Şəhidlərimizdən ayıbdır...
18.03.2024 [10:37]
“Dostlar, Həmkarlar, Vətəndaşlar, Sakinlər! Bir sözlə hamı və ya demək olar ki, HAMI! Azərbaycan Ərazi Bütövlüyünü Bərpa və Dövlət Suverenliyini Təmin edəndən sonra yeni tarixi tapşırıq alıb: qazandığı nəticələri qorumaq və əbədi etmək. Bu - hər birimizin vəzifəsinə çevrilməlidir”.
Bu barədə Mir Şahin Ağayev özünün fasebook səhifəsindəki paylaşımında yazıb.
yeniazerbaycan.com paylaşımı təqdim edir:
“Yeni geosiyasi şərait həm də yeni geomedia şəraiti yaradıb. Biz ənənəvi medianın standartlarını bilirik. On illərlə bu standartlarla yaşamışıq. Ali təhsil alıb diplom əldə etmiş, təyinatla iş yerinə göndərilmiş, meşin portfellərlə yaşlanaraq peşəkarlaşmışıq. Müxbir olmuşuq, felyeton, oçerk, zarisovka və s. yazmışıq… Amma bu artıq keçmişdir. Biz yeni geomedia mühitində yeni şərtlərlə üz-üzəyik. Medianın məzmunundakı unitarlıq federativliyə transformasiya edib. Hər kəs sosial hesabında həm də media-fərd, insan-orkestrdir! Belə səhifələri Azərbaycana işlətməli, dövlət üçün, Vətən uğrunda platformalara, səngərlərə, barrikadalara çevirməliyik. Əks təqdirdə öz kiçik “leylək yuvanız” kimi qoruduğunuz o ünvanların bir qara quruş da qiyməti olmayacaq! Baxın: bu saat həm daxildən, həm xaricdən Azərbaycana qarşı hücumlar əsasən sosial media, sosial hesablar üzərindən yönəldilir. Deməli, həmin bu “virtual dronları” biz öz sosial hesablarımız vasitəsilə zərərsizləşdirməliyik.
Neçə teleyayımçı var Azərbaycanda?
Neçə internet kanal var? Neçə radio var?
Barmaqla sayıla biləcək həddə…
Bəs nə qədər sosial şəbəkə istifadəçisi var?
Milyonlarla!!!
Deməli, biz milyonlar olaraq da onların üzərinə getməliyik! Səslərini elə batırmalıyıq ki, heç öz ürəklərində danışanda belə - eşidə bilməsinlər. Bu dəfə adlar çəkməyəcəm. Söhbət özünü bloqer, internet tv, sadəcə fəal çox minli səhifə istifadəçisi adlandıran-Azərbaycana nifrət, qarışıqlıq, iğtişaş aşılayanlardan gedir. Onları ürəkli edən də məhz bizdəki “mənim yuvam(oxu: mənim səhifəm)-mənə məxsusdur!” fəlsəfəsidir. Özünkünü dövlətdən ayırmaq düşüncəsidir. Belə olmaz! Bu, vətəndaşlıqdan deyil! Hər kəs öz səhifəsini, öz sosial hesabını daxildən və xaricdən media intervensiyasına məruz qalmış Azərbaycan naminə səfərbər etməlidir. Azərbaycana görə canını əsirgəməyən şəhidlərimizdən ayıbdır! Gizləndiyiniz yerlərdən çıxın və dərhal mübarizəyə başlayın! Mövqeyinizi açın! Görünün! Atəşi öz üzərinizə götürün! Söhbət İnformasiya müharibəsindən gedir! Arxada Azərbaycandır!”
Xəbər lenti
Hamısına baxDünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Siyasət
18 May 22:10
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07

