Odessa limanına endirilən raket zərbələri...
27.07.2022 [10:11]
Nəyi, necə dəyişə bilər?
NARDAR
Bir neçə gün öncə İstanbulda Ukrayna limanlarından taxıl ixracına dair dördtərəfli saziş imzalansa da, razılaşmaların yerinə yetirilməyəcəyi ilə bağlı narahatlıqlar var. Buna əsas səbəb kimi Rusiya tərəfindən Odessa limanının raket atəşinə tutulmasıdır. Ukraynanın İnfrastruktur Nazirliyinin yaydığı məlumata görə, Ukraynanın taxıl daşıyan ilk gəmisi iyulun 27-də Çernomorsk limanından yola düşəcək. “Bu həftə İstanbulda koordinasiya mərkəzinin yaradılması nəzərdə tutulur. Bizdən asılı olan hər şeyi edirik ki, bu həftə taxıl daşıyan gəmilər yola düşsün”, - deyə nazir Oleksandr Kubrakov bildirib. Bu məqsəd üçün Odessa limanı daha məqsədəuyğun hesab edilir. Limanın raket hücumuna məruz qalması isə razılaşmaların pozulması təhlükəsini artırır.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ötən gün Rusiya və Ukraynaya çağırış edib və qeyd edib ki, bu ölkələr atdıqları imzalara, üzərlərinə götürdükləri öhdəliklərə sadiq qalmalıdır. O, Odessa limanına endirilən raket zərbələrinin təəssüf doğurduğunu, baş verə biləcək uğursuzluğun hamının əleyhinə olacağını vurğulayıb.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə bildirib ki, Ukrayna limanlarından taxıl ixracına dair sazişin bağlanması Rusiya üçün Ukraynada hərbi əməliyyat keçirməyə və onun hərbi infrastrukturunu məhv etməyə maneə yaratmır. Onun sözlərinə görə, Qərb ölkələri Rusiyanı gözdən salmaq üçün rus ordusunun Odessa limanına raket hücumu ilə bağlı məlumatları “təhrif olunmuş şəkildə” təqdim edirlər. “İyulun 22-də İstanbulda imzalanmış sazişlər çərçivəsində bizə xüsusi əməliyyatı davam etdirməyi qadağan edən heç bir müddəa yoxdur. Rusiya silahlı qüvvələrinin raket zərbələri Odessa limanının xüsusi hərbi hissəsində yerləşən hədəflərə endirilib. Bu zərbələr taxıl ixracına maneə yaratmayacaq”, - deyə S.Lavrov əlavə edib.
Məsələ ilə bağlı qəzetimizə açıqlama verən politoloq Yeganə Hacıyeva bildirib ki, Ukraynada fevral ayından başlayan hərbi əməliyyatların gedişində az razılaşmalar olub ki, onlara əməl edilsin. Onun sözlərinə görə, yalnız bir neçə cəhddən sonra humanitar razılaşmalar yerinə yetirilib. Siyasi təhlükəsizlik məsələlərində isə razılaşmalara əməl olunmayıb. Politoloqun fikrincə, razılaşmaların Rusiya tərəfindən pozulması iddiaları daha çox səslənir: “Yaranmış vəziyyətlə əlaqədar Rusiya da öz arqumentlərini səsləndirir, hərbi obyektləri vurduğunu bildirir. Əsas kimi göstərilir ki, Odessa limanı vasitəsilə Ukraynaya silah daşınır. Amma bu arqument qaneedici deyil. Çünki Odessa limanı taxıl daşınması baxımından həmişə məşhur olub. Oradan hərbi liman kimi istifadə edilmir. Hərbi təyinatlı limanların texniki şərtləri fərqlidir. Ona görə də, Rusiyanın mövqeyi özünü doğrultmur”.
