Prinsipial mövqe dövlətin gücünü və milli həmrəyliyi təmin edir
29.10.2025 [09:17]
Azərbaycan dövləti və xalqı öz tarixinin ən möhtəşəm dövrünü yaşayır. Bu reallığı anlamaq üçün müstəqilliyin ilk illərindən bu günə qədər keçilən mərhələlərə nəzər salmaq kifayətdir. Azərbaycan xalqı ölüm-qalım mücadiləsindən qalib çıxaraq fiziki mövcudluğunu qorudu, sabitliyi təmin etdi, özünü müstəqil millət kimi tanıdaraq dünyaya tanıtdı. Beynəlxalq iqtisadi bazarlarda yer aldı, milli identikliyini qlobal təzyiqlərə baxmayaraq qorumağı bacardı və “Qalib ölkə” statusuna yüksəldi. Bu, xalqın iradəsi və dövlətin prinsipial siyasəti nəticəsində mümkün oldu.
Bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq Asif Adil deyib.
Politoloq bildirib ki, Azərbaycan dövləti və xalqı bu gün regionda tamamilə yeni geosiyasi reallıq yaradan əsas güc mərkəzlərindən birinə çevrilib. Onun sözlərinə görə, bu mərhələyə qədər ölkəmiz çoxsaylı sınaqlardan keçib, lakin milli iradə, siyasi qətiyyət və xalq–dövlət birliyi sayəsində hər bir maneəni dəf edib. Azərbaycan xalqının son illərdə qazandığı nailiyyətləri, sadəcə, hərbi və ya siyasi uğur kimi deyil, bütövlükdə milli mübarizə tarixinin zirvəsi kimi qiymətləndirilməlidir. “Azərbaycan regionda yeni reallıq yaradan xalqa çevrildi, onilliklər boyu davam edən münaqişəyə son qoydu, gələcəkdə xalqlar arasında ideoloji müstəvidə yarana biləcək qarşıdurmaların qarşısını almaq üçün “sülh modeli”ni gündəliyə gətirdi. Dünənədək düşmən və rəqib sayılan dövlətlərin belə bu reallığı etiraf etməsi Azərbaycanın diplomatik, siyasi və mənəvi üstünlüyünün göstəricisidir”, – deyə politoloq vurğulayıb.
Politoloq Prezident İlham Əliyevin 14 fevral 2024-cü il tarixində keçirilmiş andiçmə mərasimində səsləndirdiyi fikirlərə diqqət çəkib: “Biz, - İkinci Qarabağ müharibəsi zamanı və antiterror əməliyyatı zamanı mən bunu artıq demişdim, - sarsılmaz hesab olunan elə bir daşları tərpətdik ki, bunu bizə bağışlamayacaqlar, biz bunu bilməliyik”.
Onun sözlərinə görə, bu ifadə Azərbaycanın bu gün qarşılaşdığı bəzi siyasi və ideoloji təzyiqlərin mahiyyətini aydın şəkildə izah edir. “Dövlət başçısı hətta düşmənlərin əllərini sıxdığı anlarda belə milli maraqlara sadiq qalaraq prinsipial mövqe nümayiş etdirib. Məhz bu prinsipiallıq sayəsində Azərbaycan regionda yeni reallıqlar yaradan və tarixi ədaləti bərpa edən ölkəyə çevrilib”, – deyə politoloq qeyd edib.
Asif Adil bildirib ki, tarixin sübut etdiyi kimi, güclü dövlət olmaq yalnız siyasi iradə və prinsipial mövqe ilə mümkündür. Onun sözlərinə görə, Prezident İlham Əliyevin siyasi kursunu xarakterizə edən əsas xüsusiyyətlərdən biri də məhz bu prinsipiallıqdır. “Dövlət başçısının hər bir addımı bəzən müxtəlif dairələr tərəfindən təhrif olunmağa çalışılsa da, xalq bunun fərqindədir. Prinsipial mövqe bəzən çətinliklər yaradır, amma məhz bu mövqe sayəsində Azərbaycan bu gün qürurla danışdığımız uğurlara imza atıb,” – deyə politoloq vurğulayıb.
Ekspert qeyd edib ki, Prezident İlham Əliyev daim öz strateji hədəflərinə sadiq qalıb və bu məqsədlərə nail olmaq üçün bəzən taktiki kamuflyajdan istifadə etməyə məcbur olub. “Təsadüfi deyil ki, dünyada kifayət qədər tanınmış bir jurnalist və ictimai xadim öz müsahibələrinin birində qeyd etmişdir: “Prezident İlham Əliyev o nadir dövlət başçılarındandır ki, o, öncə edir, sonra danışır”. Mükəmməl müşahidə və mükəmməl qiymətdir”, – deyə Asif Adil əlavə edib.
Politoloq hesab edir ki, dövlət idarəçiliyində ideoloji həmrəyliyin və milli birliyin qorunması strateji vəzifədir. “Həmrəylik xalqın ideoloji dayağıdır. Dünya təcrübəsi göstərir ki, bir çox ölkələrdə daxili sabitliyi pozmaq üçün siyasi partiyalardan alət kimi istifadə olunub. Prezident İlham Əliyevin təşəbbüsü ilə siyasi partiyalar sistemində aparılan islahatlar da məhz bu risklərin qarşısını almağa və siyasi institutların sağlamlaşdırılmasına yönəlib,” – deyə ekspert bildirib.
Asif Adil vurğulayıb ki, bəzi qüvvələrin yeni “Siyasi partiyalar haqqında” Qanuna qarşı aqressiv münasibəti onların köhnə təfəkkürdən qurtula bilməməsi ilə bağlıdır. “Milli maraqların müdafiəsi üçün siyasi institutların fəaliyyəti şəffaf və məsuliyyətli olmalıdır. Dövlətin bu sahədə atdığı addımlar cəmiyyətin siyasi partiyalara olan inamını gücləndirəcək. Bu proses qaçılmaz olaraq müəyyən “təmizlənmə” ilə müşayiət olunur, lakin uzunmüddətli perspektivdə yalnız milli həmrəyliyi möhkəmləndirəcək”, – deyə o qeyd edib.
A.Adil sonda bildirib ki, Azərbaycan xalqı birlik və həmrəyliyini qoruduğu müddətcə ölkənin gələcəyi təmin olunmuş sayılır: “Birlik və həmrəylik xalqımızın ən böyük sərvətidir. Bu dəyərləri qorumaq, onları süni şəkildə zədələmək istəyən qüvvələrə qarşı dayanmaq hər bir vətəndaşın borcudur”.
Xəbər lenti
Hamısına baxSosial
18 Aprel 17:32
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38

