Romada Ankara-Vaşinqton təmasları...
02.11.2021 [10:02]
Türkiyə və ABŞ liderlərinin görüşü nə ilə yadda qaldı, hansı nəticəyə gəlməyə əsas verir?
İtaliyanın “Böyük iyirmiliyə” (G20) sədrliyi çərçivəsində Romada keçirilən G20 ölkələrinin liderlərinin ikigünlük sammiti maraqlı məqamlarla yadda qalıb. Dünya mediasının və siyasi analitiklərin diqqət mərkəzində olan məsələlərdən biri ayrı-ayrı ölkə liderlərinin görüşü olub. Xüsusilə də, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Co Baydenin görüşünə böyük maraq göstərilib. Məlumata əsasən, təxminən 1 saat 10 dəqiqə davam edən görüşdə iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsi və inkişafı üçün birgə mexanizmin yaradılması barədə razılıq əldə olunub. Prezidentlər ikitərəfli ticarət həcminin artırılması üçün birgə atılacaq addımları da müzakirə ediblər. NATO müttəfiqliyi və strateji tərəfdaşlıq məsələlərinin də əsas müzakirə mövzusu olduğu görüşdə iqlim dəyişikliyi ilə bağlı atılan birgə addımlardan məmnunluq ifadə olunub. Ağ Ev görüşdə Co Baydenin konstruktiv münasibətləri davam etdirməyi, əməkdaşlıq sahələrini genişləndirməyi və fikir ayrılıqlarını effektiv idarə etmək istəyini vurğuladığını açıqlayıb.
Bildirilib ki, ABŞ Prezidenti Türkiyənin NATO-nun Əfqanıstandakı missiyasına 20 ilə yaxın müddətdə verdiyi töhfələrə görə minnətdarlığını ifadə edib. Liderlər Suriyadakı siyasi prosesləri, Əfqanıstana humanitar yardımın çatdırılmasını, Liviyadakı seçkiləri, Şərqi Aralıq dənizindəki vəziyyəti və Cənubi Qafqazda diplomatik səyləri müzakirə ediblər.
Ümumiyyətlə, müasir dünya siyasətinin inkişaf dinamikası və gələcəyinə təsir edən strateji amillərdən biri güc mərkəzləri arasındakı regional əməkdaşlıqdır. Bu kontekstdə regional və qlobal siyasətin konturlarını müəyyənləşdirən strateji faktor kimi ABŞ-Türkiyə əməkdaşlığı xüsusi qeyd edilməlidir. Bu iki ölkə arasında işbirliyinin gücləndirilməsi regional və qlobal təhlükəsizlik baxımından müstəsna əhəmiyyət kəsb edir. Siyasi ekspertlər bu iki dövlətin regional təhlükəsizlik kontekstində əməkdaşlığın möhkəmləndirilməsi yolunu seçməsini ən məqbul strateji seçim kimi dəyərləndirirlər. Əsas müzakirə olunan məsələ isə yeni dünya nizamında Türkiyə ilə ABŞ-ın əməkdaşlığının regional təhlükəsizliyin təmin olunması istiqamətində vəd etdiyi mümkün nəticələrdir. Bu nəticələri müəyyənləşdirmək üçün isə hər iki ölkənin geostrateji maraqları, statusu və fəaliyyət mexanizminə ayrıca diqqət yetirmək lazımdır.
Beləliklə, Türkiyə faktiki olaraq Avrasiyada Qafqaza, Yaxın və Orta Şərqə, eyni zamanda, şimala açılan dəhliz kimi çıxış edir. Bu dövlətin Aralıq dənizi sahilində yerləşməsi və Qara dənizdə söz sahibi olması onun geostrateji əhəmiyyətini yetərincə artırır. Özəlliklə də, XXI əsrin qlobal məsələsi olan enerji təhlükəsizliyi baxımından Türkiyə Qərb üçün müstəsna geostrateji əhəmiyyətə malikdir. Digər tərəfdən, Türkiyənin NATO ölkəsi olması faktoru da ABŞ və digər Qərb ölkələri üçün önəmlidir.
ABŞ müasir dünya siyasətinin başlıca geosiyasi konturlarını müəyyənləşdirən güc mərkəzlərindən biridir, buna görə də bu ölkə ilə əməkdaşlıq həm çoxtərəfli münasibətlərin inkişafı, həm də geostrateji işbirliyi platformalarında təmsil olunmaq baxımından əhəmiyyətlidir. Qeyd edək ki, Romada iki ölkə prezidentinin görüşünü şərh edən ekspertlər Türkiyə və ABŞ-ın iştirakı ilə regionda yeni geosiyasi əməkdaşlıq platformasının formalaşdırılmasının strateji zərurət olduğunu bildirirlər.
