ABŞ-ın Qrenlandiya ilə bağlı mövqeyi dəyişmir
15.01.2026 [09:33]
Konqresə adanın ilhaq edilməsinə imkan verən qanun layihəsi təqdim olunub
ABŞ milli təhlükəsizlik səbəbləri ilə Qrenlandiya üzərində nəzarəti əldə etməklə bağlı planını həyata keçirməkdə israrlıdır. Əhalisi cəmi 57 min nəfər olan, dünyanın ən böyük adası sayılan Qrenlandiya NATO-nun müstəqil üzvü deyil, lakin Danimarkanın Qərb alyansındakı üzvlüyü çərçivəsində müdafiə olunur. Avropa ilə Şimali Amerika arasında strateji mövqedə yerləşən ada onilliklərdir ABŞ-ın raketdən müdafiə sistemi üçün mühüm əhəmiyyət kəsb edir. Onun zəngin mineral ehtiyatları da Vaşinqtonun Çindən asılılığı azaltmaq məqsədləri ilə üst-üstə düşür.
Prezident Donald Tramp dəfələrlə Qrenlandiyanın ABŞ-a birləşdirilməsinin vacibliyini bildirib. O, ilk prezidentlik müddətində Qrenlandiyanı satın almağı təklif edib, daha sonra isə 2025-ci ilin mart ayında adanın ilhaq edilə biləcəyinə əminliyini ifadə edərək, imtina ediləcəyi təqdirdə Danimarkanı ticarət tarifləri ilə hədələyib. Danimarkanın Baş naziri Mette Frederiksen isə bu iddiaları rədd edərək, Qrenlandiyanın krallığın ayrılmaz hissəsi olduğunu vurğulayıb. Eyni zamanda, Donald Tramp dəfələrlə Rusiya və Çinə məxsus gəmilərin Qrenlandiya ətrafındakı sularda patrul apardığını bildirib, lakin Danimarka bu iddiaları da təkzib edib. Kopenhagen Rusiya və Çinin Qrenlandiyanı hədəfə almaq cəhdləri ilə bağlı iddiaları rədd edir.
Layihənin müəllifi kimdir?
Bütün bunların fonunda ABŞ Nümayəndələr Palatasının üzvü Rendi Fayn Vaşinqtonun Qrenlandiyanı ilhaq etməsinə imkan verən qanun layihəsini təqdim edib. Bu barədə onun rəsmi saytında dərc olunmuş bəyanatda bildirilib. Qanun layihəsi Amerika Prezidentinə “Danimarka Krallığı ilə danışıqlar aparmaq, Qrenlandiyanı ilhaq etmək və ya onu başqa üsullarla ABŞ ərazisi kimi əldə etmək də daxil olmaqla zəruri tədbirlər görmək” səlahiyyəti verir. Sənədə əsasən, bundan sonra Qrenlandiyanın ABŞ ərazisi hesab ediləcəyi nəzərdə tutulur. Rendi Faynın sözlərinə görə, qanun layihəsi “Arktikada ABŞ-ın milli maraqlarını qorumaq və Çin və Rusiyadan gələn artan təhdidlərə qarşı durmaq” məqsədi daşıyır.
“ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək”
Yeri gəlmişkən, Donald Tramp bir daha Qrenlandiyaya iddialı olduğunu bəyan edib. O, jurnalistlərə açıqlamasında bildirib ki, ABŞ bunu etməsə, adanı Rusiya və ya Çin Qrenlandiyanı ələ keçirəcək: “Bizim Rusiya və ya Çin ilə qonşu olmaq niyyətimiz yoxdur. Mən buna icazə verməyəcəm. Qrenlandiya razılaşmanı bağlamalıdır, çünki Qrenlandiya da Rusiyanın və ya Çinin onu ələ keçirməsini istəmir. ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək. Asan yolla bir razılaşma əldə etmək istərdim. Amma bunu asan yolla etməsək, çətin yolla edəcəyik”.
