Fransa ordusu “əncir yarpağı” rolunda
15.08.2023 [11:30]
Murad Köhnəqala
Fransanın Afrikadan qovulma prosesi, xüsusilə də Niger hadisələri hazırda dünya mediasında ən çox müzakirə olunan mövzulardandır. Böyük Britaniyanın nüfuzlu “The Telegraph” qəzeti yazır ki, Niger hadisələri Fransa prezidenti Emmanuel Makronun siyasi karyerasını bitirməkdədir. Eyni zamanda, Nigerdə baş verən hərbi çevrilişin Parisin Afrikadakı hegemonluğuna son verəcəyi proqnozu gerçəyə çevrilməkdədir. Məsələnin bu həddə çatmasının başlıca səbəbi isə əvvəlcə Nigerdəki etiraz dalğası zamanı aşağılanan, daha sonra ECOVAS-ı qızışdırdığına, birliyi Nigerə hərbi müdaxilə etməyə çağırdığına görə təhqir olunan, indi isə “bu xınanın o xınadan olmadığını” anlayıb nəzərəçarpacaq dərəcədə “yumşalan” Makronun uğursuz siyasətidir.
Hiyləgər plan niyə baş tutmadı?
Söhbət hansı “yumşalma”dan, yaxud geriçəkilmədən gedir? Qərb mediasının yazdığına görə, Fransanın təkidi ilə şənbə günü Qərbi Afrika İqtisadi Birliyinin (ECOVAS) liderləri Nigerdə yeni hökuməti devirmək üçün “Niameyə ehtiyat qüvvələrin yerləşdirilməsi” ilə bağlı təcili toplantıya yığışmalı idilər. Lakin tədbir elan olunduqdan az sonra qəfil ortaya çıxan “texniki səbəblərə” görə böhran iclası təxirə salındı. Mənbələrin bildirdiyinə görə, toplantıda ECOVAS rəhbərlərinə silahlı qüvvələrin aktivləşdirilməsi və Nigerdə yerləşdirilməsi barədə “ən yaxşı variantların” təklif edilməsi gözlənirdi. Lakin nə baş verdisə, Fransa rəhbərliyi bu məkrli taktikadan müəmmalı tərzdə geri çəkilməli oldu.
“The Telegraph” qəzeti yazır ki, Nigerdəki hərbi çevriliş Parisin əsas müttəfiqi olan Sahel ölkələrindəki mövqelərinə nəzərəçarpacaq dərəcədə ciddi zərbə vurub. Fransanın indiyədək bu ölkədə təxminən 1500 nəfərə qədər əsgəri qüvvəsi vardı. Ən əsası isə Niger Paris üçün həmişə çox böyük iqtisadi əhəmiyyətə malik olub. Təkcə “Orano” korporasiyasının ölkədə Fransa reaktorları üçün dayanmadan uran hasil etməsi deyilənlərə əyani misal ola bilər.
Makron Afrikanı “satıb”?
“Emmanuel Makronun siyasəti Fransanın izini Afrikadan silməyə aparır”. Bu fikirləri Beynəlxalq Böhran Qrupunun Sahel layihəsinin direktoru Jan Herva Jezekel söyləyib. Diplomatın sözlərinə görə, Nigerdəki böhranı Saheldə “qüdrətli Fransız diktəsinin bitdiyinə işarə” kimi başa düşmək lazımdır. Jan Jezekelin fikrincə, bundan sonra Parisin Qərbi Afrikadakı gələcəyi sual altındadır.
Əvvəlki yazılarımızda da xəbər verdiyimiz kimi, bu həftə Fransa senatında müxtəlif partiyalardan olan 96 deputatın dəstəklədiyi üç senator Makronun xarici siyasətini açıq müraciətlə tənqid edib. “Dünən Mali, bu gün Niger, Mərkəzi Afrika Respublikası, Burkina-Faso Fransa dövlətini, fransız ordusunu və fransız şirkətlərini rədd edir”, - deyə siyasətçilər təşvişlə bildiriblər. Senatorlar Fransa əleyhinə hərəkatın hətta “Kot-d’İvuar və Seneqal kimi dost ölkələrə” də yayıldığını həyəcanla vurğulayıblar. Fransız senatorların müraciətindən sonra ölkə mediası Makronu “Afrikanı satmaqda” ittiham etməyə başlayıb. Tənqidçilər Fransanın məhz Makron dövründə gerilədiyini, Afrikada iflasa uğradığını, Əlcəzair və Mərakeşlə münasibətləri korladığını, üstəlik, Tunis və Misirlə də aranı pozduğunu iddia edirlər.
Aksiyaların ana şüarı: “Rədd ol, Fransa!”
Önəmli məqamlardan biri də odur ki, Makron hakimiyyətinə yönələn bu tənqidlər, Afrika siyasətinə yenidən baxılması çağırışları Nigerdə hakimiyyətə gəlmiş hərbi xuntanın “Fransa terrorçuları qəsdən azad edib”, “Fransız ordusu Nigerin hava məkanını qəsdən pozub” kimi bəyanatlar verdiyi bir vaxtda ortaya çıxır.
Bu arada, yeni hökumətin tərəfdarı olan minlərlə etirazçı Fransa hərbi bazasının qarşısında toplaşaraq, “Məhv olsun Fransa!”, “Rədd olsun ECOVAS!” kimi şüarlar səsləndirib. Aksiyaçılar nümayiş zamanı Niger bayrağı ilə yanaşı, Rusiyanın da bayrağını dalğalandırıblar. Sıraları gündən-günə genişlənən hərəkatın üzvləri ölkənin yeni lideri general Abdurahman Tianiyə dəstək olduqlarını bildirirlər.
Makron etiraf etdi:
“Gələcəyi görə bilmədim...”
