Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Müdafiə Sənayesi Nazirliyi: Erməni “Telegram” kanallarında yayılan məlumatlar tamamilə dezinformasiya xarakterlidir

Müdafiə Sənayesi Nazirliyi: Erməni “Telegram” kanallarında yayılan məlumatlar tamamilə dezinformasiya xarakterlidir

25.03.2024 [00:40]

Erməni “Telegram” kanallarında guya “Azərbaycan tərəfindən Ukraynaya hərbi təyinatlı məmulatların göndərilməsi”nə dair məlumatların yayılmasına cəhdlər olunur. AZƏRTAC-ın xəbərinə görə, bununla bağlı Azərbaycan Müdafiə Sənayesi Nazirliyi (MSN) kütləvi informasiya vasitələrinin sorğusuna cavab olaraq bildirib ki, bu kimi məlumatlar tamamilə feyk və dezinformasiya xarakteri daşıyır.

“Erməni “Telegram” kanallarında əvvəllər də belə yalan və həqiqətə söykənməyən xəbərlərin yayılmasına cəhdlər olub. Bu məlumatların heç bir əsası yoxdur və ciddi qəbul edilməməlidir.

Bir daha bildiririk ki, Azərbaycan tərəfindən qeyd olunan istiqamətdə hər hansı hərbi təyinatlı məmulatlar göndərilməmişdir”, - deyə MSN-in açıqlamasında bildirilib.

Paylaş:
Baxılıb: 567 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31