Paşinyan növbəti “müharibə”yə başladı...
28.12.2021 [10:01]
Yeni reallıqları qəbul edən baş nazir üçüncü rəqibi ilə siyasi-ideoloji müstəvidə mübarizə aparır
Paşinyan-Arutyunyan savaşının nəticəsini, əslində Ermənistandaxili siyasi situasiya deyil, Azərbaycanın yaratdığı geostrateji reallıqlar müəyyənləşdirəcək
Nurlan QƏLƏNDƏRLİ
Nikol Paşinyanın onlayn formatda mətbuat konfransı zamanı səsləndirdiyi fikirlər bir sıra məqamlara yenidən aydınlıq gətirdi. Baş nazir, ilk növbədə, Ermənistan cəmiyyətinə mövcud reallıqlarla barışmaq mesajı ötürdü. Doğrudur, Paşinyan bundan əvvəl də eyni məzmunlu fikirlər söyləmişdi, amma indi istifadə etdiyi ifadə və cümlələr onun proseslərin tənzimlənməsi ilə əlaqədar artıq daha açıq mətnlə çıxış etdiyini (bu, onu cəmiyyətin tənqid və ittihamlarının açıq hədəfinə çevirsə də) və Ermənistan ictimaiyyətinə birbaşa mesajlar verdiyini göstərir. Məsələn, baş nazir beynəlxalq hüquq normalarına əsasən, Qarabağın Azərbaycana aid olduğunu təsdiqləyən arqumentlər səsləndirib. Bildirib ki, Qarabağın Azərbaycanın tərkibindən kənarda mövcudluğu üçün hər hansı nəzəri və praktiki şans qalmayıb. Beləliklə, Paşinyan statusa, yaxud hansısa qondarma ideya və iddialara aludə olmuş ermənilərin sonuncu ümidlərini də “qırıb”. Bununla yanaşı, o, hüquqi məsələləri və siyasi reallıqları diqqətə çatdırmaqla dolayısıyla “Qarabağ Azərbaycandır” gerçəkliyini təsdiq edib. Bu isə, həm də Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazır olduğunu ifadə etməkdir. Ümumiyyətlə, mövcud situasiya Paşinyana zaman itirmədən erməni ictimai rəyində reallıqlar əsasında siyasi-psixoloji terapiya aparmağa vadar edir. Erməni baş nazir üçüncü (və sonuncu) rəqibini də sıradan çıxarmaqla həm də Ermənistanı yeni yola çıxarmağa çalışır...
Birinci rəqib sıradan çıxdı - ordu yoxdur
Paşinyan üçün birinci rəqib ordu idi. İkinci Qarabağ müharibəsinə qədər erməni baş nazirə qarşı hərbi müxalifət pik həddə idi. 44 günlük müharibədə Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanın təcavüzkar hərbi birləşmələrini darmadağın etməsi nəticəsində ordu faktoru artıq Paşinyana qarşı ciddi təhlükə törətməməyə başladı. Doğrudur, müharibəsonrası dönəmdə də ordu tərəfindən Paşinyana qarşı siyasi bəyanatlar səsləndirildi, hətta çevriliş planı aşkara çıxdı. Amma darmadağın olmuş, heç bir nüfuza, ciddi resurslara və təsir imkanlarına malik olmayan pərakəndə hərbi strukturlar nəinki siyasi idarəetməni ələ ala, heç Ermənistanın siyasi gündəmini belə təyin edə bilmədi.
Siyasi rəqiblər oyundankənar vəziyyətdə...
Paşinyanı savaşın ikinci raundunda siyasi rəqiblərini seçki vasitəsilə neytrallaşdırdı - məğlubiyyətə uğratdı. Ermənistanda keçirilən növbədənkənar parlament seçkilərinin nəticələri təkcə ölkədaxili ictimai-siyasi münasibətlərin deyil, həm də regiondaki geosiyasi reallığın məntiqi yekunu idi. Azərbaycan uzun illər bölgədə təcrid vəziyyətinə salaraq autsaydere çevirdiyi Ermənistanı 44 günlük müharibədə ağır məğlubiyyətə uğratdı, erməni faşizminin başını əzdi. Azərbaycanın yaratdığı yeni reallıqlar məğlub ölkə ictimaiyyətini düşünməyə və adekvat nəticə çıxarmağa məcbur etdi. Ermənistan cəmiyyəti də gördü ki, təcavüzkar siyasət yalnız faciə və fəlakət vəd edir, o cümlədən yeni reallıqlar fonunda revanşizmin heç bir perspektivi yoxdur. Ona görə də erməni ictimai rəyi revanşist iddialarla çıxış edən Koçaryan və Sarkisyan kimi hərbi-siyasi cinayətkarları növbəti dəfə rədd etdi, tarixin arxivinə göndərdi. Seçkisonrası mərhələdə isə digər rəqibləri tərəfindən Paşinyana qarşı güclü antitəbliğata və məhdud miqyasda etiraz aksiyalarına start verilsə də, Paşinyan daxili siyasi situasiyanı öz lehinə çevirə bildi. Bundan sonra müxalifətin ciddi ictimai dəstək ala bilməməsi və siyasi passivliyi Paşinyan hakimiyyətinə situasiyanı nəzarətdə saxlamağa imkan verdi. Bütövlükdə, rəqiblərini “siyasi ofsayd” vəziyyətinə (oyundankənar vəziyyətə) salan baş nazir hakimiyyətinin dayaqlarını möhkəmləndirə bilib və yeni reallıqları ictimai rəydə qəbul etdirmək üçün daha əlverişli şərait yarada bilib. Amma indi o, növbəti maneəni aşmaq - daha bir əks-cəbhəyə qalib gəlmək zorundadır. Bu isə üçüncü rəqib ilə siyasi-ideoloji müharibə kimi səciyyəndirilə bilər.
