Qüdrət Həsənquliyev: Onlar da kiçik "paşinyan"lardır
13.03.2024 [10:53]
“Məni Rusiyayönlü olmaqda günahlandıranlar keçdiyim yola baxıb utansınlar. Rusiya ilə dost olmağı ölkəmizin həyati mənafeləri tələb edir. Məhz bu siyasət Qarabağın işğaldan azad olunmasını təmin etdi”
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevin “BayMedia”ya müsahibəsini oxuculara təqdim edirik
- Qüdrət bəy, Osmanqızı tv, ardınca “Azadlıq” radiosu sizi tənqid edir ki, siz Ermənistanın növbəti təxribatlarından biri zamanı Azərbaycan Silahlı Qüvvələrinin Zəngəzur dəhlizini nəzarətə götürməsini, sonra Naxçıvana maneəsiz yolun açılması şərti ilə Rusiyanın nəzarətinə verilməsini deməklə hökumətin və Rusiyanın maraqlarına cavab verən açıqlamalar verirsiniz. Bu barədə nə deyərdiniz?
- Onlar kimdirlər? Hər ikisi ABŞ-da yerləşən və ABŞ tərəfindən maliyyələşən, həmin dövlətin maraqlarını müdafiə edən təbliğatçılar. Bəlkə də daxildə azərbaycanlı olduqları üçün bu cür fəaliyyətlərinə görə əzab çəkirlər. ABŞ-ın mövqeyi, Qarabağ məsələsinə yanaşması necə olub? Elçibəy dövründə bizə sanksiya tətbiq edib, Qarabağdakı seperatçı rejimə maliyyə yardımı ayırıblar. ABŞ və müttəfiqləri 20 % torpaqlarımızı işğal edən, bir milyon insanı ev-eşiyindən didərgin salıb evlərini yerlə yeksan edən Ermənistanı işğalçı dövlət kimi tanımadılar, Xocalı qətliamına soyqırımı demədilər. Heç vaxt demədilər ki, münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. 20 Yanvar 1990-cı ildə dinc insanlara Bakıda divan tutmuş Qarbaçova Nobei sülh mükafatı verdilər. Buna görə ABŞ-ın ikili standartlar siyasətini tənqid etmişəm. “Xalq cəbhəsi” qəzetinə sonuncu müsahibəmdə ABŞ-ın Ukrayna siyasətini pisləmiş, mahiyyətini açmışdım. Masahibəmin həmin hissəsini təkrar təqdim edirəm. Demişdim ki, “Bu ölkə ilə dostluq edib ona güvənənlər mütləq peşman olacaqlar. Əminliklə deyirəm, bu gün Ukraynada ABŞ-a nifrət edənlərin sayı Rusiyaya nifrət edənlərin sayından az deyil. ABŞ Ukraynaya təzyiq edib onun nüvə silahını əlindən alan əsas ölkədir. Ona görə Ukraynaya kömək etmək bu ölkənin dövlət ləyaqəti məsələsidir, siyasi, mənəvi öhdəliyidir. Amma ölkədə siyasi mənəviyyat korlandığından respublikaçılar Prezidentə deyir ki, sən bizim təklifi qəbul etməsən Ukraynaya yardım ayırmayacağıq. Bu da Baydenə sərf edir. Ümid edir ki, bu yolla onları hörmətdən salıb seçkilərdə səslərini azalda bilər. Baydenin Konqresin razılığı olmadan belə, başqa yollarla Ukraynaya kömək etmək imkanı var, amma etmir. İstəyir ki, Ukraynada daha böyük faciələr yaşansın və bəzi vicdanlı amerikalılar Trampdan üz döndərsin.
Bilirsiniz, mənəviyyat korlananda zülm ərşə qalxır, qanunsuzluq, müharibələr başlayır, sosial ədalət itir. ABŞ-da bütün mənəvi dəyərlər, beynəlxalq öhdəliklər daxili mübarizədə qurban verilib. Hər şey ABŞ-ın ikili standartlar siyasətindən başladı. Bunu görən Elçibəy, deyirdi ki, bu ölkə dağılacaq. İndi ABŞ-ın özündə belə çoxları bunu deyir. Cəmiyyət parçalanıb, qara dərililərə və ispan dillilərə dözümsüzlük günbəgün artır, nifrət vətəndaş müharibəsinə yol açacaq qədərdi. Tərəflər öz “liderlərinin” ən alçaq hərəkətlərinə haqq qazandırmağa, onu müdafiə etməyə hazır görünür”.
Görünür müsahibəmlə kimsə tanış olub və onlara tapşırıq verilib.
Ermənistan 10 noyabr 2020-ci ildə atəşkəs haqqında üçtərəfli birgə Bəyanat imzalamaqla öz ordusunu tam məhv olmaqdan xilas edib və üzərinə öhdəlik götürüb ki, Naxçıvana Rusiyanın nəzarət etdiyi maneəsiz gediş-gəliş üçün yol açacaq. İndi belə görünür ki, bizi aldadıblar. Mən də təklif edirəm ki, Ermənistan öhdəliyini yerinə yetirməsə güc tətbiq etməklə sazişin şərtlərini təmin etməliyik. Bizdən çox Ermənistana yolun açılması lazımdır, amma bu ölkənin liderləri öz xalqılarının maraqlarına yox, havadarlarının maraqlarına xidmət edirlər, İranın və Qərbin diqtəsi ilə bunu etmirlər. İşğala və seperatizmə son qoymaqla Ermənistanın dinc inkişafına yol açdığımız kimi, Zəngəzur dəhlizini açmaqla Ermənistan iqtisadiyyatının sürətli inkişafına və beləlklə də real müstəqillik əldə etmələrinə böyük töfhə vermiş olacağıq. Adlarını çəkdiyin internet TV-lər də bunu bilir, sadəcə onlar da kiçik "paşinyan"lardır.
Məni Rusiyayönlü olmaqda günahlandıranlar keçdiyim yola baxıb utansınlar. Rusiya ilə dost olmağı ölkəmizin həyati mənafeləri tələb edir. Məhz bu siyasət Qarabağın işğaldan azad olunmasını təmin etdi. Rusiya Azərbaycanın ərazi bütövlüyünə və dövlət suverenliyinə hörmət etdikcə bu siyasət davam, münasibətlər inkişaf etdirilməlidir. Rusiya Federasiyasında 8 türk respublikası var, 2 milyon azərbaycanlı yaşayır və burdakı ailələrinə pul göndərirlər. Rusiya kənd təsərrüfatı məhsullarımız üçün əsas bazardır, gənclərimizin iş tapdığı ölkədir. Rusiya ilə münasibətləri Qərbə qarşı olmaq kimi təqdim etmək isəyənlər ya gerizəkalıdır, ya da başqa maraqlara xidmət edənlərdir. Mən, sadəcə regionda daha sıx inteqrasiyanı, ilkin mərhələdə Türkiyə ilə ümumi bazar yaradılmasını təklif edirəm. Bu bizim seçki platformamızda da öz əksini tapmışdı. Qərb, o cümlədən İran bizimlə səmimi davranacaqsa onlarla əməkdaşlıqdan məmnun olacağıq.
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27

