“Şimal axını-2” - Avropada geosiyasi mübarizənin yeni həlqəsi
11.02.2022 [23:26]
Mübariz ABDULLAYEV
Avropanın qaz təchizatı iqtisadi məsələ olmaqla bərabər, həm də siyasi motivlərlə zəngindir. Bunu bir neçə aspektdən dəyərləndirmək mümkündür. Bu gün Avropanın enerji təhlükəsizliyində bir sıra güc mərkəzlərinin siyasi maraqları kəsişir. Avropanın ayrı-ayrı ölkələrinin və ABŞ-ın siyasi maraqları, ilk növbədə, Rusiyaya qarşı fokuslanıb. Həmçinin ekspertlər qeyd edirlər ki, təchizatçı dövlət olan Rusiya da özünün enerji siyasətində siyasi maraqlarını diktə etməyə çalışır.
“Qoca qitə”dən təzadlı münasibət
2015-ci ilin sentyabrında Qazprom və Avropanın beş enerji şirkəti arasında “Şimal axını-2” layihəsi ilə bağlı müqavilə imzalandı. Yeni boru kəmərinin çəkilişinin 2019-cu ilin dördüncü rübündən gec olmayaraq başa çatdırılması planlaşdırılırdı. “Şimal axını-2” qaz kəməri layihəsi Baltik dənizi üzərindən keçməklə Rusiyadan Avropanın 5 ölkəsinə ötürülür. 1234 km uzunluğunda olan qaz boru kəməri Almaniya, Danimarka, Rusiya, Finlandiya və İsveçin iqtisadi zonalarından və ərazi sularından keçir.
Yeni qaz boru kəməri ətrafında siyasi maraqların kəsişməsini bir neçə müstəvidə izləmək mümkündür. Hazırda Avropada kəskin qaz böhranının yaşandığı hər kəsə bəllidir. Ukrayna-Rusiya münasibətlərinin daha da kəskinləşərək müharibə fazasına keçəcəyi təqdirdə “qoca qitə”nin sözün əsl mənasında qaz imtahanına çəkiləcəyi gözlənilir. Avropa Ukraynaya verdiyi dəstək tədbirlərinin müqabilində Rusiya tərəfindən qaz tədarükünün azaldılması və yaxud tamam dayandırılması ilə cəzalandırıla bilər. Belə bir real təhlükənin olduğu bir vaxtda gözləmək olardı ki, “qoca qitə” yeni dəhliz vasitəsilə qaz ötürülməsinə böyük sevinclə yanaşacaq. Ancaq göründüyü kimi, Avropada “Şimal axını-2”nin ötən ilin sentyabrından hazır vəziyyətə gətirilməsinə sevinənlərin sayı çox deyil. Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi təklifi kimi, “Şimal axını-2” layihəsi də Avropanın özündə parçalanma yaradıb. Avropanın iki böyük dövlətinin - Almaniyanın və İtaliyanın timsalında Avropanın “Şimal axını-2” layihəsinə təzadlı münasibətini izləmək mümkündür.
İqtisadi maraqlar vahid Avropa təəssübkeşliyini belə üstələyib. Hazırda Avropada “Şimal axını-2”nin ən alovlu tərəfdarı qismində Almaniya çıxış edir. Bu da səbəbsiz deyil. İqtisadi gözləntilər Almaniyanı tarixi partnyorları ilə yollarını ayırmağa sövq edib. “Şimal axını-2” layihəsinin gerçəkləşəcəyi təqdirdə Almaniya həm tranzit, həm də vergi gəlirləri qazanacaq. Xüsusən, 2030-cu ilədək bu layihə Almaniyadan keçən tranzit həcmini ildə 12 milyard kubmetrədək artırmağa imkan yaradacaq.
Avropanın digər önəmli dövləti olan İtaliya isə öz çevrəsində cəmləşdirdiyi ölkələrlə birlikdə anti-”Şimal axını-2” koalisiyası formalaşdırıb. Buna səbəb kimi isə yeni kəmərlə qazın nəqlinə başlanmasının İtaliyanın enerji mərkəzi roluna göstərə biləcək mənfi təsirlə əlaqələndirilir. Rusiyadan qazın Ukraynadan keçməklə Avropaya çatdırılması İtaliyanın enerji təchizatında rolunu artırırdısa, yeni dəhliz Almaniyanı üstün mövqeyə çıxarır.
Rusiyanın çoxkombinasiyalı gedişləri...
Ekspertlər belə bir qənaəti bölüşürlər ki, bu layihədə Rusiya çoxkombinasiyalı gedişlərlə həm iqtisadi, həm də siyasi maraqlarını təmin etmək istəyir. Başqa sözlə desək, Rusiya, əslində, bir güllə ilə iki dovşanı vurmağı hədəfləyib. Birinci məqam ondan ibarətdir ki, zəngin qaz resurslarına malik olan Rusiya Avropaya daha böyük həcmdə “mavi yanacaq” ixrac etmək üçün yeni və müasir infrastruktura sahiblənib. Birinci məqam qədər önəmli olan ikinci nüans isə Rusiyanın yeni dəhlizi Ukraynadan yan keçməklə formalaşdırmağa nail olmasıdır. Rusiyanın Ukrayna ilə problemləri hər kəsə bəllidir. Ukraynadan keçməklə Rusiya qazını Avropaya ötürən mövcud dəhliz hər zaman təhdidlərə tuş gələ bilər. Rusiya Baltik dənizindən keçən yeni dəhlizin inşasına nail olmaqla Ukraynanı tranzit gəlirlərindən məhrum qoyacağını düşünür. Yeni kəmərin işləyəcəyi təqdirdə Rusiyanın Ukraynanı cəzalandıracağı tam real görünür.
“Şimal axını-2”nin işə düşməsi ilə Rusiya daha bir iqtisadi-siyasi hədəfinə çatacaq. “Şimal axını-2” ilə “qoca qitə”yə qazın nəqli Avropada Rusiyanın mövqeyinin möhkəmlənməsi anlamına gəlir. Təsadüfi deyil ki, ekspertlər “Şimal axını-2”ni Rusiyanın yalnız Ukraynaya qarşı deyil, həm də Avropaya yönələn təsir vasitəsi kimi dəyərləndirirlər.
Qeyri-müəyyən situasiya
Almaniyada nəşr olunan “Frankfurter Allgemeine Zeitung” qəzetində “Şimal axını-2” qaz kəməri layihəsinin tezliklə həyata keçirilə bilməsinin şübhə altına alındığı yazı dərc olunub. Yazıda “2022-ci ilin birinci yarısında Baltik qaz kəməri ilə saziş bağlanması, çətin ki, mümkün olacaq”, - deyə vurğulanıb. Qeyd olunub ki, kəmərin ticarət reyestrində qeydiyyatı baş tutub, lakin sonrakı addımlar hələ də atılmayıb: “Şəbəkə Agentliyi bu proseduru dayandırıb və “Şimal axını-2” kəmərinin zəruri sənədləri nə vaxt təqdim edəcəyini gözləyir. Əgər hər hansı səbəblər üzündən şirkətin sertifikatlaşdırılması baş tutmasa, yəqin ki, məhkəmə iddiası qaldırılacaq. Bütün bunlar illər boyu uzana bilər”.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20

