İrəvan Türkiyə ilə sərhədə özü nəzarət edəcək
14.01.2026 [10:12]
Rusiya Axurik keçid məntəqəsini təhvil verir
Ermənistan hakimiyyəti yaxın vaxtlarda Türkiyə ilə sərhəddə yerləşən Axurik zastavasının keçid məntəqəsindən Rusiya sərhədçilərini çıxarmağı planlaşdırır. Bu barədə Ermənistan KİV-ləri məlumat yayıblar. Diplomatik dairələrə istinadən yayılan məlumatda bildirilir ki, Axurik zastavasındakı birbaşa keçid məntəqəsinin təhvil verilməsi ilə bağlı qərar artıq qəbul edilib və hətta bayraq dirəyi də quraşdırılıb. Bununla yanaşı, Rusiya sərhədçiləri zastavanın özündə qalacaqlar. Hazırda Türkiyə istiqamətində dəmir yolu xəttinin vəziyyəti qiymətləndirilir. Məlumata görə, Türkiyə tərəfi artıq Marqara keçid məntəqəsi ərazisində tikinti işlərinə başlayıb. Beləliklə, Türkiyə tərəfində tikintinin başlaması və Axurikin istifadəyə verilməsinin nəzərdə tutulması yaxın gələcəkdə sərhədin açılması niyyətinin ciddi olduğundan xəbər verir.
Qeyd edək ki, Ermənistan KİV-lərində yayılan məlumatlarda bildirilir ki, sərhəd pozuntularının sayı artıb. Rəsmi məlumatlara görə, 2024-cü ildə 160 qanunsuz sərhəd keçidi hadisəsi qeydə alınıb, 2023-cü ildə isə bu rəqəm 78 olub. Hadisələrin sayı 82 və ya 105,1 faiz artıb. Qeyd etmək lazımdır ki, cinayətkarlar adətən Ermənistandan tranzit nöqtəsi kimi istifadə edən Əfqanıstan və Banqladeş kimi üçüncü dünya ölkələrindəndirlər.
Türkiyə - Ermənistan münasibətləri...
Qeyd edək ki, 2020-ci il Vətən müharibəsindən sonra bölgədə yaranan yeni siyasi-hərbi situasiya özündə mühüm reallıqları əks etdirdi. Belə ki, artıq işğal faktının aradan qaldırılması, Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini təmin etməsi regional münasibdə korrektəsini zəruri etdi. Bu mənada, Türkiyə ilə Ermənistan arasında münasibətlərə yenidən baxılması məsələsi də ortaya çıxdı. Qeyd edək ki, 2021-ci ilin sonundan etibarən başlanan prosesdə Türkiyə tərəfdən səfir Sərdar Kılıç, Ermənistan tərəfdən isə parlament sədrinin müavini Ruben Rubinyan əsas nümayəndə təyin olunublar. İlk görüş də məhz həmin ilin dekabrında reallaşıb. Daha sonra 2022-ci ilin 14 yanvarında Moskvada baş tutan görüş normallaşma prosesinin rəsmi başlanğıcına çevrildi. Həmin il fevralın 24-də və mayın 2-də Vyanada keçirilən görüşlərdə dialoq davam etdirildi. 2022-ci ilin iyulun 1-də reallaşan növbəti görüşdə sərhədin açılması istiqamətində ilkin razılaşma əldə olundu - belə ki, üçüncü ölkə və diplomatik/viza sahəsində güzəştlər nəzərdə tutuldu. 2023-cü ilin yanvarın 1-dən isə Türkiyə ilə Ermənistan arasında hava yük daşıma əlaqəsi bərpa edildi, sərhədin müəyyən məqsədlərlə qismən istifadəsinə başlanıldı. Həmin ilin fevralında Türkiyədə baş verən təbii fəlakətlə bağlı Ermənistan istiqamətindən gələn humanitar yük keçiddən keçdi.
