Fransada SİYASİ BÖHRAN
03.09.2025 [08:46]
Bayru hökuməti buraxılır, Makron istefaya çağırılır...
Fransada ciddi siyasi böhran yaşanır. Bu böhran getdikcə, dərinləşməkdədir. Belə ki, Fransanın Baş naziri Fransua Bayru hökumətə etimad məsələsini sentyabrın 8-də Milli Assambleyada səsverməyə çıxaracaq. Nazirlər Kabinetinin rəhbəri Parisdə keçirilən mətbuat konfransında bildirib ki, o, prezidentdən Milli Assambleyanın növbədənkənar iclasını çağırmağı xahiş edib. “Mən respublika prezidentindən parlamentin aşağı palatasının növbədənkənar iclasını çağırmağı xahiş etdim, bu iclasda hökumət etimad məsələsini qaldıracaq”, - deyə Bayru qeyd edib ki, etimad səsverməsində hazırkı hökumətin saxlanılması üçün tələb olunan səs toplanmasa, hökumət buraxılacaq. Bayru qərarını iqtisadi böhran, ilk növbədə də dövlət borcunun davamlı artımı ilə əsaslandırıb. Baş nazirin sözlərinə görə, Fransanın dövlət borcu hər saat 12 milyon avro artır, artıq 3,4 trilyon avroya çatıb. Bayru, həmçinin vurğulayıb ki, təkcə borcun ödənilməsinə ilin sonuna qədər 66 milyard avro xərclənəcək. Daha əvvəl Baş nazir büdcəyə daxil edilməli olan bir sıra tədbirlər təqdim edib ki, onların köməyi ilə hökumət 2026-cı ildə 43,8 milyard avroya qənaət etməyi nəzərdə tutur. Bu arada ölkədə müxalifət Prezident Emmanuel Makronun istefasını tələb edir - “Əyilməz Fransa” partiyası sentyabrın 23-də Prezident Emmanuel Makronun hakimiyyətdən uzaqlaşdırılması təklifini parlamentə təqdim etmək niyyətindədir. Partiyanın lideri Jan-Lük Melanşon “France Inter” radiostansiyasının efirində bildirib ki, onun partiyası Makronu istefaya göndərməkdə israrlıdır. “Bir il əvvəl biz prezidentin istefası məsələsini qaldırmışdıq. Biz sentyabrın 23-də bu addımı yenidən atacaq və Makronun hakimiyyətdən uzaqlaşdırılması təklifini parlamentə təqdim edəcəyik”, - deyə Melanşon vurğulayıb. Xatırladaq ki, “Əyilməz Fransa” partiyası 2024-cü ildə Makrona qarşı impiçment prosedurunu başlatsa da, bu, uğursuz olub. Həmin vaxt Milli Assambleyanın qanunvericilik komissiyası prezidentin hakimiyyətdən uzaqlaşdırılması haqqında qətnaməni 15 səs lehinə, 54 səs əleyhinə olmaqla rədd edib.
Fransa dərin böhran içərisindədir
Məsələ ilə bağlı politoloq Əlimusa İbrahimov “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, Fransada baş verən proseslər ölkə daxilində iqtisadi-siyasi vəziyyətin daha da ağırlaşmasından xəbər verir. “Bu gün Fransa cəmiyyəti, həqiqətən iqtisadi-sosial problemlər bataqlığında boğulur. Günbəgün artan iqtisadi problemlər, xüsusilə də dövlət borcunun çoxalması aşağı və orta təbəqənin sosial rifahına və yaşam tərzinə mənfi təsir edir. Bayru hökuməti bu problemlər qarşısında aciz duruma düşüb. Ölkə daxilində müəyyən siyasi qüvvələr mövcud problemlərin yeganə həll yolunu hazırkı hökuməti buraxıb yeni hökumətin formalaşmasında görürlər. Hökumətin buraxılması isə müəyyən prosedur qaydaları əsasında həyata keçirilir. Fransa qanunvericiliyinə görə, Milli Assambleyada etimad səsverməsi zamanı əksəriyyət hökumətin əleyhinə səs verərsə, həmin hökumət dərhal buraxılır. Sözsüz ki, Bayru hökuməti özünü müdafiə etmək üçün xüsusi mexanizmlərə malikdir. Amma Bayru hökumətinin bu mexanizmlərdən hansı qaydada istifadə edəcəyinə gəlincə, bunun özü sual altındadır,” - deyə Ə.İbrahimov vurğulayıb ki, ölkədə baş qaldıran siyasi etirazlar əsasən Makronun özünə yönəlib: “Bayru hökuməti Makron administrasiyasına bağlıdır və həmin hökumətin formalaşmasında Makronun xidmətləri olub. Hökumətin lazımi səviyyədə fəaliyyət göstərməməsində birbaşa Makron məsuliyyət daşıyır”.
Bayru hökuməti buraxılarsa?
“Etimad səsverməsində əksəriyyət Bayru hökumətinin əlehinə səs verərsə, hökumət qeyd-şərtsiz buraxılacaq. Amma bu, ölkədə siyasi vəziyyəti sabitləşdirməyəcək, əksinə, vəziyyətin daha da gərginləşəcəyi ehtimalı yüksəkdir. Ölkədə iqtisadi-sosial vəziyyəti normallaşdıracaq siyasi qüvvə yoxdur. Hökuməti formalaşdıracaq yeni komanda isə Makron administrasiyasına bağlı olacaq. Hesab edirəm ki, ölkədə acınacaqlı vəziyyət olduğu kimi davam edəcək,” - deyə Ə.İbrahimov bildirib.
Yunis ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39