Qrenlandiya və NATO-nun belə bir addıma qarşı çıxması və bunun NATO-nu təhlükə altına qoya biləcəyi ilə bağlı suala cavabında Tramp deyib ki, əgər o, prezident olmasaydı, NATO mövcud olmazdı: “NATO-nun ABŞ-a daha çox ehtiyacı var”.
Avropa vəziyyətdən çıxış yolları axtarır
ABŞ liderinin Qrenlandiyanın mümkün güc yolu ilə ələ keçirilməsi ilə bağlı yeni bəyanatları Avropa paytaxtlarında narahatlıqları artırır. İsveçin “Dagens Nyheter” nəşri xəbər verir ki, Danimarka Ağ Evlə qarşıdurmanın daha da ağırlaşacağından ehtiyat edərək məsələni şüurlu şəkildə Avropa İttifaqı səviyyəsinə çıxarmaqdan yayınır. Buna baxmayaraq, aparıcı Avropa dövlətləri olan Almaniya, Fransa, Böyük Britaniya, İtaliya, İspaniya və Polşa Kopenhagenə dəstəklərini açıq şəkildə ifadə edərək vurğulayıblar ki, Qrenlandiyanın taleyi yalnız Danimarka və adanın özü tərəfindən həll oluna bilər. Bu həmrəylik siqnalı gələn həftə Danimarkanın xarici işlər naziri Lars Lökke Rasmussenin amerikalı həmkarı ilə planlaşdırılan görüşü ərəfəsində Danimarka hökuməti üçün mühüm əhəmiyyət kəsb edir.
Eləcə də Brüsseldə böhran idarəçiliyi fəallaşıb, lakin Avropa İttifaqının konkret cavab tədbirlərinin müzakirəsi hələlik təxirə salınıb. Bununla paralel olaraq, Aİ ölkələrində diplomatlar siyasi bəyanatlardan iqtisadi təzyiqə qədər mümkün reaksiya ssenariləri üzərində işləyirlər. Fransa isə açıq şəkildə kollektiv “Avropa cavabı”nın hazırlanmasına başlandığını bəyan edərək bəyan edib ki, burada təkcə ABŞ-la münasibətlər deyil, həm də NATO-nun gələcəyi sual altındadır. Danimarkanın Baş naziri Mette Frederiksen də xəbərdarlıq edib ki, NATO-ya üzv olan bir dövlətin digərinə qarşı hərbi müdaxiləsi alyansın əsaslarının sarsıdılması demək olardı. Mümkün çıxış yolu kimi NATO-nun vasitəçiliyi və formal anneksiya olmadan Qrenlandiyada ABŞ-ın hərbi mövcudluğunun gücləndirilməsi nəzərdən keçirilir. Aİ də ticarət rıçaqlarını işə salmağa hazır olduğunu bildirir. ABŞ-la əvvəllər razılaşdırılmış tarif sazişi Vaşinqton təhdidlərindən imtina etməzsə, pozula bilər. Avropalı diplomatlar təhlükəsizlik və Qərbin birliyinə zərər vurmadan həm hərbi, həm də ticarət qarşıdurmasından yayınmağa imkan verəcək bir həll tapmağa ümid edirlər.
Digər tərəfdən, Avropanın bir sıra ölkələri ABŞ-ın təhdidləri fonunda Arktikada NATO-nun hərbi mövcudluğunun artırılmasını təklif edirlər. “Tagesschau” xəbər xidməti bildirir ki, Almaniyanın xarici işlər naziri Yohan Vadeful Şimali Atlantikada təhlükəsizlik məsələlərinin NATO çərçivəsində həll olunmasının vacibliyini ifadə edib. Onun sözlərinə görə, dünya dəyişir və yaranan yeni təhlükəsizlik çağırışlarına cavablar isə Alyans daxilində tapılmalıdır.
