ABŞ - Aİ “ticarət müharibəsi”...
23.01.2026 [09:57]
Rüsum tətbiq edilməyəcək
ABŞ ilə Aİ arasındakı gərginlik səngimək üzrədir. Belə ki, Prezident Donald Tramp Avropa ölkələrinə fevralın 1-də qüvvəyə minməsi planlaşdırılan tarifləri dayandırıb. Bununla bağlı o, “Truth” sosial şəbəkəsində yazıb. Bildirib ki, fevralın birində qüvvəyə minməsi planlaşdırılan tarifləri tətbiq etməyəcəyək: “NATO-nun Baş katibi Mark Rutte ilə keçirdiyim çox məhsuldar görüşə əsasən, Qrenlandiya və əslində, bütün Arktika bölgəsi ilə bağlı gələcək razılaşmanın çərçivəsini formalaşdırdıq”.
Tramp bildirib ki, bu həll yolu tətbiq olunarsa, Amerika Birləşmiş Ştatları və bütün NATO ölkələri üçün əla olacaq: “Qrenlandiya məsələsi çərçivəsində “Qızıl qübbə” ilə bağlı əlavə müzakirələr aparılır. Müzakirələr irəlilədikcə əlavə məlumatlar təqdim ediləcək. Vitse-prezident C.D. Vens, Dövlət katibi Marko Rubio, xüsusi elçi Stiv Uitkoff danışıqlara cavabdeh olacaqlar”.
Xatırladaq ki, bundan öncə ABŞ Prezidenti Donald Tramp Qrenlandiyanın satın alınması iddialarına qarşı çıxan və adaya qoşun yerləşdirən Danimarka, Böyük Britaniya, Hollandiya, Norveç, Finlandiya, Fransa, Almaniya və İsveçə qarşı 1 fevral 2026-cı il tarixindən etibarən 10 faizlik tarif tətbiq edəcəyini açıqlamışdı. Bu addım, həmin ölkələrin bölgədəki fəaliyyətlərinə cavab olaraq atılmışdı və iyunun 1-nə qədər razılıq əldə olunmayacağı təqdirdə rüsumların 25 faizə yüksələcəyi bildirilmişdi.
Aİ hərəkətə keçdi...
Vurğulayaq ki, Trampın rüsum tətbiqi planı Avropa tərəfindən də sükutla qarşılanmamışdı. Avropa Parlamenti Trampın Qrenlandiya ilə bağlı hədələrindən sonra Avropa İttifaqı ilə ABŞ arasında ticarət sazişinin ratifikasiyası prosesini dondurmuşdu. AP-nin Sosial-demokratlar qrupunun (S&D) sədri İraçe Qarsia Peres bildirmişdi ki, əksər siyasi qruplar 2025-ci ildə Aİ ilə ABŞ arasında bağlanmış ticarət sazişinin ratifikasiyasının dayandırılmasını dəstəkləyiblər. Aİ, həmçinin Amerika mallarına tarifləri nəzərdən keçirdiyini bildirmişdi.
Qeyd edək ki, ABŞ Prezidenti dəfələrlə Qrenlandiyanın ABŞ-a birləşdirilməsinin zəruriliyi barədə bəyanatlar verib. O, ilk prezidentlik dövründə də adanın satın alınması təklifini irəli sürüb. 2025-ci ilin martında isə onun anneksiya edilə biləcəyinə əminliyini bildirib. Qrenlandiya Danimarkanın tərkibinə muxtar ərazi statusu ilə daxildir. 1951-ci ildə Vaşinqton və Kopenhagen NATO üzrə müttəfiqlik öhdəliklərinə əlavə olaraq Qrenlandiyanın müdafiəsi haqqında Müqavilə imzalayıblar. Həmin sənədə əsasən, ABŞ adanı mümkün təcavüzdən müdafiə etmək öhdəliyini üzərinə götürüb.
Tramp: Güc tətbiq etməyəcəyik...
Davos Dünya İqtisadi Forumundakı çıxışı zamanı ABŞ prezidenti Donald Tramp Qrenlandiyanı ələ keçirmək üçün hərbi variantı istisna edərək, ABŞ-ın “dayandırıla bilməyəcəyi” halda, “güc tətbiq etmək istəmədiyini” bildirdi. Bunun əvəzinə, Avropanın adanı Vaşinqtonun nəzarətinə keçirmək üçün dərhal danışıqlara başlaması lazım olduğuna dair fikir bildirdi. Tramp Şimali Amerikanı nüvə təhdidlərindən qorumaq üçün nəzərdə tutulmuş Arktika üzərində Qızıl Günbəz raketdən müdafiə sisteminin tikiləcəyini elan etdi. O, strateji əhəmiyyətli bölgənin təhlükəsizliyini yalnız ABŞ-ın təmin edə biləcəyini, NATO-nun isə hazırkı formasında bunu etmək imkanının effektivliyinə şübhə ilə yanaşdığını deyib.
Qeyd edək ki, Donald Tramp və NATO-nun Baş katibi Mark Rutte arasında qapalı görüşdən sonra ABŞ prezidenti “TruthSocial”da Qrenlandiya və bütün Arktika bölgəsi ilə bağlı “çərçivə razılaşmasının” əldə olunduğunu elan edib. Sazişə, həmçinin “Qızıl Günbəz” raketdən müdafiə sisteminin yerləşdirilməsi və mineral ehtiyatlara çıxış daxildir.
