İraqın 6-cı Prezidenti...
14.04.2026 [09:12]
Nizar Amidi həm kürd blokları, həm də şiə və sünni siyasi dairələri arasında böyük etimada sahibdir
İraq özünün yeni prezidentini seçib. Aprelin 11-də ölkə parlamentində keçirilən səsvermədə Kürdüstan Vətənpərvərlər İttifaqının (PUK) rəsmi namizədi Nizar Amidi qalib gələrək İraqın 6-cı Prezidenti olub. 2003-cü ildən bəri formalaşmış siyasi ənənəyə sadiq qalan İraq parlamenti, dövlətin ən yüksək kürsüsünü bir daha kürd milliyyətindən olan təcrübəli bir dövlət xadiminə etibar etdi. Nizar Amidi sadəcə bir siyasətçi deyil, o, İraqın müasir dövlət quruculuğu prosesinin daxilindən yetişmiş, bütün siyasi prosesləri dərindən bilən və hər zaman “uzlaşma adamı” kimi tanınan bir fiqurdur.
Seçkilərin birinci və ikinci turu...
Səsverməyə bir neçə gün qalmış Prezident Əbdüllətif Rəşid növbəti prezident seçkilərində iştirakdan imtina edib. Belə olan halda prezident postu uğrunda 16 namizəd mübarizə aparıb. Parlamentdə keçirilən iki mərhələli səsvermənin birinci turunda Amidi ən güclü rəqibi olan xarici işlər naziri Fuad Hüseyni, ikinci turda isə “Kürd İslam İttifaqı”nın namizədi Müsənna Əmini geridə qoyub. Seçkilərin ikinci turunda 249 deputatın səsvermədə iştirak etməsi və Nizar Amidinin 227 səs kimi mütləq çoxluqla qələbə qazanması onun həm kürd blokları, həm də ölkənin şiə və sünni siyasi dairələri arasında nə dərəcədə böyük etimada sahib olduğunun göstəricisidir.
Xatırladaq ki, 2003-cü ildən bəri İraq prezidentliyinə bir neçə şəxs rəhbərlik edib: Müvəqqəti Koalisiya Hakimiyyəti başa çatdıqdan sonra 2004-2005-ci illərdə bu vəzifəni müvəqqəti icra edən Qazi Məşəl Acil əl-Yavər, daha sonra 2005-2014-cü illərdə iki müddət vəzifədə qalan ilk seçilmiş Prezident Cəlal Talabani, ondan sonra 2018-ci ilə qədər vəzifəni icra edən Məhəmməd Fuad Məsum, daha sonra rəqibi Fuad Hüseynə qalib gələrək 2018-2022-ci illərdə rəhbərlik edən Bərham Saleh və nəhayət, 2022-ci ildən bəri siyasi ixtilaflar fonunda seçilən beşinci prezident Əbdüllətif Rəşid.
Nizar Amidi kimdir?
Nizar Amidi 6 fevral 1968-ci ildə İraq Kürdüstan Regionunun Duhok vilayətində anadan olub. Təhsilini şimaldakı Ninova vilayətinin mərkəzi olan Mosul şəhərində alıb və Mosul Universitetinin mexanika mühəndisliyi fakültəsindən bakalavr dərəcəsi ilə məzun olub. Süleymaniyyədə, daha sonra Bağdadda yaşaması və işləməsi ona həm İraqın, həm də Kürdüstan Regionunun siyasi, institusional və sosial reallıqlarını praktiki şəkildə anlamaq imkanı qazandırıb. Amidi, təhsilə və elmə xüsusi önəm verən bir mühitdə böyüyüb. O, ali təhsilini mühəndislik ixtisası üzrə tamamlasa da, həyatının ilk illərində pedaqoji fəaliyyətlə məşğul olub. 1990-cı illərdə fizika müəllimi kimi fəaliyyət göstərən gənc Amidi, eyni zamanda İraqdakı siyasi proseslərdən kənarda qalmayıb. O, Cəlal Talabani tərəfindən əsası qoyulan Kürdüstan Vətənpərvərlər İttifaqına üzv olaraq, bölgənin gələcəyi naminə siyasi mübarizəyə qoşulub. Cəlal Talabaninin “Salam Sarayı”ndakı fəaliyyəti dövründə Amidi baş müşavir kimi bütün fəaliyyət mərhələlərində onun yanında olub. Yaxınları Amidini hər zaman Talabaninin “sirdaşı” (amin əsrar) kimi görüblər.