Böyük Britaniya başda olmaqla bir neçə NATO üzvü “Arktika Keşikçisi” adlı müşahidə missiyasının yaradılmasını irəli sürüb. Bu təşəbbüs ABŞ-ın regionda təhlükəsizliyin zəif təmin edildiyi barədə arqumentlərini zəiflətmək məqsədi daşıyır. Xəbərdə qeyd olunub ki, Böyük Britaniya və Almaniya digər Avropa ölkələri ilə birlikdə Qrenlandiyada Alyansın mövcudluğunun gücləndirilməsi barədə məsləhətləşmələr aparır.
Öz növbəsində, Qrenlandiya hökuməti də ABŞ-ın region üzərində nəzarəti ələ keçirmək niyyətini dəstəkləmir və NATO-nun köməyinə ümid edir. Bu barədə “Le Figaro” qəzeti Qrenlandiya hökumətinin bəyanatına istinadla məlumat yayıb. Bəyanatda deyilir: “Qrenlandiya heç bir şəkildə ABŞ-ın geniş ərazini “ələ keçirmək” istəyini qəbul etmir və müdafiəsinin NATO çərçivəsində təmin olunması üçün səylərini artırır”. Sənəddə vurğulanır ki, Qrenlandiyanın hakim koalisiyası bu cür yanaşmanı heç bir halda qəbul edə bilməz. Ada hökuməti, həmçinin bəyan edib ki, Qrenlandiya həmişə Qərb müdafiə alyansının bir hissəsi olacaq.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
03 İyun 21:25
Dünya
03 İyun 21:08
Dünya
03 İyun 20:42
Dünya
03 İyun 20:31
Dünya
03 İyun 20:17
Dünya
03 İyun 19:59
Dünya
03 İyun 19:22
Elm
03 İyun 19:10
Sosial
03 İyun 18:25
Dünya
03 İyun 17:19
Xəbər lenti
03 İyun 17:02
Siyasət
03 İyun 17:02
Dünya
03 İyun 16:51
Sosial
03 İyun 16:28
YAP xəbərləri
03 İyun 16:17
Sosial
03 İyun 16:17
Siyasət
03 İyun 15:52
Hadisə
03 İyun 15:46
İqtisadiyyat
03 İyun 15:09
Siyasət
03 İyun 14:51
Dünya
03 İyun 14:49
Sosial
03 İyun 14:40
Elm
03 İyun 14:39
İdman
03 İyun 14:24
YAP xəbərləri
03 İyun 13:42
Dünya
03 İyun 13:41
Dünya
03 İyun 13:34
Dünya
03 İyun 12:50
Sosial
03 İyun 12:47
Sosial
03 İyun 12:44
YAP xəbərləri
03 İyun 12:11
Gündəm
03 İyun 12:05
Gündəm
03 İyun 11:57
İqtisadiyyat
03 İyun 11:38
Gündəm
03 İyun 11:21
Sosial
03 İyun 11:20
Elm
03 İyun 11:18
Siyasət
03 İyun 11:00
Gündəm
03 İyun 10:58
Siyasət
03 İyun 10:35
Xəbər lenti
03 İyun 10:31
İdman
03 İyun 10:28
Gündəm
03 İyun 10:19
Sosial
03 İyun 09:54
Analitik
03 İyun 09:31
Analitik
03 İyun 09:30
Analitik
03 İyun 09:17
Sosial
03 İyun 08:50
Sosial
03 İyun 08:33
Dünya
02 İyun 23:32
Dünya
02 İyun 23:16
Dünya
02 İyun 22:58
Dünya
02 İyun 22:23
Dünya
02 İyun 22:05
Dünya
02 İyun 21:45
Sosial
02 İyun 21:30
Siyasət
02 İyun 21:22
Dünya
02 İyun 21:18
Dünya
02 İyun 20:52
Maraqlı
02 İyun 20:34
Siyasət
02 İyun 20:23
İqtisadiyyat
02 İyun 20:12
Dünya
02 İyun 20:10
Dünya
02 İyun 19:59
Maraqlı
02 İyun 19:20
Dünya
02 İyun 19:07
Siyasət
02 İyun 18:59
Siyasət
02 İyun 18:25
Maraqlı
02 İyun 18:22
Siyasət
02 İyun 17:30

