BMT TŞ beynəlxalq təhlükəsizliyə töhfə vermir
18.09.2025 [09:33]
Baş katibdən İSLAHAT çağırışı
Yaxın zamanda Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında genişmiqyaslı islahatlar həyata keçirilə bilər. Belə ki, BMT-nin Baş katibi Antoniu Quterreş gələn həftə Nyu-Yorkda keçiriləcək BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Yüksək Səviyyəli Debatlarla bağlı mətbuat konfransında qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının hazırkı tərkibi bugünkü reallığa uyğun gəlmir. Onun sözlərinə görə, bu qurumda zəruri islahatların aparılmasına ehtiyac var. “Təhlükəsizlik Şurasında islahatlar mükəmməl və məntiqli bir addım olar. Onun müasir dünyaya uyğun olmayan tərkibi var. O, 1945-ci il reallığına uyğundur və bu, təkcə legitimlik deyil, həm də effektivlik problemi yaradır”, - deyə Quterreş bildirib ki, o, Təhlükəsizlik Şurasında islahatların aparılmasının zəruriliyindən daim danışan ilk baş katibdir.
Azərbaycan və Türkiyədən çağırış
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də BMT Təhlükəsizlik Şurasında geniş islahatların aparılmasını zəruri hesab edir. Dövlət başçısı sentyabrın 9-da Bakıda baş tutan Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Beyin Mərkəzləri Forumunun 13-cü sessiyasının iştirakçılarına müraciətində qeyd edib ki, Qlobal Cənub ölkələri yeni ədalətli dünya nizamının formalaşdırılmasında yaxından iştirak etməlidirlər. “Qlobal Cənub ölkələri yeni ədalətli dünya nizamının formalaşdırılmasında yaxından iştirak etməli və bu işə öz töhfələrini verməlidirlər. Bu xüsusda, BMT-də müvafiq islahatların aparılması, Təhlükəsizlik Şurasının (TŞ) daimi üzvləri sırasında Qlobal Cənub ölkələrinin təmsil olunmasının təmin edilməsi çox vacibdir. Təhlükəsizlik Şurası artıq günümüzün reallıqları ilə uzlaşmayan təsisata çevrilib,” - deyə Prezident İlham Əliyev bildirib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə BMT Baş katibi Antonio Quterreşə son açıq məktubunda BMT Təhlükəsizlik Şurasının strukturunu kökündən dəyişdirmək lazım olduğunu vurğulayıb. Qardaş ölkənin dövlət başçısı qeyd edib ki, bütün dünya bu istiqamətdə addımların atılmasını gözləyir. “Dünyamızda müharibələr bizi daha çox əhatə etməzdən, daha çox insan və cəmiyyət əziyyət çəkmədən, daha çox günahsız qan tökülmədən əvvəl, Qlobal sülh və təhlükəsizliyin təmin edilməsi vəzifəsini yerinə yetirməkdən uzaq olan BMT Təhlükəsizlik Şurasının strukturunun köklü şəkildə dəyişdirilməsinə ehtiyac var”.
Təhlükəsizlik Şurası siyasi oyun meydanına çevrilib
Məsələ ilə bağlı politoloq Tural İsmayılov “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, BMT Təhlükəsizlik Şurasında islahatların aparılması zərurəti beynəlxalq münasibətlərin ən böyük paradokslarından biridir. “BMT Təhlükəsizlik Şurası (TŞ) 1945-ci ildə müharibələrin qarşısını almaq və beynəlxalq sülhü qorumaq məqsədilə yaradılmışdı. Amma artıq 80 ildən çoxdur ki, dünyada gedən proseslər onu göstərir ki, bu qurum bir çox hallarda ya siyasi oyun meydanına çevrilib, ya da böyük güclərin veto “silahı” ilə iflic vəziyyətinə düşüb. Suriya müharibəsindən tutmuş Ukrayna böhranına, Qarabağ məsələsindən Yaxın Şərqdəki münaqişələrə qədər saysız nümunə var ki, Təhlükəsizlik Şurası heç bir effektiv qərar qəbul etməyib və ya qəbul etdiyi qərarı icra etdirə bilməyib,” - deyə T.İsmayılov vurğulayıb ki, Təhlükəsizlik Şurasındakı hazırkı əsas problem “mexaniki” deyil, “siyasi”dir; “Daimi üzvlərin - ABŞ, Rusiya, Çin, Böyük Britaniya və Fransanın maraqları bir-birinə zidd olduqda, Təhlükəsizlik Şurasının qərarları bloklanır. Yəni sülh və təhlükəsizlik bir neçə dövlətin milli maraqlarının girovuna çevrilir. Bu da obyektiv olaraq qurumun səmərəsiz olduğunu göstərir”. Ekspert söyləyib ki, BMT Təhlükəsizlik Şurasında islahatların aparılması ilə bağlı məsələ uzun illərdir ki, gündəmdədir. “Maraqlısı budur ki, hamı TŞ-nin islahata ehtiyacı olduğunu deyir, amma kimsə öz mövqeyindən geri çəkilmək istəmir. Məsələn, veto hüququndan imtina etmək daimi üzvlər üçün demək olar ki, “öz hegemonluğunu ləğv etmək” kimi görünür,”.