Makronun siyasətçi obrazına ictimai inamsızlıq prezidentlə Fransanın DGSE hərbi kəşfiyyat rəhbəri arasında baş tutan debatdan sonra daha da artdı. Həmin diskussiyada Makron Mali və Burkina-Fasodakı dövlət çevrilişlərindən sonra eyni ssenarinin Nigerdə də təkrarlanacağını görə bilməməkdə ittiham edilib. Makron həmin ictimai dinləmədəki çıxışı zamanı DGSE rəhbəri Bernard Emiyə Məhəmməd Bazumun Niger prezidentliyindən uzaqlaşdırılacağını təxmin edə bilmədiyini söyləyib. Emi isə bildirib ki, sözügedən çevriliş ehtimalı barədə dəfələrlə xəbərdarlıq etsə də, hökumət ona məhəl qoymayıb.
Fransanın axmaq inadı və qırılan qanadı
“The Telegraph” qəzeti yazır ki, Fransa diplomatları Nigerdəki üsyançıların uzun müddət hakimiyyətdə qalacağı təqdirdə digər Afrika ölkələrində də “domino effekti”, yəni silsilə çevrilişlərin olacağı barədə xəbərdarlıq edirlər. Mütəxəssislərin fikrincə, Makron Frankafrikanın məhv edilməsinin bədəlini artıq ödəyib. Ancaq başını itirmiş Fransa hakimiyyəti qitədəki hərbi gücünü nümayiş etdirmək məqsədi ilə qoşunlarını hələ də oradan çıxarmaq istəmir.
“Əlbəttə, DGSE-ni günahlandırmaq çox asandır. Əslində, Makronun bütün Afrika strategiyası iflasa uğrayıb”, - deyə afrikalı siyasi ekspert Antuan Qleyzer Böyük Britaniya mediasına müsahibəsində bildirib. Onun sözlərinə görə, bölgədə saxlanan fransız qoşunları Fransanın yalançı “təsir diplomatiyası” təəssüratını yaratmağa hesablanıb. Fransız qoşunu Fransanın qitədəki mövcudluğunun təhlükə altında olması faktını “ört-basdır etmək” üçün müvəqqəti “əncir yarpağı” rolunu oynayır”.
Yeri gəlmişkən, Fransanın daha bir “əncir yarpağı” Laçın sərhəd buraxılış məntəqəsində düşüb. Makronun Qarabağın erməni sakinlərinə humanitar yardım adı ilə göndərdiyi şübhəli “tır karvanı” sərhəd kənarında çürüməkdədir.
Xəbər lenti
Hamısına baxDünya
13 Yanvar 23:39
Dünya
13 Yanvar 23:17
İdman
13 Yanvar 22:40
Dünya
13 Yanvar 22:14
Dünya
13 Yanvar 21:53
Dünya
13 Yanvar 21:20
Dünya
13 Yanvar 20:45
Sosial
13 Yanvar 20:18
İqtisadiyyat
13 Yanvar 19:52
Dünya
13 Yanvar 19:26
YAP xəbərləri
13 Yanvar 18:49
Gündəm
13 Yanvar 18:38
Gündəm
13 Yanvar 18:34
YAP xəbərləri
13 Yanvar 17:51
YAP xəbərləri
13 Yanvar 17:25
Gündəm
13 Yanvar 17:04
Sosial
13 Yanvar 16:56
Gündəm
13 Yanvar 16:49
Gündəm
13 Yanvar 16:37
YAP xəbərləri
13 Yanvar 16:34
Hadisə
13 Yanvar 15:55
Siyasət
13 Yanvar 15:53
YAP xəbərləri
13 Yanvar 15:46
Gündəm
13 Yanvar 15:34
Dünya
13 Yanvar 15:26
Dünya
13 Yanvar 15:26
İdman
13 Yanvar 15:22
Xəbər lenti
13 Yanvar 15:22
YAP xəbərləri
13 Yanvar 15:13
Dünya
13 Yanvar 14:41
Gündəm
13 Yanvar 14:37
Gündəm
13 Yanvar 14:31
Dünya
13 Yanvar 14:26
Sosial
13 Yanvar 14:18
İqtisadiyyat
13 Yanvar 13:53
Xəbər lenti
13 Yanvar 13:52
Dünya
13 Yanvar 13:41
Gündəm
13 Yanvar 13:35
YAP xəbərləri
13 Yanvar 13:32
Dünya
13 Yanvar 13:16
Dünya
13 Yanvar 12:50
Dünya
13 Yanvar 12:29
Hadisə
13 Yanvar 12:24
Dünya
13 Yanvar 12:19
Dünya
13 Yanvar 11:48
Sosial
13 Yanvar 11:28
YAP xəbərləri
13 Yanvar 11:16
Siyasət
13 Yanvar 11:12
İqtisadiyyat
13 Yanvar 11:11
İqtisadiyyat
13 Yanvar 11:10
Sosial
13 Yanvar 11:09
Sosial
13 Yanvar 10:54
İqtisadiyyat
13 Yanvar 10:35
Siyasət
13 Yanvar 10:31
Hadisə
13 Yanvar 10:26
Analitik
13 Yanvar 10:17
Analitik
13 Yanvar 09:59
Dünya
13 Yanvar 09:50
Dünya
13 Yanvar 09:45
Analitik
13 Yanvar 09:36
Hadisə
13 Yanvar 09:21
Analitik
13 Yanvar 09:11
Sosial
13 Yanvar 08:51
Sosial
13 Yanvar 08:38
Gündəm
13 Yanvar 08:14
Dünya
13 Yanvar 07:10
Dünya
13 Yanvar 07:10
Dünya
12 Yanvar 23:47
YAP xəbərləri
12 Yanvar 23:25
Elm
12 Yanvar 23:12

