Aİ səhvini düzəldəcəkmi?
11.12.2025 [10:30]
Ermənistanın və onun havadarlarının bəzi terrorçuları “qəhrəmanlaşdırmasına” dair kifayət qədər faktlar var. Onların sırasında azərbaycanlılara və türklərə qarşı qanlı terror aktları törətmiş Monte Melkonyana münasibət buna əyani sübutdur.
Bu yaxınlarda isə erməni terrorçu Monte Melkonyanın adını daşıyan Ermənistan hərbi-idman liseyi Avropa İttifaqının Hərbi Orta Məktəblər Forumuna qoşulub. Hansı ki, Melkonyanın “fəal” üzv olduğu və xeyli sayda insanın ölümünə səbəb olan ASALA beynəlxalq miqyasda terror təşkilatı kimi tanınır. Bu terrorçu Avropa ölkələrində türk diplomatlara və onların ailələrinə qarşı terror əməlləri törədib.
Aİ rəhbərliyi cəmiyyətimizin etirazını nəzərə almalıdır
Yeri gəlmişkən, bu hadisə cəmiyyətimizdə haqlı narazılığa səbəb olub. Belə ki, Azərbaycanın vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi və Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasa, Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Maqdalena Qronoya və Avropa İttifaqın ölkəmizdəki nümayəndəliyinin rəhbəri Mariyana Kuyundziçə müraciət ünvanlayıblar. Müraciətdə erməni terrorçu Monte Melkonyanın adını daşıyan Ermənistan hərbi-idman liseyinin Avropa İttifaqının Hərbi Orta Məktəblər Forumuna qoşulması ilə bağlı xəbərin Azərbaycan ictimaiyyətində geniş çaşqınlıq və narazılıq doğurduğu vurğulanıb. Qeyd edilib ki, təhlükəsizlik, ortaq dəyərlər və məsuliyyətli idarəçilik prinsiplərini qoruduğunu iddia edən Avropa Təhlükəsizlik və Müdafiə Kollecinin himayəsi altında fəaliyyət göstərən forumun bu qərarı Avropanın dəstəklədiyi bütün platformalardan ədalət və hesabatlılıq gözləyən Azərbaycanın itkin ailələrində Aİ-nin öz prinsiplərinə sadiqliyinə dair ciddi suallar yaradıb.
Hipper: Yekun qərar hələ qəbul edilməyib
Məsələ ilə bağlı azərbaycanlı jurnalistlər Aİ-nin Xarici siyasət və təhlükəsizlik xidmətinin rəsmi nümayəndəsi Anita Hipperə də sual ünvanlayıblar. Xanım Hipper isə bildirib ki, Avropa Təhlükəsizlik və Müdafiə Kolleci ilə Monte Melkonyan adına erməni hərbi liseyi arasında əməkdaşlıq memorandumu çox erkən mərhələdədir. Onun sözlərinə görə, hazırda bu məsələ ilə bağlı hər hansı qərar qəbul edilməyib: “Biz hələ də akademik qiymətləndirmə mərhələsindəyik. Yekun qərar kollecin 27 Aİ üzv dövlətinin təmsil olunduğu idarəedici komitəsi tərəfindən qəbul edilməlidir”.
Sazişin imzalanmaya biləcəyi ilə bağlı dəqiqləşdirməyə cavab olaraq A.Hipper deyib ki, yekun qərardan danışmaq hələ tezdir, çünki məsələ hələ də ilkin mərhələdədir: “Biz nəticə barədə əvvəlcədən mühakimə yürüdə bilmərik”.
Məlumdur ki, Melkonyan ASALA terror təşkilatının ASALA-RM (revolutionary movement) qanadının “qurucusu”, Birinci Qarabağ müharibəsinin iştirakçısı olub. O, Xocalı soyqırımı zamanı əsir düşmüş azərbaycanlılara ağır işgəncələr verilməsində də iştirak edib.
Nəzərə alaq ki, M.Melkonyan 1993-cü ildə Kəlbəcər rayonunun işğalı zamanı da hərbi əməliyyatlarda iştirak edib və ağır cinayətlər törədib. Onun bu cinayətləri ötən əsrin 70-80-ci illərində Avropanın bir sıra ölkələrində, o cümlədən Fransa, Yunanıstan, Portuqaliya, Danimarka, Avstriya və İspaniyada türk diplomatlara və onların ailə üzvlərinə qarşı terror hücumları həyata keçirən ASALA terror təşkilatı ilə əlaqələrindən sonra törədilib. Bu faktlar M.Melkonyanın uzun müddət terrorçu fəaliyyətlərdə iştirakının bariz göstəricisidir.
