Beşinci raund...
24.05.2025 [08:59]
Nüvə danışıqları ilə bağlı ABŞ və İran nümayəndələrinin Roma görüşündən gözləntilər
İran İslam Respublikası uzun müddətdir nüvə fəaliyyətinə görə Qərbin genişmiqyaslı sanksiyaları ilə üzləşib. ABŞ İranın nüvə proqramını qlobal təhlükəsizliyə təhdid kimi dəyərləndirir. Rəsmi Tehran isə proqramın reallaşdırılmasının onun üçün hədəf olduğunu bildirir. Nüvə proqramına görə tətbiq olunan sanksiyalar əsas etibarı ilə qonşu dövlətin neft ixracının məhdudlaşdırılmasını əhatə edir.
Donald Tramp ABŞ-da hakimiyyətə qayıtdıqdan sonra İranla nüvə danışıqları bərpa edilib. Belə ki, ABŞ və İran Omanın vasitəçiliyi ilə Tehranın nüvə proqramı ilə bağlı fikir ayrılıqlarını həll etmək üçün dörd raund danışıqlar aparıb. Onlardan üçü - aprelin 12-si, 26-sı və mayın 11-də Maskatda, digəri isə aprelin 19-da Romada baş tutub. Danışıqlarda İran nümayəndə heyətinə xarici işlər naziri Abbas Əraqçi, Amerika nümayəndə heyətinə isə prezidentin xüsusi nümayəndəsi Stiv Uitkoff başçılıq edib. İran-ABŞ danışıqlarının beşinci raundu isə Romada reallaşıb.
Xamenei: Vaşinqtonun tələbi qəbuledilməzdir
Beşinci görüş ərəfəsində İranın Ali rəhbəri Ayətullah Seyid Əli Xamenei Tehranın nüvə proqramı ilə bağlı böhranın həlli istiqamətində ABŞ-la aparılan danışıqların effektivliyinə şübhə ilə yanaşdığını bəyan edib. Bu barədə Xameneinin mətbuat xidməti məlumat yayıb. “Həm sabiq prezident İbrahim Rəisi dövründə, həm də indi vasitəçilər tərəfindən aparılan danışıqlar nəticəsiz qalıb. İndi də onların nəticə verəcəyini düşünmürük”, - deyə İranın Ali rəhbəri bildirib. Onun sözlərinə görə, İrandan uranın zənginləşdirilməsini dayandırmağı tələb etmək böyük səhvdir: “Vaşinqtonun İrana uranı zənginləşməyə imkan verməyəcəkləri ilə bağlı bəyanatları qəbuledilməzdir. Bizə heç kimin icazəsi lazım deyil”.
Xatırladaq ki, bir müddət öncə rəsmi Vaşinqton Tehranın uranı zənginləşdirməkdən imtina etməli və nüvə proqramını effektiv şəkildə məhdudlaşdırmalı olduğunu bəyan edib. İranın Xarici İşlər Nazirliyi isə öz növbəsində sanksiyaların aradan qaldırılacağı təqdirdə uranın zənginləşdirilməsinin həcmi və səviyyəsinin məhdudlaşdırılması ilə bağlı ABŞ-la müzakirələrə hazır olduqlarını, lakin nüvə proqramını dayandırmayacaqlarını bəyan edib.
Politoloq: Tərəflər danışıqlara və razılığa gəlməyə hazır görünür
Tərəflər arasında beşinci görüş irəliyə doğru addım ola biləcəkmi? Məsələ ilə bağlı qəzetimizə açıqlama verən politoloq Züriyyə Qarayeva bildirib ki, Donald Tramp ABŞ-ı 2015-ci ildə imzalanmış nüvə sazişi kimi tanınan Birgə Hərtərəfli Fəaliyyət Planından (JCPOA) birtərəfli qaydada çıxardıqdan sonra 2018-ci ildə iki ölkə arasında münasibətlər getdikcə gərginləşdi və sanksiyalar, qarşılıqlı təhdidlər də artdı. Co Bayden və İbrahim Rəisi dönəmlərində qarşılıqlı danışıqlar bəyanatları driblinq oyunundan kənara çıxmadı və tərəflər bir-birlərinə inamsız olduqları üçün addım atmağa razı olmadılar. Amma bu dəfə hər iki tərəf danışıqlara və razılığa gəlməyə hazır görünür.
