarına gəlib. Biz də İspaniyanın bu formatda ev sahibi ölkə kimi iştirakını dəstəkləmişik. Bəzi beynəlxalq media resurslarında bunu Azərbaycanın Ermənistanla danışıqlardan imtinası kimi təqdim etmək düzgün deyil”, - paylaşımda qeyd olunub.
Paris “bir köynək” yaxın olduqlarını...
Azərbaycan hər zaman bəyan edib ki, sülh iki dövlət arasında Cənubi Qafqazın gələcək inkişafını və sabitliyi dəstəkləyən şərtlərə əsaslanaraq imzalanmalıdır. Fransa kimi nəsnələr isə yalnız və yalnız prosesdə “araqarışdıran” obrazı formalaşdırır. Məsələn, Azərbaycan olmadan qəbul edilən “bəyanat” nəyin göstəricisidir? Və ya bu bəyanatın hansı siyasi yükü, çəkisi ola bilər. Sülh bağlayacaq tərəflərin birinin iştirakı olmadan qəbul edilən hər hansı bir sənəd yumşaq şəkildə desək, keçərsiz və dəyərsizdir. Düzdür. Həmin bəyanatda da Azərbaycanın ərazi bütövlüyü imzası ilə bu “bəyanatı” təsdiqləyən ölkələr, xüsusilə Ermənistan tərəfindən tanınır - amma bu da yenilik deyil. Ermənistan artıq dəfələrlə bəyan edib ki, Azərbaycanın ərazi bütövlyünü detallı şəkildə tanıyır.
Maraqlıdır ki, “Ermənistanın müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığına sarsılmaz dəstəklərini” vurğulayanlar Azərbaycanla bağlı analoji fikirlərini bölüşmürlər - axı, Azərbaycan 30 ildən sonra ərazisindəki xuntanı diz üstə çökdürərək suverenliyini bərpa edib. Bu ikili standart nəyin göstəricisidir? Yenə də eyni koordinat - Fransa 30 il ərzində olduğu kimi işğalçıya, separatçıya “bir köynək” daha yaxın olduğunu göstərir...
Yeni siyasi oyunlar...
Qranadada özünəməxsus spekulyasiyaya hazırlaşan Fransanın arzusu ürəyində qaldı - onların Qarabağın erməni sakinləri ilə bağlı başlatmağa çalışdıqları şou fiaskoya uğradı. Məlum “bəyanata” nəzər yetirdikdə bunun şahidi oluruq - Fransa öz arzusu ilə Azərbaycan torpaqlarını tərk edən Qarabağ erməniləri üzərindən mümkün qədər siyasi oyunlar oynamaq “eşqindədir”. Öz arzusu ilə Ermənistana keçən ermənilərin üzərindən imitasiyalar etməyə çalışanlar İrəvana silah yardımı etməyin “yolunu” humanitar adı altında pərdələməkdə görür - onlar Ermənistana “əlavə humanitar yardım” haqqında danışırlar.
“Beynəlxalq” pərdələmə...
Fransa unutmamalıdır ki, son bir ilə yaxın müddətdə “beynəlxalq meydanlarda”, xüsusilə dünyanın “ən əsas masasında” - BMT TŞ müstəvisində üç dəfə Azərbaycana açıq şəkildə məğlub olub. Fransanın iddiaları qeyri-ciddi, əsassız sayılıb. Parisin başı aşağı əyilib - buna səbəb də bu ölkənin qərəzi, əsassız iddiaları olub. Fransa yenə də eyni situasiyaya doğru sürətlə “irəliləyir”. BMT missiyasının yekun bəyanatına məhəl qoymayan Fransa özündən şərtlər uydurur, situasiya “formalaşdırır”, ermənilərin “hüquqları” haqda yalan təbliğat qurmaq istəyir. Amma artıq bu kimi yalanlar işləmir. Parisin üçqat məğlubiyyəti də təsdiq edir ki, həqiqətin və ədalətin müdafiəçiləri kifayət qədər çoxdur.
Ən əsası isə Azərbaycan reinteqrasiya ilə bağlı mühüm addımlar atır - Qarabağın erməni sakinləri bütün vətəndaşlarla bərabər hüquqlara malik olurlar, reinteqrasiya proqramında əksni tapan yüksək birgəyaşayış müddəaları yerinə yetirilir. Fransanın “qahmar çıxması”na ehtiyac yoxdur...
4 minə yaxın vətəndaşımız...
O ki qaldı, saxlanılanların azad edilməsi, itkin düşənlərin taleyi və minalardan təmizləmə səyləri ilə bağlı çağırışlara burada da qeyri-səmimilik özünü göstərir - axı Fransa illərlə Azərbaycana qarşı edilən haqsızlıqlarla bağlı bir dəfə də ağzını açıb bir bəyanat verməyib! Azərbaycanın 4 minə yaxın taleyi müəmmalı olan vətənədaşı haqqında bir dəfə də olsun bir sənəd “qaralamayıb”.
Cinayətkarlar isə hər zaman öz cəzasına çatırlar. Fransanın son səylərinin hədəfi məlumdur - hüquqi dövlət olan Azərbaycanda qanunu pozan hər kəs ədalət mühakiməsi qarşısında cavab verir. Kimliyindən asılı olmayaraq...
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 23:47
Dünya
30 İyul 23:18
Dünya
30 İyul 22:55
Dünya
30 İyul 22:25
Dünya
30 İyul 21:15
Dünya
30 İyul 20:48
Dünya
30 İyul 20:20
Dünya
30 İyul 19:50
Gündəm
30 İyul 19:33
Dünya
30 İyul 19:20
Dünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Gündəm
30 İyul 16:32
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51

