Elmlər doktoru elmi dərəcəsi lazımdırmı?
10.02.2022 [11:12]
Nurlan
Bir müddət öncə elmi dərəcə almaq üçün ikipilləli (fəlsəfə doktoru və elmlər doktoru) müdafiə sisteminin tətbiqi ilə əlaqədar bəzi məqamlara aydınlıq gətirməyə çalışmış, ekspert fikirlərini diqqətə çatdırmışdıq. Hazırda ikipilləli müdafiə sistemindən imtina məsələsi aktual mövzulardan olduğuna görə müzakirə predmetinə çevrilib.
Dünyanın əksər inkişaf etmiş ölkələrində elmlər doktoru elmi dərəcəsi yoxdur
Məsələ ilə əlaqədar “Yeni Azərbaycan”a danışan siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev qeyd edib ki, dünyanın əksər inkişaf etmiş ölkələrində elmlər doktoru elmi dərəcəsi yoxdur: “1999-cu ilin 19 iyun tarixində Boloniyada 29 ölkənin təhsil nazirləri tərəfindən “Boloniya deklarasiyası” adlı sənəd imzalandı. Sənədə əsasən, vahid Avropa elm və təhsil məkanının yaradılması qərara alındı. Sonradan “Boloniya prosesi” adlanan xəttə Avropa Şurasına daxil olan digər ölkələr, o cümlədən Azərbaycan da qoşuldu. 2003-cü ilin 18-19 sentyabr tarixlərində Berlin şəhərində keçirilən sammitdə qəbul edilən Bəyannaməyə əsasən, ümumi Avropa tələblərinə və standartlarına müvafiqlik “bakalavr”, “magistr” olmaqla ikipilləli təhsilə, həmçinin “fəlsəfə doktorluğu” elmi dərəcəsinə şamil edildi. Elə həmin sammitdə yeganə doktorluq dərəcəsinin “fəlsəfə doktoru” olması barədə qərar verildi. Ali təhsil prosesinin nəticəsi olaraq ilk pillədə “bakalavr”, sonrakı pillədə “magistr” dərəcələri müəyyən edilir. Elmi tədqiqatın yekunu olaraq uğurlu dissertasiya müdafiəsindən sonra konkret şəxsə müvafiq sahə üzrə “fəlsəfə doktoru” elmi dərəcəsi verilir. Belə olan halda, Boloniya elm və təhsil sistemində nəzərdə tutulmayan elmlər doktoru alimlik dərəcəsi nəyə lazımdır?”.
Əlavə yük, xərc, vaxt itkisi və sonda heç bir nəticəsi olmayan tədqiqat işi
“Əlavə əziyyət, xərc, vaxt itkisi və sonda heç bir nəticəsi olmayan tədqiqat işi kimə lazımdır?”,-deyən Z.Əliyevin sözlərinə görə, fəlsəfə doktoru, dosent və professor adı Boloniya sistemində var: “Şəxs niyə beş-səkkiz il arasında elmlər doktoru işini yazmalı, xərc çəkib xaricdə məqalələr çap etdirməlidir? İndi elmlər doktoru elmi dərəcəsi alanların yaşı 60-dan yuxarı başlayır. Bu yaşda elmlər doktoru dərəcəsi alıb nə edəcəklər?”
Bu mövzular, sadəcə elmi dərəcə almaq üçün lazımdır
Siyasi elmlər üzrə fəlsəfə doktoru daha bir maraqlı məqama toxunub. O bildirib ki, Azərbaycanda elmi tədqiqat işlərinin çox hissəsi lokal xarakter daşıdığından dünyada əhəmiyyəti olmayan mövzular olur: “Bu mövzular, bizdə sadəcə elmi dərəcə almaq üçün lazımdır. Dünyanın nüfuzlu universitetləri üçün lüzumsuzdur. Özümüz üçün yazılan bu işlər kimə gərəkdir? Ondansa kitablar, elmi məqalələr, elmi kəşflər, elmi yeniliklər olsun. Avropaya inteqrasiya ediriksə, Avropa təhsil və elm təcrübəsini götürürüksə, niyə sovetlərdən qalan elmlər doktoru adını hələ də saxlayırıq?”.