Politoloqun fikrincə, bu danışıqlar həm iki ölkə arasındakı münasibətlər, həm də regional tarazlıq baxımından çoxölçülü nəticələr doğurur: “Məlumdur ki, Tramp dövrünün əsas xarici siyasəti “Öncə Amerika” perspektivi ilə formalaşır. Ona görə də bütün xarici siyasət qərarları bu prizmadan dəyərləndirilməlidir. Bu perspektivin əsasını Amerika vergi ödəyicilərinə əlavə xərclər qoyan xarici siyasət elementlərinin azaldılması strategiyası təşkil edir. Digər tərəfdən, keyfiyyətcə hərbi üstünlük (QME) çərçivəsində İsrailə verilən təhlükəsizliyin qorunması təminatı ABŞ üçün ciddi büdcə yükü yaradır. Bu xərclər Bayden dövründə, xüsusən də HƏMAS-ın 7 oktyabr hücumlarından sonra artıb. İran-İsrail münaqişəsi bu yükü daha da artıracağından, Tramp Tehranın nüvə proqramını dinc səviyyəyə endirmək üçün maksimum təzyiq siyasətini saxlamağı və beləliklə də, İsrailə qarşı təhdidləri minimuma endirməyi planlaşdırır. Bu strategiyaya bir tərəfdən danışıqlar prosesinin aktiv saxlanılması, digər tərəfdən isə lazım gəldikdə İrana qarşı sanksiyaların artırılması daxildir”.
Z.Qarayeva hesab edir ki, ABŞ İranın Çinə neft satışına da ciddi nəzarət etməyi hədəfləyir. Bu vəziyyəti Trampın Çinlə ticarət müharibələrinin əksi kimi də qiymətləndirmək olar. Çünki Trampın məqsədlərindən biri Çin-İran iqtisadi əlaqələrini zəiflətməkdir. Proseslə bağlı qeyd edilməli olan digər məsələ Amerika Konqresinin təsdiqidir. Çünki, 2015-ci ildə qüvvəyə minmiş İNARA (İran Nüvə Müqaviləsi üzrə 2015-ci il Baxış Aktı) ABŞ Konqresinə Tehranla bağlanmış nüvə razılaşmalarını ətraflı araşdırmaq və təsdiq etmək hüququ verir. Bu qanun icra hakimiyyətinin birtərəfli sazişlər imzalamasının qarşısını almaq və Konqresin nəzarətini artırmaq məqsədi daşıyır.
İran ABŞ-la birbaşa qarşı-qarşıya gəlmək istəmir
Həmsöhbətimiz deyib ki, İranla danışıqlar irəlilədikcə Konqres üzvləri Trampa müqavimət göstərə bilər: “Digər tərəfdən, Trampın Respublikaçılar Partiyasından aldığı dəstək, yenidən seçilmək istəyən Konqres üzvlərinin gözardı edə bilməyəcəyi amildir. 2026-cı il aralıq Konqresə seçkiləri bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Çünki Respublikaçılar Partiyasının üzvləri İranla danışıqlar prosesinə mənfi təsir edərsə, Tramp onu dəstəkləyən seçiciləri ara seçkilərin keçirildiyi ştatlarda Respublikaçılar Partiyasına səs verməməyə təşviq edə bilər. Bu vəziyyətin yaranmasının qarşısını almaq üçün qanunvericilik və icra hakimiyyəti arasında balans yaradılacaq”. İranın mövqeyinə gəlincə, Z.Qarayeva deyib ki, Tehran administrasiyası nüvə məsələsində dik durmağa çalışsa da, hələ də dünyanın ən böyük hərbi gücü olan ABŞ-la birbaşa qarşı-qarşıya gəlmək istəmir. Ona görə də, Trampın təhdidlərlə dolu olmasına baxmayaraq, onun görüş təklifini qəbul etməyi seçdilər. “Tehranda bilirlər ki, əslində diqqətini Çinə qarşı mübarizəyə yönəltmək istəyən Tramp İranla birbaşa münaqişəyə həvəsli deyil”,-deyə politoloq vurğulayıb.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55