2024-cü il iyulun 30-da xüsusi nümayəndələr ilk dəfə sərhəddə - Marqara-Alican sərhəd keçid məntəqəsində 5-ci görüşü keçirdi. Bu görüşdə texniki məsələlərin qiymətləndirilməsi barədə razılıq əldə edildi. Növbəti görüşlər isə 2025-ci ilin sentyabrında İrəvanda, daha sonra Alican-Marqara sərhəd-keçidində reallaşdı. Ötən il noyabrın 28-də isə Akyaka-Axurik sərhəd qapısı və Gümrü səviyyəsində texniki görüşlər baş tutdu. Qars-Gümrü dəmir yolunun bərpası və digər texniki məsələlər müzakirə edildi.
Rusiya Ermənistanın sərhədlərindən çıxır...
Ermənistanın Rusiya sərhədçilərini öz sərhədlərindən kənarlaşdırması son bir neçə ildə intensivləşib. Qeyd edək ki, 1991-ci ildə Ermənistan müstəqillik əldə edən zaman respublikanın öz sərhədçiləri yox idi və sərhədlərini müstəqil şəkildə qoruya bilmirdi. Rusiya Federasiyası ilə Ermənistan arasında xarici sərhədlərin birgə mühafizəsi haqqında müqavilə bağlandı - 1992-ci il sentyabrın 30-da İrəvanda “Rusiya Federasiyasının Ermənistan Respublikası ərazisində yerləşən Sərhəd Qoşunlarının statusu və onların fəaliyyət göstərməsi şərtləri haqqında” dövlətlərarası saziş imzalandı. Sənədə əsasən, Ermənistanın Türkiyə (uzunluğu - 345 km) və İranla (45 km) sərhədi Rusiya sərhədçiləri tərəfindən qorunurdu.
2025-ci il yanvarın 1-dən isə Rusiya sərhədçiləri Ermənistan və İran sərhədindəki keçid məntəqəsini tərk ediblər. Belə ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) sərhəd qoşunları 2025-ci ildən İranla sərhədin mühafizəsi, Ermənistanın Türkiyə və İranla sərhədlərində Rusiya sərhədçiləri ilə birgə patrul xidməti həyata keçirmək üçün bütün məsuliyyəti öz üzərinə götürmüşdülər - daha sonra isə İran sərhədindəki keçid məntəqəsin Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşlarına təhvil verildi.
2024-cü ilin yayında isə Rusiya sərhədçiləri “Zvartnots” hava limanını tərk etdilər. Qeyd edək ki, həmin ilin mayında Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında baş tutan görüşdə Rusiya sərhədçilərinin avqust ayında İrəvandakı “Zvartnots” hava limanını tərk etmələri razılaşdırılmışdı.
Sülhün imzalanması...
İndiki halda, Türkiyə ilə sərhəddin Ermənistan sərhədçiləri tərəfindən qorunması yaranan yeni situasiya ilə də əlaqələndirilir. Bəlli olduğu kimi, Ermənistanın Azərbaycan ilə sülh imzalayacağı təqdirdə, Türkiyə ilə də sərhədlərin açılması reallaşacaq - bu isə həm siyasi, həm də iqtisadi cəhətdən yeni situasiya formalaşdırır. Azərbaycan ilə Ermənistan arasında sülhün imzalanması bütövlükdə həm Bakı-İrəvan, həm də Ankara-İrəvan münasibətlərinin normallaşmasına gedən yoldur. Qeyd etmək lazımdır ki, indiki məqamda İrəvan həm də Türkiyə ilə münasibətləri yeni çərçivəyə salmaqda maraqlı olmalıdır - çünki Türkiyə ilə Azərbaycanın strateji əməkdaşlığı bölgədə yeni təhlükəsizlik arxitekturası yaratmaqla yanaşı, həm də bölgənin gələcək inkişafının əsas formulunun müəllifi sayılır.
Paralel olaraq, Zəngəzur dəhlizinin (TRIPP) açılması ilə bağlı əldə olunan razılaşma bu məsələdə önəmli ştrixlərdəndir. Dəhlizin açılması Ermənistanın həm Türkiyə, həm Azərbaycan, həm də bütövlükdə dünya ilə əlaqələrinin yeni müstəviyə qədəm qoymasına şərait yaradacaq. Ümumiyyətlə, dəhlizin açılması yeni ticari-iqtisadi üstünlüklər yaradır ki, İrəvan da bu üstünlüklərdən faydalana biləcək - əlahiddə olaraq, həm də Türkiyə ilə də normal iqtisadi-siyasi əlaqələrə malik olacağı təqdirdə Şərq-Qərb logistik ticarət və yükdaşıma yoluna qoşula biləcək. Çünki Zəngəzur dəhlizi (TRIPP) Şərq-Qərb marşurutu üzərində ən qısa yol kimi əhəmiyytə daşıyır və dəhlizin coğrafi imkanları olduqca genişdir.
