Acı və alçaldıcı məğlubiyyət…
09.11.2024 [13:19]
Bizim Zəfərimiz təkcə Ermənistanın məğlubiyyəti deyil…
44 günlük Vətən müharibəsi, 23 saatlıq antiterror tədbirləri nəticəsində Ermənistanın üzərində qəti qələbə qazanıldı – işğalçı ölkənin havadarları, himayədarları da bu qələbədən "öz payını" aldı. İllərlə ölkəmizə qarşı ikili standartlardan çıxış edən Qərbin bəzi dövlətləri post-müharibə dövründə də ötən 30 ildə olduğu kimi hətta "vasitəçi" adına belə ləkə gətirən hərəkətlərlə yadda qaldı, təcavüzkara bu və ya digər şəkildə dəstək verdi. Halbuki, Azərbaycanın yeganə istəyi və tələbi həmin özünü "böyük dövlət" elan etmiş ölkələrin təbliğ etdiyi prinsiplərin bərpa edilməsi idi – rəsmi Bakı artıq tarixə qovuşmuş bu "münaqişə"nin beynəlxalq hüquq çərçivəsində, ədalət müstəvisində həllini istəyirdi.
Uğursuz Qərb liderlərinin məqsədi…
Amma 30 il Azərbaycanın gözlədiyi ədalət öz yerini tapmadı – xüsusilə erməni lobbisinin əlində oyuncağa çevrilmiş bəzi dövlət rəhbərləri məsələnin beynəlxalq hüquq prinsiplərinə deyil, erməni lobbisinin arzu və istəklərinə uyğun şəkildə "izah etməyə" çalışırdı. Hətta bu ölkələr post-müharibə dövründə də qeyri-hüquqi davranışlarından əl çəkmədilər – Azərbaycana qarşı haqsız iddialar irəli sürdülər, Qarabağdakı separatizmin aradan qaldırılmasını həzm edə bilmədilər və separatçılara, cinayətkarlara "azadlıq" belə tələb etdilər. Bu mənada Azərbaycanın Vətən müharibəsindəki qələbəsi həm də himayədarların məğlubiyyəti idi. Noyabrın 8-də xalqa müraciətində Prezident İlham Əliyev vurğulayıb ki, 44 günlük Vətən müharibəsi və antiterror əməliyyatı, bizim Zəfərimiz təkcə Ermənistanın məğlubiyyəti deyil, onların arxasında duranların acı və alçaldıcı məğlubiyyətidir: "Onu bizə bağışlaya bilmirlər. Ona görə Qərbdə Azərbaycana qarşı geniş, çirkin kampaniya aparılır. Ölkəmizi gözdən salmaq, olmazın iftiralarını uydurmaq, öz əlinin altındakı saxta xəbər mənbəyi olan media resurslarından, qeyri-hökumət təşkilatlarından istifadə edərək Azərbaycanı qaralamaq, şantaj etmək, ləkələmək, təhqir etmək, bax, o özünü alçaldılmış sayan Qərb dövlətlərinin və uğursuz Qərb liderlərinin məqsədidir…"
Bayden adminstrasiyasının əsas "hədəfi"…
Bu "liderlərin" kimliyi isə hər kəsə bəllidir. Son 4 ildə yarıtmaz addımları ilə "yadda qalan", ABŞ-ın maraqlarını ikinci plana keçirərək lokal lobbi mənafeyinin "qarovulçusu"na çevrilən, sonda isə Amerika xalqının qəti etirazı nəticəsində "tarixə qovuşan" Bayden adminstrasiyasının yürütdüyü anti-Azərbaycan siyasəti özünüifşanın pik nöqtəsinə çevrildi – bu amil bir daha sübut etdi ki, Bayden və komandası heç də qlobal təhlükəsizliyin təmini və sabitlik uğrunda səy göstərməyib. Tam əksinə, bu adminstrasiyanın əsas "hədəfi" qarşıdurmaları körükləmək, Cənubi Qafqazın timsalında dünyanın əksər bölgəsində münaqişələr yaratmaq, eskalasiyaları dəstəkləmək olub. Acı da olsu bu həqiqətdir və bunu sübut edən faktlar da ortadadır:
