İstanbulda tarixi görüş
01.03.2025 [09:53]
6 saat yarımlıq müzakirənin pərdə arxası...
Rusiya ilə ABŞ razılığa gəlir - növbəti görüşün anonsu verildi
Xəbər verildiyi kimi, Rusiya və ABŞ nümayəndələri arasında İstanbulda növbəti görüş keçirilib. Əsasən ikitərəfli əlaqələrə, xüsusilə də səfirliklərin fəaliyyəti ilə bağlı məsələlərə həsr olunan müzakirənin aparılması ilə bağlı razılıq daha əvvəl Səudiyyə Ərəbistanında aparılan danışıqlar zamanı əldə olunub. ABŞ Dövlət Departamenti söhbəti məhsuldar adlandırıb. Xatırladaq ki, hələ fevralın 18-də Ər-Riyadda Rusiya və ABŞ nümayəndə heyətlərinin uzun müddətdən sonra ilk yüksək səviyyəli görüşündən əvvəl dövlət katibi Marko Rubio bəyan etmişdi ki, Moskva və Vaşinqtondakı səfirliklərin işi ilə bağlı ikitərəfli məsələlərin həlli zəruridir. Onun sözlərinə görə, qurulacaq rabitə, əlaqələndirmə Ukrayna nizamlanmasının müzakirəsinə kömək edəcək. Bu mənada, Səudiyyə Ərəbistanında keçirilən görüşdə tərəflər tez bir zamanda səfirlərin təyin edilməsi və diplomatik missiyaların fəaliyyətinə qoyulan məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı məsləhətləşmələrə başlamaq barədə razılığa gəlmişdilər.
Nələr danışıldı?
Görüşdən öncə Rusiyanın xarici işlər naziri Sergey Lavrov da Rusiya və ABŞ nümayəndə heyətlərinin İstanbulda aparacaqları danışıqların xüsusi olaraq səfirliklərin normal fəaliyyətinə qaytarılması məsələsinə həsr olunacağını bildirmişdi. Vurğulanırdı ki, masada başqa müzakirə predmeti planı yoxdur. Düzdür, nümayəndə heyətlərinin tərkibi açıqlanmasa da, görüşə yüksəksəviyyəli diplomatların və ekspertlərin qatıldığını demək mümkündür. Qeyd edək ki, 6 saat yarım çəkən görüş ABŞ-ın İstanbuldakı baş konsulunun iqamətgahında təşkil olunub və mətbuata qapalı formatda baş tutub.
Kreml danışıqlardan sonra müəyyən məlumatın veriləcəyini bildirsə də, iclas başa çatdıqdan sonra onun iştirakçıları heç bir şərh vermədən iqamətgahı tərk ediblər. Daha sonra ABŞ Dövlət Departamenti müzakirənin konstruktiv keçdiyi ilə bağlı açıqlama yayıb. Bildirilib ki, ikitərəfli missiyaların formalaşdırılması ilə bağlı konkret ilkin addımlar müəyyənləşdirilib. Bank və müqavilə xidmətlərinə çıxış, o cümlədən Moskvadakı səfirlikdə kadr təminatının dayanıqlı səviyyəsinin təmin edilməsi məsələləri qaldırılıb. Departament qeyd edib ki, nümayəndə heyətlərinə ABŞ dövlət katibinin Rusiya və Mərkəzi Avropa üzrə köməkçisinin müavini Sonata Kulter və Rusiya Xarici İşlər Nazirliyinin Şimali Atlantika Departamentinin direktoru Aleksandr Darçiyev rəhbərlik edib. Onlar hələlik tarixi və yeri müəyyən edilməmiş növbəti görüşün keçirilməsi barədə razılığa gəliblər.
Konsulluqlar bağlanıb, missiya minimal səviyyəyə endirilib...
Qeyd edək ki, hər iki ölkənin diplomatik nümayəndəlikləri məhdud səviyyədə fəaliyyət göstərir - hər iki diplomatik nümayəndəliyin heyətinin əksəriyyəti ixtisar edilib, bir sıra konsulluqlar bağlanıb. Hələ 2016-cı ildə ABŞ-da baş tutan seçkilərə müdaxilə ittihamları fonunda Obama administrasiyası Rusiyanın altı fəxri konsulundan beşinin akkreditasiyasını ləğv etmiş, daha sonra isə 35 diplomatı ölkədən çıxarmışdı. 2017-ci ildə sanksiyaların növbəti dəfə sərtləşdirilməsindən sonra 755 amerikalı diplomat Moskvanı tərk etdi. Beləliklə, ABŞ-ın Rusiyadakı missiyasının üzvlərinin sayı 455 nəfərə endirildi. Sonradan ABŞ tələblərini sərtləşdirdi və rus diplomatlarını ölkədən çıxarmağa davam etdi və bu, Rusiya tərəfinin “güzgü prinsipi” ilə qarşılandı. Amerikanın Sankt-Peterburq, Yekaterinburq və Vladivostokdakı, həmçinin Rusiyanın Sietldəki konsulluqları bağlandı. Səfirliklərdən başqa, yalnız Rusiyanın Nyu-York və Hyustondakı baş konsulluqları fəaliyyətini davam etdirir. Rusiyanın ABŞ-dakı səfiri isə 2024-cü ilin oktyabrına qədər rəsmi olaraq təyin edilməmişdi - postu hazırda Anatoli Antonov tutub.
