Avrozonanın yeni üzvü...
10.07.2025 [08:57]
Bolqarıstanı bundan sonra nələr gözləyir?
Bolqarıstan 2026-cı il yanvarın 1-dən avrozonaya daxil olacaq. Ötən ay Avropa Mərkəzi Bankı (AMB) Bolqarıstanın gələn ildən pul vahidi kimi avrodan istifadə etməsinə razılıq verib. Qurumun hesabatında ölkənin vahid valyuta məkanına daxil olmaq üçün bütün şərtləri yerinə yetirdiyi göstərilir. Bildirilir ki, ölkənin ticarət şəbəkəsi və banklar yeni valyutadan istifadəyə hazırdır.
Etirazçılar hesab edir ki...
İyulun 8-də isə Avropa Parlamenti Bolqarıstanın 2026-cı il yanvarın 1-dən avrozonaya daxil olmasını dəstəkləyib. Təşkilatın Strasburqda keçirilən plenar iclasında baş tutan səsvermə zamanı 531 deputat Sofiyanın avrozonaya daxil olması üçün bütün tələbləri yerinə yetirdiyi barədə hesabatın lehinə, 69 deputat isə əleyhinə səs verib. Beləliklə, avrozona ölkələri daha bir, sayca 21-ci üzvün - Bolqarıstanın üzvlüyünü təsdiqləyib. Bu, daha əvvəl kifayət qədər uzun çəkən müzakirələr və təsdiqləmə prosedurunun nəticəsi olub və yekunda Bolqarıstanın gələn il yanvarın 1-dən ümumi Avropa valyutasına keçməsi barədə qərar qəbul edilib.
2007-ci ildən Avropa İttifaqının (Aİ) üzvü olan Bolqarıstanda avroya keçid qərarı ölkədə etirazlara səbəb olub. Milli valyutanın avro ilə əvəzlənməsinin əleyhdarları hesab edirlər ki, bu, respublika iqtisadiyyatına zərər vuracaq və ölkənin suverenliyini məhdudlaşdıracaq.
Avroya keçid bahalaşmaya səbəb olacaq
Avropa İttifaqındakı mənbələr KİV-ə açıqlamasında bildirib ki, üzv dövlətlərin avroya keçidi uzunmüddətli perspektivdə həmişə müsbət faktdır, lakin keçid dövründə əhalinin sosial müdafiəsi məsələlərini həll etmək yerli hakimiyyət orqanlarının üzərinə düşür və bu, Bolqarıstana da aiddir. Həmsöhbətin fikrincə, istənilən valyuta denominasiyasının qiymətlərin sıçrayışı ilə müşayiət olunması adi iqtisadi prosesdir: “İstehlakçı qiymətləri həmişə yüksəlir, lakin müxtəlif amillərdən asılı olaraq onların hamısı eyni vaxtda və eyni formada yüksəlmir. Avroya keçid zamanı qiymətlərin eyni vaxtda artması qaçılmazdır. Lakin müəyyən səviyyəyə qalxdıqdan sonra onlar yenidən stabil mövqe tapacaqlar”.
Qeyd edilib ki, avro investorlar tərəfindən qəbul edilən sabit valyutadır və uzunmüddətli perspektivdə Bolqarıstanın avrozonaya daxil olması ölkə iqtisadiyyatına və ticarətinə müsbət təsir göstərəcək. Bu, digər Aİ ölkələrində ümumi valyutaya keçid təcrübəsində də müşahidə olunub.
Nəzərə alaq ki, son illər Aİ daxilində problemlər artmaqdadır. Birlik maliyyə böhranı ilə də üzləşib, eyni zamanda cəmiyyətlərdə radikal əhval-ruhiyyənin artması da müşahidə olunur. Ən əsası bir sıra üzv ölkələr öz suverenliyinin təhdidlə üz-üzə qaldığını bəyan edirlər. Bolqarıstan cəmiyyətində də avrozonaya keçidlə bağlı etirazlar da bununla bağlıdır.
Avrozona, yoxsa “müstəmləkə məkanı”?