- Bayden adminstrasiyası ötən 4 il ərzində Cənubi Qafqazda sülhün bərqərar olması üçün heç bir qəti və nəticəyə hesablanan addım atmadı – əksinə, Ermənistanı sülhdən çəkindirən fəaliyyətlə yadda qaldı;
- Mərkəzi Avropada başlanan gərginliklərin müharibəyə çevrilməsində ən böyük məsuliyyəti daşıyanlardan biri məhz Bayden adminstrasiyası olub. Münaqişə tərəflərindən birini stimullaşdırmaqla, sülh üçün çalışmaq, çağırışlar səsləndirmək əvəzinə tərəflərdən birinə silah və sursat yardımı etməklə, müharibənin davamına "təkan vermək"lə Bayden adminstrasiyası öz niyyətini oratya qoyurdu;
- Yaxın Şərqdə sülhün bərpa olunmamasında məsuliyyət daşıyanlardan biri və bəlkə də birincisi məhz Bayden adminstrasiyası idi.
Beləliklə, Bayden adminstrasiyası heç də iddia etdiyi kimi, "demokratiya və sülh" uğrunda deyil, ədalətsizlik və eskalasiya istiqamətində "siyasətlə" yadda qalıb.
Edilən haqsızlıqlar…
Əslində, Bayden adminstrasiyasından bundan başqa nələrisə gözləmək də olmazdı – hələ 1992-ci ildə qəbul edilmiş ədalətsiz 907-ci düzəlişin qəbulunda aktiv iştirak etmiş Cozef Bayden prezident kimi bu haqsız düzəlişi yenidən bərpa etməklə hansı maraqların müstəvisindən çıxış etdiyini ortaya qoydu. 2001-ci ildə dayandırılan bu haqsız "düzəliş" məhz Bayden adlminstrasiyası tərəfindən yenidən bərpa olundu. Halbuki, Azərbaycan daima beynəlxalq terrorizmə qarşı mübarizədə səmimi şəkildə ön sırada dayanıb – bunu qiymətləndirə bilməyən və nankorluq edən Bayden adminstrasiyası yenə də öz "siyasi kimliyinə" açıqlıq gətirmiş oldu. Bir tərəfdən qlobal terrorizmə qarşı "mübarizə" apardığını iddia edən Bayden adminstrasiyasının təmsilçiləri, Baydenin partiyadaşları separatçı cinayətkarların azad edilməsi üçün müraciətlər hazırladılar. Necə olur ki, terrorizmə qarşı mübarizə aparan adminstrasiya belə bir "istək" irəli sürür? Demək ki, onların özünütəbliğləri yalanlara və gözdən pərdə asmağa hesablanıb..
ABŞ vətəndaşlarına qarşı…
Bayden adminstrasiyasının yarıtmaz fəaliyyəti milli ideoloji hədəfləri olan, beynəlxalq hüquqa istinad edən Azərbaycan kimi dövlətlərə qarşı şantaj kampaniyası təşkil etmək, QHT-lər və "siyasi alətə" çevrilmiş "media" üzərindən təzyiqlər həyata keçirməklə bitməyib - dünyanı qan içində boğmağa, qeyd edildiyi kimi, bütün bölgələrdə yeni münaqişə ocaqları alovlandırmağa çalışan Bayden administrasiyası öz ölkəsini də çətin duruma salıb.
