Pakistan terrorçuları məhv edir...
03.03.2026 [09:59]
Taliban isə gərginliyi artırır
Aylardır davam edən Əfqanıstan- Pakistan qarşıdurmaları ötən həftənin sonlarından etibarən daha sərt tona qədəm qoyub. Qeyd edək ki, son 1 ay ərzində Pakistanda hüquq-mühafizə orqanlarının əməkdaşlarını və mülki şəxsləri hədəf alan bir sıra terror hücumları baş verib. Fevralın 6-da İslamabadda şiə məscidi yaxınlığında törədilən intiharçı hücumu nəticəsində 30-dan çox insan həlak olub, təxminən 170 nəfər yaralanıb. Pakistan hakimiyyəti Əfqanıstanı öz ərazisində yerləşən terrorçu qruplara qarşı hərəkətsizlikdə ittiham edir. İslamabad bildirir ki, Kabil beynəlxalq öhdəliklərinə baxmayaraq, Əfqanıstan ərazisindən Pakistana hücum edən yaraqlılara qarşı heç bir tədbir görmür.
Bu dəfə isə Əfqanıstan əsgərlərinin sərhəd bölgələrinə hücumuna Pakistanın hava hücumları ilə cavab verib. Bu isə iki ölkə arasında müharibəni yenidən qızışdırıb.
“Açıq müharibə” mesajı
Pakistanla Əfqanıstan arasında başlanan silahlı qarşıdurma ötən həftə sonundan etibarən tammiqyaslı müharibəyə çevrilib. Bu barədə məlumat verən Pakistanın müdafiə naziri Xavaca Asif İslamabadın Əfqanıstandakı Taliban hökumətinə qarşı “açıq müharibə” elan etdiyini bildirib: “İndi sizinlə açıq müharibə aparacağıq. İndi isə bu, qanlı bir müharibə olacaq. Pakistan ordusu xaricdən gəlməyib. Biz sizin qonşunuzuq, sizin dövrlərinizi bilirik”.
Nazir Taliban hökumətini “Əfqanıstanı Hindistan koloniyasına çevirməkdə”, “bütün dünyadan terrorçuları toplamaqda və terrorizmi ixrac etməkdə” və “Hindistanın oyuncağına çevrilməkdə” günahlandırıb.
Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif fevralın 27-də vəziyyətlə bağlı açıqlama verib: “Qüvvələrimiz istənilən təcavüzkar niyyəti əzməyə qadirdir. Bütün əhali Pakistan Silahlı Qüvvələri ilə çiyin-çiyinə dayanır”.
Prezident Asif Əli Zərdari isə “Taliban” hökuməti qüvvələri ilə sərhəddə gərginliyin artması fonunda Pakistanın suverenliyi, ərazi bütövlüyünü və vətəndaşlarını müdafiə etmək əzmində olduqlarını bildirib.
Əfqanıstan müqavimət göstərə bilmir
Qeyd edək ki, Taliban da Durand xətti boyunca - Xost, Paktiya, Nuristan və bir sıra digər ərazilərdə Pakistana qarşı əməliyyatlara başladığını elan edib. Pakistan isə bu addıma Əfqanıstanda hərbi obyektlərə hava zərbələri ilə cavab verib. Əfqanıstanın Ali Lideri Zəbihullah Mücahidin sözçüsü Pakistanın Əfqanıstanın 3 əyalətinə - Kabil, Qəndəhar və Paktiyaya hücumlar etdiyini bildirib. Mücahidin sözlərinə görə, itki və ya yaralanma barədə heç bir məlumat yoxdur.
“Al Jazeera”nın yaydığı məlumata görə, Əfqanıstanın paytaxtı Kabildə güclü partlayış, ardınca şiddətli atışma baş verib.
Vurğulandığı kimi, “Taliban” hökumətinin nümayəndəsi sərhəddə Pakistan hərbçilərinə qarşı genişmiqyaslı hücum əməliyyatının başladığını açıqlamışdı. Əfqanıstan tərəfi əlavə hərbi qüvvə göndərildiyini və sərhəd mövqelərinin gücləndirildiyini açıqlayıb. Pakistan rəsmiləri isə bildirirdi ki, atəş ilk olaraq Taliban qüvvələri tərəfindən açılıb və cavab atəşi ilə vəziyyət nəzarət altına alınıb. Əfqanıstanın bu xain hücumlarının ardından Pakistan ordusu cavabını gözlətməyib. Pakistan hakimiyyəti hücumun hədəfinin son vaxtlar ölkədə törədilən terror aktlarının təşkilatçıları olduğunu bəyan edib. Rəsmi İslamabadın açıqlamasına görə, Pakistan ölkədə həyata keçirilən kamikadze hücumlarının məhz Əfqanıstan ərazisindən idarə olunduğuna dair əllərində “təkzibolunmaz kəşfiyyat məlumatlarının” olduğunu bildirib. Pakistan silahlı qüvvələri Əfqanıstandakı mövqelərinə endirilən hava zərbələri nəticəsində ən azı 80 terrorçunu öldürüb. Məlumatı “Dawn” qəzeti Pakistan təhlükəsizlik qüvvələrindəki mənbələrə istinadən yayıb. Bildirilir ki, bazar günü gecə Pakistan təyyarələri Əfqanıstanın Nəngərhar, Paktika və Xost əyalətlərində Fitnə əl-Xəvaric qrupuna (əvvəllər Tehrik-e-Taliban Pakistan, TTP kimi tanınırdı) məxsus yeddi yaraqlı düşərgəsini məhv edib. Daha əvvəl Pakistan İnformasiya və Yayım Nazirliyi Pakistan qüvvələrinin TTP yaraqlılarına, eləcə də Əfqanıstandakı İŞİD terrorçu qrupunun filialı olan Vilayəti Xorasana qarşı hədəfli zərbələr endirdiyini bildirib. Nazirlik qeyd edib ki, əməliyyat Pakistanda son terror hücumlarına, o cümlədən İslamabadda məscidin bombalanmasına cavab olaraq həyata keçirilib.