Elə prosesdən keçirlər ki, nəticədə yarımçıq qoyub gedirlər
“Bu gün Azərbaycanda fəlsəfə doktoru ilə elmlər doktoru elmi dərəcələri almaq üçün olan tələb olunan şərtlər, demək olar ki, eynidir. Buradakı fərq, sadəcə dissertasiya işinin həcmi, yəni səhifə sayındadır. Məsələn, fəlsəfə doktorluğu üçün 150, elmlər doktorluğu üçün 250 səhifə həcmində iş yazılır. Həmçinin fəlsəfə doktoru 5 məqalə verirsə, elmlər doktorunun təqdim etdiyi məqalə sayı 20-dir”,- deyə dosent əlavə edib.
Onun sözlərinə görə, Azərbaycanda ciddi elmi mövzular təqdim olunmur: “Gənclər yalnız fəlsəfə doktoru diplomu almaq üçün elmə gəlib elə prosesdən keçirlər ki, nəticədə yarımçıq qoyub gedirlər. Hesab edirəm ki, elmlər doktoru adı ləğv olunmalıdır. Dosent və professor elmi adları almaq üçün konkret şərtlər qoyulsun. 250-300 səhifəlik elmi iş yazıb, yenidən eyni prosesi keçmək hansı inkişafa səbəb olacaq?”.
Xəbər lenti
Hamısına baxDünya
03 İyun 23:35
Formula 1
03 İyun 23:13
Dünya
03 İyun 22:40
Dünya
03 İyun 22:36
Dünya
03 İyun 22:19
Dünya
03 İyun 21:53
Dünya
03 İyun 21:25
Dünya
03 İyun 21:08
Dünya
03 İyun 20:42
Dünya
03 İyun 20:31
Dünya
03 İyun 20:17
Dünya
03 İyun 19:59
Dünya
03 İyun 19:22
Elm
03 İyun 19:10
Sosial
03 İyun 18:25
Dünya
03 İyun 17:19
Xəbər lenti
03 İyun 17:02
Siyasət
03 İyun 17:02
Dünya
03 İyun 16:51
Sosial
03 İyun 16:28
YAP xəbərləri
03 İyun 16:17
Sosial
03 İyun 16:17
Siyasət
03 İyun 15:52
Hadisə
03 İyun 15:46
İqtisadiyyat
03 İyun 15:09
Siyasət
03 İyun 14:51
Dünya
03 İyun 14:49
Sosial
03 İyun 14:40
Elm
03 İyun 14:39
İdman
03 İyun 14:24
YAP xəbərləri
03 İyun 13:42
Dünya
03 İyun 13:41
Dünya
03 İyun 13:34
Dünya
03 İyun 12:50
Sosial
03 İyun 12:47
Sosial
03 İyun 12:44
YAP xəbərləri
03 İyun 12:11
Gündəm
03 İyun 12:05
Gündəm
03 İyun 11:57
İqtisadiyyat
03 İyun 11:38
Gündəm
03 İyun 11:21
Sosial
03 İyun 11:20
Elm
03 İyun 11:18
Siyasət
03 İyun 11:00
Gündəm
03 İyun 10:58
Siyasət
03 İyun 10:35
Xəbər lenti
03 İyun 10:31
İdman
03 İyun 10:28
Gündəm
03 İyun 10:19
Sosial
03 İyun 09:54
Analitik
03 İyun 09:31
Analitik
03 İyun 09:30
Analitik
03 İyun 09:17
Sosial
03 İyun 08:50
Sosial
03 İyun 08:33
Dünya
02 İyun 23:32
Dünya
02 İyun 23:16
Dünya
02 İyun 22:58
Dünya
02 İyun 22:23
Dünya
02 İyun 22:05
Dünya
02 İyun 21:45
Sosial
02 İyun 21:30
Siyasət
02 İyun 21:22
Dünya
02 İyun 21:18
Dünya
02 İyun 20:52
Maraqlı
02 İyun 20:34
Siyasət
02 İyun 20:23
İqtisadiyyat
02 İyun 20:12
Dünya
02 İyun 20:10
Dünya
02 İyun 19:59