2021-ci ilin avqust ayından Amerikanın Moskvadakı səfirliyinin əməkdaşlarının kvotası 120 nəfərə endirildi. Bununla əlaqədar olaraq, Birləşmiş Ştatlar diplomatik və təcili immiqrasiya vizaları istisna olmaqla, demək olar ki, bütün növ vizaların verilməsindən imtina edərək, müraciət edənlərin digər ölkələrdəki diplomatik nümayəndəliklərə müraciət etmələrini təklif edib. Hazırda müzakirə edilən məsələnin xüsusilə səfirliklərin normal fəaliyyətə qayıtmasına hesablanıb ki, bunun detalları da gələcək görüşlərdə tam müəyyənləşəcək.
Türkiyə diqqət mərkəzində - iki xristian ölkəsi İslam paytaxtında danışır
Keçirilən görüşlərin siyasi nəticəsi isə bir sıra ekspertlər tərəfindən fərqli aspektlərdə dəyərləndirilir. Dünyanın aparıcı və fərqli qütblərdə yer alan qrandlarından ikisinin İstanbulda görüşüb müzakirə aparması Türkiyənin yeni dönəm üçün siyasi mahiyyətinə yeni rəng qatmaqla yanaşı, Ankaranın proseslərə təsirini də artıra bilər. Xüsusilə, Ər-Riyad görüşü zamanı prezident Zelenskinin Türkiyəyə səfəri və prezident Ərdoğanla səmimi görüşü onu deməyə əsas verir ki, Türkiyə məsələnin həllində açar rolunu öz üzərinə götürüb. Bu da təbiidir:
- Ankara NATO dövləti olaraq ABŞ-ın yaxın müttəfiqlərindən biridir;
- Türkiyə Rusiya ilə normal münasibətlə malikdir və hətta birgə bir neçə layihələrin həyata keçirilməsi planlaşdırılır;
- Nəhayət, Ukrayna Türkiyəyə güvənir - bu fakt dəfələrlə öz təsdiqini tapıb və Zelenskininin ən çətin anlarda Ankaraya üz tutması bunu bir daha sübut edir. XXI əsrin hələki ən böyük hərbi qarşıdurması sayılan Ukrayna müharibəsinin yekunlaşmasına verəcəyi töhfə Ankara üçün mühüm üstünlüklər vəd edir. Bu bir çox aspektlərdə izah oluna bilər:
- Türkiyə özünün regional lider statusunu daha da inkişaf etdirəcək və ABŞ, Rusiya kimi dövlətlərin bir araya gəlməsinə vəsilə olan qüvvə kimi meydana çıxacaq;
- Türkiyə Avropa üçün “nicat yolu”na çevriləcək. O baxımdan ki, Rusiya-ABŞ razılaşması nəticəsində “offsayda” düşən Aİ çıxış yolunu Türkiyədən “mədəd ummaqda” görəcək. Bu isə Ankaranan Aİ-yə yolunu belə aça bilər;
- Türkiyə Yaxın və Orta Şərq məsələsində təsir arealını genişləndirəcək. Nəzərə alınmalıdır ki, Yaxın və Orta Şərq məsələsi Ankara üçün hər zaman mühüm əhəmiyyət təşkil edib və Ukraynadakı tənzimlənməyə veriləcək töhfənin qarşılığı da adıçəkilən regionda “verilə” bilər.
Hər bir halda, bu görüşün İstanbulda baş tutması mühüm bir çağırış, mühüm bir göstəricidir - ən azından dünyanın iki ən böyük xristian ölkəsi İslam dininin ən mühüm nöqtələrindən birində, İstanbulda görüşür...
P.SADAYOĞLU
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
21 Aprel 23:53
Dünya
21 Aprel 23:35
Dünya
21 Aprel 23:11
İqtisadiyyat
21 Aprel 22:58
Dünya
21 Aprel 22:21
Dünya
21 Aprel 21:45
Sosial
21 Aprel 21:19
Dünya
21 Aprel 20:57
Dünya
21 Aprel 20:35
Siyasət
21 Aprel 20:31
Dünya
21 Aprel 20:25
Dünya
21 Aprel 19:41
Dünya
21 Aprel 19:16
Dünya
21 Aprel 18:20
Analitik
21 Aprel 17:54
Maraqlı
21 Aprel 17:39
Dünya
21 Aprel 16:41
Dünya
21 Aprel 16:25
Sosial
21 Aprel 16:17
Dünya
21 Aprel 15:59
Turizm
21 Aprel 15:44
Dünya
21 Aprel 15:30
İqtisadiyyat
21 Aprel 15:13
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:10
Sosial
21 Aprel 15:09
Sosial
21 Aprel 15:06
İqtisadiyyat
21 Aprel 15:04
Hadisə
21 Aprel 14:55
Dünya
21 Aprel 14:45
Dünya
21 Aprel 14:18
Dünya
21 Aprel 13:50
Sosial
21 Aprel 13:49
Dünya
21 Aprel 13:21
Dünya
21 Aprel 12:43
Sosial
21 Aprel 12:42
Gündəm
21 Aprel 12:19
Gündəm
21 Aprel 11:52
Gündəm
21 Aprel 11:30
Siyasət
21 Aprel 11:14
Gündəm
21 Aprel 11:12
Gündəm
21 Aprel 10:59
Gündəm
21 Aprel 10:35
Gündəm
21 Aprel 10:17
İqtisadiyyat
21 Aprel 09:53
Analitik
21 Aprel 09:31
Analitik
21 Aprel 09:15
Sosial
21 Aprel 08:57
Sosial
21 Aprel 08:34
Sosial
21 Aprel 07:29
Dünya
21 Aprel 07:16
Dünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Siyasət
20 Aprel 18:28