Prezidentlik ofisindəki birbaşa fəaliyyəti sayəsində Amidi federal hökumət ilə Kürdüstan regional hökuməti arasındakı münasibətlərin idarə olunmasında təcrübə qazanıb, bu münasibətlərin konstitusion və siyasi mürəkkəbliklərini dərindən anlayaraq onların həllinə praktiki töhfələr verib. Amidi İraqda yaşayıb və “Baas Partiyası”nın hakimiyyəti dövründə ölkəni tərk edərək Avropa, Qərb, İran və ya ərəb ölkələrində mühacirət həyatı yaşayan müxalif qruplardan olmayıb. Digər kürd prezidentlərdən (Cəlal Talabani, Fuad Məsum, Bərham Saleh və Əbdüllətif Rəşid) fərqli olaraq, Amidi xarici ölkə vətəndaşlığı almayıb, yalnız İraq vətəndaşıdır.
PUK rəhbərliyindəki siyasi fəaliyyətinə, keçmiş prezident Cəlal Talabani ilə birbaşa işbirliyinə və 2 il ekologiya naziri vəzifəsində çalışmasına baxmayaraq, Amidi diqqət mərkəzindən uzaq qalıb. Son 20 ildə onun mediada görünməsinə nadir hallarda rast gəlinib.
Onun siyasi yüksəlişi...
Amidinin siyasi yüksəlişi onun İraqın paytaxtı Bağdadda partiyanın maraqlarını müdafiə etməsi ilə başlayıb. O, uzun illər PUK-un Bağdaddakı ofisinə rəhbərlik edib və bu müddət ərzində mərkəzi hökumətlə Ərbil arasında yaranan ən çətin düyünlərin açılmasında iştirak edib. Onun soyuqqanlılığı və diplomatik manevr qabiliyyəti qısa zamanda İraqın ali rəhbərliyinin diqqətini çəkib.
Nizar Amidini digər namizədlərdən fərqləndirən əsas cəhət onun dövlət aparatının işləmə mexanizmini mükəmməl bilməsidir. O, 2005-ci ildən bəri İraqın demək olar ki, bütün prezidentlərinin ən yaxın komandasında yer alıb. Belə ki, Amidi 2005-2008-ci illərdə İraqın ilk kürd Prezidenti Cəlal Talabaninin şəxsi katibi, 2008-2014-cü illərdə isə Talabani administrasiyasında Prezident Aparatının rəhbəri olub. O, 2014-2018-ci illərdə isə Prezident Fuad Məsumun Administrasiya rəhbəri vəzifəsini daşıyıb. Prezidentlər Bərhəm Salehin və Əbdüllətif Rəşidin hakimiyyəti zamanı da dövlət idarəçiliyində mühüm strateji vəzifələr daşıyan Amidi Məhəmməd Şiya əl-Sudani hökumətində İraqın ekologiya naziri olub. Nizar Amidi nazir postunda olduğu müddətdə İraqın iqlim dəyişikliyi ilə mübarizəsi və su ehtiyatlarının idarə olunması kimi regional və qlobal əhəmiyyətli məsələlərdə beynəlxalq tərəfdaşlarla uğurlu əməkdaşlıq qurub. 2024-cü ilin oktyabrında isə o, öz partiyasının rəsmi prezident namizədi kimi irəli sürüldüyü üçün nazir vəzifəsindən istefa verərək bütün diqqətini siyasi mübarizəyə yönəldib.
