Fransada siyasi qarşıdurma qaçılmazdır...
15.04.2025 [10:20]
Bugünkü hakim elita fransız maarifçilərinin davamçısı ola bilməz
Geostrateji və geosiyasi rəqabətdə öz rəqiblərinə məğlub olan Makron daxili siyasətdə də yarıtmaz siyasətçiyə çevrilib. Bu gün Fransada Makron hakimiyyətinə qarşı ciddi narazılıq hökm sürür. Belə ki, Fransanın “La Tribune de Dimanche” qəzeti prezident Makron və müxtəlif siyasi partiya liderlərinin ölkə daxilində reytinqi ilə bağlı sorğu aparıb. Qəzetin sorğularına görə, Fransa vətəndaşlarının üçdə ikisi Makron və baş nazir Fransua Bayrunun siyasətini bəyənmir. Sorğuda iştirak edən 1000 nəfər fransız respondentin 70 faizi Makronun ölkə prezidenti kimi fəaliyyətindən narazıdır. Ona rəğbət bəsləyənlərin sayı 1 faiz azalaraq 26 faizə düşüb. Həmçinin, baş nazir Fransua Bayrunun reytinqi xeyli aşağı düşüb - respondentlərin 67 faizi onun fəaliyyətindən narazı olduğunu bildirib, sorğu iştirakçılarının yalnız 24 faizi siyasətçiyə müsbət qiymət verib. Ancaq sorğularda ifrat sağçı “Milli Birlik” partiyasının lideri Marin Le Penin reytinqi 33 faizdə, partiyanın formal rəhbəri Cordan Bardellanın reytinqi isə 34 faizdə qərarlaşıb.
Le Penlə bağlı qərarın arxasında bu məqsəd dayanır
Sözügedən qəzetin sorğusu Le Penin və “Milli Birlik” partiyası üzvlərinin deputat köməkçilərinin işi üzrə məhkəmə hökmü çıxarıldıqdan sonra keçirilib. Qeyd edək ki, martın 31-də Paris məhkəməsinin qərarına əsasən, Le Pen və partiyanın səkkiz deputatı “Aİ vəsaitlərini mənimsəmə” və “Korrupsiya” ittihamı ilə 2 il elektron qolbaq taxmaqla, 4 il həbs və 100 min avro cərimə cəzasına məhkum edilib. Bununla yanaşı, o, növbəti prezident seçkilərində namizədliyini irəli sürməkdən də məhrum edilib. Ultrasağçı lider vəkili Rodolf Bosselut vasitəsilə məhkəmə hökmündən apellyasiya məhkəməsinə şikayət verib. Apellyasiya şikayəti avtomatik olaraq cəzanın icrasını dayandırsa da, bu, Paris məhkəməsinin Le Penin dövlət orqanlarına keçiriləcək seçkilərə buraxılmama hökmünə təsir göstərməyib.
Paris məhkəməsinin Le Penlə bağlı hökmünü şərh edən Fransanın bir sıra siyasi ekspertləri göstərişin birbaşa Yelisey Sarayından gəldiyini hesab edirlər. Onların sözlərinə görə, indidən seçki hazırlıqlarına başlayan Makron rəhbərlik etdiyi “İrəli, Respublika” partiyasının namizədinin 2027-ci ildə keçiriləcək prezident seçkilərində qələbəsini təmin etmək üçün öz səlahiyyətlərindən sui-istifadə edərək siyasi rəqiblərini sıradan çıxarmağa başlayıb. Ekspertlər Makronun rəqibi Le Peni məhkəmə qərarı ilə seçki marafonundan uzaqlaşdırmaq taktikasının məhz bundan irəli gəldiyini qeyd edirlər. Sözsüz ki, ekspertlər öz fikirlərində haqsız deyillər. Çünki Fransada 2024-cü il iyunun 9-da Avropa parlamentinə, o cümlədən həmin il iyunun 30-da və iyulun 7-də Fransa Milli Assambleyasının aşağı palatasına keçirilən seçkilərdə Makronun “İrəli, Respublika” partiyası “Milli Birlik” partiyasına məğlub oldu. İfrat sağçı partiya Avropa parlamentinə seçkilərdə 31,36 faiz, Milli Assambleyaya seçkilərdə isə 33,4 faiz səs toplayaraq qalib gəldi.
Məsələ ilə bağlı politoloq Tural İsmayılov “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, Makron bu taktikadan digər siyasi rəqiblərinə də qarşı istifadə edə bilər: “Bu gün Fransada sağçılar arasında kifayət qədər reytinqi yüksək olan Marin Le Penə qarşı atılan addımlar açıq-aydın göstərir ki, prezident Emmanuel Makron öz siyasi rəqiblərini sıradan çıxarmağı qarşısına məqsəd qoyub. Ola bilər ki, Le Pen ölkə qanunvericiliyinə zidd olan fəaliyyətlərlə məşğul olub. Amma prezident seçkiləri ərəfəsində ona qarşı məhkəmə hökmünün çıxarılması bu məsələ ətrafında siyasi səbəblərin olduğunu deməyə əsas verir. Ölkədə hazırki vəziyyəti dəyərləndirən Makron hakimiyyəti çox yaxşı başa düşür ki, hakim partiyanın növbəti prezident və parlament seçkilərində qələbə çalması o qədər inandırıcı görünmür. Ona görə də iqtidar indidən öz siyasi rəqiblərini sıradan çıxarmağa başlayıb. Hesab edirəm ki, Makronun rəqiblərini sıradan çıxarmaq siyasəti ölkədə siyasi qarşıdurmaya gətirib çıxaracaq”.