- ABŞ vətəndaşlarının sosial durumu bu dörd ildə gözəçarpacaq dərəcədə pisləşdi;
- İqtisadiyyat gerilədi;
- Dövlət borcu astronomik həddə yüksəldi. Məhz Bayden administrasiyası Amerikanın ictimai-siyasi həyatının bütün eybəcərliklərini açıb dünyaya nümayiş etdirdi. Hətta seçki kampaniyası dövründə belə Bayden adminstrasiyası idda etdiyi "demokratik prinsiplərdən" çıxış edə bilmədi: onlar Trampa qarşı inzibati resurslardan istifadə etməkdən tutmuş siyasi və fiziki terrora qədər bütün qaranlıq fəaliyyətdən istifadə etdilər. Amma öz məqsədlərinə nail ola bilmədilər.
Ən riyakar və səbatız adminstrasiya…
Bəli, nankorluğu ilə "şöhrət" qazanan Bayden administrasiyası Amerika tarixinə ən riyakar və səbatsız administrasiya kimi düşdü. Amma onların bütün cəhdləri boşa çıxdı və çıxacaq da - baydenlər, makronlar və onların təhriki ilə Azərbaycanı hədəfə götürənlər bilməlidir ki, Azərbaycanı təzyiq yolu ilə heç nəyə məcbur edə bilməyəcəklər. Lazım gələndə Azərbaycan yenə də Ermənistana layiqli cavab verməyə və bütün oyinları pozmağa hazırdır…
Pərviz İSMAYILOV
Xəbər lenti
Hamısına baxDünya
04 İyun 17:12
Dünya
04 İyun 16:58
YAP xəbərləri
04 İyun 16:25
Dünya
04 İyun 16:23
YAP xəbərləri
04 İyun 16:21
Dünya
04 İyun 15:54
Dünya
04 İyun 15:31
Dünya
04 İyun 15:10
Dünya
04 İyun 14:49
İqtisadiyyat
04 İyun 14:42
İqtisadiyyat
04 İyun 14:40
Sosial
04 İyun 14:34
Siyasət
04 İyun 14:33
Xəbər lenti
04 İyun 14:25
Dünya
04 İyun 14:22
Siyasət
04 İyun 14:20
Sosial
04 İyun 14:07
Dünya
04 İyun 13:54
Dünya
04 İyun 13:20
Dünya
04 İyun 13:08
Dünya
04 İyun 12:46
Dünya
04 İyun 12:30
Gündəm
04 İyun 12:19
Siyasət
04 İyun 12:04
İqtisadiyyat
04 İyun 11:50
Sosial
04 İyun 11:26
Gündəm
04 İyun 11:25
Xəbər lenti
04 İyun 11:01
Sosial
04 İyun 11:00
Sosial
04 İyun 10:54
Siyasət
04 İyun 10:36
Siyasət
04 İyun 10:13
MEDİA
04 İyun 09:55
İqtisadiyyat
04 İyun 09:53
Analitik
04 İyun 09:32
Analitik
04 İyun 09:15
Sosial
04 İyun 08:51
Sosial
04 İyun 08:36
İdman
04 İyun 08:01
Dünya
04 İyun 07:52
Hadisə
04 İyun 07:21
Hadisə
04 İyun 06:45
Dünya
03 İyun 23:35
Formula 1
03 İyun 23:13
Dünya
03 İyun 22:40
Dünya
03 İyun 22:36
Dünya
03 İyun 22:19
Dünya
03 İyun 21:53
Dünya
03 İyun 21:25
Dünya
03 İyun 21:08
Dünya
03 İyun 20:42
Dünya
03 İyun 20:31
Dünya
03 İyun 20:17
Siyasət
03 İyun 20:09
Dünya
03 İyun 19:59
Dünya
03 İyun 19:22
Elm
03 İyun 19:10
Sosial
03 İyun 18:25
Dünya
03 İyun 17:19
Xəbər lenti
03 İyun 17:02
Siyasət
03 İyun 17:02
Dünya
03 İyun 16:51
Sosial
03 İyun 16:28
YAP xəbərləri
03 İyun 16:17
Sosial
03 İyun 16:17
Siyasət
03 İyun 15:52
Hadisə
03 İyun 15:46
İqtisadiyyat
03 İyun 15:09
Siyasət
03 İyun 14:51
Dünya
03 İyun 14:49

