Avropa Məhkəməsinin “operativliyi”, yoxsa erməni təşəbbüsü
08.08.2023 [11:10]
MÜBARİZ
Destruktiv yanaşmaları ilə sülhyaratma prosesini əngəlləyən Ermənistan Xocalı və Meşəlidə dinc insanlara qarşı törədilən hərbi cinayətlərin fəal iştirakçılarından olan və buna görə də hələ xeyli müddət bundan əvvəl beynəlxalq axtarışa verilən Vaqif Xaçaturyanın həbsi ətrafında da manipulyasiyalar edir. Xəbər verildiyi kimi, Ermənistan Vaqif Xaçaturyan barəsində istintaq araşdırmalarının nəticələrini gözləmədən onun həbsindən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə şikayət ünvanlayıb. Ermənistanın davranışında təəccüb doğuracaq yeni bir şey yoxdur - göz yaşları axıdaraq yazıqlanmaq, ən müxtəlif məsələlərlə bağlı “beynəlxalq dəstək” almağa cəhdlər göstərmək bu ölkənin bir növ dövlət siyasətinə çevrilib. Təəccüb doğuran cəhət isə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Ermənistanın sorğusunu ciddiyə alaraq müvafiq qərar qəbul etməsidir. Məhkəmənin çıxardığı qərarda avqustun 8-dək Azərbaycandan Vaqif Xaçaturyanın saxlanması şəraiti və sağlamlıq durumu barədə məlumatın təqdim olunması istənilirdi. Bu gün həmin tarix bitir.
Əslində, Azərbaycanın məhkəmənin istədiyi sənədləri təqdim etməsi ilə bağlı hər hansı bir problemi yoxdur. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında səlahiyyətli nümayəndəsi, Ali Məhkəmənin sədr müavini Çingiz Əsgərov bundan əvvəl bildirib ki, ölkəmiz bəhs olunan sənədləri təqdim edəcək. “Azərbaycan Respublikası “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyadan irəli gələn öhdəliklərinə sadiq qalaraq Avropa Məhkəməsinin xahiş etdiyi məlumatları təqdim edəcək. Eyni zamanda, Ermənistan hökumətinin açıq mənbələrdə, kütləvi informasiya vasitələrində olan məlumatları “əldə etmək üçün” Avropa Məhkəməsinə müraciət etməsi və belə müraciəti “müvəqqəti təminat tədbiri” kimi təqdim etməsi ən azı təəccüb doğurur. Görünür ki, Ermənistanın acizliyi artıq hüquqi müstəviyə də keçib”, - deyə Ç.Əsgərov vurğulayıb.
İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Ermənistanın Vaqif Xaçaturyanla bağlı müraciətini qəbul etməsi və bununla bağlı qərar çıxarması suallar doğurur. Bu məhkəmə instansiyası adətən şahid ifadələri və maddi sübutlar olan hallarda mürac?ətləri qəbul etmir. Bəs açıq-aşkar manipulyasiyaya əl atan Ermənistana niyə “yaşıl işıq” yandırılır? Axı Azərbaycan bu məlumatları gizli saxlamır və məhkəməsiz də belə məlumatları açıqlayır. Vaqif Xaçat?ryan saxlanıldıqdan sonra ilkin olaraq onun tibbi müayinəsi keçirilib, o, tibb müəssisəsinə köçürülüb. Baş Prokurorluğun rəsmi məlumatında deyilir ki, Xaçaturyan Vaqif Çerkezoviç Cinayət Məcəlləsinin 103-cü və 107-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Xocalı və Meşəli cinayətlərində əli olan Vaqif Xaçaturyan məsələsi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin ermənilərin müraciətlərinə “operativ” reaksiya sərgiləməsi ilk belə fakt deyil. Biz bir qədər bundan əvvəl məzmunca iki oxşar fakta Avropa