Amidi regionda sülhün təmin olunmasına çalışacaq
Nizar Amidinin prezident seçilməsi, həm də İraq daxilindəki kürd partiyaları - Kürdüstan Demokrat Partiyası və Kürdüstan Vətənpərvərlər İttifaqı arasında uzun müddətdir davam edən rəqabətin bir növ konsensusla nəticələnməsi kimi də yozulur. Kürd, ərəb və ingilis dillərini akademik səviyyədə bilən Amidinin əsas missiyası İraqın daxili sabitliyini qorumaq, ölkənin beynəlxalq nüfuzunu artırmaq və xüsusilə ABŞ-İran gərginliyinin kölgəsində qalan Bağdadın balanslı xarici siyasətini davam etdirmək olacaq. Onun dövründə İraqın regional güc mərkəzinə çevrilməsi və iqtisadi islahatların sürətləndirilməsi prioritet istiqamətlər kimi qeyd olunur. Nizar Amidi artıq “kölgə”dən çıxaraq, ölkənin rəsmi birinci şəxsi kimi İraqın gələcək taleyini müəyyən edəcək qərarların müəllifi olmaq istəyir.
Prezident vəzifəsinə başladıqdan sonra etdiyi ilk çıxışında Amidi regionda müharibənin dayandırılması səylərini dəstəklədiyini və İraq təhlükəsizlik qüvvələrini hədəf alan hücumları pislədiyini bəyan edib. O bildirib: “Ölkəmiz mürəkkəb problemlərlə üz-üzədir və böhranların fəsadlarına qarşı mübarizə aparmalıyıq. Ölkəmizin üzləşdiyi təhlükələr fonunda çətinliklərin miqyasını qiymətləndirirəm, bu da bizdən qərarlar qəbul edərkən müdriklik və məsuliyyət tələb edir”. İraqın yeni Prezidenti, həmçinin sülhə nail olmağa çalışacağını, müxtəlif komponentlərin maraqlarının müdafiəçisi və himayəçisi olacağını, hər kəs arasında baxış bucaqlarını yaxınlaşdıracağını bəyan edib.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
21 Avqust 23:57
Dünya
21 Avqust 23:34
Dünya
21 Avqust 22:58
Dünya
21 Avqust 22:32
Dünya
21 Avqust 21:59
Dünya
21 Avqust 21:38
Dünya
21 Avqust 20:57
Dünya
21 Avqust 20:35
Dünya
21 Avqust 19:55
Dünya
21 Avqust 19:35
İdman
21 Avqust 18:58
Mədəniyyət
21 Avqust 18:45
Mədəniyyət
21 Avqust 18:16
İqtisadiyyat
21 Avqust 17:45
İqtisadiyyat
21 Avqust 17:15
Elm
21 Avqust 16:58
Sosial
21 Avqust 16:35
Sosial
21 Avqust 16:15
Elm
21 Avqust 15:55
Gündəm
21 Avqust 15:50
Elm
21 Avqust 15:25
Mədəniyyət
21 Avqust 14:48
Dünya
21 Avqust 13:58
Gündəm
21 Avqust 13:38
Dünya
21 Avqust 13:38
Siyasət
21 Avqust 12:48
İqtisadiyyat
21 Avqust 11:58
Sosial
21 Avqust 11:48
Analitik
21 Avqust 11:38
Analitik
21 Avqust 11:30
Analitik
21 Avqust 11:10
İqtisadiyyat
21 Avqust 10:45
İqtisadiyyat
21 Avqust 10:15
İqtisadiyyat
21 Avqust 09:45
Gündəm
21 Avqust 09:20
Gündəm
21 Avqust 09:05
Dünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13
Elm
20 Avqust 15:59
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37
Elm
20 Avqust 15:28
Sosial
20 Avqust 14:56
İqtisadiyyat
20 Avqust 14:35
Dünya
20 Avqust 13:55
Mədəniyyət
20 Avqust 13:38
Siyasət
20 Avqust 12:57
Dünya
20 Avqust 12:55
Dünya
20 Avqust 12:25
Gündəm
20 Avqust 11:58
Gündəm
20 Avqust 11:38
Gündəm
20 Avqust 11:15
Gündəm
20 Avqust 10:45

