12-ci sanksiya paketi!
29.07.2023 [11:35]
Qərbin Rusiyaya növbəti iqtisadi “hücum”u...
Yeganə BAYRAMOVA
Rusiyaya qarşı sanksiyaların əhatə dairəsi genişlənməkdədir. ABŞ və Avropa İttifaqı (Aİ) dövlətləri Moskvaya sanksiyalar tətbiq etməklə ölkənin maliyyə resurslarını tükətmək, beləliklə, gündəlik müharibə xərclərini qarşılamaq imkanlarını məhdudlaşdırmaq məqsədi güdürlər. Xatırladaq ki, indiyədək Rusiyaya qarşı sərt sanksiyalar on bir mərhələdə reallaşdırılıb.
Siyahının uzanması - qadağalar paketinin sayının artması sözsüz ki, Rusiya iqtisadiyyatına ciddi şəkildə zərbə vurur. Bu günlərdə isə Aİ şimal qonşumuza qarşı növbəti qadağaların olacağını bəyan edib. Belə ki, Aİ Rusiyaya qarşı on ikinci sanksiyalar paketini tətbiq etmək niyyətindədir. Bu barədə Aİ Xarici İşlər Xidmətinin rəsmi nümayəndəsi Piter Stano məlumat verib. Stano ilin sonuna qədər yeni məhdudlaşdırıcı tədbirlərin qəbulu ilə bağlı sualı cavablandırarkən deyib: “Əgər Kreml vəziyyəti daha da gərginləşdirərsə, əlavə sanksiyalar həmişə mümkündür”.
Bu ilin sonunadək...
Qeyd edək ki, Rusiyaya qarşı 12-ci sanksiyalar paketini Baltikyanı ölkələrin və Polşanın nümayəndələri elan ediblər. İyunun 23-də Polşa xarici işlər nazirinin müavini Pyotr Vavrşik bildirmişdi ki, Varşava Rusiya üçün böyük maliyyə resursları təmin edən dörd elementi aradan qaldırmaq istəyir. Onun sözlərinə görə, Polşa Rusiyanın nüvə enerjisi sahəsində məhdudiyyətlər axtarmağı planlaşdırır.
Yeri gəlmişkən, iyunun sonunda Litva prezidenti Gitanas Nauseda Aİ-ni “Rosatom”a qarşı sanksiyalar tətbiq etməyə çağırıb. Fransa Avropa Parlamentinin deputatı Thierry Mariani isə bildirib ki, Rusiyaya qarşı növbəti sanksiyalar paketinin tətbiqi yalnız zaman məsələsidir. O, həmçinin 12-ci paketin bu ilin sonuna qədər qəbul oluna biləcəyini təsdiqləyib.
Rusiya almazlarının idxalı
Mümkün sanksiyaların əsas məqsədi Rusiya almazlarının idxalının qarşısının alınmasıdır. Qeyd edək ki, dünyanın almaz paytaxtı sayılan Belçikanın Antverpen şəhəri Rusiyadan ən çox almaz alıcısı olaraq qalır. Dünyadakı kobud almazların 80%-ə qədəri şəhərin birjalarından keçir. “Antverpen World Diamond Center” ticarət assosiasiyasının məlumatına görə, bu şəhərdə təxminən 1,7 min şirkət və 4,5 min diler brilyant alır və satır. Bundan əvvəl, Belçika rəhbərliyi bəyan etmişdi ki, ölkə ümumilikdə Rusiya almazlarına əlavə məhdudiyyətlərin tətbiqini dəstəkləməyə hazırdır.
Paketdə başqa nələr var?
Bununla belə, mümkün 12-ci sanksiyalar paketinin dəqiq məzmunu barədə danışmaq hələ çətindir. Ancaq Avropa Parlamentinin deputatı Qunnar Bek vurğulayıb ki, Brüsseldə “Rosatom”a qarşı məhdudiyyətlər, Rusiyanın bank sektoruna qarşı sanksiyalar, Aİ-də dondurulmuş aktivlərlə bağlı gələcək tədbirlər, eləcə də paralel mal idxalında iştirak edən üçüncü ölkələrə qarşı məhdudiyyətlərin artırılması müzakirə olunur.