İslahatlar nə üçün zəruridir?
T.İsmayılov bildirib ki, qlobal Cənubun yüksəlişi, Asiya, Afrika və Latın Amerikası ölkələrinin beynəlxalq sistemdə artan çəkisi islahat tələbini daha da gücləndirir. “Hindistan, Braziliya, Cənubi Afrika, Nigeriya kimi ölkələrin BMT Təhlükəsizlik Şurasında daimi və ya ən azı daha güclü təmsilçilik qazanması artıq sadəcə “arzu” deyil, tarixi zərurət kimi ortaya çıxır. Əks halda, TŞ get-gedə daha çox “Qərb-Şimal klubu” təsiri bağışlayacaq və legitimliyini itirəcək. BMT TŞ bu gün bir çox hallarda acizdir, islahat qaçılmazdır və qlobal Cənubun səsi olmadan qurum XXI əsrin reallıqlarına cavab verə bilməyəcək. Amma böyük güclərin öz maraqlarını kənara qoyub buna imkan verəcəyi də sual altındadır”.
Yunis ABDULLAYEV
Xəbər lenti
Hamısına baxAnalitik
14 Yanvar 10:12
Analitik
14 Yanvar 09:55
İqtisadiyyat
14 Yanvar 09:30
Analitik
14 Yanvar 09:13
Sosial
14 Yanvar 08:52
Sosial
14 Yanvar 08:36
Dünya
13 Yanvar 23:39
Dünya
13 Yanvar 23:17
İdman
13 Yanvar 22:40
Dünya
13 Yanvar 22:14
Dünya
13 Yanvar 21:53
Dünya
13 Yanvar 21:20
Dünya
13 Yanvar 20:45
Sosial
13 Yanvar 20:18
İqtisadiyyat
13 Yanvar 19:52
Dünya
13 Yanvar 19:26
Gündəm
13 Yanvar 19:04
YAP xəbərləri
13 Yanvar 18:49
Gündəm
13 Yanvar 18:38
Gündəm
13 Yanvar 18:34
YAP xəbərləri
13 Yanvar 17:51
YAP xəbərləri
13 Yanvar 17:25
Gündəm
13 Yanvar 17:04
Sosial
13 Yanvar 16:56
Gündəm
13 Yanvar 16:49
Gündəm
13 Yanvar 16:37
YAP xəbərləri
13 Yanvar 16:34
Hadisə
13 Yanvar 15:55
Siyasət
13 Yanvar 15:53
YAP xəbərləri
13 Yanvar 15:46
Gündəm
13 Yanvar 15:34
Dünya
13 Yanvar 15:26
Dünya
13 Yanvar 15:26
İdman
13 Yanvar 15:22
Xəbər lenti
13 Yanvar 15:22
YAP xəbərləri
13 Yanvar 15:13
Dünya
13 Yanvar 14:41
Gündəm
13 Yanvar 14:37
Gündəm
13 Yanvar 14:31
Dünya
13 Yanvar 14:26
Sosial
13 Yanvar 14:18
İqtisadiyyat
13 Yanvar 13:53
Xəbər lenti
13 Yanvar 13:52
Dünya
13 Yanvar 13:41
Gündəm
13 Yanvar 13:35
YAP xəbərləri
13 Yanvar 13:32
Dünya
13 Yanvar 13:16
Dünya
13 Yanvar 12:50
Dünya
13 Yanvar 12:29
Hadisə
13 Yanvar 12:24
Dünya
13 Yanvar 12:19
Dünya
13 Yanvar 11:48
Sosial
13 Yanvar 11:28
YAP xəbərləri
13 Yanvar 11:16
Siyasət
13 Yanvar 11:12
İqtisadiyyat
13 Yanvar 11:11
İqtisadiyyat
13 Yanvar 11:10
Sosial
13 Yanvar 11:09
Sosial
13 Yanvar 10:54
İqtisadiyyat
13 Yanvar 10:35
Siyasət
13 Yanvar 10:31
Hadisə
13 Yanvar 10:26
Analitik
13 Yanvar 10:17
Analitik
13 Yanvar 09:59
Dünya
13 Yanvar 09:50
Dünya
13 Yanvar 09:45
Analitik
13 Yanvar 09:36
Hadisə
13 Yanvar 09:21
Analitik
13 Yanvar 09:11
Sosial
13 Yanvar 08:51

