“Rotterdam” yüksək hərbi hazırlıq vəziyyətinə gətirilir
10.07.2025 [09:31]
Rusiya ilə NATO arasında birbaşa münaqişə ehtimalı varmı?
Rusiya və Ukrayna arasında atəşkəs razılaşması imkanlarının fiaskoya uğradığı bir şəraitdə tərəflərin bir-birinə hücumları artmaqdadır. ABŞ Prezidenti Donald Trampın bu müharibəni “24 saata həll edəcəm” vədi də reallığa çevrilmədi. Əksinə, onun təşəbbüsü ilə keçirilən görüşlər nəticəsiz qaldı. Son günlər ABŞ Prezidentinin Rusiyanın ünvanına tənqidlər səsləndirməsi və Ukraynaya yeni hərbi yardım paketini təsdiqləməsi real mənzərəni ortaya qoyur.
Rotterdam limanı Rusiyanın hərbi təhdidinə qarşı...
Belə bir şəraitdə NATO bu istiqamətdə fəaliyyətini gücləndirir. Doğrudur, bu müharibədə NATO müttəfiqləri Ukraynaya ciddi hərbi dəstək verir. Lakin alyans Rusiya ilə birbaşa münaqişədən yayınır. Bununla belə, vəziyyətin birbaşa Rusiya-NATO müharibəsinə çevrilmək ehtimalı da istisna olunmur. Yeri gəlmişkən, “Financial Times” nəşri Avropanın ən böyük limanı olan Rotterdam limanında NATO-nun tələbi ilə Rusiyanın mümkün hərbi təhdidinə qarşı hazırlıqların başlandığını yazıb. Məlumata görə, hazırda limanda bir sıra strateji addımlar atılır. Belə ki, hərbi yüklərlə dolu gəmilər üçün xüsusi dayanacaqlar ayrılır, silah və sursatların Şərqi Avropaya ötürülməsi üçün yeni logistik marşrutlar planlaşdırılır. Eyni zamanda, mövcud konteyner terminalı əsas yükləmə və boşaltma mərkəzinə çevriləcək. Bundan əlavə, liman ərazisində amfibiya (su və quru) hərbi təlimlərinin mütəmadi keçirilməsi də nəzərdə tutulur.
Nəşrin yazdığına görə, Rotterdam limanının direktoru həmçinin Avropa İttifaqını yalnız neft və qaz ehtiyatları ilə kifayətlənməməyə, mis, litium və qrafit kimi strateji xammalların da ehtiyatını yaratmağa çağırıb. Onun fikrincə, bu yalnız hərbi təhlükəsizlik baxımından deyil, sənaye və texnoloji dayanıqlıq üçün də həyati əhəmiyyət daşıyır.
Qeyd edək ki, NATO son aylarda Rusiya ilə potensial hərbi toqquşma ehtimalına qarşı üzv dövlətlərdə infrastruktur və logistik hazırlıqları artırmaq üçün təcili tədbirlər görür. Rotterdam limanında görülən bu addımlar da həmin strategiyanın bir hissəsi hesab oluna bilər.
Bu tədbirlər toqquşma riskinin ciddi şəkildə nəzərə alındığını göstərir
Məsələ ilə bağlı qəzetimizə açıqlama verən politoloq Züriyə Qarayeva bildirib ki, Rotterdam limanında NATO-nun təşəbbüsü ilə həyata keçirilən hazırlıqlar Avropada artmaqda olan hərbi gərginliyin və Rusiya ilə mümkün toqquşma riskinin ciddi şəkildə nəzərə alındığını göstərir. Onun sözlərinə görə, Avropanın ən böyük dəniz qapısı olan bu liman, strateji cəhətdən Şimali Atlantika alyansı üçün mühüm əhəmiyyət daşıyır. Limanda hərbi yüklər üçün xüsusi dayanacaqların ayrılması və Şərqi Avropaya silah və sursat daşınması üçün yeni logistik marşrutların planlaşdırılması, NATO-nun müdafiə xəttini öncədən möhkəmləndirmək istədiyini göstərir. Bu, həm də Ukrayna müharibəsindən sonra Avropanın təhlükəsizlik arxitekturasında baş verən köklü dəyişikliklərin davamıdır.
Ümumi müdafiə strategiyasının bir parçası
Onun sözlərinə görə, NATO son aylarda üzv ölkələrdə hərbi infrastrukturun təkmilləşdirilməsi, təlimlərin intensivləşdirilməsi və tez cavab vermə qabiliyyətinin artırılması istiqamətində bir sıra addımlar atır. Bu fonda, Rotterdam limanında həyata keçirilən tədbirlər təcrid olunmuş deyil, əksinə, ümumi müdafiə strategiyasının bir parçasıdır. Bu, yalnız Ukrayna ilə məhdudlaşmayan, daha geniş coğrafiyada baş verə biləcək hərbi ssenarilərə qarşı qabaqlayıcı hazırlıq kimi qiymətləndirilə bilər. “Bütün bu hazırlıqlar Rusiya ilə NATO arasında açıq hərbi qarşıdurma riskini tam reallığa çevirməsə də, gərginliyin təhlükəli şəkildə artdığını göstərir. Hər iki tərəf birbaşa müharibədən çəkinməyə çalışsa da, səhv hesablamalar və lokal eskalasiyalar bu cür ssenarini istisna etmir. NATO-nun bu addımları, eyni zamanda Rusiya üçün güc nümayişi və qarşı tərəfin iradəsini sınaqdan keçirmə cəhdi kimi də qiymətləndirilə bilər. Beləliklə, Rotterdam limanındakı hərbi-logistik hazırlıqlar, Avropada yeni təhlükəsizlik reallığının konturlarını daha da kəskinləşdirir və NATO-Rusiya münasibətlərində növbəti mərhələnin konturlarını ortaya qoyur”,-deyə politoloq qeyd edib.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxSiyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13