Bunlarla yanaşı, qalib Azərbaycanın yaratdığı yeni geostrateji reallıqlar fonunda Cənubi Qafqaz regionu da ABŞ və Türkiyənin çoxşaxəli, faydalı əməkdaşlıq məkanlarından biri olmaq potensialına malikdir. Nəzərə almaq lazımdır ki, postmüharibə dövründə bölgədə qlobal əhəmiyyətli yeni geostrateji konfiqurasiyanın formalaşmasında Azərbaycan-Türkiyə müttəfiqliyi aparıcı faktor kimi çıxış edir. Birləşmiş Ştatlar da öz fəallığı ilə Azərbaycanla Türkiyənin birgə təşəbbüsləri əsasında geostrateji baxımdan yenidən dizayn olunan Cənubi Qafqaz regionunda dayanıqlı sülhün, etibarlı təhlükəsizliyin və çoxtərəfli əməkdaşlığın təmin olunmasına töhfə verə bilər. Bu, regionda çoxşaxəli qarşılıqlı-faydalı işbirliyinin dərinləşməsində, strateji inteqrasiyanın daha intensiv xarakter almasında mühüm amilə çevrilə bilər.
Nəticə etibarilə, Türkiyə-ABŞ əməkdaşlığı Avrasiyanın geosiyasi perspektivi üçün mühüm əhəmiyyət kəsb edir. Hər halda, ABŞ-Türkiyə münasibətlərinin inkişafının həm hər iki ölkənin, həm də Avrasiyanın perspektivi naminə konkret nəticələr verməsi üçün, ilk növbədə, tərəflərin strateji maraqları təmin olunmalıdır. Diplomatik təmasların birgə geostrateji fəaliyyətə necə təsir edəcəyini isə zaman göstərəcək.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
22 Aprel 23:35
Xəbər lenti
22 Aprel 23:18
İqtisadiyyat
22 Aprel 22:54
İqtisadiyyat
22 Aprel 22:42
Dünya
22 Aprel 22:20
Dünya
22 Aprel 21:49
İdman
22 Aprel 21:33
İqtisadiyyat
22 Aprel 21:15
Dünya
22 Aprel 20:58
Dünya
22 Aprel 20:22
Dünya
22 Aprel 20:13
Xəbər lenti
22 Aprel 19:45
Dünya
22 Aprel 19:31
Dünya
22 Aprel 19:17
Siyasət
22 Aprel 18:53
Hadisə
22 Aprel 18:38
Müsahibə
22 Aprel 18:25
Dünya
22 Aprel 17:41
Gündəm
22 Aprel 17:37
Sosial
22 Aprel 17:32
Sosial
22 Aprel 17:08
Xəbər lenti
22 Aprel 17:08
Siyasət
22 Aprel 17:06
Sosial
22 Aprel 17:04
Sosial
22 Aprel 17:00
İqtisadiyyat
22 Aprel 16:58
Gündəm
22 Aprel 16:28
Siyasət
22 Aprel 15:06
Gündəm
22 Aprel 15:06
Sosial
22 Aprel 14:46
Gündəm
22 Aprel 14:30
Siyasət
22 Aprel 14:21
Siyasət
22 Aprel 14:16
Siyasət
22 Aprel 14:16
Siyasət
22 Aprel 14:15
Siyasət
22 Aprel 14:15
Siyasət
22 Aprel 14:14
Siyasət
22 Aprel 14:14
Gündəm
22 Aprel 13:15
Siyasət
22 Aprel 13:15
Sosial
22 Aprel 13:03
Siyasət
22 Aprel 12:49
Gündəm
22 Aprel 12:25
İqtisadiyyat
22 Aprel 12:20
YAP xəbərləri
22 Aprel 12:12
Gündəm
22 Aprel 11:50
Gündəm
22 Aprel 11:36
İqtisadiyyat
22 Aprel 11:34
Elm
22 Aprel 11:33
Sosial
22 Aprel 11:33
Gündəm
22 Aprel 11:20
İqtisadiyyat
22 Aprel 11:16
Siyasət
22 Aprel 10:58
Gündəm
22 Aprel 10:35
Dünya
22 Aprel 10:16
Siyasət
22 Aprel 10:14
Analitik
22 Aprel 10:12
Siyasət
22 Aprel 10:04
Gündəm
22 Aprel 09:57
Ədəbiyyat
22 Aprel 09:30
Analitik
22 Aprel 09:14
Sosial
22 Aprel 08:56
Sosial
22 Aprel 08:32
YAP xəbərləri
21 Aprel 23:53
Dünya
21 Aprel 23:35
Dünya
21 Aprel 23:11
İqtisadiyyat
21 Aprel 22:58
Dünya
21 Aprel 22:21
Dünya
21 Aprel 21:45
Sosial
21 Aprel 21:19