Fransada demokratik dəyərlər dəfn edilir
“Əlbəttə ki, Makronun hazırki siyasəti demokratik dəyərlərlə ziddiyyət təşkil edir. Öz rəqiblərinə qarşı dözümsüzlük nümayiş etdirmək, müxtəlif məkrli siyasi oyunlar oynamaq demokratik prinsiplər baxımından qəbuledilməzdir. Makronun addımları Fransada demokratiyanın necə məhv edildiyini açıq-aydın göstərir. Təəccüblü deyil ki, Fransa dünyada insan hüquqlarını kobud şəkildə pozan ölkələrin siyahısında öndə gedir. Fransa bu günə kimi kolonializm siyasətini davam etdirir, müstəmləkə kimi saxladığı ərazilərdə yerli xalqlara qarşı repressiyalar həyata keçirir və onların azadlıq haqlarını tapdalayır və neokolonializmi öz xarici siyasətinin prioritetinə çevirib. Təəssüf ki, nə Avropa İttifaqı, nə də demokratiyadan dəm vuran digər siyasi güc mərkəzləri Fransanın əməllərinə heç bir reaksiya vermir. Fransa qlobal məsələlərdə bir çoxlarını humanizm prinsipləri ilə aldada bilər, ancaq Fransanın bugünkü hakim elitası fransız maarifçilərinin davamçısı ola bilməzlər,” - deyə T.İsmayılov vurğulayıb.
Yunis ABDULLAYEV
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
14 Yanvar 23:37
Dünya
14 Yanvar 23:12
İdman
14 Yanvar 22:48
Hadisə
14 Yanvar 22:25
Sosial
14 Yanvar 21:52
Dünya
14 Yanvar 21:17
YAP xəbərləri
14 Yanvar 21:04
Dünya
14 Yanvar 20:43
Dünya
14 Yanvar 20:33
Dünya
14 Yanvar 20:18
Dünya
14 Yanvar 19:56
Müsahibə
14 Yanvar 19:30
İqtisadiyyat
14 Yanvar 19:21
YAP xəbərləri
14 Yanvar 18:43
YAP xəbərləri
14 Yanvar 18:22
Siyasət
14 Yanvar 18:11
Xəbər lenti
14 Yanvar 18:05
YAP xəbərləri
14 Yanvar 17:56
YAP xəbərləri
14 Yanvar 17:40
Sosial
14 Yanvar 17:10
Gündəm
14 Yanvar 17:08
YAP xəbərləri
14 Yanvar 17:04
Xəbər lenti
14 Yanvar 17:00
Dünya
14 Yanvar 16:39
İqtisadiyyat
14 Yanvar 15:41
Sosial
14 Yanvar 15:24
YAP xəbərləri
14 Yanvar 14:59
Dünya
14 Yanvar 14:38
Sosial
14 Yanvar 14:21
Dünya
14 Yanvar 13:49
Sosial
14 Yanvar 13:27
Sosial
14 Yanvar 13:03
YAP xəbərləri
14 Yanvar 12:46
YAP xəbərləri
14 Yanvar 12:42
Sosial
14 Yanvar 12:37
Siyasət
14 Yanvar 12:15
İqtisadiyyat
14 Yanvar 12:14
İqtisadiyyat
14 Yanvar 12:13
Hadisə
14 Yanvar 12:13
Siyasət
14 Yanvar 11:59
İqtisadiyyat
14 Yanvar 11:33
Müsahibə
14 Yanvar 11:06
İqtisadiyyat
14 Yanvar 10:57
Sosial
14 Yanvar 10:37
Sosial
14 Yanvar 10:35
Hadisə
14 Yanvar 10:28
Analitik
14 Yanvar 10:12
Analitik
14 Yanvar 09:55
İqtisadiyyat
14 Yanvar 09:30
Analitik
14 Yanvar 09:13
Sosial
14 Yanvar 08:52
Sosial
14 Yanvar 08:36
Dünya
13 Yanvar 23:39
Dünya
13 Yanvar 23:17
İdman
13 Yanvar 22:40
Siyasət
13 Yanvar 22:36
Dünya
13 Yanvar 22:14
Dünya
13 Yanvar 21:53
Dünya
13 Yanvar 21:20
Dünya
13 Yanvar 20:45
Sosial
13 Yanvar 20:18
Siyasət
13 Yanvar 20:01
İqtisadiyyat
13 Yanvar 19:52
Dünya
13 Yanvar 19:26
Gündəm
13 Yanvar 19:04
Siyasət
13 Yanvar 19:00
Siyasət
13 Yanvar 18:58
YAP xəbərləri
13 Yanvar 18:49
Siyasət
13 Yanvar 18:47
Gündəm
13 Yanvar 18:38

