Müqəddəs kitablara qarşı cinayət
27.07.2023 [11:40]
Beynəlxalq hüququn pozulması səviyyəsində
Günel ABBASOVA
Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyəsi və ölkəmizdə hökm sürən dinlərarası harmoniya, məzhəblərarası anlaşma mühiti mövcuddur. Azərbaycan 44 günlük Vətən müharibəsindən sonra Qarabağda və Şərqi Zəngəzurda həyata keçirdiyi geniş bərpa-yenidənqurma işləri çərçivəsində erməni vandalizminə məruz qalmış dini-mənəvi abidələrimizi böyük diqqət və qayğı ilə bərpa etməkdədir. Bu mənada Azərbaycanın malik olduğu multikultural, tolerant cəmiyyət təcrübəsi nəinki müsəlman, bütün digər dünya ölkələri üçün olduqca böyük önəm kəsb edir.
Bütün dini platformalarda dinlərin müqəddəs rəmzlərinə ehtiramlı münasibətin zəruriliyini, dindən siyasi məqsədlər üçün sui-istifadənin qətiyyən yolverilməz olduğu vurğulanır. Buna baxmayaraq Avropa ölkələrində islamofobiya hallarının, o cümlədən, bəzi dövlətlərdə Quranın yandırılması kimi aksiyaların təşkilinin sivilizasiyalararası dialoq prosesinə xələl gətirir. Düzdür, Qərb bu halların yaşanmasına o dərəcədə güclü reaksiyalar vermir. Ancaq hərhalda Avropada Quran yandırılması halları təkcə müsəlmanların deyil, Avropa cəmiyyətlərinin özlərinin narahatlıq yaşamalı olduqları bir məqamdır.
BMT-nin bəyanatı
Beynəlxalq təşkilatların hadisəyə reaksiyası gecikmədi. Belə ki, ötən gün Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası dinlərarası dialoqu təşviq etmək üçün qətnamə qəbul edib. BMT Baş Assambleyası Mərakeş tərəfindən təqdim edilən dini inancları səbəbindən şəxslərə və müqəddəs kitablar ilə dini məkanlara yönəldilmiş hər növ zorakılığı beynəlxalq hüququn pozulması hesab edən qərar qətnaməni yekdilliklə qəbul edib. Bildirib ki, qətnamədə müqəddəs kitablara qarşı hər hansı bir təhqir qəti şəkildə pislənilir və beynəlxalq hüququn pozulması hesab olunur.
Dialoqu təşviq etmək və nifrət nitqinə qarşı mübarizə məqsədi daşıyan sənəddə BMT ölkələrinin insanlara qarşı dini zəmində hücumları, habelə onların dini simvollarına, müqəddəs kitablarına, evlərinə, bizneslərinə, əmlaklarına, məktəblərə, mədəniyyət mərkəzlərinə qarşı yönəlmiş analoji hərəkətləri beynəlxalq hüquq normalarını pozaraq kəskin şəkildə pislədiyi ifadəsi yer alıb.
Ümumiyyətlə BMT-nin Quranla bağlı məsələlərə reaksiyası hər zaman nəzərə çarpıb. İki il əvvəl Birləşmiş Millətlə Təşkilatının (BMT) baş katibi Antoniu Quterreş Pakistanda keçirilən “Pakistanda əfqan qaçqınların 40-cı ili: həmrəylik üçün yeni əməkdaşlıq” konfransında öz çıxışı zamanı müqəddəs Quran kitabından nümunə vermişdi. Bu ifadəsi ilə o, quranın tolerantlıq, hümanizm nümunəsi olduğunu diqqətə çatdırmışdı.
“İslamın səsi”
Quranın yandırılması bir çox müsəlman ölkələrində, o cümlədən İraqda hiddət doğurub, həmçinin digər qeyri-müsəlman dövlətləri tərəfindən qınanılıb. Müqəddəs kitab - Quranın yandırılmasına İslam dünyası özünün etiraz səsini ucaldır. Ötən gün verilən məlumata görə, İslam Əməkdaşlıq Təşkilatı Quranın təhqir olunması ilə əlaqədar fövqəladə iclas keçirəcək. Bildirilir ki, İran və İraqın təklifi ilə İslam Əməkdaşlıq Təşkilatının İsveç və Danimarkada Qurana qarşı edilən təhqirlərlə əlaqədar bazar ertəsi fövqəladə iclas keçirəcək.
İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan məsələ ilə bağlı İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin xarici işlər nazirləri ilə danışıqlar aparıb. İslam Əməkdaşlıq Təşkilatına rəsmi iclas üçün sorğu göndərilib. Qurana qarşı təhqirlər səbəbindən bu növbədənkənar iclasın bazar ertəsi onlayn keçirilməsinə qərar verilib.
Xatırladaq ki, daha əvvəl də Qurana qarşı təhqirlərə səhnə olan İsveçdə, son olaraq Stokholmda İraq əsilli Salvan Momika 28 iyun Qurban bayramının ilk günü Stokholm məscidinin qarşısında polisin nəzarətində Qurani-Kərimi yandırıb.
Momika iyulun 20-də də İraqın Stokholmdakı səfirliyinin qarşısında polisin mühafizəsi altında Quranı və İraq bayrağını təhqir edib.
Danimarkada isə iyulun 22-də İraqın Kopenhagendəki səfirliyi qarşısında Quran yandıran qrup, iyulun 24-də növbə ilə İran və İraq səfirlikləri qarşısında Quranı yandırıb.
Qrup daha əvvəl Türkiyənin Kopenhagendəki səfirliyi qarşısında Türk bayrağına və Qurana hücum edərək İslamı təhqir edib.
Danimarkada İslam əleyhdarı və ifrat millətçi “Danske Patrioter (Danimarka Patriotları)” qruplaşmasının üzvləri iyulun 25-də Misirin, daha sonra Türkiy?nin Kopenhagendəki səfirliyinin qarşısında Quranı yandırıblar.
Xəbər lenti
Hamısına baxDünya
16 Avqust 19:45
Dünya
16 Avqust 19:05
Dünya
16 Avqust 18:45
İdman
16 Avqust 18:10
Sosial
16 Avqust 17:20
İdman
16 Avqust 16:45
İdman
16 Avqust 16:25
Mədəniyyət
16 Avqust 15:55
Sosial
16 Avqust 15:20
Sosial
16 Avqust 14:35
Sosial
16 Avqust 14:24
Dünya
16 Avqust 13:55
Dünya
16 Avqust 13:35
Dünya
16 Avqust 12:55
Dünya
16 Avqust 12:10
Dünya
16 Avqust 11:35
Siyasət
16 Avqust 10:55
Dünya
16 Avqust 10:25
Dünya
16 Avqust 09:45
Dünya
16 Avqust 09:05
Dünya
15 Avqust 23:31
Dünya
15 Avqust 22:20
Dünya
15 Avqust 21:15
Dünya
15 Avqust 20:39
Dünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29
Dünya
15 Avqust 17:35
Sosial
15 Avqust 16:44
Dünya
15 Avqust 16:18
Sosial
15 Avqust 15:46
Sosial
15 Avqust 15:43
Gündəm
15 Avqust 15:40
Dünya
15 Avqust 15:23
Dünya
15 Avqust 14:31
Dünya
15 Avqust 13:19
Dünya
15 Avqust 12:24
Gündəm
15 Avqust 11:58
Gündəm
15 Avqust 11:45
Gündəm
15 Avqust 11:35
Hadisə
15 Avqust 11:32
Gündəm
15 Avqust 11:25
İqtisadiyyat
15 Avqust 11:22
İqtisadiyyat
15 Avqust 11:05
İqtisadiyyat
15 Avqust 10:35
Analitik
15 Avqust 10:15
Analitik
15 Avqust 09:55
Analitik
15 Avqust 09:35
Ədəbiyyat
15 Avqust 09:15
Ədəbiyyat
15 Avqust 09:05
Dünya
14 Avqust 23:54
Dünya
14 Avqust 23:25
Dünya
14 Avqust 22:50
Dünya
14 Avqust 22:15
Dünya
14 Avqust 21:50
Hadisə
14 Avqust 21:32
Dünya
14 Avqust 21:20
Dünya
14 Avqust 20:55
Dünya
14 Avqust 20:35
Dünya
14 Avqust 20:05
Dünya
14 Avqust 19:48
Dünya
14 Avqust 19:20
Mədəniyyət
14 Avqust 18:55
Elm
14 Avqust 18:43
İqtisadiyyat
14 Avqust 18:26
İqtisadiyyat
14 Avqust 18:10
Elm
14 Avqust 17:41
Sosial
14 Avqust 17:26
İqtisadiyyat
14 Avqust 17:25
İdman
14 Avqust 17:10
Mədəniyyət
14 Avqust 16:48