Məhkəməsindən fərqli münasibət bəslənilməsinə şahidlik etdik. Söhbət erməni diversantları Harut Hovakimyan və Karen Qazaryanın, eləcə də Azərbaycan əsgərləri Aqşin Bəbirov və Hüseyn Axundovun məsələlərinə müxtəlif baxış bucaqlarından yanaşılmasından gedir. Azərbaycan əsgərlərinə ermənilər tərəfindən işgəncə verilməsi ilə bağlı Avropa Məhkəməsinə şikayət ünvanlamışdı. Həmin müraciətdə Avropa Məhkəməsinin reqlamentinin 39-cu maddəsinə əsasən, Ermənistan tərəfinin əsir götürdüyü Azərbaycan əsgərlərinə qarşı zorakılığının dayandırılması tələb olundu. Lakin Avropa Məhkəməsi Azərbaycan tərəfinin bu vəsatətini qəbuledilməz hesab etdi. Azərbaycanın əsir əsgərlərinə işgəncə verilməsi barədə aşkar sübutlarına baxmayaraq, heç bir mövqe bildirməyən İnsan Hüquqları üzrə Avropa Məhkəməsi erməni diversantları ilə bağlı təcili qərar çıxardı, Azərbaycandan iyunun 6-dək 2 erməni hərbçinin Azərbaycanda əsirlikdə və ya başqa statusda olması barədə məlumat verməsini tələb etdi. Görəsən İnsan Hüquqları üzrə Avropa Məhkəməsi iki oxşar proses üzrə niyə fəqli yanaşma ortaya qoydu? Belə görünür ki, “erməni lobbisinin girovluğunda qalmaq” sindromu Avropa Məhkəməsinə də sirayət edib. Əks halda Vaqif Xaçaturyan məsələsi də yüksək səviyyəli məhkəmə instansiyasının qapılarını aça bilməzdi...
Xəbər lenti
Hamısına baxDünya
15 Avqust 20:39
Dünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29
Dünya
15 Avqust 17:35
Sosial
15 Avqust 16:44
Dünya
15 Avqust 16:18
Sosial
15 Avqust 15:46
Sosial
15 Avqust 15:43
Gündəm
15 Avqust 15:40
Dünya
15 Avqust 15:23
Dünya
15 Avqust 14:31
Dünya
15 Avqust 13:19
Dünya
15 Avqust 12:24
Gündəm
15 Avqust 11:58
Gündəm
15 Avqust 11:45
Gündəm
15 Avqust 11:35
Hadisə
15 Avqust 11:32
Gündəm
15 Avqust 11:25
İqtisadiyyat
15 Avqust 11:22
İqtisadiyyat
15 Avqust 11:05
İqtisadiyyat
15 Avqust 10:35
Analitik
15 Avqust 10:15
Analitik
15 Avqust 09:55
Analitik
15 Avqust 09:35
Ədəbiyyat
15 Avqust 09:15
Ədəbiyyat
15 Avqust 09:05
Dünya
14 Avqust 23:54
Dünya
14 Avqust 23:25
Dünya
14 Avqust 22:50
Dünya
14 Avqust 22:15
Dünya
14 Avqust 21:50
Hadisə
14 Avqust 21:32
Dünya
14 Avqust 21:20
Dünya
14 Avqust 20:55
Dünya
14 Avqust 20:35
Dünya
14 Avqust 20:05
Dünya
14 Avqust 19:48
Dünya
14 Avqust 19:20
Mədəniyyət
14 Avqust 18:55
Elm
14 Avqust 18:43
İqtisadiyyat
14 Avqust 18:26
İqtisadiyyat
14 Avqust 18:10
Elm
14 Avqust 17:41
Sosial
14 Avqust 17:26
İqtisadiyyat
14 Avqust 17:25
İdman
14 Avqust 17:10
Mədəniyyət
14 Avqust 16:48
Mədəniyyət
14 Avqust 16:29
Sosial
14 Avqust 16:20
Sosial
14 Avqust 15:45
İdman
14 Avqust 15:40
Sosial
14 Avqust 15:25
Siyasət
14 Avqust 14:40
İqtisadiyyat
14 Avqust 14:35
Sosial
14 Avqust 14:20
İdman
14 Avqust 13:39
Sosial
14 Avqust 13:35
Sosial
14 Avqust 12:37
Gündəm
14 Avqust 11:55
Gündəm
14 Avqust 11:35
Gündəm
14 Avqust 11:05
İqtisadiyyat
14 Avqust 10:35
Analitik
14 Avqust 10:15
MEDİA
14 Avqust 09:55
Analitik
14 Avqust 09:30
Sosial
14 Avqust 09:10
Dünya
13 Avqust 23:55
Dünya
13 Avqust 23:35
Dünya
13 Avqust 23:05
Dünya
13 Avqust 22:45

