İran - İsrail savaşı: gərginlik davam edir...
18.06.2025 [09:13]
Yaxın Şərq gərgin günlər yaşayır. Artıq bir neçə gündür ki, İsrail ilə İran arasında silahlı qarşıdurma davam edir. Hər iki tərəf bir-birinin şəhərlərinə, strateji cəhətdən önəmli olan hərbi obyektlərinə və enerji infrastrukturlarına raket və dron zərbələri endirir. Hər iki ölkədə hücumlar nəticəsində xeyli dinc sakin həlak olub və yaralanıb. Həm İsrail, həm də İran hücumları davam etdirir. Nəticə etibarı ilə region ölkələri, o cümlədən regiondan kənar ölkələr qarşıdurmanın geniş və böyük müharibəyə çevrilməsi ehtimalından ciddi narahatlıq keçirirlər. BMT-nin baş katibi hər iki münaqişə tərəfini hücumları dayandırmağa və təmkinli olmağa çağırıb.
İran strateji silahından istifadə edə bilər
İsrail KİV-ləri qeyd edirlər ki, İsrail Hərbi Hava Qüvvələri İranda hərbi və nüvə obyektlərinə raket hücumlarını davam etdirir. İyunun 16-da İsrail mediasında yayılan məlumata görə, həmin gün səhər saatlarında İsrail qırıcıları İranın Kirmanşah şəhərində hərbi bazanı və neft anbarını bombalayaraq tamamilə sıradan çıxarıb. İranın İRNA xəbər agentliyi bildirib ki, raketlərdən biri Kirmanşadakı Fərabi xəstəxanasına düşüb. Hökumət nümayəndəsi Fatimə Mühacirian Tehranda keçirdiyi mətbuat konfransında bəyan edib ki, İsrailin hücumları nəticəsində bu günədək 45 qadın və uşaq həlak olub, 75 qadın və uşaq isə yaralanıb. Son üç gün ərzində Tehran və Kirmanşahla yanaşı ölkənin Təbriz, Məşhəd, Şiraz, Əhvaz, Zəncan, Hörmüzgan, Həmədan və Loristan şəhərləri də raket zərbələrinə məruz qalıb. Məşhədin beynəlxalq hava limanının bir hissəsi dağıdılıb. İsrailin HHQ-nin hücumunda əsasən Tehran hədəf seçilib. Baş nazir Benyamin Netanyahu Tehran sakinlərinə müraciət edərək, onları şəhəri tərk etməyə çağırıb. Netanyahu, həmçinin İranın ali dini rəhbəri Əli Xameneinin də hədəf olduğunu istisna etməyib.
İran İslam İnqilabı Korpusunun (SEPAH) sabiq komandanı, general Möhsün Rezayi isə dövlət televiziyasında çıxışında müharibənin bir neçə həftə davam edəcəyini bildirib. O, qeyd edib ki, İran İsrailə qarşı “Fatah-2”, “Khor Mashhar” və digər strateji raketlərindən istifadə etməyi planlaşdırır. Qeyd edək ki, bir müddət öncə İran İsrailin Hayfa şəhərinə hipersəsli raket atıb və İsrailin hava hücumundan müdafiə qüvvələri bu raketi zərərsizləşdirə bilməyib.
Əraqçidən çağırış
İranın xarici işlər naziri Abbas Əraqçi iyunun 15-də mətbuat konfransında çıxışı zamanı bəyan edib ki, rəsmi Tehran İranın nüvə proqramının məhdudlaşdırılması haqqında sazişi imzalamağa hazırdır. Nazir qeyd edib ki, İran dinc və elmi məqsədlər üçün nüvə araşdırmasına son qoymayacaq. Nazir, həmçinin bildirib ki, İran İsrailə raket hücumlarını dayandırmağa da hazırdır. “İsrail də dərhal Tehran və digər şəhərlərin bombardman edilməsini dayandırmalıdır. İranın hərbi arsenalında hipersəsli raketlər var və lazım gələrsə bundan yenə də istifadə ediləcək,” - deyə A.Əraqçi vurğulayıb.
Netanyahu israrlıdır
İsrail KİV-ləri qeyd edirlər ki, İran İsrailə 370-dən çox ballistik raket atıb. İsrailin şəhərləri arasında isə daha çox Təl-Əviv, Hayfa, Bat-Yam və Yafa şəhəri İranın raket hücumlarından ciddi zərər görüb. Demək olar ki, Hayfa şəhərində böyük dağıntılar müşahidə edilməkdədir. Bu şəhərdə pilotsuz uçuş aparatları və hərbi aviasiya üçün cihazlar istehsal edən “Rafael” aerokosmik şirkətinin zavodu, eləcə də Təl-Əviv şəhərindəki Ben Qurion Hava Limanı da raket atəşlərinə məruz qalıb. Netanyahu Vaşinqtona müraciət edərək İsrailə “bunker buster” tipli bomba verməsini xahiş edib. O, bildirib ki, bu bomba ilə İranın “Fordo” hərbi bazasını vurmaq lazımdır. Onun sözlərinə görə, bu hərbi hissədə İranın nüvə texnologiyası saxlanılır və baza yerin aşağı qatlarında yerləşir.
Türkiyə və Rusiyadan reaksiya
İsrail-İran qarşıdurmasının ilk günündə Türkiyənin diplomatik və təhlükəsizlik qüvvələrin rəhbərlərinin birgə iclası keçirilib. İyunun 13-də baş tutan görüşdə XİN rəhbəri Hakan Fidan, milli müdafiə naziri Yaşar Güler, Silahlı Qüvvələrin Baş qərargah rəisi, ordu generalı Metin Gürak və Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın iştirak edib. Görüşdə İran ilə İsrail arasındakı gərginliyin mümkün nəticələri müzakirə edilib. İki gün sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və İranın dövlət rəhbərləri Vladimir Putin və Məsud Pezeşkian ilə telefon danışığı aparıb. Türkiyə Prezident Administrasiyasının Kommunikasiya şöbəsinin məlumatına görə, Ərdoğan həmkarları - Putin və Pezeşkianla söhbətində İsrail ilə İran arasında münasibətlərin növbəti dəfə gərginləşməsi fonunda Yaxın Şərqdəki vəziyyəti müzakirə edib. Ərdoğan Ankaranın ilk gündən qarşılıqlı hücumları dayandırmaq üçün diplomatik səylər göstərdiyini vurğulayıb və əlavə edib ki, nüvə problemini həll etməyin yeganə yolu diplomatiyadır. Putin və Pezeşkian ilə yanaşı, Ərdoğan Prezident Donald Tramp ilə telefon danışığı aparıb. Ərdoğan Trampla söhbətində iki ölkə arasında münaqişənin həll yollarının yalnız diplomatiyadan keçidiyini bildirib.
Prezident Vladimir Putinin də münaqişənin ilk günündə Pezeşkian və Netanyahu ilə telefon danışığı baş tutub. Putin hər iki tərəfin diqqətinə çatdırıb ki, Rusiya İran və İsrail arasında gərginliyin azaldılması istiqamətində vasitəçilik etməyə hazırdır.
Yunis ABDULLAYEV
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11