Qeyd edək ki, Pakistan hərbçilərinin əks-hücum əməliyyatı nəticəsində Taliban qüvvələri geri çəkilib - bildirilib ki, “Əfqan Talibanı” Xayber-Paxtunxva əyalətində Pakistan-Əfqanıstan sərhədi boyunca bir neçə nöqtəyə təxribat xarakterli atəş açıb. Rəsmi İslamabadın məlumatına görə, buna dərhal və effektiv cavab verilib. Yayılan videoda Pakistan bayrağının taliblərdən geri alınmış mövqedə qaldırıldığı göstərilib.
Durand xətti problemi - Pakistanın haqlı mövqeyi...
Bəzi siyasi mütəxəssislər iki ölkə arasındakı gərginliyin Durand xəttinə istinad etdiyi fikrindədir. Belə ki, Durand xətti 1893-cü ildə Britaniya Hindistanı ilə Əfqanıstan arasında çəkilmiş sərhəd xəttidir. Bu xətt bu gün Pakistan ilə Əfqanıstan arasındakı rəsmi sərhəd sayılır - amma Əfqanıstan bunu tam olaraq qəbul etmir. 1893-cü ildə Britaniya Hindistanını təmsil edən Mortimer Durand ilə Əfqanıstan əmiri Abdur Rahman Xan arasında imzalanan razılaşmanın məqsədi Britaniya Hindistanı ilə Əfqanıstan arasında təsir zonalarını müəyyən etmək idi. Xətt bir çox puştun tayfalarını iki yerə böldü. Əfqanıstanın bugünkü iddiasına görə, razılaşma Britaniya ilə bağlanıb - bu mənada, Pakistanla sərhəd məsələsi yenidən müzakirə olunmalıdır. Hətta Əfqanıstan parlamenti vaxtilə bu müqaviləni etibarsız saydığını bəyan etmişdi.
Pakistan isə haqlı olaraq bildirir ki, beynəlxalq hüquqa görə mövcud sərhədlər varis dövlət tərəfindən qəbul edilir. Ona görə də Durand xətti rəsmi və beynəlxalq tanınmış sərhəddir. Xətt təxminən 2,6 km-dir və puştunların yaşadığı əraziləri iki yerə bölür. Pakistan sərhəd boyunca hasar çəkib. Taliban hakimiyyətə gəldikdən sonra isə sərhəd məsələsi yenidən gərginləşib.
Əsas məqsəd...
Məsələnin Hindistanla bağlılığına gəldikdə isə, ekspertlərin fikrincə, son dövrlərdə Yeni Delhinin Əfqanıstandakı təsiri artıb. Hindistanın əli ilə bəzi dövlətlər strateji əhəmiyyətə malik Belucistan bölgəsi üzərindən Hörmüz boğazına nəzarəti gücləndirmək istəyir - bu, dünya enerji ticarətinə təsir imkanlarını artırmaq yolunda əsaslı addım sayıla bilər. Amma Pakistanın güclü ordusu, hava qüvvələri və ən əsası nüvə dövləti olması bu məqsədlərin həyata keçməsinin qarşısını alır.
Yeri gəlmişkən, Əfqanıstan Pakistanın nüvə obyektinə zərbə endirib. Bu barədə Əfqanıstanın “Ariana News” telekanalı məlumat yayıb. “Yerli mənbələr bildirir ki, Kokal rayonundakı hərbi mərkəzə və Pakistanın başqa bir nüvə mərkəzinə endirilən zərbələrdən sonra İslamabaddakı xəstəxanaya yüzlərlə ölü və yaralı aparılıb”, - deyə məlumatda bildirilir. Rəsmi qurumlar tərəfindən hadisə ilə bağlı hələlik açıqlama verilməyib.
SADİQ
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37
Analitik
17 Aprel 10:15
Gündəm
17 Aprel 09:58
Analitik
17 Aprel 09:33
Elm
17 Aprel 09:14
Sosial
17 Aprel 08:51
Sosial
17 Aprel 08:30
Gündəm
17 Aprel 08:15
Hərbi
17 Aprel 07:42
Siyasət
17 Aprel 07:32
Siyasət
17 Aprel 07:31
Dünya
16 Aprel 23:12