Beləliklə, bölgədə ümumən yeni münasibətlər sisteminin qurulması birmənalı şəkildə Ermənistan üçün mühüm fürsətdir - Azərbaycanla imzalanacaq sülh İrəvanı Bakı ilə yanaşı, Türkiyə ilə də münasibətlərin normallaşması prosesində mühüm mərhələyə daşıyacaq. Türkiyə ilə münasibətlərin yaradılması isə Ermənistan üçün mühüm dividendlər vəd edir.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxSosial
14 Yanvar 17:10
Gündəm
14 Yanvar 17:08
YAP xəbərləri
14 Yanvar 17:04
Dünya
14 Yanvar 16:39
İqtisadiyyat
14 Yanvar 15:41
Sosial
14 Yanvar 15:24
YAP xəbərləri
14 Yanvar 14:59
Dünya
14 Yanvar 14:38
Sosial
14 Yanvar 14:21
Dünya
14 Yanvar 13:49
Sosial
14 Yanvar 13:27
Sosial
14 Yanvar 13:03
YAP xəbərləri
14 Yanvar 12:46
YAP xəbərləri
14 Yanvar 12:42
Sosial
14 Yanvar 12:37
Siyasət
14 Yanvar 12:15
İqtisadiyyat
14 Yanvar 12:14
İqtisadiyyat
14 Yanvar 12:13
Hadisə
14 Yanvar 12:13
Siyasət
14 Yanvar 11:59
İqtisadiyyat
14 Yanvar 11:33
Müsahibə
14 Yanvar 11:06
İqtisadiyyat
14 Yanvar 10:57
Sosial
14 Yanvar 10:37
Sosial
14 Yanvar 10:35
Hadisə
14 Yanvar 10:28
Analitik
14 Yanvar 10:12
Analitik
14 Yanvar 09:55
İqtisadiyyat
14 Yanvar 09:30
Analitik
14 Yanvar 09:13
Sosial
14 Yanvar 08:52
Sosial
14 Yanvar 08:36
Dünya
13 Yanvar 23:39
Dünya
13 Yanvar 23:17
İdman
13 Yanvar 22:40
Siyasət
13 Yanvar 22:36
Dünya
13 Yanvar 22:14
Dünya
13 Yanvar 21:53
Dünya
13 Yanvar 21:20
Dünya
13 Yanvar 20:45
Sosial
13 Yanvar 20:18
Siyasət
13 Yanvar 20:01
İqtisadiyyat
13 Yanvar 19:52
Dünya
13 Yanvar 19:26
Gündəm
13 Yanvar 19:04
Siyasət
13 Yanvar 19:00
Siyasət
13 Yanvar 18:58
YAP xəbərləri
13 Yanvar 18:49
Siyasət
13 Yanvar 18:47
Gündəm
13 Yanvar 18:38
Siyasət
13 Yanvar 18:37
Gündəm
13 Yanvar 18:34
YAP xəbərləri
13 Yanvar 17:51
YAP xəbərləri
13 Yanvar 17:25
Gündəm
13 Yanvar 17:04
Sosial
13 Yanvar 16:56
Gündəm
13 Yanvar 16:49
Gündəm
13 Yanvar 16:37
YAP xəbərləri
13 Yanvar 16:34
Hadisə
13 Yanvar 15:55
Siyasət
13 Yanvar 15:53
YAP xəbərləri
13 Yanvar 15:46
Gündəm
13 Yanvar 15:34
Dünya
13 Yanvar 15:26
Dünya
13 Yanvar 15:26
İdman
13 Yanvar 15:22
Xəbər lenti
13 Yanvar 15:22
YAP xəbərləri
13 Yanvar 15:13
Dünya
13 Yanvar 14:41
Gündəm
13 Yanvar 14:37