Aİ öz nüfuzuna zərbə vura bilər
Azərbaycan cəmiyyəti M.Melkonyanın adını daşıyan hərbi-idman liseyinə forumun üzvlük statusunun verilməsinə dair memorandumun imzalanmasını yolverilməz hesab edir. Ermənistanın işğalçı siyasətindən əziyyət çəkən azərbaycanlılar da daim erməni terrorçuları ilə bağlı etiraz səslərini ucaldıblar. Ermənistan tərəfindən Azərbaycan ərazilərinin silahlı işğalında iştirak edən və hərbi cinayətlərdə təqsirləndirilən şəxslərin, o cümlədən Monte Melkonyanın hələ də qəhrəmanlaşdırılması, Aİ-nin Azərbaycanla bağlı, xüsusilə də ərazi bütövlüyü və dövlət suverenliyinə dair məsələlərdə ikili yanaşmanı davam etdirməsi ən azı təəssüf hissi doğurur.
Xüsusilə, Azərbaycanın Ermənistanın hərbi təcavüzü nəticəsində itkin düşmüş şəxslərinin ailələri sual edirlər ki, fəaliyyəti qətliamlardan ibarət olan Monte Melkonyanın adını daşıyan bir qurum Aİ tərəfindən dəstəklənən bir platformada necə təşviq oluna bilər? Onlar da Avropa İttifaqını bu addımı yenidən nəzərdən keçirməyə və terrorçunun adını daşıyan bir qurumla bağlanmış razılaşmanı ləğv etməyə çağırırlar. Aİ-nin Xarici siyasət və təhlükəsizlik xidmətinin rəsmi nümayəndəsi Anita Hipperin açıqlamasından da anlaşılır ki, məsələ ilə bağlı yekun qərar verilməyib. Ona görə də, Aİ-nin bu yanlışı düzəltmək imkanı hələ də var. Əks halda, qatı terrorçunun adını daşıyan bir liseyə “qucaq açmaq” ən azı Avropa İttifaqının nüfuzuna zərbə ola bilər.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
03 İyun 23:35
Formula 1
03 İyun 23:13
Dünya
03 İyun 22:40
Dünya
03 İyun 22:36
Dünya
03 İyun 22:19
Dünya
03 İyun 21:53
Dünya
03 İyun 21:25
Dünya
03 İyun 21:08
Dünya
03 İyun 20:42
Dünya
03 İyun 20:31
Dünya
03 İyun 20:17
Dünya
03 İyun 19:59
Dünya
03 İyun 19:22
Elm
03 İyun 19:10
Sosial
03 İyun 18:25
Dünya
03 İyun 17:19
Xəbər lenti
03 İyun 17:02
Siyasət
03 İyun 17:02
Dünya
03 İyun 16:51
Sosial
03 İyun 16:28
YAP xəbərləri
03 İyun 16:17
Sosial
03 İyun 16:17
Siyasət
03 İyun 15:52
Hadisə
03 İyun 15:46
İqtisadiyyat
03 İyun 15:09
Siyasət
03 İyun 14:51
Dünya
03 İyun 14:49
Sosial
03 İyun 14:40
Elm
03 İyun 14:39
İdman
03 İyun 14:24
YAP xəbərləri
03 İyun 13:42
Dünya
03 İyun 13:41
Dünya
03 İyun 13:34
Dünya
03 İyun 12:50
Sosial
03 İyun 12:47
Sosial
03 İyun 12:44
YAP xəbərləri
03 İyun 12:11
Gündəm
03 İyun 12:05
Gündəm
03 İyun 11:57
İqtisadiyyat
03 İyun 11:38
Gündəm
03 İyun 11:21
Sosial
03 İyun 11:20
Elm
03 İyun 11:18
Siyasət
03 İyun 11:00
Gündəm
03 İyun 10:58
Siyasət
03 İyun 10:35
Xəbər lenti
03 İyun 10:31
İdman
03 İyun 10:28
Gündəm
03 İyun 10:19
Sosial
03 İyun 09:54
Analitik
03 İyun 09:31
Analitik
03 İyun 09:30
Analitik
03 İyun 09:17
Sosial
03 İyun 08:50
Sosial
03 İyun 08:33
Dünya
02 İyun 23:32
Dünya
02 İyun 23:16
Dünya
02 İyun 22:58
Dünya
02 İyun 22:23
Dünya
02 İyun 22:05
Dünya
02 İyun 21:45
Sosial
02 İyun 21:30
Siyasət
02 İyun 21:22
Dünya
02 İyun 21:18
Dünya
02 İyun 20:52
Maraqlı
02 İyun 20:34
Siyasət
02 İyun 20:23
İqtisadiyyat
02 İyun 20:12
Dünya
02 İyun 20:10
Dünya
02 İyun 19:59