Taxıl idxalına qadağalar...
Dövlət İdarəetmə Universitetinin Dünya İqtisadiyyatı və Beynəlxalq İqtisadi Münasibətlər kafedrasının professoru Qalina Sorokina istisna etmir ki, Aİ-nin məhdudiyyətlərinə hətta Rusiya taxılının idxalına qadağalar da daxil ola bilər.
Moskva özünü pis ssenarilərə hazırlamalıdır
Rusiya Beynəlxalq Əlaqələr Şurasının (RİAC) baş direktoru İvan Timofeyev isə hesab edir ki, Moskva sanksiyalar rejiminin tədricən sərtləşdirilməsinə hazırlaşmalıdır: “Rusiya sanksiyalarla bağlı özünü ən pis ssenarilərə hazırlamalı, ona uyğun hərəkət etməlidir. Sevindirici haldır ki, keçən il tətbiq edilən sanksiyalara baxmayaraq, Rusiya iqtisadiyyatı möhkəmlik nümayiş etdirdi və ən pis ssenariyə hazırlaşarkən zərbəni dəf etdi”.
Xatırladaq ki, Aİ-nin Rusiyaya qarşı 11-ci sanksiyalar paketi iyunun 23-də tətbiq edilib. Yeni məhdudiyyətlər əsasən mövcud sanksiyalardan yayınma ilə mübarizəyə yönəlib.
Xəbər lenti
Hamısına baxDünya
03 İyun 23:35
Formula 1
03 İyun 23:13
Dünya
03 İyun 22:40
Dünya
03 İyun 22:36
Dünya
03 İyun 22:19
Dünya
03 İyun 21:53
Dünya
03 İyun 21:25
Dünya
03 İyun 21:08
Dünya
03 İyun 20:42
Dünya
03 İyun 20:31
Dünya
03 İyun 20:17
Dünya
03 İyun 19:59
Dünya
03 İyun 19:22
Elm
03 İyun 19:10
Sosial
03 İyun 18:25
Dünya
03 İyun 17:19
Xəbər lenti
03 İyun 17:02
Siyasət
03 İyun 17:02
Dünya
03 İyun 16:51
Sosial
03 İyun 16:28
YAP xəbərləri
03 İyun 16:17
Sosial
03 İyun 16:17
Siyasət
03 İyun 15:52
Hadisə
03 İyun 15:46
İqtisadiyyat
03 İyun 15:09
Siyasət
03 İyun 14:51
Dünya
03 İyun 14:49
Sosial
03 İyun 14:40
Elm
03 İyun 14:39
İdman
03 İyun 14:24
YAP xəbərləri
03 İyun 13:42
Dünya
03 İyun 13:41
Dünya
03 İyun 13:34
Dünya
03 İyun 12:50
Sosial
03 İyun 12:47
Sosial
03 İyun 12:44
YAP xəbərləri
03 İyun 12:11
Gündəm
03 İyun 12:05
Gündəm
03 İyun 11:57
İqtisadiyyat
03 İyun 11:38
Gündəm
03 İyun 11:21
Sosial
03 İyun 11:20
Elm
03 İyun 11:18
Siyasət
03 İyun 11:00
Gündəm
03 İyun 10:58
Siyasət
03 İyun 10:35
Xəbər lenti
03 İyun 10:31
İdman
03 İyun 10:28
Gündəm
03 İyun 10:19
Sosial
03 İyun 09:54
Analitik
03 İyun 09:31
Analitik
03 İyun 09:30
Analitik
03 İyun 09:17
Sosial
03 İyun 08:50
Sosial
03 İyun 08:33
Dünya
02 İyun 23:32
Dünya
02 İyun 23:16
Dünya
02 İyun 22:58
Dünya
02 İyun 22:23
Dünya
02 İyun 22:05
Dünya
02 İyun 21:45
Sosial
02 İyun 21:30
Siyasət
02 İyun 21:22
Dünya
02 İyun 21:18
Dünya
02 İyun 20:52
Maraqlı
02 İyun 20:34
Siyasət
02 İyun 20:23
İqtisadiyyat
02 İyun 20:12
Dünya
02 İyun 20:10
Dünya
02 İyun 19:59