Paşinyan - Arutyunyan cəbhəsində kəskin qarşıdurma: qalib kim olacaq?
Söhbət separatizmin qalıqlarından - Araik Arutyunyan və dəstəsindən gedir. Son günlər Paşinyan - Arutyunyan cəbhəsində kəskin qarşıdurmanın pik həddə çatdığını görürük. Mübarizə konkret olaraq siyasi-ideoloji müstəvidə gedir və “bəyanat savaşı” xarakteri daşıyır. Ermənistan mətbuatı Paşinyanın növbəti “müharibə”yə start verdiyini yazır. Araikin Paşinyana qarşı ittiham xarakterli bəyanatından sonra Ermənistan cəmiyyətində müəyyən siyasi qrupların hazırkı baş naziri yenidən xəyanətdə ittiham etməsi situasiyanı daha da mürəkkəbləşdirib. Paşinyan isə növbəti dəfə açıq hədəfə çevrilmək təhlükəsi qarşısında qaldığından çevik əks-həmlə edib. Onun onlayn formatda keçirilən mətbuat konfransında səsləndirdiyi fikirləri rəsmi İrəvanın bundan sonra “artsax” ideyası - iddiası üçün mübarizə aparmaq niyyətində olmadığını göstərir. Bu toqquşmanın nə ilə nəticələnəcəyini proqnozlaşdırmaq isə çətin deyil. Paşinyan-Arutyunyan savaşının nəticəsini, əslində, Ermənistandaxili siyasi situasiya deyil, Azərbaycanın yaratdığı geostrateji reallıqlar müəyyənləşdirəcək. Reallıqlar isə separatizmin qalıqlarının sıradan çıxmasını, Azərbaycan ilə Ermənistan arasında yekun sülh müqaviləsinin imzalanmasını, məsələlərin, proseslərin beynəlxalq hüquq normaları, xüsusilə də ərazi bütövlüyü prinsipi əsasında tənzimlənməsini zəruri - labüd edir.
Xəbər lenti
Hamısına baxDünya
13 Yanvar 23:39
Dünya
13 Yanvar 23:17
İdman
13 Yanvar 22:40
Dünya
13 Yanvar 22:14
Dünya
13 Yanvar 21:53
Dünya
13 Yanvar 21:20
Dünya
13 Yanvar 20:45
Sosial
13 Yanvar 20:18
İqtisadiyyat
13 Yanvar 19:52
Dünya
13 Yanvar 19:26
YAP xəbərləri
13 Yanvar 18:49
Gündəm
13 Yanvar 18:38
Gündəm
13 Yanvar 18:34
YAP xəbərləri
13 Yanvar 17:51
YAP xəbərləri
13 Yanvar 17:25
Gündəm
13 Yanvar 17:04
Sosial
13 Yanvar 16:56
Gündəm
13 Yanvar 16:49
Gündəm
13 Yanvar 16:37
YAP xəbərləri
13 Yanvar 16:34
Hadisə
13 Yanvar 15:55
Siyasət
13 Yanvar 15:53
YAP xəbərləri
13 Yanvar 15:46
Gündəm
13 Yanvar 15:34
Dünya
13 Yanvar 15:26
Dünya
13 Yanvar 15:26
İdman
13 Yanvar 15:22
Xəbər lenti
13 Yanvar 15:22
YAP xəbərləri
13 Yanvar 15:13
Dünya
13 Yanvar 14:41
Gündəm
13 Yanvar 14:37
Gündəm
13 Yanvar 14:31
Dünya
13 Yanvar 14:26
Sosial
13 Yanvar 14:18
İqtisadiyyat
13 Yanvar 13:53
Xəbər lenti
13 Yanvar 13:52
Dünya
13 Yanvar 13:41
Gündəm
13 Yanvar 13:35
YAP xəbərləri
13 Yanvar 13:32
Dünya
13 Yanvar 13:16
Dünya
13 Yanvar 12:50
Dünya
13 Yanvar 12:29
Hadisə
13 Yanvar 12:24
Dünya
13 Yanvar 12:19
Dünya
13 Yanvar 11:48
Sosial
13 Yanvar 11:28
YAP xəbərləri
13 Yanvar 11:16
Siyasət
13 Yanvar 11:12
İqtisadiyyat
13 Yanvar 11:11
İqtisadiyyat
13 Yanvar 11:10
Sosial
13 Yanvar 11:09
Sosial
13 Yanvar 10:54
İqtisadiyyat
13 Yanvar 10:35
Siyasət
13 Yanvar 10:31
Hadisə
13 Yanvar 10:26
Analitik
13 Yanvar 10:17
Analitik
13 Yanvar 09:59
Dünya
13 Yanvar 09:50
Dünya
13 Yanvar 09:45
Analitik
13 Yanvar 09:36
Hadisə
13 Yanvar 09:21
Analitik
13 Yanvar 09:11
Sosial
13 Yanvar 08:51
Sosial
13 Yanvar 08:38
Gündəm
13 Yanvar 08:14
Dünya
13 Yanvar 07:10
Dünya
13 Yanvar 07:10
Dünya
12 Yanvar 23:47
YAP xəbərləri
12 Yanvar 23:25
Elm
12 Yanvar 23:12