Türkiyənin vasitəçiliyinə zərbə vurmaq istəyən qüvvələr var
Bəzi xarici ekspertlər hesab edirlər ki, Tehran sammitində ikitərəfli görüş zamanı Türkiyə Prezidenti Ərdoğan Vladimir Putini gözlətdiyi üçün Putin Odessaya zərbə vurmaqla Ərdoğandan qisas alır. Bu yanaşmanı doğru hesab etməyən Y.Hacıyeva deyib ki, protokol qaydalarında bir neçə dəqiqə gecikmə normaldır. Əksinə, onun fikrincə, Avropada, NATO daxilində Türkiyənin mövqeyinə zərbə vurma istəyən qüvvələr var: “NATO Avropada təhlükəsizliyin əsas elementidir. Rusiya-Ukrayna müharibəsində birbaşa iştirak etməsə də, rəsmi Kiyevə silah yardımı edir. Türkiyə NATO-nun üzvüdür və sülhə, razılaşmalara xidmət edən addımlar atır. Taxıl sazişi də bunu təsdiqləyir. Amma NATO daxilində həm Türkiyə dövlətinə, həm də Ərdoğan hakimiyyətinə qarşı neqativ yanaşmalar var. Məsələn, Rusiya tərəfindən İsveç və Finlandiya qarşı təhdid olmadığı halda bu iki ölkənin NATO-ya üzvlük məsələsi gündəmə gəldi. Hansı ki, Türkiyənin bu ölkələrə münasibətində terroru müdafiə etdikləri üçün soyuqluq var idi. Artıq bəzi ölkələr onların NATO-ya üzvlüyünü ratifikasiya ediblər. İsveç və Finlandiya terrorçuları Türkiyəyə verməklə bağlı öhdəlik götürsələr də, xeyli sayda terrorçudan cəmi dörd nəfəri verilib. Yəni bu ölkələr razılaşmalara böyük ölçüdə əməl etməyiblər. Burada məqsəd NATO daxilində Türkiyənin mövqeyini zəiflətməkdir. Rusiya-Ukrayna müharibəsində Türkiyənin güvənsiz vasitəçi olduğunu göstərmək, taxıl sazişinin əhəmiyyətini kiçiltmək istəyənlər var. Odessa limanının raket atəşinə tutulması onlar üçün fürsətdir. Amma çox güman ki, limanlardan taxıl ixracı reallaşa biləcək”.
Politoloq deyib ki, müəyyən xarici dairələrin 2023-cü il üçün Türkiyə ilə bağlı planları var: “Məqsəd daxili və xarici faktorlardan istifadə edərək bu ölkədə xaos yaratmaq istəyidir. Biz burada idarə olunan xaosun elementlərini görürük. Ərdoğan hakimiyyətinə zərbə vurmaq üçün Türkiyə iqtisadiyyatını zəiflətmək, meşə yanğınları törətmək və s. bunun göstəriciləridir”.
Xəbər lenti
Hamısına baxDünya
03 İyun 23:35
Formula 1
03 İyun 23:13
Dünya
03 İyun 22:40
Dünya
03 İyun 22:36
Dünya
03 İyun 22:19
Dünya
03 İyun 21:53
Dünya
03 İyun 21:25
Dünya
03 İyun 21:08
Dünya
03 İyun 20:42
Dünya
03 İyun 20:31
Dünya
03 İyun 20:17
Dünya
03 İyun 19:59
Dünya
03 İyun 19:22
Elm
03 İyun 19:10
Sosial
03 İyun 18:25
Dünya
03 İyun 17:19
Xəbər lenti
03 İyun 17:02
Siyasət
03 İyun 17:02
Dünya
03 İyun 16:51
Sosial
03 İyun 16:28
YAP xəbərləri
03 İyun 16:17
Sosial
03 İyun 16:17
Siyasət
03 İyun 15:52
Hadisə
03 İyun 15:46
İqtisadiyyat
03 İyun 15:09
Siyasət
03 İyun 14:51
Dünya
03 İyun 14:49
Sosial
03 İyun 14:40
Elm
03 İyun 14:39
İdman
03 İyun 14:24
YAP xəbərləri
03 İyun 13:42
Dünya
03 İyun 13:41
Dünya
03 İyun 13:34
Dünya
03 İyun 12:50
Sosial
03 İyun 12:47
Sosial
03 İyun 12:44
YAP xəbərləri
03 İyun 12:11
Gündəm
03 İyun 12:05
Gündəm
03 İyun 11:57
İqtisadiyyat
03 İyun 11:38
Gündəm
03 İyun 11:21
Sosial
03 İyun 11:20
Elm
03 İyun 11:18
Siyasət
03 İyun 11:00
Gündəm
03 İyun 10:58
Siyasət
03 İyun 10:35
Xəbər lenti
03 İyun 10:31
İdman
03 İyun 10:28
Gündəm
03 İyun 10:19
Sosial
03 İyun 09:54
Analitik
03 İyun 09:31
Analitik
03 İyun 09:30
Analitik
03 İyun 09:17
Sosial
03 İyun 08:50
Sosial
03 İyun 08:33
Dünya
02 İyun 23:32
Dünya
02 İyun 23:16
Dünya
02 İyun 22:58
Dünya
02 İyun 22:23
Dünya
02 İyun 22:05
Dünya
02 İyun 21:45
Sosial
02 İyun 21:30
Siyasət
02 İyun 21:22
Dünya
02 İyun 21:18
Dünya
02 İyun 20:52
Maraqlı
02 İyun 20:34
Siyasət
02 İyun 20:23
İqtisadiyyat
02 İyun 20:12
Dünya
02 İyun 20:10
Dünya
02 İyun 19:59