Məlumdur ki, avrozona mövzusu zaman-zaman Aİ daxilində fikir ayrılığı yaradan məsələlərdən biridir. Hətta bir müddət öncə Aİ-nin “avrozonanın müstəmləkə məkanı”na çevrildiyindən bəhs olunurdu. Bunun əsasında isə Almaniyanın tutduğu mövqenin dayandığı bildirilir. Onun əlamətlərindən biri kimi Fransa-Almaniya tərəfdaşlığının “laxlaması” göstərilir. Çünki Berlinin həyata keçirdiyi valyuta siyasəti Parisin rəqabət imkanlarını xeyli azaldıb, bu da Aİ-nin obyektiv inkişaf potensialının aşağı düşməsinə gətirib çıxarıb. Hesab edilir ki, Aİ-nin bu mövzuda etirazların yaranmasında Almaniyanın valyuta siyasəti ciddi rol oynayır. Bəs Berlin nə üçün bu addımı atır? Görünür, o, Aİ-də əsas dövlət rolunu oynamağı, son nəticədə isə dünya siyasətində əsas söz sahibi olmağa çalışır. Bütün bunlar isə Aİ üçün çox əhəmiyyətli ola bilən geosiyasi nəticə çıxarmaq imkanı verir.
Konkret olaraq, Aİ-nin üzvlərindən biri təşkilat daxilində maliyyə-iqtisadi hegemonluğu ələ keçirmək siyasətini gücləndirdiyinə görə qarşıya xeyli problemlər çıxıb. Bu halda isə Aİ-nin hansı dərəcədə demokratik və sivil bir təşkilat olması sualı yaranır. Ona görə də, bəzi dövlətlər haqlı olaraq suverenlik problemi ilə bağlı narahatlıqlarını ifadə edirlər.
Təsadüfi deyil ki, ötən ay Avropa Komissiyası bir sıra üzv ölkələrinə qarşı müxtəlif məsələlər üzrə iddia qaldırmaqla bağlı qərar qəbul edib. Siyahıda Portuqaliya, Polşa, Yunanıstan, İsveç, İspaniya, İrlandiya ilə yanaşı, Bolqarıstan da yer alıb. Avropa Komissiyasının iddiasına görə, həmin ölkələr müəyyən qərarlara düzgün əməl etmirlər. Bu nöqteyi-nəzərdən, avrozonaya daxil olan Bolqarıstanı gələcəkdə yeni problemlərin gözləməsi də istisna deyil.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxİdman
04 İyun 08:01
Dünya
04 İyun 07:52
Hadisə
04 İyun 07:21
Hadisə
04 İyun 06:45
Dünya
03 İyun 23:35
Formula 1
03 İyun 23:13
Dünya
03 İyun 22:40
Dünya
03 İyun 22:36
Dünya
03 İyun 22:19
Dünya
03 İyun 21:53
Dünya
03 İyun 21:25
Dünya
03 İyun 21:08
Dünya
03 İyun 20:42
Dünya
03 İyun 20:31
Dünya
03 İyun 20:17
Siyasət
03 İyun 20:09
Dünya
03 İyun 19:59
Dünya
03 İyun 19:22
Elm
03 İyun 19:10
Sosial
03 İyun 18:25
Dünya
03 İyun 17:19
Xəbər lenti
03 İyun 17:02
Siyasət
03 İyun 17:02
Dünya
03 İyun 16:51
Sosial
03 İyun 16:28
YAP xəbərləri
03 İyun 16:17
Sosial
03 İyun 16:17
Siyasət
03 İyun 15:52
Hadisə
03 İyun 15:46
İqtisadiyyat
03 İyun 15:09
Siyasət
03 İyun 14:51
Dünya
03 İyun 14:49
Sosial
03 İyun 14:40
Elm
03 İyun 14:39
İdman
03 İyun 14:24
YAP xəbərləri
03 İyun 13:42
Dünya
03 İyun 13:41
Dünya
03 İyun 13:34
Dünya
03 İyun 12:50
Sosial
03 İyun 12:47
Sosial
03 İyun 12:44
YAP xəbərləri
03 İyun 12:11
Gündəm
03 İyun 12:05
Gündəm
03 İyun 11:57
İqtisadiyyat
03 İyun 11:38
Gündəm
03 İyun 11:21
Sosial
03 İyun 11:20
Elm
03 İyun 11:18
Siyasət
03 İyun 11:00
Gündəm
03 İyun 10:58
Siyasət
03 İyun 10:35
Xəbər lenti
03 İyun 10:31
İdman
03 İyun 10:28
Gündəm
03 İyun 10:19
Sosial
03 İyun 09:54
Analitik
03 İyun 09:31
Analitik
03 İyun 09:30
Analitik
03 İyun 09:17
Sosial
03 İyun 08:50
Sosial
03 İyun 08:33
Dünya
02 İyun 23:32
Dünya
02 İyun 23:16
Dünya
02 İyun 22:58
Dünya
02 İyun 22:23
Dünya
02 İyun 22:05
Dünya
02 İyun 21:45
Sosial
02 İyun 21:30
Siyasət
02 İyun 21:22
Dünya
02 İyun 21:18
Dünya
02 İyun 20:52

