Aİ Macarıstana niyə qəzəblidir?
23.04.2025 [09:11]
Azərbaycana dost ölkə olan Macarıstan Avropa İttifaqının siyasi təzyiqləri ilə üz-üzə qalıb. Özünü demokratiyanın beşiyi və demokratik dəyərlərin keşikçisi hesab edən, başqalarına siyasi azadlıqlardan dərs keçməyi sevən Aİ və qurumun bəzi üzv ölkələri digər üzv ölkənin hüquqlarını tapdalamağa çalışır. Belə ki, Avropa İttifaqı Macarıstanı Ukraynaya dəstəyi əngəlləməyə cəhddə ittiham edir və Budapeşti səsvermə hüququndan məhrum etmək imkanını nəzərdən keçirir. “Guardian”-nın məlumatına görə, artıq bu istiqamətdə addımlar atılmağa başlanılıb.
Macarıstan səsvermə hüququndan məhrum edilə bilər
Bir ildən çoxdur ki, Aİ-nin Macarıstana qarşı siyasi təzyiqləri davam edir. Xatırladaq ki, 2023-cü ilin dekabrında Avropa İttifaqının Brüsseldə keçirilən sammitində səsvermə zamanı Macarıstanın baş naziri Viktor Orban 2024-2027-ci il büdcəsində Ukraynaya 50 milyard avro vəsaitin ayrılmasını nəzərdə tutan düzəlişlərə veto qoymuşdu. Orbanın bu addımı Aİ-nin rəhbərlərini ciddi şəkildə qəzəbləndirmişdi. “Politico” qəzeti Aİ-nin adının çəkilməsini istəməyən rəsmisinin sözlərinə istinadən qeyd etmişdi ki, əgər Orban növbəti sammitdə Aİ-nin Ukraynaya 50 milyard avro yardımının əleyhinə yenidən səs verərsə, Brüssel Macarıstanı səsvermə hüququndan məhrum etmək üçün tədbirlər görə bilər. Bu ilin əvvəlindən başlayaraq bu təzyiqlər daha da şiddətlənib. Qeyd edək ki, Macarıstan Aİ-nin hazırkı gündəm mövzusu olan Ukraynaya 500 milyard dollar dəyərində olan gələcək maliyyə yardımına da birmənalı yanaşmır - Macarıstan baş nazirinin siyasi müşaviri Balazs Orban bəyan edib ki, Ukraynanın Aİ-yə inteqrasiyası üzv ölkələrə ittifaqın büdcəsindən 12 dəfə çox baha başa gələcək. Ukrayna KİV-ləri isə Aİ-nın növbəti yardımının 1 trilyon avroya qədər ola biləcəyini iddia edirlər. Eyni zamanda rəsmi Budapeşt Aİ-nin Rusiya ilə enerji sahəsində münasibətlərinin davam etdirilməsinin tərəfdarıdır - bu yaxınlarda Lüksemburqda Avropa İttifaqı ölkələrindən olan həmkarları ilə görüşdən sonra Macarıstan Xarici İşlər Nazirliyinin rəhbəri Peter Siyarto jurnalistlərə açıqlamasında bildirib ki, Budapeşt Aİ-nin Rusiyadan enerji təchizatını məhdudlaşdırmağa yönəlmiş yeni tədbirlər planını təsdiqləməyəcək. Lüksemburqda baş tutan görüşdə Aİ-nin üzv ölkələrinin XİN rəhbərləri Rusiyaya qarşı 17-ci sanksiya paketinin layihəsini müzakirə ediblər. Müzakirələrdə videobağlantı vasitəsilə iştirak edən Ukraynanın XİN rəhbəri Andrey Sibiqa Rusiyanın enerji resurslarına və nüvə sənayesi məhsullarının tədarükünə məhdudiyyətlər qoymağa çağırıb. Bəzi üzv ölkələrin XİN rəhbərləri Kiyevin təklifini dəstəkləyiblər. Amma Macarıstanın XİN rəhbəri bu cür tədbirləri dəstəkləməyəcəyini açıq şəkildə bəyan edib. Bu arada Macarıstan öz ərazisindən NATO və ya Avropa İttifaqı (Aİ) qoşunlarının Ukraynaya göndərilməsinə müsbət yanaşmır. Macarıstanın Avropa Şurası Parlament Assambleyasında deputatı Laslo Torotskay “İzvestiya”ya müsahibəsində bildirib ki, Macarıstan hökuməti ölkə ərazisindən NATO və ya Aİ qoşunlarının Ukraynaya göndərilməsinə icazə verməyəcək.
Aİ öz nizamnaməsini pozur....
Məsələ ilə bağlı politoloq Yeganə Hacıyeva “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, Avropa İttifaqı bir sıra üzv dövlətlərin hüquqlarını pozmağa yönəlik addımlar atır. Onun sözlərinə görə, bu addımlar suveren əsaslarda əməkdaşlıq şərtləri altında birləşmiş Aİ üzvü ölkələrin suveren hüquqlarının zəbt olunması istiqamətində izah edilməlidir: “Bu kimi addımlardan biri də həmin üzv ölkələrin dövlət olaraq seçimlərinin sorğulanması və bu seçimlərə görə onlara qarşı hər hansı sanksiyalar çağırışlarının edilməsi və hədələnməsidir. Macarıstana qarşı belə bir addımın reallaşdırılması istiqamətində uzun müddət idi ki, “axtarışlar edilir”, siyasi söykənəcək axtarılırdı. Ümumiyyətlə, Aİ Macarıstanın dövlət olaraq seçiminə heç vaxt hörmətlə yanaşmayıb. Diqqətçəkən məqam da odur ki, mərkəzi Brüssel, yəni Aİ-nin siyasi-iqtisadi təsisatları özünün bir sıra üzv ölkələrin iqtisadi maraqları naminə siyasi qərarlar, çox zaman iqtisadi dairələri maraqlarını təmin etmək üçün spekulyasiyalara, manipulyasiyalara əl atır. Aİ-nin daxili nizamnaməsinin əsas bəndi sayılan bərabərhüquqlu iştirakçılığa söykənməli olan əməkdaşlıq çərçivəsindəki suveren hüquqları pozur. Bəlli olduğu kimi, nizamnamə və prinsiplər Aİ müstəvisində bərabər iştirakçılığı ehtiva edir. Bu mənada verilən qərarlar, razılıqlar da məhz bu bərabər iştirakçılıq çərçivəsində reallaşmalıdır. Macarıstana qarşı Aİ rəsmilərinin zaman-zaman səsləndirdikləri çağırışlar da məhz bu hüququn pozulmasını şərtləndirir. Məsələnin mənəvi tərəfi izah edilən olsa da , Ukrayna üçün yardım vacib və Aİ-nin təhlükəsizliyi üçün xərclənmiş resurslar olsa da, məsələnin hüquqi tərəfi Macarıstanın tərəfindədir. Hazırki situasiyada Macarıstan özünün dövlət maraqlarının, iqtisadi rıçaqlarının və resurslarının qorunması istiqamətində atdığı addımlara görə “ittiham edilir”. Macarıstanın bu hüququ Aİ tərəfindən məhdudlaşır. Bunun özü də bərabər iştirakçılıq hüququ prinsipinin tamamilə pozulması deməkdir. Təssüflər olsun ki, belə addımlara rast gəlinir və Macarıstanın timsalında baş verənlər Aİ-nin mütəmadi olaraq üzv dövlətlərin hüquqlarının pozulması istiqamətindəki növbəti epizodudur”.
Yunis ABDULLAYEV
Xəbər lenti
Hamısına baxElm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09

