NATO ölkələri müdafiə xərclərini artırmasa...
28.05.2025 [09:31]
Alyansın Haaqa sammiti həlledici olacaq NATO-ya üzv dövlətlər müdafiə xərclərinin artırılması üçün müxtəlif planlar üzərində işləyir. Qeyd olunmalıdır ki, indiyədək alyansın müdafiə yükü böyük ölçüdə ABŞ-ın üzərində olub və bu proses davan etməkdədir. Bu vəziyyət isə ABŞ Prezidenti Donald Trampı qane etmir.
Alyans üzvlərinə xəbərdarlıq...
Tramp hələ ötən il seçki kampaniyası zamanı NATO müttəfiqləri ilə bağlı narazılıqlarını açıq şəkildə ifadə etmişdi. Onun fikrincə, Avropa ölkələri müdafiə xərclərinə kifayət qədər vəsait ayırmır, əsas yük Birləşmiş Ştatların üzərinə düşür. Tramp hətta prezident seçiləcəyi təqdirdə ABŞ-ın NATO-nu tərk edəcəyi ilə bağlı hədə də səsləndirmişdi. Artıq Ağ Ev sahibi kimi Tramp NATO üzvü olan Avropa ölkələrindən üzərlərinə düşən öhdəlikləri yerinə yetirməyi tələb edib. Görünən odur ki, Vaşinqton alyansın digər üzvlərinin əvəzinə çox pul xərcləmək, onların təhlükəsizliyini öz üzərinə götürmək istəmir.
Bir neçə gün öncə isə mövzu ilə bağlı “NBC News” telekanalı Pentaqondakı mənbələrə istinadən maraqlı məlumat yayıb. Məlumata əsasən, Tramp administrasiyası 1951-ci ildən bəri yalnız amerikalı generalların tutduğu NATO-nun Avropadakı Birləşmiş Silahlı Qüvvələrinin baş komandanı vəzifəsindən imtina etmək imkanını müzakirə edir. Bildirilib ki, təşəbbüs, xərclərin azaldılmasına yönəlmiş ABŞ-ın döyüş komandanlıqlarının yenidən genişmiqyaslı təşkilinin bir hissəsidir. Telekanal qeyd edib ki, əgər plan həyata keçərsə, bu, ABŞ-ın alyansda liderlikdən geri çəkilməsi kimi qəbul edilə biləcək simvolik bir addım olacaq.
“NBC News”un mənbələri onu da deyib ki, yenidən təşkil müəyyən vaxt ala bilər və bu hal büdcə üzərində nəzarət vasitəsilə təşəbbüsü bloklamaq iqtidarında olan Konqreslə müzakirə olunacaq. Telekanal, həmçinin vurğulayıb ki, ABŞ Silahlı Qüvvələrinin Avropa Komandanlığına (EUCOM) rəhbərlik edən NATO-nun Avropadakı Birləşmiş Silahlı Qüvvələrinin baş komandanı Rusiyanın Ukraynaya qarşı müharibəsində Kiyevin dəstəklənməsində əsas rol oynayır: “Yenidən təşkil planı EUCOM və ABŞ Silahlı Qüvvələrinin Afrika Komandanlığının (AFRICOM) Ştutqartda yerləşən bir bölməyə birləşdirilməsini, həmçinin Florida ştatındakı Cənub Komandanlığının (SOUTHCOM) qərargahının bağlanmasını və onun funksiyalarının Şimal Komandanlığına (NORTHCOM) ötürülməsini nəzərdə tutur. Pentaqonun hesablamalarına görə, bu, ilk ildə 270 milyon dollara qədər qənaət etməyə imkan verəcək”.
Baş katib: Hesab edirəm ki, 5 faizlik müdafiə xərcləri hədəfi barədə razılığa gələcəyik
Vaşinqtonun bu yöndəki planları isə Avropa İttifaqını ciddi narahat edir. Artıq blok Trampın planları fonunda müdafiə və hərbi sənaye potensialının əhəmiyyətli dərəcədə artırılmasını düşünür. Məsələn, Danimarkanın Baş naziri Mette Frederiksen “Politico” nəşrinə müsahibəsində deyib ki, yaxın 3-5 il ərzində Avropanın müdafiə məsələlərində özünü tam təmin edə bilməsi son dərəcə vacib məsələdir: “Mən Avropanın yenidən silahlanmasının tərəfdarıyam. İstəyirəm ki, 3-5 ildən sonra özümüzü müdafiə etməyə tam hazır olmaq kimi qarşımıza çox iddialı bir məqsəd qoyaq”. M. Frederiksen, həmçinin etiraf edib ki, Avropa İttifaqı ölkələrində yenidən silahlanma prosesi kifayət qədər sürətlə getmir. Onun sözlərinə görə, Aİ hələ də “sülh dövrü düşüncəsi ilə yaşayır” və Brüssel bu istiqamətdə maliyyəni mümkün qədər tez artırmaq üçün maneələri aradan qaldırmalıdır.
NATO-nun Baş katibi Mark Rutte isə alyansa üzv ölkələrin ümumi daxili məhsulun (ÜDM) 5 faizinin müdafiə xərclərinə ayrılması barədə razılığa gələcəyini gözləyir. Bu barədə M.Rutte NATO Parlament Assambleyasının ABŞ-da keçirilən yaz sessiyasında bildirib. “Hesab edirəm ki, biz Haaqada, ümumilikdə, 5 faizlik yüksək müdafiə xərcləri hədəfi barədə razılığa gələcəyik”, - deyə Baş katib qeyd edib.
Bu ayın əvvəlində M.Rutte ÜDM-in 3,5 faizinin müdafiəyə, əlavə olaraq 1,5 faizinin isə infrastruktur layihələrinə ayrılmasını təklif etmişdi. NATO-ya üzv ölkələr bu yeni hədəflər barədə iyunun 24-25-də Haaqada keçiriləcək zirvə toplantısında razılığa gəlməyə çalışacaq.
Almaniya isə müdafiə xərclərinin ÜDM-in 5 faizinədək artırılması hədəfini dəstəklədiyini artıq bəyan edib. Müdafiə naziri Boris Pistoriusun sözlərinə görə, Almaniya müdafiə xərclərinin ÜDM-dəki payını hər il 0,2 faiz artırmaqla 5-7 il ərzində hazırkı 2,1 faizdən 3,5 faizə çatdıra bilər. Bu temp davam edərsə, 2032-ci ilədək 3,5 faizlik göstəriciyə nail olmaq mümkündür.
Tramp sammitdə iştirak etməsə...
Almaniyanın nüfuzlu “Der Spiegel” nəşri isə məlumat yayıb ki, Tramp NATO ölkələrinin hərbi xərcləri artırmaq üçün konkret addımlar atmadığı təqdirdə, iyunda keçiriləcək sammitə qatılmaqdan imtina edə bilər. Bununla bağlı Polşa Prezidenti Andjey Duda bəyan edib ki, Donald Trampın NATO sammitində iştirak etməməsi alyans üçün ciddi böhran yaradacaq. Duda bu cür addımın NATO-nun birliyi və gələcəyi üçün təhlükəli siqnal ola biləcəyini vurğulayıb.
Bütün bunların fonunda alyansa üzv ölkələr müdafiə xərclərini artırmaq üçün razılığa gəlməyə çalışır. Əks halda, ABŞ Prezidentinin sərt mövqeyi onlar üçün ciddi problemlər yarada bilər.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxHadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17