Hərbi bazalar yerləşir, adanın statusu isə...
Mətbuata açıqlamasında Tramp sazişləri “sonsuz bir razılaşma” adlandırıb. Razılaşmanın konkret parametrləri qeyri-müəyyən olaraq qalır. “The New York Times” və “Axios” qəzetlərindəki mənbələrə görə, adanın birbaşa satışı və ya bayrağın dəyişdirilməsi saziş planında yer almır. Təklif olunan kompromis Kiprdəki Britaniya bazalarının statusunu xatırladır: ABŞ hərbi bazalar üçün fərdi kiçik torpaq sahələri üzərində suverenlik əldə edə bilər - bu haqq bütövlükdə adaya şamil olunmayacaq. Plan 1951-ci il müdafiə müqaviləsini yeniləmək, ABŞ-ın hərbi mövcudluğunu genişləndirmək və Arktikada Çin və Rusiyanın təsirinə qarşı birgə mübarizə aparmağı özündə ehtiva edir.
NATO-nun Baş katibi Mark Rutte Fox News-a verdiyi müsahibəsində adanın ABŞ-ın tam nəzarətinə verilməsi məsələsinin görüşdə qaldırılmadığını bildirib. Alyansın mətbuat katibi Allison Hart mediaya bildirib ki, Rutte Davosdakı görüşləri zamanı Trampa Qrenlandiyanın suverenliyi ilə bağlı heç bir güzəşt təklifi təqdim etməyib.
1,7 trilyon dollarlıq ticarət dövriyyəsi çökə bilər
Trampın Qrenlandiyanın ABŞ yurisdiksiyasına verilməsinə qarşı çıxan səkkiz Avropa ölkəsinə qarşı ticarət tariflərini ləğv etməsi də birmənalı qarşılanmayıb - bəzi ekspertlər, bunun AP-nin ABŞ-a qarşı “tarif bazukası” hücumuna bənzədilən qərarı ilə əlaqələndirirlər. Çünki ən yaxın müttəfiqlər arasındakı gərginlik transatlantik münasibətləri pozmaqla yanaşı, ən böyük Qərb iqtisadiyyatlarını çökdürmək bahasına da başa gələ bilər. İqtisadçılar hesablayırlar ki, ticarət müharibəsi iki iqtisadiyyatın təxminən 1,7 trilyon dollarlıq ticarət dövriyyəsini çökdürə və həm Avrozonada, həm də ABŞ-ın özündə tənəzzülə səbəb ola bilər. Tramp bu tədbirləri Amerikanın Avropadakı təhlükəsizlik xərclərini kompensasiya etmək ehtiyacı ilə əsaslandırıb.
Aİ-nin ABŞ-a qarşı əlində tutduğu 2025-ci ilin yayında əldə edilən ABŞ-AB ticarət sazişinin dondurulması da Vaşinqtonun maraqlarına uyğun deyil - razılaşmaya görə, Avropa 750 milyard dollar dəyərində Amerika enerji məhsulları almalı və Avropa mallarına tarif endirimləri müqabilində ABŞ iqtisadiyyatına 600 milyard dollar birbaşa investisiya yönəltməli idi. Aİ-nin bu razılaşmanı dondurması isə ABŞ-ın iqtisadiyyatına birbaşa təsir göstərə bilərdi.
Hamı razıdı, Qrenlandiya narazı
ABŞ ilə Avropa arasındakı bu “ticarət müharibəsi”nin bitməsi Qərb iqtisadiyyatına təsirsiz ötüşmədi. Ticarət müharibəsinin bitməsi xəbəri fond bazarlarında coşğuya səbəb oldu. Avropa paytaxtları ehtiyatlı nikbinliklə reaksiya verdi. Danimarka xarici işlər naziri Lars Lökke Rasmussen güc təzyiqinin rədd edilməsini alqışlayıb və qeyd edib ki, “gün səhərkindən daha yaxşı başa çatdı”. O, Trampın güc və tariflərdən imtina etməsini “müsbət siqnal” adlandırıb, Danimarka krallığının “qırmızı xətlərinin” (Qrenlandiya üzərində suverenlik) dəyişməz qaldığını vurğulayıb.
Narazılığını açıq şəkildə bildirən yeganə tərəf Qrenlandiyanın özüdür - WSJ-in məlumatına görə, adanın nümayəndələri taleylərinin onların iştirakı olmadan qapalı qapılar arxasında həll olunmasından narazıdırlar...
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxDünya
21 Aprel 14:18
Dünya
21 Aprel 13:50
Sosial
21 Aprel 13:49
Dünya
21 Aprel 13:21
Dünya
21 Aprel 12:43
Sosial
21 Aprel 12:42
Gündəm
21 Aprel 12:19
Gündəm
21 Aprel 11:52
Gündəm
21 Aprel 11:30
Siyasət
21 Aprel 11:14
Gündəm
21 Aprel 11:12
Gündəm
21 Aprel 10:59
Gündəm
21 Aprel 10:35
Gündəm
21 Aprel 10:17
İqtisadiyyat
21 Aprel 09:53
Analitik
21 Aprel 09:31
Analitik
21 Aprel 09:15
Sosial
21 Aprel 08:57
Sosial
21 Aprel 08:34
Sosial
21 Aprel 07:29
Dünya
21 Aprel 07:16
Dünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Siyasət
20 Aprel 18:28
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57

